06 May 2026 08:45
125
CƏMİYYƏT
A- A+
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb

Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb


Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Bakı şəhərinin rayonlarını əhatə edən məhəllələrarası 3x3 basketbol turnirinə yekun vurulub.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən bildirilib ki, 2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən, 2 mərhələdən ibarət olan turnirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərdə idmana marağın artırılması, onlara sağlam həyat tərzinin təbliği, eyni zamanda gündəlik fəaliyyətlərini daha səmərəli qurmalarına dəstək olmaqdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki stadionlarda təşkil edilən yarışlar olimpiya sistemi üzrə keçirilib və yarışda ümumilikdə 600-ə yaxın gənc idmançının yer aldığı 120 komanda iştirak edib.

Final oyununun əvvəlində tanınmış müğənnilər Çinarə Məlikzadə və İlhamə Qasımova idmançılar və tədbir iştirakçıları qarşısında çıxış edərək öz ifaları ilə gənc basketbolçuları qələbəyə səsləyiblər.

Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə mayın 5-də final oyunları ilə yekun vurulub. Final oyununda Nizami rayonunun basketbolçuları Binəqədi rayonunun   komandası ilə görüşüblər. 16-13 hesabı ilə qalib gələn Nizami rayonunun  komandası turnirin qalibi olub.

3-cü yeri Yasamal rayonunun komandası tutub.

Turnirin qalibləri kubok, diplom, medallar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tarixi təməl üzərində qardaşlığın söz qalası

09:05
06 May

AÇG Azərbaycanın neft sənayesindəki mövqeyini itirmir

09:00
06 May

Böyük qayıdışdan iqtisadi zirvələrə, sosial ənənələrdən sahibkarlığa

08:57
06 May

Azərbaycanda ən müxtəlif təyinatlı gəmilər inşa olunur

08:55
06 May

Avropa İttifaqı nə qədər yanacaq ehtiyatına malikdir?

08:53
06 May

Bakı-Brüssel xətti: strateji tərəfdaşlıq yeni mərhələdə

08:50
06 May

Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb

08:45
06 May

Regionun gələcək inkişaf modelini müəyyən edən strateji yol xəritəsi

08:40
06 May

Bakı sülh missiyasını uğurla davam etdirir

08:35
06 May

Enerji əməkdaşlığı üzərində qurulan iqtisadi tərəfdaşlıq

08:30
06 May

Milyonların qəlbində əbədi yaşayan dahi şəxsiyyət

08:25
06 May

Azərbaycanın inkişaf strategiyasının təməl prinsipləri

08:20
06 May

Azərbaycan inkişafı və uğurları ilə yüksəlir

08:15
06 May

Qüdrətli dövlətçiliyin memarı

08:10
06 May

Heydər Əliyev siyasəti ailə, qadın və uşaq məsələləri kontekstində

08:05
06 May

Azərbaycan-İtaliya: dərinməzmunlu əlaqələr siyasi fürsətlərə çevrilir

08:00
06 May

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Təhsil haqqında" və"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:52
06 May

"Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi"nin təsdiq edilməsi haqqında

01:51
06 May

N.A.Yusifbəylinin Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında

01:51
06 May

"Göradil Quşçuluq" ASC-nin səhmdarlarının nəzərinə!

01:48
06 May

"Bakı Rail-Trans" QSC-nin səhmdarlarının nəzərinə! 

01:47
06 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!