27 Yanvar 2026 11:13
174
İQTİSADİYYAT
A- A+
“Azexport” portalı Cənubi Qafqazın ən yaxşı milli elektron ticarət platforması seçilib

“Azexport” portalı Cənubi Qafqazın ən yaxşı milli elektron ticarət platforması seçilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən “Azexport.az” portalı Böyük Britaniyada yerləşən beynəlxalq media qurumu “Luxlife Magazine Ltd” tərəfindən təşkil olunan “Global Excellence Awards 2025” müsabiqəsində nüfuzlu mükafata layiq görülüb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, portal “İnnovasiya” nominasiyasında “2025-ci ilin qlobal bazarlara çıxış üzrə Cənubi Qafqazda ən yaxşı milli elektron ticarət platforması” (Best National Global Market Access eTrade Platform 2025 – South Caucasus) seçilib.

Qiymətləndirmə zamanı “Azexport.az” portalında milli məhsullar üzrə vahid rəqəmsal reyestrin yaradılması, ixrac prosedurlarının “vahid pəncərə” prinsipi əsasında tam rəqəmsallaşdırılması, eləcə də “Digital Trade Hub” çərçivəsində elektron sənədləşmə, elektron imza, onlayn ixrac müraciəti, elektron ödəniş və transsərhəd rəqəmsal əməliyyatların uğurla inteqrasiyası xüsusi vurğulanıb. Bununla yanaşı, portalın “Amazon”, “Alibaba”, “eBay”, “JD.com”, “TradeKey” və digər aparıcı beynəlxalq elektron ticarət platformaları ilə inteqrasiyası Azərbaycan məhsullarının qlobal bazarlara çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.

Qeyd edək ki, bu nailiyyət Azərbaycan Respublikasının ixracın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və rəqəmsal iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirdiyi dövlət siyasəti ilə tam uzlaşır. www.azexport.az portalı yerli istehsalçıların beynəlxalq ticarətə inteqrasiyasını sürətləndirən əsas institusional və texnoloji platformalardan biri kimi çıxış edir.

Müsabiqədə ayrı-ayrı ölkələrin milli elektron ticarət platformaları ilə yanaşı, beynəlxalq rəqəmsal ixrac sistemləri və qabaqcıl ticarət texnologiyaları təqdim edən qurumlar da iştirak edib. “Azexport.az” portalının bu nüfuzlu mükafata layiq görülməsi onun regional deyil, qlobal miqyasda rəqabətqabiliyyətli platforma olduğunu bir daha təsdiqləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pediatrik onkoloji xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək  

12:42
27 Yanvar

Növbəti köç karvanı Məmmədbəyli kəndinə çatıb  

12:41
27 Yanvar

İdarə Heyətinin sədri: Ötən il əhalinin 54 faizi icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən yararlanıb  

12:39
27 Yanvar

Parisdə miqrant işçinin polis tərəfindən qətlə yetirilməsi etirazlara səbəb olub  

12:38
27 Yanvar

Auditorlar Palatası Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları Təşkilatı ilə Anlaşma Memorandumu imzalayıb

12:36
27 Yanvar

Azərbaycanın xarici işlər naziri Çinə səfər edəcək  

12:35
27 Yanvar

Avropa Komissiyası silahları modernləşdirməsi üçün Polşaya 43,7 milyard avro ayıracaq  

12:29
27 Yanvar

Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub

12:16
27 Yanvar

MEDİA: Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa səsləyirik

12:14
27 Yanvar

İşgaldan azad edilmiş ərazilərdə 8 mindən çox vətəndaş işlə təmin olunub

12:12
27 Yanvar

ARDNF-nin “Şahdəniz”dən əldə etdiyi gəlirlər 27 faizdən çox artıb

12:11
27 Yanvar

"Sülh Qalxanı - 2026" təlimində iştirak edəcək heyət Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb

12:00
27 Yanvar

Ötən il Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunması üzrə gəlirlilik 6,2 faiz təşkil edib

11:57
27 Yanvar

Ötən il 18 mindən çox vətəndaş peşə hazırlığına cəlb edilib

11:56
27 Yanvar

Hasil Abbasov: Ötən il 189 mindən çox vətəndaş işlə təmin edilib

11:54
27 Yanvar

Dövlət Neft Fondunun büdcədənkənar gəlirləri 13 dəfəyədək artıb

11:53
27 Yanvar

Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub

11:51
27 Yanvar

Dövlət Neft Fondunun qızıl ehtiyatları açıqlanıb

11:49
27 Yanvar

Bank kartlarına qanunsuz müdaxilə və dələduzluq hallarının qarşısının alınması sahəsində kompleks tədbirlər görülür

11:48
27 Yanvar

Media: ABŞ İrana dəqiq zərbələr endirməyi düşünür

11:46
27 Yanvar

Azərbaycan ilə ABŞ arasında humanitar minatəmizləmə sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib

11:45
27 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!