07 May 2026 08:45
98
SİYASƏT
A- A+
Azərbaycanın parlament diplomatiyası

Azərbaycanın parlament diplomatiyası


Prezident İlham Əliyevin rəhbərliyi və siyasi iradəsi ilə Azərbaycanın milli maraqlarına xidmət edən, uzaqgörən, çevik xarici siyasət kursu uğurla icra olunmaqdadır. Dövlətimizin başçısı ölkənin xarici siyasi prioritetlərini müəyyən edir, mühüm beynəlxalq danışıqlar aparır və strateji əhəmiyyətli sazişlərə imza atır.

Xarici siyasət kursunda Azərbaycan Milli Məclisinin parlament diplomatiyasının da özünəməxsus çəkisi və strateji əhəmiyyəti var. Ümumən, müasir beynəlxalq münasibətlər sistemində parlament diplomatiyasının artan nüfuzu artıq reallıqdır. Məhz bu tendensiyanın nəticəsidir ki, son illərdə qanunverici orqan vasitəsilə atılan addımlar Azərbaycanın dövlət strategiyasının mühüm komponentinə çevrilib. Parlament diplomatiyasının məqsədi dövlətlər və regionlar arasında əlaqələrin və inteqrasiyanın dərinləşdirilməsinə nail olmaqdır. 

Azərbaycan parlamenti hər zaman dövlət başçısının yürütdüyü daxili və xarici siyasi kursu birmənalı şəkildə dəstəkləyib, ölkə rəhbərinin diplomatik hədəflərinə çatması istiqamətində öz resurslarını səfərbər edib. Görülən məqsədyönlü işlər nəticəsində ölkəmizin beynəlxalq platformalardakı mövqeyi daha da sarsılmaz hala gəlib, dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq münasibətləri dərinləşib. Hakimiyyətin mühüm qolu olan parlamentin işində beynəlxalq fəaliyyət prioritet istiqamət kimi ön plana çıxır. Milli Məclisin beynəlxalq fəaliyyəti dövlətin xarici siyasət prioritetlərinin qlobal müstəvidə müdafiəsi missiyasıdır. Bu istiqamətdə ikitərəfli və çoxşaxəli parlament təşkilatları ilə əlaqələrin inkişafı istiqamətində sistemli tədbirlər görülür. Eyni zamanda millət vəkilləri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və milli maraqlarımızın təbliği istiqamətində üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirirlər. 

Milli Məclis bir çox nüfuzlu təşkilatların - ATƏT PA, MDB PA, Asiya PA, Baltik Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı PA, İslam Əməkdaşlıq Təşkilatı PA, GUAM PA, Türk PA, Parlamentlərarası İttifaq və NATO PA-nın işində aktiv təmsil olunur. Məhz bu təşkilatlar çərçivəsində aparılan uğurlu əməkdaşlıq fəaliyyəti nəticəsində vaxtilə Ermənistanın apardığı işğalçılıq siyasətini ifşa edən qərarlar qəbul edilib. Azərbaycanın parlament diplomatiyasının beynəlxalq miqyasda nüfuz qazanmasının göstəricilərindən biri də Milli Məclisin Parlamentlərarası İttifaq (PAİ) ilə qurduğu strateji tərəfdaşlıqdır. Bu xüsusda, Milli Məclisin Sədri Sahibə Qafarovanın mayın 4-də PAİ-nin Baş katibi Martin Çunqonqla keçirdiyi görüş təşkilatla əlaqələrin yeni müstəviyə keçməsini təsdiqləyir. Azərbaycanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə rəhbərliyinin həm şəbəkənin inkişafında, həm də onun PAİ ilə əlaqələrinin dərinləşməsində oynadığı həlledici rol baş katib tərəfindən xüsusi vurğulanır.

Milli Məclisin müxtəlif ölkələrin parlamentləri ilə əlaqələri gücləndirməsi məqsədilə çoxsaylı işçi qrupları (dostluq qrupları) fəaliyyət göstərir. Hazırda 80-dən çox ölkənin parlamenti ilə parlamentlərarası əlaqələr üzrə işçi qruplar mövcuddur. Bu qruplar əsasən Avropa, Asiya, Amerika, Afrika və Okeaniya ölkələrini əhatə edir. Türkiyə, Pakistan, Rusiya, Çin, eləcə də Avropa Birliyi və ərəb ölkələri ilə olan qruplar ən aktiv fəaliyyət göstərənlər sırasındadır. Qrupların əsas fəaliyyəti qarşılıqlı səfərlər təşkil etmək, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsi aparmaq və beynəlxalq platformalarda Azərbaycanın milli maraqlarını müdafiə etməkdir. 

2022-ci ilin noyabr ayında Milli Məclisin ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi üzv kimi qəbul olunması da parlament diplomatiyamızın uğuru kimi tarixə düşdü. Adətən, müraciətlərə 2-3 il ərzində baxıldığı halda Azərbaycan Milli Məclisinin müraciəti prioritet qaydada dərhal dəstəkləndi. Qeyd edək ki, 1977-ci ildən fəaliyyət göstərən ASEAN PA genişspektrli siyasi, sosial-iqtisadi məsələlər üzrə üzv dövlətlərin parlamentləri arasında qarşılıqlı fəaliyyət üçün qurulmuş işlək mexanizmə çevrilib. 

Azərbaycan Milli Məclisi həm də beynəlxalq parlament qurumlarının təsisçisi kimi çıxış edir. Bu baxımdan, QDİƏT PA və Türk PA-nın yaradılmasında Azərbaycanın oynadığı aparıcı rol xüsusi qeyd edilməlidir. Xüsusilə, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində əsası qoyulan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi bu sahədəki ən böyük uğurlardan biridir. QH-nin Parlament Şəbəkəsinin yaradılması və onun ilk konfransına Bakının evsahibliyi etməsi bu istiqamətdə atılmış tarixi bir addım idi. Bu şəbəkə vasitəsilə Azərbaycan dünyada güc mərkəzləri arasında balansı qoruyan və inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə edən bir platformanın parlament qanadını formalaşdırıb. Eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində TÜRKPA-nın fəaliyyətinin gücləndirilməsi Azərbaycan nümayəndə heyətlərinin fəal iştirakı Milli Məclisin beynəlxalq çəkisini əhəmiyyətli dərəcədə artırıb. 

Milli Məclisin Sədri Sahibə Qafarovanın müxtəlif ölkələrin parlament rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlər, beynəlxalq platformalarda regionun və ölkəmizin problemlərini tarixi faktlar və qətiyyətlə dilə gətirməsi strateji əhəmiyyət kəsb edir. Parlament sədrinin rəhbərliyi ilə həyata keçirilən xarici səfərlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət göstərir. 

Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, beynəlxalq hüququn norma və prinsipləri hamı üçün eyni dərəcədə keçərli olmalıdır. Milli Məclisin üzvləri beynəlxalq platformalarda ölkəmizə qarşı yönəlmiş qərəzli kampaniyalara, ikili standartlara qarşı qətiyyətli mübarizə aparır, milli maraqlarımızın qorunması naminə çevik reaksiya nümayiş etdirirlər. Bu gün Azərbaycan parlamentinin səsi ən yüksək tribunalardan eşidilir. Heç şübhəsiz, qarşıdakı illərdə Azərbaycan parlamenti uğurlu fəaliyyətini daha da genişləndirərək davam etdirəcək. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Nəbatat bağında gənc rəssamların sərgisi keçirilib

09:30
07 May

Zəmanə uşaqları

09:25
07 May

Nəsibə Zeynalova qüdrətində sənətkar hər xalqa nəsib olmur

09:20
07 May

Azərbaycanda orqanik kənd təsərrüfatı məhsulları istehsalı: problemlər, perspektivlər

09:15
07 May

Torpaqdan texnologiyaya - Azərbaycan aqrobiznesində yeni dövr

09:13
07 May

Bir məkan, üç sərgi, 450-yə yaxın şirkət

09:10
07 May

Makron rəsmi Bakının tezislərini təkrarlayır

09:05
07 May

Kaya Kallasın səfəri Azərbaycan-Aİ əməkdaşlığının strateji məzmununu göstərir

09:00
07 May

Azərbaycanın mədəniyyət zirvəsi

08:55
07 May

Bakı-Roma əməkdaşlığı Avropanın enerji təhlükəsizliyini formalaşdıran mühüm vasitədir

08:50
07 May

Azərbaycanın parlament diplomatiyası

08:45
07 May

Azərbaycan-İtaliya münasibətləri yeni mərhələdə

08:40
07 May

Böyük irsin salnaməsi

08:35
07 May

"Biz Heydər Əliyevdən hər gün öyrənirdik"

08:30
07 May

Elmi əsaslar üzərində optimal inkişaf konsepsiyasının yaradıcısı

08:25
07 May

Tarixi missiyanın uğurları

08:20
07 May

Xalqın taleyinə yazılmış imza: Heydər Əliyev fenomeni

08:15
07 May

Heydər Əliyev strategiyası: zəfərin başlanğıcı

08:10
07 May

Əbədiyaşar Liderin tükənməz irsi: etibarlı gələcəyin sağlam bünövrəsi

08:05
07 May

Hadisələri qabaqlamaq məharəti

08:00
07 May

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

03:22
07 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!