06 May 2026 13:10
89
CƏMİYYƏT
A- A+
Tacikistan səfiri: Azərbaycan Düşənbənin su təşəbbüslərini dəstəkləyən ölkələrdən biridir

Tacikistan səfiri: Azərbaycan Düşənbənin su təşəbbüslərini dəstəkləyən ölkələrdən biridir


Azərbaycan Tacikistanın konsensusa əsaslanan su təşəbbüslərini ardıcıl olaraq dəstəkləyən ölkələrdən biridir və bu, strateji tərəfdaşlığımızın yüksək səviyyəsini nümayiş etdirir. Bu davamlılıq Tacikistanı qlobal Su Prosesində tanınmış liderə çevirib, habelə beynəlxalq ictimaiyyəti su çatışmazlığı və buzlaqların əriməsi problemlərinin həlli üçün bir araya gətirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon 25-28 may tarixlərində Düşənbədə keçiriləcək “Davamlı inkişaf üçün su - 2018-2028” Beynəlxalq Fəaliyyət Onilliyi çərçivəsində 4-cü Beynəlxalq Yüksək Səviyyəli Konfransa hazırlıqlara həsr olunmuş brifinqdə bildirib.

Səfir xatırladıb ki, Tacikistan Respublikasının təşəbbüsü ilə elan edilən Su Onilliyi ölkənin qlobal su gündəliyinin irəliləməsi üçün ardıcıl səylərinin davamıdır və 2003-cü ildə Beynəlxalq Təmiz Su İli ilə başlayaraq 2013-cü ildə Beynəlxalq Su Əməkdaşlıq İli ilə bitən bütün əhəmiyyətli təşəbbüslərini məntiqi nəticəsidir.

Diplomat vurğulayıb: “Bu istiqamətdə əhəmiyyətli nailiyyət suyun mühafizəsi və ekosistemlərin qorunması sahəsində dövlətlərin 840-dan çox könüllü öhdəliyini birləşdirən Su Fəaliyyəti Gündəliyinin formalaşması ilə nəticələnən 2023-cü il BMT Konfransı olub”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kaya Kallasın səfəri Aİ-Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından vacibdir  

15:00
06 May

“Axios”: ABŞ və İran müharibənin dayandırılmasına dair memorandum imzalamağa yaxındır

14:39
06 May

Rumıniya mediası: Avropa İttifaqı Azərbaycanı etibarlı enerji tərəfdaşı kimi görür

14:36
06 May

Azərbaycan-Aİ münasibətləri praqmatik yanaşma və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir  

14:36
06 May

Kanar adaları hökuməti hantavirus xəstələrini daşıyan kruiz gəmisini qəbul etmək istəmir  

14:31
06 May

Qubanın bəzi kəndlərinin adları dəyişdirilir

14:23
06 May

Ali Məclisin növbəti iclasında 3 məsələ müzakirəyə çıxarılıb

14:19
06 May

Rusiyaya miqrant axını azalıb

14:16
06 May

Azərbaycan Düşənbə konfransında su ehtiyatlarının idarə olunması təcrübəsini bölüşəcək  

14:12
06 May

“AzərEnerji”nin ixrac gəlirləri 2 dəfə artıb

14:01
06 May

Esvatini səfiri: Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var  

13:56
06 May

“Yüksəliş” müsabiqəsinin altıncı mövsümünün Ümumi biliklər imtahanı üzrə nəticələri açıqlanıb  

13:51
06 May

Aqrar Xidmətlər Agentliyi “Caspian Agro Week” sərgisində  

13:46
06 May

Rumıniyada elektrik enerjisi qiymətləri rekord həddə yüksəlib

13:32
06 May

Taleh Kazımov: 2030-cu ilədək yeni əsginasların buraxılması planlaşdırılmır

13:26
06 May

DSX-nin sərhədçiləri “Heydər zirvəsi”nə yürüş ediblər

13:18
06 May

Tacikistan səfiri: Azərbaycan Düşənbənin su təşəbbüslərini dəstəkləyən ölkələrdən biridir

13:10
06 May

Qazaxıstan 11,1 milyon ton taxıl və un ixrac edib

13:01
06 May

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya ediləcək

12:53
06 May

Pekin Trampın səfəri ərəfəsində İrana dəstəyini ifadə edib

12:48
06 May

Sabah hava Bakıda dəyişkən buludlu, rayonlarda isə yağıntılı olacaq

12:43
06 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!