06 May 2026 16:42
361
İQTİSADİYYAT
A- A+
Bakıda 5-ci Aqrobiznesin İnkişafı Forumu keçirilib - YENİLƏNİB

Bakıda 5-ci Aqrobiznesin İnkişafı Forumu keçirilib - YENİLƏNİB

Bakıda V Aqrobiznesin İnkişafı Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Asiya İnkişaf Bankının (ADB) birgə təşkilatçılığı ilə “Caspian Agro Week” çərçivəsində baş tutan yubiley forum milli aqro-ərzaq gündəliyinə həsr olunub.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Aqrobiznesin İnkişafı Forumu ərzaq təhlükəsizliyinin təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafın təşviqi istiqamətində milli aqro-ərzaq sistemlərinin gücləndirilməsinə dair strateji yanaşmaların müzakirəsi üçün mühüm platformadır. Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, regionların inkişafı və kənd təsərrüfatının strateji sektor kimi önə çəkilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Kənd təsərrüfatında rəqəmsallaşma və innovasiyaların tətbiqi prioritet istiqamət kimi inkişaf etdirilir. Elektron xidmətlərin genişləndirilməsi, məlumatlara əsaslanan qərarvermə sistemlərinin tətbiqi və süni intellekt əsaslı həllərin inkişafı fermerlərimizin məhsuldarlığını və dayanıqlığını artırmaq məqsədi daşıyır.

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev qeyd edib ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş strateji prioritetlərə və qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq kənd təsərrüfatı sahəsində mühüm islahatlar həyata keçirilir.Resurslardan daha səmərəli istifadə, iqlimədavamlı yanaşmaların tətbiqi, müasir kənd təsərrüfatı və heyvandarlıq komplekslərinin formalaşdırılması atılan əhəmiyyətli addımlar sırasındadır.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat hazırda dünyanın rəqəmsal inqilab dövründə olduğunu, texnoloji həllərin kənd təsərrüfatının üzləşdiyi çətinliklərin həllində mühüm amilə çevrildiyini diqqətə çatdırıb. O, daha az resursla daha çox məhsul istehsal etməyin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Asiya İnkişaf Bankının Kənd təsərrüfatı, qida, təbiət və kənd yerlərinin inkişafı sektoru ofisinin direktoru Jiangfeng Zhang aqro-ərzaq sisteminin iqtisadi baxımdan şaxələndirilməsi, rəqabətə davamlı və inklüziv kənd təsərrüfatının inkişafını müasir dövrün əsas tələblərindən biri olduğunu vurğulayıb. O, aqrar sahənin müasir innovasiya yönümlü sahə və bu sektorda davamlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyinə diqqət çəkib.

Forum çərçivəsində aqrar sektorda ən uğurlu bank və lizinq təşkilatları mükafatlandırılıb.

Çıxışlardan sonra forum öz işini panel və dəyirmi masa müzakirələri ilə davam etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək

09:49
13 May

“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi başlayıb

09:48
13 May

Cəbrayıla qayıdan keçmiş məcburi köçkün: Həmişə inanmışdıq ki, torpaqlarımızı geri qaytaracağıq  

09:46
13 May

Zəngilan sakini: Doğma elimizə-obamıza qayıtdığımıza görə şükür edirəm

09:46
13 May

Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə köç karvanları yola salınıb

09:44
13 May

NYT: İran yeraltı raket anbarları və buraxılış sistemlərinin 90 faizini bərpa edib

09:43
13 May

ABŞ-də “Qızıl Günbəz” raketdən müdafiə sisteminin dəyəri 1,2 trilyon dollar qiymətləndirilir

09:40
13 May

İsrailin hava zərbələri nəticəsində Livanda 13 nəfər ölüb  

09:39
13 May

Tədqiqat: Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?

09:38
13 May

Tramp: İran ya razılaşma əldə edəcək, ya da “başladığımız işi bitirəcəyik”

09:34
13 May

Neftin bahalaşması fonunda qızıl niyə ucuzlaşır?

09:00
13 May

Ötən həftənin iqtisadi icmalı

08:55
13 May

Məktəb, yoxsa repetitor?

08:50
13 May

Bakıda yerüstü və yeraltı piyada keçidlərində eskalator və liftlərin yenilənməsinə başlanılır

08:45
13 May

İşğaldan azad olunmuş ərazilərimizdə bu gün sabahın şəhər və kəndləri salınır

08:40
13 May

WUF-un Bakı zirvəsi

08:35
13 May

Minsk qrupu işğalın siyasi dəstəkçisi idi

08:30
13 May

Neokolonializm nədir və Fransa modeli Ermənistanda necə işləyir?

08:25
13 May

Ermənistanın "himayədar" axtarışı 

08:20
13 May

Cənubi Qafqazda sülhün təşəbbüskarı da, qarantı da Azərbaycandır

08:15
13 May

Minsk qrupunun iflası ikili standartlara vurulmuş zərbədir

08:10
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!