27 Yanvar 2026 11:06
151
İQTİSADİYYAT
A- A+
Azərbaycanın enerji sektorunda Dünya Bankı ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycanın enerji sektorunda Dünya Bankı ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub

Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Avropa və Mərkəzi Asiyada infrastruktur üzrə regional direktoru Çarlz Kormiyer, eləcə də Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysla görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın enerji sektorunda həyata keçirilən mövcud layihələr, yeni əməkdaşlıq imkanları, o cümlədən bərpaolunan enerji, enerji səmərəliliyi, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji saxlanc sistemləri, damüstü Günəş enerjisi və regional enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb.

Dünya Bankı ilə birgə icra olunan AZURE layihəsinin gedişi müzakirə edilib, layihənin bərpaolunan enerji güclərinin elektrik şəbəkəsinə dayanıqlı inteqrasiyası baxımından əhəmiyyəti vurğulanıb. Məlumat mərkəzləri və süni intellektin tələbatı, elektromobillərin artması fonunda elektrik ötürücü və paylayıcı şəbəkələrin modernləşdirilməsi, rəqəmsallaşdırılması və etibarlılığının artırılmasının vacibliyi qeyd edilib. Həmçinin “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə Dünya Bankı ilə əməkdaşlıq imkanları müzakirə olunub.

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və “Gürcüstan-Rumıniya Qara dəniz Sualtı Kabeli” layihələrinin qarşılıqlı əlaqəsi, bu təşəbbüslərin Avropanın enerji təhlükəsizliyinə töhfəsi və regional inteqrasiyada rolu da nəzərdən keçirilib. Azərbaycanın regional enerji təchizatçısı kimi rolunun elektrik enerjisi ilə yanaşı, qaz ixracı üzrə də genişləndirilməsi perspektivlərinə toxunulub.

Görüşdə enerji səmərəliliyi sahəsində görülən işlər və bu istiqamətdə gələcək addımlardan da bəhs edilib. İctimai binalarda enerji istehlakının azaldılması üçün mövcud potensial, Enerji Effektivliyi Fondunun fəaliyyəti, eləcə də beynəlxalq təcrübənin tətbiqi imkanları müzakirə olunub. Bu sahədə texniki yardım və bilik mübadiləsinin davam etdirilməsi məqsədəuyğun hesab edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Komissiyası silahları modernləşdirməsi üçün Polşaya 43,7 milyard avro ayıracaq  

12:29
27 Yanvar

Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub

12:16
27 Yanvar

MEDİA: Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa səsləyirik

12:14
27 Yanvar

İşgaldan azad edilmiş ərazilərdə 8 mindən çox vətəndaş işlə təmin olunub

12:12
27 Yanvar

ARDNF-nin “Şahdəniz”dən əldə etdiyi gəlirlər 27 faizdən çox artıb

12:11
27 Yanvar

"Sülh Qalxanı - 2026" təlimində iştirak edəcək heyət Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb

12:00
27 Yanvar

Ötən il Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunması üzrə gəlirlilik 6,2 faiz təşkil edib

11:57
27 Yanvar

Ötən il 18 mindən çox vətəndaş peşə hazırlığına cəlb edilib

11:56
27 Yanvar

Hasil Abbasov: Ötən il 189 mindən çox vətəndaş işlə təmin edilib

11:54
27 Yanvar

Dövlət Neft Fondunun büdcədənkənar gəlirləri 13 dəfəyədək artıb

11:53
27 Yanvar

Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub

11:51
27 Yanvar

Dövlət Neft Fondunun qızıl ehtiyatları açıqlanıb

11:49
27 Yanvar

Bank kartlarına qanunsuz müdaxilə və dələduzluq hallarının qarşısının alınması sahəsində kompleks tədbirlər görülür

11:48
27 Yanvar

Media: ABŞ İrana dəqiq zərbələr endirməyi düşünür

11:46
27 Yanvar

Azərbaycan ilə ABŞ arasında humanitar minatəmizləmə sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib

11:45
27 Yanvar

Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib

11:31
27 Yanvar

Ötən gün 45 cinayətin açılması təmin edilib

11:26
27 Yanvar

İcbari tibbi sığortanın Xidmətlər Zərfinin əhatə dairəsi genişləndiriləcək

11:25
27 Yanvar

Dövlət Neft Fondunun neft-qaz gəlirləri açıqlanıb

11:14
27 Yanvar

“Azexport” portalı Cənubi Qafqazın ən yaxşı milli elektron ticarət platforması seçilib

11:13
27 Yanvar

Baş katib: Parlament diplomatiyası beynəlxalq sülhün və təhlükəsizliyin təminində mühüm rol oynayır

11:10
27 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!