27 Yanvar 2026 09:51
144
CƏMİYYƏT
A- A+
DTX səfirliyə terror hücumuna hazırlaşan şəxsləri həbs edib  

DTX səfirliyə terror hücumuna hazırlaşan şəxsləri həbs edib  


Xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücumu etməyə hazırlaşan şəxslər həbs edilib.

"Azərbaycan" qəzeti xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşları - 2000-ci il təvəllüdlü, “Abu Zər əl-Mühacir” dini ləqəbli Quliyev İlqar İlham oğlu, 2005-ci il təvəllüdlü, “Abdurəşid” dini ləqəbli Piriyev Amin Elşad oğlu və 2005-ci il təvəllüdlü “Abdurrahman əl-Azəri” dini ləqəbli Əlizadə Elvin Sənan oğlunun dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb.

Adıçəkilən şəxslər İŞİD terror təşkilatının “Vilayəti-Xorasan” silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycan Respublikasındakı səfirliyinə terror hücumu etmək üçün silah qismində istifadə edilən predmetlər əldə edib səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX-nin əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə, dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Neft Fondunun neft-qaz gəlirləri açıqlanıb

11:14
27 Yanvar

“Azexport” portalı Cənubi Qafqazın ən yaxşı milli elektron ticarət platforması seçilib

11:13
27 Yanvar

Baş katib: Parlament diplomatiyası beynəlxalq sülhün və təhlükəsizliyin təminində mühüm rol oynayır

11:10
27 Yanvar

Dövlət Neft Fondunun aktivləri 22 faizdən çox artıb

11:09
27 Yanvar

İcbari tibbi sığorta üzrə ötən ilin tibbi statistik göstəriciləri açıqlanıb

11:07
27 Yanvar

Azərbaycanın enerji sektorunda Dünya Bankı ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub

11:06
27 Yanvar

İcbari tibbi sığorta haqqının məbləğində dəyişiklik edilib

11:03
27 Yanvar

İcbari tibbi sığorta ilə daha çox şəxs tibbi xidmətlərlə təmin olunacaq

11:01
27 Yanvar

Antonio Quterreş xəbərdarlıq edib: beynəlxalq hüquq cəngəllik qanunları ilə əvəzlənir

10:51
27 Yanvar

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:50
27 Yanvar

Dünya birjalarında neft ucuzlaşıb

10:48
27 Yanvar

Azərbaycan neftinin qiyməti 68 dollardan aşağı düşüb  

10:27
27 Yanvar

Milli Məclisin sədri BƏƏ-yə işgüzar səfər edib

10:26
27 Yanvar

DTX səfirliyə terror hücumuna hazırlaşan şəxsləri həbs edib  

09:51
27 Yanvar

Məmmədbəyliyə köçən sakin: Uzun illərdən sonra doğma yurda qayıtmaq insanı fərəhləndirir  

09:42
27 Yanvar

Keçmiş məcburi köçkün: Çox sevincliyik ki, uzun illərdən sonra vətənimizə qayıdırıq  

09:39
27 Yanvar

Zəngilan rayonuna növbəti köç karvanı yola salınıb  

09:25
27 Yanvar

ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb  

09:24
27 Yanvar

BMT-nin Baş katibi: Beynəlxalq hüququn aliliyi olmadan dünyada sülh mümkün deyil  

09:23
27 Yanvar

Fransa müdafiə büdcəsini 2035-ci ilədək 100 milyard avroya çatdırmağı planlaşdırır  

09:22
27 Yanvar

Nipah virusu pandemiyaya çevrilə bilər

09:20
27 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!