06 May 2026 20:39
390
İQTİSADİYYAT
A- A+
Çexiyanın nəqliyyat naziri: Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna verdiyi töhfə böyükdür  

Çexiyanın nəqliyyat naziri: Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna verdiyi töhfə böyükdür  


Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna (ITF) sədrlik edən ölkə kimi gördüyü işlər olduqca əhəmiyyətlidir. Çünki Azərbaycanın fəallığı olmasaydı, biz bu tədbiri bu səviyyədə təşkil edə bilməzdik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Çexiyanın nəqliyyat naziri İvan Bednarik Azərbaycan mediasına müsahibəsində bildirib.

Çexiyanın bu Sammitdə ITF-ə sədrliyi Azərbaycandan təhvil alacağını vurğulayan nazir deyib: “Hesab edirəm ki, biz bu fəaliyyəti eyni xətt üzrə davam etdirəcəyik. Bu, bütün üzvlər üçün əhəmiyyətlidir, çünki liderlik olmadan irəliləyiş mümkün deyil. Azərbaycan və Çexiya kimi fəal üzvlər ITF-in durğunluq yaşamamasına kömək edir. Azərbaycanın təşkilata, onun təqdimatına və bütün proseslərə verdiyi töhfə həqiqətən böyükdür. Azərbaycanın stendi görülən mühüm işi əks etdirir”.

Azərbaycan ilə Çexiya arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı istiqamətində görülən işlərdən danışan nazir qeyd edib ki, ötən həftə Çexiyanın Baş naziri və Azərbaycan Prezidenti bu əməkdaşlıq üçün qapıları açdılar: “İndi isə mən və nazir Rəşad Nəbiyev Çexiya ilə Azərbaycan, Praqa ilə Bakı arasında birbaşa bağlantı məsələlərini müzakirə edərək yekunlaşdıracağıq. Hesab edirəm ki, hər iki ölkənin sənayesi qarşılıqlı investisiyalar, infrastruktur, nəqliyyat əlaqələri və yükdaşımalar sahəsində sıx əməkdaşlıq edə bilər. Bu məqamlar hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir. Əlbəttə ki, rəqəmsallaşma və mobillik artıq təkcə dəmir yolu və aviasiya üçün deyil, ümumilikdə nəqliyyat və sənaye üçün getdikcə daha böyük önəm daşıyır. Çexiya dəmir yolları sahəsində, məsələn, müasir vaqonlar, lokomotivlər, qatarlar və metro sistemləri üzrə böyük təcrübəyə malikdir. Sizin ölkəniz isə rəqəmsallaşma sahəsində ciddi işlər görüb. Məhz bu səbəbdən inanıram ki, biz uğur qazanacağıq. Bu imkanı yaratdıqları üçün Çexiyanın Baş nazirinə və Azərbaycan Prezidentinə təşəkkür edirəm. İndi biz nazirlər ölkələrimizin və xalqlarımızın uğuru naminə bu işi davam etdirəcəyik”.

Orta Dəhliz və İpək Yolu kimi beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşən ölkələrimizin bu sahədəki potensialına da toxunan İvan Bednarik deyib: “Çox şadıq ki, bu istiqamətdə yeni qapılar açdıq. Çünki Azərbaycan Mərkəzi Asiya regionunda bizim üçün çox mühüm ölkədir, eyni qaydada biz də Mərkəzi Avropada Azərbaycan üçün önəmliyik. Bu coğrafi mövqe olduqca mühümdür və biz bundan istifadə etməli, xalqlarımız üçün fayda yaratmalıyıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

PSJ ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi olub  

23:30
30 May

Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb

22:41
30 May

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

19:48
30 May

Britaniyalı nazir: Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır  

18:28
30 May

Birinci Qax Kitab Sərgisi başlayıb

17:34
30 May

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisindən növbəti qələbə  

17:16
30 May

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir

16:44
30 May

Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir

15:43
30 May

Ombudsmanların beynəlxalq konfransında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb

13:41
30 May

Sabahın hava proqnozu açıqlanıb

13:04
30 May

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb

13:03
30 May

İran yığması FIFA-dan cavab gözləyir

12:57
30 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırdı

12:56
30 May

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

12:22
30 May

Azərbaycan neftinin qiyməti 98 dollar olub

11:43
30 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

11:34
30 May

Rusiya Ermənistandakı səfirini geri çağırıb

11:13
30 May

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə  

11:02
30 May

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda  

10:49
30 May

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

10:32
30 May

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

10:19
30 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!