06 May 2026 13:56
276
İQTİSADİYYAT
A- A+
Esvatini səfiri: Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var  

Esvatini səfiri: Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var  


“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Esvatini Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sibusisive Mnqomezulu ilə görüşüb.

“AzerGold”dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı tərəflər iqtisadi əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Zakir İbrahimov bildirib ki, Azərbaycan geniş və güclü beynəlxalq əlaqələrə malikdir və bu gün dünyanın bir çox aparıcı güc mərkəzləri ilə strateji tərəfdaşlıq müqavilələri imzalayan azsaylı dövlətlərdən biridir: “Uzun illər boyu zəngin neft və qaz ehtiyatları ilə tanınan ölkəmiz daxili enerji tələbatını tam şəkildə təmin edir, eyni zamanda, enerji sahəsində ixrac potensialını davamlı olaraq gücləndirir. Bu isə ölkənin təkcə regional deyil, həm də tədricən qlobal miqyasda aparıcı güclərdən birinə çevrildiyini göstərir”.

İdarə Heyəti sədrinin sözlərinə görə, neft və qaz ehtiyatlarının mövcudluğu Azərbaycana müdrik iqtisadi qərarlar qəbul etməyə və müxtəlif sahələrə investisiya yatırmağa imkan verib. Bu prioritet istiqamətlər sırasında dağ-mədən sahəsi də mühüm yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə dağ-mədən sənayesinin inkişafı istiqamətində həyata keçirilən iqtisadi islahatlar, məqsədyönlü və müdrik qərarlar nəticəsində iqtisadiyyatımızın digər sahələri kimi dağ-mədən sahəsi də qısa müddət ərzində ciddi nailiyyətlərə çata bilib.

Zakir İbrahimov sözügedən inkişaf fonunda rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr və qeyri-neft sektorunun inkişafına verdiyi töhfələr barədə məlumat verib. Bildirilib ki, “AzerGold” QSC hazırda qeyri-neft sektoru üzrə əsas ixracatçı dövlət şirkətləri sırasında ön sıralarda yer alır və şirkətin maliyyə göstəriciləri ildən-ilə müsbət dinamika nümayiş etdirir.

Səfir Sibusisive Mnqomezulu Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək, ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib. O, xüsusilə mədənçilik sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin qarşılıqlı faydalı olacağını vurğulayıb. Diplomat Esvatinin zəngin mineral xammal ehtiyatlarına malik olduğunu bildirərək, bu resursların öyrənilməsi və səmərəli idarə olunması istiqamətində “AzerGold” QSC-nin qabaqcıl təcrübəsinin əhəmiyyətini qeyd edib.

Zakir İbrahimov ilkin mərhələdə mineral resursların yerləşdiyi ərazilərdə dəqiq xəritəyəalma işlərinin aparılmasının və ehtiyatların düzgün qiymətləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O bildirib ki, müasir geoloji-kəşfiyyat metodlarının tətbiqi, rəqəmsal texnologiyalardan istifadə səmərəliliyin artırılmasına xidmət edir. Qeyd olunub ki, “AzerGold” QSC geoloji tədqiqatların innovativ və ekoloji baxımdan təhlükəsiz texnologiyalar əsasında həyata keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Həmçinin vurğulanıb ki, qeyri-invaziv axtarış metodları perspektivli sahələrin daha qısa müddətdə müəyyənləşdirilməsinə və yüksək xərc tələb edən buruqqazma işlərinə əhəmiyyətli qənaət edilməsinə imkan yaradır. Sədr şirkətin bu sahədə topladığı təcrübəni bölüşməyə hazır olduğunu bildirib.

Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi apararaq, əməkdaşlıq imkanlarının müəyyən edilməsi məqsədilə məlumatların mübadiləsi, o cümlədən tərəflər arasında Anlaşma Memorandumunun hazırlanması istiqamətində işlərin aparılması barədə razılığa gəliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib

19:29
16 May

"Qarabağ" Avropa, "Turan Tovuz" Konfrans Liqasında  

19:19
16 May

“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək

18:43
16 May

AZAL: Hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşlar təxirə salınıb

18:08
16 May

Ərdoğan: Qazaxıstan neftinin BTC ilə nəqlinə dair əldə olunmuş razılaşma çox mühümdür  

16:48
16 May

Azərbaycan gimnastları “AGF Trophy” beynəlxalq turnirində növbəti medallarını qazanıblar

16:23
16 May

Xocalı və Ağdərəyə qayıdan 43 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

16:17
16 May

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu - 2026”da təmsil olunur

15:54
16 May

WUF13-də yüksəksəviyyəli nümayəndələrin tədbirdə iştirakı və səfərləri ilə bağlı brifinq təşkil olunub  

15:35
16 May

Azərbaycan velosipedçiləri Astanada keçirilən “Silk Way Series” beynəlxalq yarışında iştirak edir

15:19
16 May

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin forumu çərçivəsində panel müzakirələri keçirilib

14:39
16 May

Çinli ekspert: WUF13-ə ev sahibliyi Azərbaycanın beynəlxalq öhdəliyini və məsuliyyətini nümayiş etdirir

14:23
16 May

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb  

14:19
16 May

Türküstan görüşü gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən platforma kimi yadda qaldı

14:12
16 May

Azərbaycan TDT-nın güclənməsinə və funksionallığının artmasına davamlı töhfələr verir

13:59
16 May

Şükürbəyli kəndində daha 18 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 2

13:59
16 May

Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub  

13:48
16 May

Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb

13:09
16 May

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

12:57
16 May

Türk dünyasının əhəmiyyəti regional çərçivələri aşır

12:38
16 May

“EFES-2026” təlimində dənizdən sahilə hücum tapşırığı uğurla icra edilib

11:17
16 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!