26 Yanvar 2026 16:53
153
PARLAMENT
A- A+
Azərbaycan və BƏƏ parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

Azərbaycan və BƏƏ parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub  


Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına işgüzar səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının sədr müavini Tariq Humaid Al Tayer ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə liderlərinin rəhbərliyi ilə bütün istiqamətlər üzrə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub, parlamentlərin fəaliyyəti və verdiyi töhfələr xüsusi vurğulanıb.

Sahibə Qafarova qarşılıqlı rəsmi səfərlərin, eləcə də parlamentlər arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq əlaqələrin inkişafının önəmini qeyd edib. Söhbət zamanı beynəlxalq təşkilatlar, o cümlədən Asiya Parlament Assambleyası (APA) çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olmasından razılıq ifadə olunub.

Görüşdə Sahibə Qafarova Milli Məclisin APA-ya ikiillik sədrliyi dövründə BƏƏ parlamentinin nümayəndə heyətinin göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib, APA-nın parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün ümumi və səmərəli platforma olduğunu vurğulayıb. Söhbətdə Milli Məclisin APA-ya uğurlu sədrliyi xüsusilə qeyd edilib.

Görüşdə parlamentlərarası əməkdaşlığın bundan sonra da qarşılıqlı etimad və tərəfdaşlıq prinsipləri əsasında uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən il Azərbaycan ilə İsrail arasında ticarət dövriyyəsi 78 milyon dollar olub  

16:54
26 Yanvar

Azərbaycan və BƏƏ parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

16:53
26 Yanvar

Azərbaycan Keniya məktəbinə növbəti dəfə humanitar yardım göstərib  

16:52
26 Yanvar

Mikayıl Cabbarov: Azərbaycan İsrailin enerji sektorunda əhəmiyyətli investor kimi çıxış edir  

16:50
26 Yanvar

AZPROMO: Azərbaycan-İsrail biznes forumu tərəfdaşlığımızı real iqtisadi nəticələrə çevirmək istiqamətində ortaq sadiqliyimizi nümayiş etdirir  

16:50
26 Yanvar

Azərbaycan ilə İsrail XİN-ləri beynəlxalq və regional məsələləri müzakirə ediblər  

16:49
26 Yanvar

Çinin rəsmi agentliyi Azərbaycanla yaşıl energetika sahəsində əməkdaşlıqdan yazıb  

16:48
26 Yanvar

Mikayıl Cabbarov: Azərbaycan və İsrail işgüzar əlaqələrin genişləndirilməsi üçün möhkəm hüquqi baza yaradır  

16:47
26 Yanvar

Erməni vandalizminin daha bir qurbanı- Xudavəng monastırı  

16:46
26 Yanvar

YAP Sədrinin müavini Tahir Budaqov Vyetnam Kommunist Partiyasının Baş katibi ilə görüşüb  

16:45
26 Yanvar

Nazir: Azərbaycanda İsrail investisiyalı 130 kommersiya qurumu fəaliyyət göstərir  

16:44
26 Yanvar

Dünya neft bazarı geosiyasi təsirlər altındadır

16:43
26 Yanvar

Asiya Parlament Assambleyasında sədrlik rəsmi olaraq Bəhreyn Nümayəndələr Şurasına təhvil verilib  

16:42
26 Yanvar

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə İsrail İstehsalçılar Assosiasiyası arasında sənəd imzalanıb  

16:26
26 Yanvar

Milli Məclisin sədri: Azərbaycan mədəniyyətlərarası dialoqun sadiq tərəfdaşıdır  

16:26
26 Yanvar

Ukrayna ordusu Kubandakı neft emalı zavodunu vurduğunu təsdiqləyib

16:17
26 Yanvar

Pakistanlı politoloq: İlk sənaye neft quyusuna ev sahibliyi edən Azərbaycan bu gün yaşıl enerji liderliyinə iddialıdır  

15:36
26 Yanvar

Daha 100 nəfər keçmiş məcburi köçkün Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə qayıdıb - YENİLƏNİB 

15:21
26 Yanvar

“Qarabağ” "Liverpul"la oyun üçün İngiltərəyə yollanıb  

15:13
26 Yanvar

Ekspert: Ankara Ermənistandakı proseslərə xüsusi diqqət yetirməlidir  

15:07
26 Yanvar

Azərbaycan və İsrail XİN başcıları arasında geniştərkibli görüş keçirilib  

15:01
26 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!