06 May 2026 08:30
135
İQTİSADİYYAT
A- A+
Enerji əməkdaşlığı üzərində qurulan iqtisadi tərəfdaşlıq

Enerji əməkdaşlığı üzərində qurulan iqtisadi tərəfdaşlıq


Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq getdikcə genişlənir. Bu istiqamətdə əlaqələr bir sıra sahələri əhatə etsə də, öndə enerji tərəfdaşlığıdır. Məlumdur ki, İtaliya xeyli vaxtdır Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşlarından birinə çevrilib, bu sahədə ikinci yerdədir. 

Son illərin ən möhtəşəm meqalayihələrindən olan "Cənub qaz dəhlizi"nin axırıncı məntəqəsi də məhz İtaliyadır. Yəni bu dəhliz Azərbaycandan başlayaraq Gürcüstanın,Türkiyənin, Yunanıstanın, Albaniyanın ərazisindən və Adriatik dənizinin altından 3500 kilometr yol keçərək İtaliya torpağına çatır və orada ölkənin qaz nəqliyyatı şəbəkəsi ilə birləşir.

"Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri) ölkələrimiz arasında enerji əməkdaşlığını möhkəmləndirən vacib amildir. Bu kəmər 2020-ci il dekabrın 31-dən qaz nəql edir və İtaliyanın enerji təhlükəsizliyinə öz töhfəsini verir. Təkcə keçən il TAP-la İtaliyaya 10 milyard kubmetr qaz ixrac olunub. Ümumilikdə isə "Cənub qaz dəhlizi" ilə İtaliyaya 50 milyard kubmetrə yaxın qaz nəql edilib.

Xatırladaq ki, ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Bu həcmin Avropaya ixrac edilməsində "Cənub qaz dəhlizi"nin ayrılmaz hissəsi - TAP-ın da rolu böyük olacaq. Onu da deyək ki, indi bu dəhliz yeni interkonnektorlarla şaxələnir və nəticədə Azərbaycandan qaz alan ölkələrin də sayı getdikcə artır. 

Ümumilikdə Azərbaycandan 16 ölkə - Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna, Suriya, Almaniya və Avstriya qaz alır. Göründüyü kimi, bunların 10-u Avropa İttifaqına üzv dövlətlərdir. 

Təsadüfi deyil ki, yüksək səviyyədə Azərbaycan-İtaliya görüşlərində həmişə enerji sahəsində ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə edilir, bu xüsusda TAP layihəsinin əhəmiyyətinə, kəmərin İtaliyanın və Avropa ölkələrinin enerji təhlükəsizliyində roluna toxunulur, xəttin ötürücülük qabiliyyətinin artırılması barədə fikir mübadiləsi aparılır.

Bu il mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloninin ölkəmizə səfəri çərçivəsində də bu mövzu diqqət mərkəzində olub. Məlum olduğu kimi, Prezident İlham Əliyev və ali qonaq mətbuata bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı öz bəyanatında deyib: "Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, "Cənub qaz dəhlizi"nin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir".

Bundan əlavə, İtaliyanın "Eni S.P.A" şirkəti ilə SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) arasında əməkdaşlıq mövcuddur. İki il əvvəl dövlətimizin başçısı İtaliyada olarkən "Eni S.P.A" şirkətinin baş icraçı direktoru ilə görüşündə də neft-qaz, bərpaolunan enerji və iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdi.

Qeyd edək ki, "Eni"ni Azərbaycanda yaxşı tanıyırlar. "Əsrin müqaviləsi" çərçivəsində ölkəmizdə aparılan işlərin müxtəlif mərhələlərində bu şirkət fəal iştirak edib. Ən mühüm faktlardan biri də budur ki, "Eni" Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin səhmdarlarından biridir və layihədə 5 faizlik iştirak payına malikdir. 

İki ildir "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının "Eni S.P.A" şirkəti arasında bioyanacaq və bioxammal sahəsində Anlaşma Memorandumu" mövcuddur. 2024-cü ildə həmçinin "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının "Eni S.P.A" şirkəti arasında enerji təchizatı təhlükəsizliyi məqsədilə hasilat və midstrim sahəsində neft-qaz layihələri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu" da mübadilə edilib. Həmin vaxt mübadilə edilən sənədlər sırasında "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının "Eni S.P.A" şirkəti arasında enerji keçidi və istixana qazlarının azaldılması sahəsində Anlaşma Memorandumu" da özünə yer alıb.

İtaliyanın "Ansaldo Energia" şirkəti Mingəçevirdə "8 Noyabr" Elektrik Stansiyasının tikintisində fəal iştirak edib. Sifariş əsasında "Ansaldo Energia" tərəfindən hazırlanan, ümumi çəkisi 3 min tondan çox olan qaz turbinləri və generatorlar, o cümlədən köməkçi avadanlıq ikinci logistika marşrutu ilə İtaliyadan Bakı limanına çatdırılıb. Hər birinin çəkisi 300 və 400 tondan artıq olan yüklərin qabariti böyük olduğundan Mingəçevirə qədər yolboyu körpülərin altı qazılıb və keçid təmin ediləndən sonra yollar bərpa olunub.

Azərbaycan Respublikası Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin ölkəmizə səfəri çərçivəsində bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunub.

İtaliya şirkətlərinin də Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. Hazırda ölkəmizdə İtaliyanın 130-a yaxın şirkəti fəaliyyət göstərir.

Bütün bunlar getdikcə inkişaf edən Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının parlaq nümunələridir. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tarixi təməl üzərində qardaşlığın söz qalası

09:05
06 May

AÇG Azərbaycanın neft sənayesindəki mövqeyini itirmir

09:00
06 May

Böyük qayıdışdan iqtisadi zirvələrə, sosial ənənələrdən sahibkarlığa

08:57
06 May

Azərbaycanda ən müxtəlif təyinatlı gəmilər inşa olunur

08:55
06 May

Avropa İttifaqı nə qədər yanacaq ehtiyatına malikdir?

08:53
06 May

Bakı-Brüssel xətti: strateji tərəfdaşlıq yeni mərhələdə

08:50
06 May

Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb

08:45
06 May

Regionun gələcək inkişaf modelini müəyyən edən strateji yol xəritəsi

08:40
06 May

Bakı sülh missiyasını uğurla davam etdirir

08:35
06 May

Enerji əməkdaşlığı üzərində qurulan iqtisadi tərəfdaşlıq

08:30
06 May

Milyonların qəlbində əbədi yaşayan dahi şəxsiyyət

08:25
06 May

Azərbaycanın inkişaf strategiyasının təməl prinsipləri

08:20
06 May

Azərbaycan inkişafı və uğurları ilə yüksəlir

08:15
06 May

Qüdrətli dövlətçiliyin memarı

08:10
06 May

Heydər Əliyev siyasəti ailə, qadın və uşaq məsələləri kontekstində

08:05
06 May

Azərbaycan-İtaliya: dərinməzmunlu əlaqələr siyasi fürsətlərə çevrilir

08:00
06 May

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Təhsil haqqında" və"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:52
06 May

"Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi"nin təsdiq edilməsi haqqında

01:51
06 May

N.A.Yusifbəylinin Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında

01:51
06 May

"Göradil Quşçuluq" ASC-nin səhmdarlarının nəzərinə!

01:48
06 May

"Bakı Rail-Trans" QSC-nin səhmdarlarının nəzərinə! 

01:47
06 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!