27 Yanvar 2026 08:25
151
SİYASƏT
A- A+
Azərbaycanın gələcək strateji baxışının ifadəsi

Azərbaycanın gələcək strateji baxışının ifadəsi


Prezident İlham Əliyevin "Sülh Şurasının Nizamnaməsi" sənədini imzalaması olduqca önəmli hadisədir. Bu, Azərbaycan dövlətinin  qlobal sülh gündəmində strateji mövqeyinin açıq ifadəsidir. Eyni zamanda ölkəmizin xarici siyasət kursunda yeni və mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirilir. 

Milli Məclisin deputatı Sevinc Hüseynova qəzetimizə açıqlamasında bildirib ki, bu addım təkcə formal beynəlxalq sənədə qoşulma aktı deyil, həmçinin Azərbaycanın qlobal sülh təşəbbüslərində fəal və prinsipial mövqe tutduğunu nümayiş etdirən strateji qərardır: "Hazırda müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Regional münaqişələrin artması, humanitar böhranların dərinləşməsi, beynəlxalq hüququn selektiv tətbiqi açıq təhdidlər yaradır. Müasir beynəlxalq münasibətlər sisteminin mürəkkəb və çoxşaxəli çağırışlarla üz-üzə qaldığı bir dövrdə sülhün qorunması, dialoqun təşviqi və qarşılıqlı etimadın möhkəmləndirilməsi dövlətlərin prioritet istiqamətlərindən birinə çevrilib. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin "Sülh Şurasının Nizamnaməsi" sənədini imzalaması ölkənin qlobal və regional sülh gündəliyinə verdiyi ardıcıl və prinsipial töhfənin növbəti mühüm təzahürü kimi dəyərləndirilir".

Deputat qeyd edib ki, bu addım, həmçinin Azərbaycan dövlətinin beynəlxalq münasibətlərdə konstruktiv mövqeyini, əməkdaşlığa sadiqliyini və sülhün yalnız bəyanatlarla deyil, institusional mexanizmlər vasitəsilə təmin olunmasının vacibliyinə verdiyi önəmi bir daha nümayiş etdirir. "Sülh Şurasının Nizamnaməsi" sülhün təşviqi, münaqişələrin qarşısının alınması, dialoq və vasitəçilik mexanizmlərinin gücləndirilməsi kimi fundamental prinsipləri özündə ehtiva edən çərçivə sənəd kimi nəzərdə tutulur. Nizamnamə beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq və qarşılıqlı etimad əsasında əməkdaşlıq kimi müddəalara əsaslanır. "Prezident İlham Əliyevin bu sənədi imzalaması Azərbaycanın sülh anlayışına yanaşmasının yalnız regional deyil, eyni zamanda qlobal miqyasda düşünülmüş, uzunmüddətli və sistemli xarakter daşıdığını göstərir. Bu təşəbbüs sülhün epizodik razılaşmalarla deyil, davamlı institutlar və platformalar vasitəsilə qorunmasının mümkünlüyü ideyasını ön plana çıxarır", - deyə o bildirib.

Son illər Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş, dialoqa açıq və təşəbbüskar dövlət kimi tanındığını deyən S.Hüseynova vurğulayıb ki, müxtəlif beynəlxalq platformalarda irəli sürülən təşəbbüslər, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqi, eləcə də çoxtərəfli əməkdaşlıq formatlarında fəal iştirak ölkəmizin xarici siyasətinin əsas istiqamətlərini təşkil edir. "Sülh Şurasının Nizamnaməsi"nin imzalanması bu xəttin məntiqi davamı olmaqla yanaşı, Azərbaycanın öz tarixi təcrübəsindən çıxış edərək sülhün real və davamlı modelini beynəlxalq ictimaiyyətlə bölüşmək niyyətini də ortaya qoyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu yanaşma sülhü yalnız siyasi hədəf deyil, eyni zamanda təhlükəsizlik, inkişaf və rifahın əsas şərti kimi təqdim edir.

 Deputat deyib ki, Azərbaycan öz geosiyasi mövqeyindən və diplomatik təcrübəsindən istifadə edərək, müxtəlif maraqların toqquşduğu mühitdə balanslaşdırılmış və ədalətli mövqeyin mümkün olduğunu nümayiş etdirməyi hədəfləyir: "Məhz bu kontekstdə Prezident İlham Əliyevin "Sülh Şurasının Nizamnaməsi"ni imzalaması təkcə bir sənədin hüquqi qüvvəyə minməsi deyil, həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rolun, sülhə verdiyi dəyərin və gələcəyə yönəlmiş strateji baxışının ifadəsidir".


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DTX səfirliyə terror hücumuna hazırlaşan şəxsləri həbs edib  

09:51
27 Yanvar

Məmmədbəyliyə köçən sakin: Uzun illərdən sonra doğma yurda qayıtmaq insanı fərəhləndirir  

09:42
27 Yanvar

Keçmiş məcburi köçkün: Çox sevincliyik ki, uzun illərdən sonra vətənimizə qayıdırıq  

09:39
27 Yanvar

Zəngilan rayonuna növbəti köç karvanı yola salınıb  

09:25
27 Yanvar

ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb  

09:24
27 Yanvar

BMT-nin Baş katibi: Beynəlxalq hüququn aliliyi olmadan dünyada sülh mümkün deyil  

09:23
27 Yanvar

Fransa müdafiə büdcəsini 2035-ci ilədək 100 milyard avroya çatdırmağı planlaşdırır  

09:22
27 Yanvar

Nipah virusu pandemiyaya çevrilə bilər

09:20
27 Yanvar

Didərginlikdən qəhrəmanlığa gedən yol

09:15
27 Yanvar

İlk döyüşlərdən cəsarəti ilə seçildi

09:10
27 Yanvar

Gədəbəydə ümumi məhsul istehsalı 39,5 faiz artıb 

09:05
27 Yanvar

Yardımlıda 2025-ci ilin nəticələri müzakirə edilib

09:00
27 Yanvar

Lənkəranda 2,1 min nəfər işlə təmin olunub

08:55
27 Yanvar

Göygöldəki meyvəçilik təsərrüfatında yeni soyuducu anbarın tikintisinə başlanılıb

08:50
27 Yanvar

Zaqatalada qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərindən danışılıb

08:45
27 Yanvar

Naftalanda yaşıllıqlar inventarlaşdırılır

08:40
27 Yanvar

Keçən il Azərbaycan 23,1 milyon ton neft, 25,2 milyard kubmetr qaz ixrac edib

08:35
27 Yanvar

Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma: "yaşıl", "ağıllı" və rahat

08:30
27 Yanvar

Azərbaycanın gələcək strateji baxışının ifadəsi

08:25
27 Yanvar

Prezident İlham Əliyev Davosda ölkəmizin geoiqtisadi mövqeyini təqdim etdi

08:20
27 Yanvar

Qərbi azərbaycanlıların "Qayıdış hüququ" beynəlxalq müstəvidə öz təsdiqini tapır

08:17
27 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!