24 Yanvar 2026 08:10
360
SİYASƏT
A- A+
Azərbaycan qlobal siyasi və iqtisadi proseslərə təsir göstərən dövlətdir

Azərbaycan qlobal siyasi və iqtisadi proseslərə təsir göstərən dövlətdir


Azərbaycanın xarici siyasəti milli maraqlara söykənən, müstəqil və çoxvektorlu strategiya üzərində qurularaq, regional sabitliyin təmin olunmasına, beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişləndirilməsinə və ölkənin qlobal siyasi-iqtisadi proseslərdə mövqeyinin gücləndirilməsinə yönəlib. Bu siyasət çərçivəsində Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, iqtisadi diplomatiya və təhlükəsizlik məsələlərində etibarlı tərəfdaş kimi tanınır. Eyni zamanda ölkəmiz beynəlxalq təşkilatlarla və aparıcı dövlətlərlə qarşılıqlı hörmət və suverenlik prinsiplərinə əsaslanan əlaqələr quraraq, müasir beynəlxalq münasibətlər sistemində öz sözünü deyən fəal aktora çevrilib.

Cari ilin 19 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək məqsədilə İsveçrə Konfederasiyasına səfər edib. Bu mühüm forumda Azərbaycanın fəal iştirakı, dövlət başçısının nüfuzlu beynəlxalq media qurumuna verdiyi müsahibə və keçirdiyi yüksəksəviyyəli görüşlər ölkəmizin etibarlı tərəfdaş, enerji və nəqliyyat-logistika mərkəzi, eləcə də Cənubi Qafqazda sabitliyin və inkişafın əsas dayağı kimi mövqeyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. 

Dünya nizamının sürətlə dəyişdiyi, beynəlxalq münasibətlərin klassik hüquqi mexanizmlərdən daha çox güc balansı üzərində formalaşdığı bir mərhələdə Azərbaycan öz milli maraqlarına əsaslanan çevik və prinsipial siyasi xətt yürüdür. Prezident İlham Əliyevin Davosda "Euronews" televiziyasına verdiyi müsahibə bu yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın tutduğu mövqeyi, regional və qlobal siyasətdə qazandığı nüfuzu, eləcə də Cənubi Qafqazda formalaşmaqda olan sülh arxitekturasını aydın şəkildə göstərdi.

Prezident İlham Əliyevin vurğuladığı kimi, beynəlxalq hüquq normaları artıq dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq davranış qaydası kimi qəbul edilmir. Müasir beynəlxalq münasibətlər sistemi getdikcə daha çox güc qaydasına əsaslanan yeni bir mərhələyə daxil olur. Bu şəraitdə dövlətlərin əsas vəzifəsi öz milli maraqlarını qorumaq, potensiallarını düzgün qiymətləndirmək və buna uyğun strateji xətt formalaşdırmaqdan ibarətdir.

Məhz bu reallıqları düzgün dəyərləndirən Azərbaycan son illərdə həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə öz mövqelərini möhkəmləndirib. Suverenliyimizin və ərazi bütövlüyümüzün  bərpası prosesi beynəlxalq hüquqa tam uyğun şəkildə həyata keçirilib. Bu, Azərbaycanın prinsipial və legitim mövqeyinin bariz nümunəsidir. Dövlət başçımızın qeyd etdiyi kimi, görülən bütün işlər - istər siyasi inkişaf, istərsə də ərazi bütövlüyünün təmin edilməsi - ümumbəşəri dəyərlərə və beynəlxalq hüquq normalarına söykənib. Yeni beynəlxalq münasibətlər sistemində uğurun əsas şərtlərindən biri də çoxtərəfli və balanslaşdırılmış diplomatiyadır. Azərbaycan bu istiqamətdə həm regional, həm də qlobal müstəvidə etibarlı tərəfdaş imici formalaşdırıb, mümkün qədər çox ölkə ilə qarşılıqlı hörmət və faydaya əsaslanan münasibətlər qurmağa nail olub.

Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi də Azərbaycanın sülhə və əməkdaşlığa verdiyi töhfələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir. Dövlətimizin başçısı bu mükafatı Qafqazda uzun illər davam edən münaqişə və qanlı qarşıdurmalardan sonra sülhün bərqərar olunması istiqamətində göstərilən səylərə verilən dəyər kimi qiymətləndirib.

Cənubi Qafqaz yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycan və Ermənistan arasında uzun illər davam edən qarşıdurmadan sonra regionda sülh şəraitinin formalaşması tarixi bir hadisədir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq real sülh mühitində yaşayır və bu həm böyük fürsət, həm də mühüm məsuliyyətdir.

Azərbaycanın Ermənistanla münasibətləri artıq qarşıdurma müstəvisindən əməkdaşlıq mərhələsinə keçməkdədir. Yüklərin daşınmasında məhdudiyyətlərin aradan qaldırılması, Ermənistanın əsas ehtiyac malları, xüsusilə neft məhsulları ilə təmin olunması regionda iqtisadi inteqrasiyanın formalaşmasına xidmət edir. Bu yanaşma "hamının qazandığı" modelin əsasını qoyur və uzunmüddətli sabitliyin təminatına çevrilir.

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi əsas ideya ondan ibarətdir ki, Qafqazda sülh yalnız dövlətlərin siyasi iradəsi ilə deyil, həm də cəmiyyətlərin qarşılıqlı anlaşması və əməkdaşlığı ilə möhkəmlənə bilər. Azərbaycan və Ermənistanın, eləcə də vətəndaş cəmiyyətlərinin birgə səyləri nəticəsində regionda uzunmüddətli deyil, əbədi sülhün bərqərar olunması real hədəf kimi qarşıya qoyulub.

Prezident İlham Əliyev müsahibəsində xüsusi olaraq vurğuladı ki, ölkə daxilində hər hansı potensial risk mövcud deyil və Azərbaycanın təhlükəsizliyinə təhdidlər yalnız xarici faktorlarla bağlı ola bilər. Bu yanaşma Azərbaycanın son illərdə həyata keçirdiyi təhlükəsizlik strategiyasının real nəticələrə söykəndiyini göstərir. Dövlətin güclü siyasi idarəetməsi, ordu quruculuğu və ictimai sabitliyi təmin edən institusional mexanizmlər ölkədaxili riskləri minimuma endirib.

Bununla yanaşı, Prezidentin regionda, xüsusilə İran ətrafında müşahidə edilən qeyri-sabitlikdən narahatlığını ifadə etməsi Cənubi Qafqazın geosiyasi həssaslığını bir daha gündəmə gətirir. Azərbaycan üçün regional sabitlik, sadəcə, diplomatik anlayış deyil, milli inkişafın və iqtisadi tərəqqinin əsas şərtidir. İşğal və müharibə təcrübəsindən keçmiş bir ölkə olaraq Azərbaycan sülhün və proqnozlaşdırıla bilən siyasi mühitin alternativsiz olduğunu açıq şəkildə bəyan edir.

Prezident İlham Əliyevin enerji bazarları ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın artıq sıravi enerji ixracatçısı deyil, qlobal enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrildiyini göstərir.

Azərbaycan bu yeni mərhələdə əsas sabitləşdirici aktorlardan biri kimi çıxış edir. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə dünyada birinci yer tutması, 16 ölkəyə qaz ixrac etməsi və onlardan 10-nun Avropa İttifaqının üzvü olması Bakının Avropanın enerji təhlükəsizliyindəki rolunu strateji səviyyəyə yüksəldir.

Azərbaycanın həm Cənubi Qafqazın yeganə enerji ixracatçısı olması, həm də region ölkələrinin enerji təminatçısına çevrilməsi onu bölgənin iqtisadi-siyasi dayağına çevirir. Gürcüstan və Ermənistanın Azərbaycan qazından asılılığı bu reallığın açıq göstəricisidir. Eyni zamanda Suriyaya qaz ixracının başlaması Azərbaycanın Yaxın Şərq bazarına da çıxış imkanlarının genişləndiyini nümayiş etdirir.

Prezident İlham Əliyevin Avropa ilə münasibətlərə dair mövqeyi Azərbaycanın praqmatik və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modelini ortaya qoyur. Azərbaycan Avropa üçün etibarlı enerji mənbəyi, Avropa isə Azərbaycan üçün premium bazardır. Bu münasibətlər ideoloji yox, strateji və iqtisadi maraqlar üzərində qurulub.

Bu kontekstdə Avropa Komissiyası ilə əməkdaşlığın davam etdirilməsi, lakin Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası ilə əlaqələrin dayandırılması Bakının selektiv diplomatiya modelini göstərir. Azərbaycan açıq şəkildə bildirir ki, siyasi qərəz və lobbiçilik təsiri altında formalaşan platformalarla əməkdaşlıq onun milli maraqlarına uyğun deyil.

Prezident İlham Əliyevin Avropa Parlamentinin tənqidlərinə artıq reaksiya verilməməsi barədə bəyanatı Azərbaycanın beynəlxalq münasibətlərdə özünəinamının və siyasi suverenliyinin bariz ifadəsidir. 

Azərbaycanın Ermənistanla sülh prosesində konstruktiv mövqe sərgilədiyi, Ağ Evdə sülh müqaviləsinin paraflandığı bir şəraitdə Avropa Parlamentinin Bakını "təcavüzkar mövqedə" ittiham etməsi siyasi məntiqə və reallığa ziddir. Bu kimi addımlar Avropa institutlarının bir qisminin regiondakı yeni geosiyasi reallıqları hələ də qəbul etmədiyini göstərir.

Prezident İlham Əliyevin Davosdan verdiyi mesajlar Azərbaycanın artıq regional güc olmaqla yanaşı, qlobal siyasi və iqtisadi proseslərə təsir göstərən aktora çevrildiyini sübut edir. Bakı sülh, sabitlik, enerji təhlükəsizliyi və müstəqil siyasət prinsiplərini paralel şəkildə həyata keçirən nadir paytaxtlardan biridir.

Azərbaycan bu gün Cənubi Qafqazın sabitlik mərkəzi, Avropanın enerji dayağı və regionlararası əməkdaşlığın əsas qovşağıdır. Davosdan səslənən mövqelər isə bu strateji kursun dəyişməz və ardıcıl şəkildə davam etdiriləcəyinin açıq bəyanıdır.


Ziyafət ƏSGƏROV,

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir: Zəngəzur dəhlizi Orta Dəhlizin buraxılış qabiliyyətini artıracaq

10:38
24 Yanvar

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölən və xəsarət alanlar var

10:36
24 Yanvar

Tramp: Azərbaycanla strateji tərəfdaşlığımızı möhkəmləndirəcəyik

10:34
24 Yanvar

ABŞ-ın vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

10:33
24 Yanvar

Tramp: Kanada elə ilk ili ərzində onları "yeyəcək" Çinlə əməkdaşlığa səs verdi

10:31
24 Yanvar

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib

10:27
24 Yanvar

Sozar Subari: Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi region üçün mühüm hadisədir

09:29
24 Yanvar

Bilmək istəyirəm

09:25
24 Yanvar

Rusiya-Ukrayna: savaş masaya keçir?

09:20
24 Yanvar

İctimai xadim, yazıçı və pedaqoq

09:15
24 Yanvar

Elmdə iz qoyan alim 

09:10
24 Yanvar

Səhnənin sönməz ulduzu

09:05
24 Yanvar

Cəmiyyət öz gücünü birləşdirərsə...

09:00
24 Yanvar

Adını Vətənin azadlıq tarixinə yazdı

08:55
24 Yanvar

Köhnə ilin uğurları, yeni ilin vəzifələri

08:50
24 Yanvar

2025-ci il ağdamlılar üçün doğma yurda qayıdışın başlanğıc tarixidir

08:45
24 Yanvar

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

08:40
24 Yanvar

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

08:35
24 Yanvar

İlham Əliyevin Davos diplomatiyası

08:30
24 Yanvar

Azərbaycan sülhsevər imicini Davos İqtisadi Forumunda bir daha dünyaya nümayiş etdirdi

08:25
24 Yanvar

Bu forumda da Azərbaycanın logistika və enerji imkanları diqqət mərkəzində oldu

08:23
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!