06 May 2026 08:20
146
SİYASƏT
A- A+
Azərbaycanın inkişaf strategiyasının təməl prinsipləri

Azərbaycanın inkişaf strategiyasının təməl prinsipləri


Tarixi gerçəkliklər sübut edir ki, siyasi liderin şəxsiyyətindən və idarəetmə qabiliyyətindən ilk növbədə onun rəhbərlik etdiyi dövlətin, xalqın taleyi asılıdır. Bu liderlər milli dövlətçilik ideyalarının praktik surətdə reallaşmasında mühüm rol oynayır, milli tərəqqi üçün dayanıqlı əsasların müəllifinə çevrilirlər. Hər bir xalqın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyası da məhz fenomenal liderlərin adı ilə bağlı olur. Tarixdən çox nümunələr gətirmək mümkündür. Məsələn, Hindistan öz inkişafında Mhatma Qandinin müəyyənləşdirdiyi ideoloji prinsiplərə söykənir.  Mao Tsedunun və Den Syaopinin əsasını qoyduğu "iqtisadi inqilab" Çinin hazırkı uğurlarına, dünyanın fövqəlgücünə çevrilmə məramına ciddi təminatdır. Qardaş Türkiyə Cümhuriyyəti isə məhz böyük Mustafa Kamal Atatürkün ideyaları əsasında əbədiyaşarlıq qazanıb.

Azərbaycan xalqı üçünsə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ideya və prinsiplər müstəqil dövlətçiliyimizin qarantıdır. XX əsrdə xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyət olan Heydər Əliyevin müdrikliklə müəyyənləşdirdiyi yol Azərbaycanın alternativsiz inkişaf strategiyasına çevrilib. Ümummilli Liderlik zirvəsinə yüksəlmiş bu fenomen şəxsiyyət ilk növbədə Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını mükəmməl konsepsiya kimi formalaşdırıb. Məhz Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, xalqın və ölkəmizin ideoloji xəttini müəyyənləşdirib. 

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri çoxəsrlik tariximizin ən parlaq səhifələrini təşkil edir. Dahi şəxsiyyətin həyat və fəaliyyətinə nəzər saldıqda bir daha şahidi oluruq ki, onun bütün fəaliyyətinin əsasında xalqımızın parlaq gələcəyinin, qüdrətli bir dövlət kimi Azərbaycanın müstəqilliyinin əbədiliyinin təmin edilməsi dayanır. İnkaredilməz həqiqətdir ki, dövlət qurmaq, müstəqil yaşamaq bəşər tarixində heç də bütün xalqlara nəsib olmur. Dünya təcrübəsi də göstərir ki, böyük şəxsiyyətlərin ideyaları cəmiyyətdə baş verən hadisələrə çox ciddi təsir göstərir. Liderin dünyagörüşü, həyat təcrübəsi və siyasi iradəsi inkişaf strategiyasının əsas istiqamətlərinin müəyyənləşdirilməsində, ən çətin məqamlarda düzgün yolun seçilməsində öz sözünü deyir. Azərbaycan xalqı da xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi Ümummilli Lideri olub. Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan böyük şəxsiyyətdir.

Ulu Öndər Heydər Əliyevin gördüyü işlərin, xidmətlərinin miqyası o qədər genişdir ki, onları bir çıxışda, bir məqalədə, yaxud bir tədbirdə  əhatə etmək mümkün deyil. Bugünkü Azərbaycan Ümummilli Liderin əmanətidir. Azərbaycanın müstəqilliyinin yenidən bərpasının ilk illərində yaşadıqları çoxəsrlik tariximizin faciəli səhifələri kimi hər zaman vərəqlənir. Azərbaycan o illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin olmaması, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə çətin bir zamanda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı yenidən qurub dirçəltdi. Müstəqilliyi tarixi nailiyyətimiz kimi dəyərləndirən Ulu Öndər onun qorunmasını, möhkəmləndirilməsini qarşıda əsas vəzifə kimi qoydu.

1993-cü ildən başlayaraq Azərbaycan  uğurlu inkişaf yolu ilə gedir. Həmin vaxtdan ölkəmizdə sabitlik dövrü başladı, bütün sahələr üzrə mütərəqqi islahatlara start verildi. İlk gündən demokratik, hüquqi, sivil dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə atdığı addımların uğurlu nəticələri göz önündədir. Hazırda Heydər Əliyevin müəyyənləşdirdiyi möhtəşəm inkişaf strategiyasının  real nəticələrini görürük. Bu gün  Azərbaycan təkmil sosial-iqtisadi siyasəti ilə dünyada  ən islahatçı ölkələr sırasında yer alır. İqtisadi tərəqqi digər sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində mühüm addımların atılmasını şərtləndirdi.

Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu sıraya təkmil siyasi sistemin, siyasi mədəniyyətin əsasının yaradılması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, həmçinin milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın müəyyənləşdirilməsi aid edilə bilər. Həmin dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Bu, müstəqil Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən çox mühüm vasitə oldu. Ulu Öndər Heydər Əliyev dövlət başçısı kimi  andiçmə mərasimində çıxışı zamanı qeyd etmişdi: "Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik".

Beləliklə, Azərbaycan demokratik inkişaf yolunda uğurla irəlilədi, mühüm nailiyyətlər qazanıldı. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, demokratik seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaradıldı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Bunlar isə öz növbəsində sosiallaşmaya və siyasi mədəniyyətin inkişafına, ümumilikdə ictimai-siyasi institutların səmərəli fəaliyyətinə yol açdı. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan milli inkişaf strategiyasının fonunda həyata keçirilən sistematik işlər və görülən məqsədyönlü tədbirlər siyasi sistemin təşəkkül tapmasını, onun struktur elementlərinin mütəmadi təkmilləşməsini təmin etdi. Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu Öndər eyni zamanda dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlarını atdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm institutların yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissələrindən biridir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi. 

Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.

Onu da xüsusi vurğulamalıyıq ki, müstəqilliyimizin, suverenliyimizin qarantı olan Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımların, formalaşan möhkəm təməlin nəticəsidir ki, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasında qərarlaşıb. Ən əsası Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atdı, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi. Dünya Azərbaycan Ordusunun nəyə qadir olduğunun şahidinə çevrildi. 

Bu günümüzün uğurlarının zirvəsində dayanan tarixi Zəfərimiz Azərbaycanın 1993-cü ildən başladığı inkişaf yolunun təqdimatıdır. Heydər Əliyev yolu tarixi Zəfərimizin əsasını təşkil edir. Bu şanlı qələbə Azərbaycanın iqtisadi və siyasi gücünü, milli birliyini bir daha  nümayiş etdirdi. Azərbaycan dövləti ötən illər ərzində torpaqlarımızın işğaldan azad edilməsi üçün səbirlə hazırlıq işləri apardı və məqsədinə nail oldu. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev adını tarixə müstəqilliyimizin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə  Qarabağımızın xilaskarı kimi qızıl hərflərlə yazdılar. Bu, Azərbaycan xalqının xoşbəxtliyidir. Artıq azad Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir.

Müstəqil Azərbaycan Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla, yeni zəfərlərlə addımlayır. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Xalqımız bu əsərin müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcək. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, yeni-yeni zəfərlər qazanacaq!


Pərvin KƏRİMZADƏ,

YAP İdarə Heyətinin üzvü, 

Milli Məclisin deputatı 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tarixi təməl üzərində qardaşlığın söz qalası

09:05
06 May

AÇG Azərbaycanın neft sənayesindəki mövqeyini itirmir

09:00
06 May

Böyük qayıdışdan iqtisadi zirvələrə, sosial ənənələrdən sahibkarlığa

08:57
06 May

Azərbaycanda ən müxtəlif təyinatlı gəmilər inşa olunur

08:55
06 May

Avropa İttifaqı nə qədər yanacaq ehtiyatına malikdir?

08:53
06 May

Bakı-Brüssel xətti: strateji tərəfdaşlıq yeni mərhələdə

08:50
06 May

Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb

08:45
06 May

Regionun gələcək inkişaf modelini müəyyən edən strateji yol xəritəsi

08:40
06 May

Bakı sülh missiyasını uğurla davam etdirir

08:35
06 May

Enerji əməkdaşlığı üzərində qurulan iqtisadi tərəfdaşlıq

08:30
06 May

Milyonların qəlbində əbədi yaşayan dahi şəxsiyyət

08:25
06 May

Azərbaycanın inkişaf strategiyasının təməl prinsipləri

08:20
06 May

Azərbaycan inkişafı və uğurları ilə yüksəlir

08:15
06 May

Qüdrətli dövlətçiliyin memarı

08:10
06 May

Heydər Əliyev siyasəti ailə, qadın və uşaq məsələləri kontekstində

08:05
06 May

Azərbaycan-İtaliya: dərinməzmunlu əlaqələr siyasi fürsətlərə çevrilir

08:00
06 May

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Təhsil haqqında" və"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:52
06 May

"Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi"nin təsdiq edilməsi haqqında

01:51
06 May

N.A.Yusifbəylinin Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında

01:51
06 May

"Göradil Quşçuluq" ASC-nin səhmdarlarının nəzərinə!

01:48
06 May

"Bakı Rail-Trans" QSC-nin səhmdarlarının nəzərinə! 

01:47
06 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!