06 May 2026 11:14
267
İQTİSADİYYAT
A- A+
Muxtar Babayev: İqlim riskləri ərzaq təhlükəsizliyi və iqtisadi sabitlik üçün çox ciddi çağırış yaradır

Muxtar Babayev: İqlim riskləri ərzaq təhlükəsizliyi və iqtisadi sabitlik üçün çox ciddi çağırış yaradır


Kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət sahəsi deyil, ərzaq təhlükəsizliyi və iqtisadi sabitlik üçün strateji əhəmiyyət daşıyan əsas sahələrdən biridir. Son illərdə dünyada iqlim və hava hadisələrinin xarakteri dəyişib. Əvvəllər bu hadisələr əsasən lokal və mövsümi xarakter daşıyırdı. Bu gün isə vəziyyət dəyişib və iqlim hadisələri daha tez-tez baş verir, daha güclü olur və daha geniş əraziləri əhatə edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev 5-ci Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son 50 ildə qlobal miqyasda hava və iqlimlə bağlı fəlakətlərin sayı təxminən 5 dəfə artıb.

“Sel hadisələri ən çox geniş yayılmış və ən çox təsir göstərən təbii fəlakətlərdən birinə çevrilib. Son onilliklərdə ümumilikdə 168 ölkədə 4700-dən çox sel hadisəsi baş verib. Bu hadisələr 3,2 milyarddan çox insanı əhatə edib. Ümumi iqtisadi zərər isə 1,3 trilyon dollar təşkil edib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, son 30 ildə təbii fəlakətlər kənd təsərrüfatına 3 trilyon dollardan çox zərər verib. Bu, hər il təxminən 100 milyard dollardan çox itki deməkdir. Bu fakt bir daha göstərir ki, iqlim riskləri ərzaq təhlükəsizliyi və iqtisadi sabitlik üçün çox ciddi çağırış yaradır. FAO-ya görə, dünyada 2 milyard hektardan çox torpaq deqredasiyaya uğrayıb. Hər il isə milyonlarla hektar torpaq öz məhsuldarlığını itirir. İqlim dəyişiklikləri kənd təsərrüfatına çox ciddi təsir edir. Kənd təsərrüfatı özü də prosesin bir hissəsidir. Bu sektor qlobal istixana qazı emissiyalarının təxminən dörddəbirini təşkil edir”, - deyə Muxtar Babayev qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyanın Dnepropetrovsk vilayətinə hücumları nəticəsində səkkiz nəfər həlak olub

11:15
13 May

İranda İsrail kəşfiyyatına işləyən şəxs edam edilib

11:15
13 May

Türkiyə XİN: Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanmasına dair bürokratik hazırlıqlar tamamlanıb  

11:14
13 May

Qlobal neft ehtiyatları bu il sutkada 2,6 milyon barel azalacaq

11:13
13 May

Astanada Türk Dövlətləri Təşkilatının biznes forumu keçirilir

11:08
13 May

Azərbaycanın müdafiə nazirinin Slovakiyaya səfəri davam edir

11:03
13 May

Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər

10:58
13 May

bp Özbəkistanda Şimali Üstyurd üzrə Hasilatın Pay Bölgüsü Sazişinə qoşulub

10:44
13 May

Dünya birjalarında neft ucuzlaşıb 

10:34
13 May

Dünya bazarında qızıl 20 dollar bahalaşıb

10:29
13 May

Metronun rəhbəri bir neçə gün əvvəl yaranan enerji problemindən danışdı 

10:29
13 May

WUF13 Könüllülük Proqramı çərçivəsində məkan təlimləri başa çatıb

10:26
13 May

BDYPİ: Təhlükəsizliyimizə etinasız yanaşma bərpası olmayan itkilərə yol aça bilər

10:21
13 May

Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir?

10:19
13 May

Azərbaycan neftinin qiyməti 116 dollara yaxınlaşır 

10:14
13 May

Qazaxıstan, Azərbaycan və Özbəkistan yaşıl enerji dəhlizi üzrə əməkdaşlığı genişləndirir

10:11
13 May

Sərnişinlər vahid nəqliyyat şəbəkəsindən istifadə edəcəklər - "Bakı Metropoliteni"nin sədri MÜSAHİBƏ 

10:01
13 May

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək

09:49
13 May

“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi başlayıb

09:48
13 May

Cəbrayıla qayıdan keçmiş məcburi köçkün: Həmişə inanmışdıq ki, torpaqlarımızı geri qaytaracağıq  

09:46
13 May

Zəngilan sakini: Doğma elimizə-obamıza qayıtdığımıza görə şükür edirəm

09:46
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!