06 May 2026 11:49
121
SİYASƏT
A- A+
AP regionda sülhün yaranması ilə barışmaq istəmir

AP regionda sülhün yaranması ilə barışmaq istəmir


“Avropa Parlamenti növbəti dəfə ölkəmizə qarşı qərəzli, saxta qətnamə qəbul etdi. Ümumiyyətlə,  Avropa Parlamentinin qəbul etdiyi bu qətnamənin heç bir əhəmiyyəti yoxdur və beynəlxalq  hüquqa zidd bir sənəddir. Azərbaycanın bu qurum qarşısında heç bir öhdəliyi yoxdur və Avropa İttifaqının Parlamentinin İttifaqa üzv olmayan dövlət haqqında qətnamə çıxarmaq mandatı da yoxdur”. 

Bu fikirləri qəzetimizə açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva deyib. O bildirib ki, bu qətnamənin qəbul edilməsində fəal iştirak edən qüvvələr hər kəsə, hətta bu quruma rəhbərlik edən şəxslərə də məlumdur. Avropa Parlamenti uzun illərdir dünyadakı erməni təşkilatlarının lobbisinin əlində oyuncaq olub, korrupsiyalaşmış bir təşkilata çevrilib. Bir neçə il bundan əvvəl AP-nin rəhbər şəxsinin və deputatlarının rüsvətxorluqda ittiham edilərək həbs olunması təşkilatın əsl simasını üzə çıxardı. 

Ekspert xatırladıb ki, 2020-ci ildən Avropa Parlamentinin Azərbaycana qarşı 10-dan çox bu cür qərəzli qətnamələr qəbul edib: “Avropalı parlamentarilər xalqımıza qarşı dəhşətli cinayətlər törətdiklərinə, Azərbaycan ərazisində separatizm və terrorçuluqla məşğul olduqlarına görə məhkum olunan şəxsləri "müharibə əsiri", "siyasi məhbus" kimi təqdim edirlər. Qətnamədə Qarabağdan ermənilərin guya zorla qovulması və ermənilərə məxsus dini abidələrin dağıdılması ilə bağlı səsləndirilən fikirlər siyasi avantüranın bariz nümunəsidir. Əslində 30 il torpaqlarımızı işğalda saxlayan ermənilər əsl barbarlıq etmişdilər. Şəhər və kəndlərimizi viran qoymuş, məscidlərimizi dağıdaraq tövləyə çevirmişdilər. Buraya səfər edən avropalı diplomatlar, siyasətçilər, jurnalistlər bütün bunları öz gözləri ilə görürdülər. Nədənsə nə AP, nə də AŞPA bu hərəkətləri qınayan bir qətnamə belə qəbul etmədilər”. 

K.Əliyeva bu gün Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərimizi yenidən qurduğunu, dağıdılmış bütün dini tarixi abidələrin bərpa olunduğunu qeyd edərək əlavə edib ki, AP isə bütün bunları görməzliyə vurur. Səbəbi məlumdur, onlar regionda sülhün, sabitliyin yaranması ilə barışmaq istəmirlər. Prezident İlham Əliyev çıxışlarında da bildirmişdi ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, ərazisində separatizmin kökünü kəsməsini bir sıra qüvvələr qəbul edə bilməyəcək və bizə qarşı təzyiqlər davam edəcək. 

Prezident İlham Əliyevin iradəsi və qətiyyəti sayəsində Cənubi Qafqazda sülh və sabitliyin  təməli qoyulduğunu vurğulayan ekspert deyib ki, məhz bu reallığa söykənən tarixi Vaşinqton razılaşması nəticəsində Azərbaycanla Ermənistan böyük sülh sazişinə olduqca yaxındır: “Dünyada İlham Əliyevin bu təşəbbüsünün beynəlxalq səviyyədə dəstəklənməsi anti-Azərbaycan qüvvələrini bərk narahat edir. Azərbaycana qarşı yönəlmiş istənilən təzyiq kampaniyasına dövlətimiz tərəfindən siyasi, diplomatik və parlament səviyyəsində layiqli cavab verilir”.

Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ İrana qarşı əməliyyatının başa çatdığını elan edib 

12:28
06 May

Ukraynanın xarici işlər naziri: Rusiya atəşkəs rejimini pozub

12:22
06 May

Tehranda baş verən yanğında azı 8 nəfər ölüb

12:06
06 May

Azərbaycan və Vyetnam mədəni-humanitar əməkdaşlığı genişləndirir

12:02
06 May

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti gübrə və taxıl göndərilib

11:53
06 May

Birinci rübdə ölkənin xarici ticarətində müsbət saldo qeydə alınıb

11:52
06 May

Dörd ayda Mərkəzi Bankın valyuta ehtiyatları 10 faizdən çox artıb

11:50
06 May

AP regionda sülhün yaranması ilə barışmaq istəmir

11:49
06 May

Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dollara yaxınlaşır

11:48
06 May

Ankarada Azərbaycan və Türkiyənin teatr sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib  

11:46
06 May

Azərbaycan Pakistanda daşqınlardan zərərçəkənlərə humanitar yardım göstərib

11:21
06 May

Nəsimi Ağayev: Almaniyadakı əsir düşərgələrində həlak olmuş azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi önəmli vəzifədir  

11:20
06 May

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

11:19
06 May

Mərkəzi Bank inflyasiya proqnozunu açıqlayıb

11:18
06 May

WUF13 proqramı ictimaiyyətə təqdim olunub 

11:16
06 May

Azərbaycan və Birləşmiş Krallıq enerji tərəfdaşlığının gündəliyindəki məsələləri dəyərləndirib  

11:15
06 May

Muxtar Babayev: İqlim riskləri ərzaq təhlükəsizliyi və iqtisadi sabitlik üçün çox ciddi çağırış yaradır

11:14
06 May

Əlahiddə Ümumqoşun Orduda hazırlıq kursunu bitirənlərə sertifikatlar təqdim olunub

11:13
06 May

Muxtar Babayev: Ötən ay Bakıda yağıntının miqdarı normadan 5 dəfə çox olub

11:01
06 May

Azərbaycan Milli Kibertəhlükəsizlik İndeksi üzrə dünya reytinqində 21 pillə irəliləyib 

10:58
06 May

Dünya bazarında qızıl 96 dollar bahalaşıb

10:44
06 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!