06 May 2026 09:00
118
İQTİSADİYYAT
A- A+
AÇG Azərbaycanın neft sənayesindəki mövqeyini itirmir

AÇG Azərbaycanın neft sənayesindəki mövqeyini itirmir


İlin sonunadək bu yataqlar blokundan sərbəst qaz alınacaq


BP şirkəti Azərbaycanda bir sıra neft, qaz və ixrac layihələrinin əməliyyatçısı olaraq cari ilin birinci rübündə görülmüş işlərin hesabatını yayıb. Həmişə olduğu kimi, öncə "Azəri-Çıraq Günəşli"dəki (AÇG) vəziyyət haqqında məlumat verilib. Bu dəfə hasilat və qazmadan əvvəl  yataqlar blokundakı digər yeniliklərdən bəhs olunub. 

Belə ki, sözügedən dövrdə AÇG-də aparılan dördölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə olunmuş məlumatların emalı  davam edib. Həmçinin "Dərinsulu Günəşli" ərazisində bir çox quyularda sualtı müdaxilə proqramı çərçivəsində dəniz əməliyyatları aparılıb. Bu əməliyyatların bir hissəsi olaraq ilk quyuda sualtı müdaxilə işi uğurla tamamlanıb və quyu lazımi məlumatlar toplandıqdan sonra yenidən suvurma fəaliyyətinə qayıdıb. 

Qaldı ki hasilata, bu yataqlar blokundan ümumi gündəlik orta hasilat - "Çıraq" (19min 500), "Mərkəzi Azəri" (89min  800), "Qərbi Azəri" (74min  800), "Şərqi Azəri" (43min  900), "Dərinsulu Günəşli" (47min 700), "Qərbi Çıraq" (22 600) və ACE (26 min  700) platformalarından 325 min  barel, üç ayda isə təxminən 29 milyon barel, yəni 4 milyon ton olub. AÇG-də ümumilikdə 149 neft hasilat quyusu istismardadır.

İlin birinci rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə gündə orta hesabla 12 milyon kubmetr, ümumilikdə isə 1 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən laylara vurulub.

Məlum olduğu kimi, AÇG üzrə mövcud Hasilatın Pay Bölgüsü Sazişinə (HPBS) sərbəst təbii qazla (STQ) bağlı yeni əlavənin imzalanmasından sonra ilkin hasilat quyusu planlaşdırılmış və mövcud "Qərbi Çıraq" platformasından təhlükəsiz şəkildə qazılmışdır. Keçən il ərzində  quyuda qazma işləri uğurla bitmiş və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layına - daha dayaz Qırmakıüstü Qumlu (QÜQ) və daha dərin Qırmakıaltı (QA) lay dəstlərinə çıxış təmin edilmişdir.

İxrac da ahəngdar gedir. AÇG və "Şahdəniz" yataqlarından neftin və qazın sualtı boru kəmərləri ilə Səngəçal terminalına göndərilməsi davam edir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, "Şahdəniz" qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir. Rüb ərzində terminal təxminən 47 milyon barel neft və kondensat ixrac edib ki, bu həcmlərin hamısı Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə nəql olunub. Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla, əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın  emal obyektlərini "Azəriqaz" sistemi ilə birləşdirən Azərbaycana məxsus kəmərlə ixrac edilir. Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 74,4 milyon standart kubmetr (təxminən 2 milyard 628 milyon standart kubfut) "Şahdəniz" qazı göndərilib.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihəsi çərçivəsində terminal ərazisinin həm daxilində, həm də ondan kənarda aparılan tikinti işləri əhəmiyyətli dərəcədə irəliləyir. Hazırda layihə əsas tikinti və quraşdırma mərhələsindədir. Layihə üzrə tikinti işlərinin iki mərhələdə - birinci mərhələdə 2027-ci ilin ortalarında, ikinci mərhələdə isə 2028-ci ilin sonunadək başa çatacağı nəzərdə tutulur.

230 milyon dollar dəyərində olan bu layihə ilə terminal "AzərEnerji" ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulacaq. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa olunacaq.

STEL Cəbrayıl rayonunda 240 MVt AC gücündə günəş-elektrik stansiyasının tikintisini nəzərdə tutan "Şəfəq" layihəsi ilə "virtual enerji ötürmə mexanizmi" adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. "Şəfəq"  layihəsi üzrə tikinti işləri də plana uyğun irəliləyir. Aprel ayının əvvəlində  ilk günəş panelinin quraşdırılması ilə layihə növbəti mərhələyə, yəni günəş panellərinin quraşdırılması mərhələsinə başlayıb.

 Hazırda layihəyə təxminən 350 nəfər yerli işçi cəlb olunub  və bunlardan 123-ü işğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərdir. Tikintinin pik dövründə layihədə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir.

"Şahdəniz" barədə isə onu demək olar ki,  yataqdan Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC-ə), Türkiyə (BOTAŞ-ə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edir. 

 İlin ilk üç ayında yataqdan ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və təxminən 1 milyon ton (təqribən 7 milyon barel) kondensat hasil olunub. Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə təxminən 74,2 milyon (ildə təqribən 27,1 milyard) standart kubmetrdir. 

Bəs "Şahdəniz kompressiya layihəsi" (ŞDK) necə irəliləyir? ŞDK platformasının üst modullarının və dayaq blokunun tikintisi işləri müvafiq olaraq Bayıl istehsalat-quraşdırma sahəsində və Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda plana uyğun davam edir. Məlum olduğu kimi, 2,9 milyard dollar dəyərində ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə, yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

 Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə "Şahdəniz Alfa", 2030-cu ildə isə "Şahdəniz Bravo"  platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır. 

 BP-nin hesabatında "Şəfəq-Asiman","Qarabağ" və ADUA layihələri  çərçivəsində axtarış, kəşfiyyat və tədqiqat işlərinin davam etdiyi də bildirilir. Sənəddə həmçinin BP-nin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı, şirkətin sosial sərmayələri haqqında məlumat var.


F.YUSİFQIZI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tarixi təməl üzərində qardaşlığın söz qalası

09:05
06 May

AÇG Azərbaycanın neft sənayesindəki mövqeyini itirmir

09:00
06 May

Böyük qayıdışdan iqtisadi zirvələrə, sosial ənənələrdən sahibkarlığa

08:57
06 May

Azərbaycanda ən müxtəlif təyinatlı gəmilər inşa olunur

08:55
06 May

Avropa İttifaqı nə qədər yanacaq ehtiyatına malikdir?

08:53
06 May

Bakı-Brüssel xətti: strateji tərəfdaşlıq yeni mərhələdə

08:50
06 May

Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb

08:45
06 May

Regionun gələcək inkişaf modelini müəyyən edən strateji yol xəritəsi

08:40
06 May

Bakı sülh missiyasını uğurla davam etdirir

08:35
06 May

Enerji əməkdaşlığı üzərində qurulan iqtisadi tərəfdaşlıq

08:30
06 May

Milyonların qəlbində əbədi yaşayan dahi şəxsiyyət

08:25
06 May

Azərbaycanın inkişaf strategiyasının təməl prinsipləri

08:20
06 May

Azərbaycan inkişafı və uğurları ilə yüksəlir

08:15
06 May

Qüdrətli dövlətçiliyin memarı

08:10
06 May

Heydər Əliyev siyasəti ailə, qadın və uşaq məsələləri kontekstində

08:05
06 May

Azərbaycan-İtaliya: dərinməzmunlu əlaqələr siyasi fürsətlərə çevrilir

08:00
06 May

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Təhsil haqqında" və"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:52
06 May

"Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi"nin təsdiq edilməsi haqqında

01:51
06 May

N.A.Yusifbəylinin Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında

01:51
06 May

"Göradil Quşçuluq" ASC-nin səhmdarlarının nəzərinə!

01:48
06 May

"Bakı Rail-Trans" QSC-nin səhmdarlarının nəzərinə! 

01:47
06 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!