27 Yanvar 2026 12:39
234
CƏMİYYƏT
A- A+
İdarə Heyətinin sədri: Ötən il əhalinin 54 faizi icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən yararlanıb  

İdarə Heyətinin sədri: Ötən il əhalinin 54 faizi icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən yararlanıb  


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, Zaur Əliyev 2025-ci ildə icbari tibbi sığortadan istifadə səviyyəsində artım müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, ötən il ərzində əhalinin 54 faizi icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən yararlanıb. Bu isə icbari tibbi sığorta sisteminə marağın və etimadın ildən-ilə artdığını göstərir. Həmçinin ötən il icbari tibbi sığorta çərçivəsində tibbi xidmət alan pasiyentlərin sayı 5,4 milyon nəfərə çatıb ki, bu da əvvəlki illə müqayisədə təxminən 4 faiz artım deməkdir. Müraciətlərin sayı isə 15,8 milyon olub. Eyni zamanda, ötən ilin ilk 9 ayında göstərilən tibbi xidmətlərin sayı 44,6 milyon təşkil edib ki, bu da əvvəlki il ilə müqayisədə təxminən 9 faizə yaxın artım deməkdir.

İdarə Heyətinin sədri bildirib ki, vətəndaşların icbari tibbi sığorta çərçivəsində ən çox üz tutduğu xidmətlər gündəlik və zəruri tibbi ehtiyaclarla bağlıdır. Müraciətlərin ilk sırasında ixtisaslı həkim müayinələri, radioloji və USM xidmətləri, eləcə də ginekoloji xidmətlər yer alır.

Zaur Əliyev özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadənin artdığını da diqqətə çatdırıb. Ötən il özəl tibb müəssisələrində icbari tibbi sığorta hesabına göstərilən tibbi xidmətlərin sayı 773 minə yaxın olub. Bu da 2024-cü il ilə müqayisədə təxminən 9 faiz artım deməkdir.

Sədr, həmçinin Xidmətlər Zərfinə əlavə edilən yeni tibbi xidmətlər və resept əsasında yazılan ambulator dərmanların qarşılanması barədə məlumatları açıqlayıb. O bildirib ki, Xidmətlər Zərfinə anadangəlmə ağır dərəcəli eşitmə məhdudiyyətli şəxslərin tibbi təminatının gücləndirilməsi məqsədilə 3 yeni tibbi xidmət daxil edilib.

İdarə Heyətinin sədrinin sözlərinə görə, Azərbaycanda ölüm riskinin əsas səbəblərindən biri ürək-damar xəstəlikləridir: “Buna görə də biz ilkin mərhələdə bu xəstəliklərin yaranmasına əsas təsir edən amillərdən biri olan hipertenziyanın müalicəsinə xüsusi diqqət yetiririk. Bu məqsədlə antihipertenziv dərman vasitələri icbari tibbi sıorta hesabına qarşılanacaq”.

Zaur Əliyev vurğulayıb ki, 2025-ci il ərzində agentliyin “Çağrı mərkəzi”nə ümumilikdə 230 minə yaxın zəng daxil olub. Zənglərin əsas hissəsi göndərişlər, müayinə və müalicə, dərman və tibbi sərf məsələləri ilə bağlı olub. Daxil olan zənglərin 97 faizi dərhal cavablandırılıb ki, bu da “Çağrı mərkəzi”nin operativliyinin göstəricisidir. O, həmçinin, əlavə edib ki, son illər “Çağrı mərkəzi”nin fəaliyyəti təkmilləşdirilib və xidmətlərin qiymətləndirilməsi mexanizmi tətbiq olunub. Belə ki, 52 mindən çox zəng üzrə aparılan qiymətləndirmə nəticəsində vətəndaşların 87 faizi “Çağrı mərkəzi”nin fəaliyyətini 4 və 5 balla dəyərləndirib. Bu da agentlik üçün vətəndaş məmnuniyyətinin və göstərilən xidmətlərin daha da yüksəldilməsi baxımından mühüm göstəricidir.

Mətbuat konfransının sonunda İdarə Heyətinin sədri jurnalistlərin suallarını cavablandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Masallıda şəhidlərin xatirəsi əziz tutulur  

13:42
27 Yanvar

Sumqayıtda piyada səkiləri yenilənir  

13:41
27 Yanvar

Dünya qaz bazarı üçün geosiyasi risklər davam edir  

13:39
27 Yanvar

Məmmədbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB    

13:38
27 Yanvar

Ədliyyə və Daxili İşlər nazirlikləri birgə əməliyyat keçirib

13:35
27 Yanvar

Hulusi Kılıç: Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək cəhdləri uğursuzluğa məhkumdur  

13:35
27 Yanvar

Sabah Bakıda və Abşeron yarımadasında hava bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq  

13:34
27 Yanvar

“The Athletic” nəşri “Qarabağ”ın Çempionlar Liqasındakı uğurlu çıxışı ilə bağlı yazı dərc edib  

13:33
27 Yanvar

ARDNF-nin investisiya portfelində ABŞ dollarının dominantlığı artır  

13:33
27 Yanvar

Pediatrik onkoloji xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək  

12:42
27 Yanvar

İdarə Heyətinin sədri: Ötən il əhalinin 54 faizi icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən yararlanıb  

12:39
27 Yanvar

Parisdə miqrant işçinin polis tərəfindən qətlə yetirilməsi etirazlara səbəb olub  

12:38
27 Yanvar

Auditorlar Palatası Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları Təşkilatı ilə Anlaşma Memorandumu imzalayıb

12:36
27 Yanvar

Azərbaycanın xarici işlər naziri Çinə rəsmi səfərə yola düşüb YENİLƏNİB  

12:35
27 Yanvar

Avropa Komissiyası silahları modernləşdirməsi üçün Polşaya 43,7 milyard avro ayıracaq  

12:29
27 Yanvar

Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub

12:16
27 Yanvar

MEDİA: Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa səsləyirik

12:14
27 Yanvar

İşgaldan azad edilmiş ərazilərdə 8 mindən çox vətəndaş işlə təmin olunub

12:12
27 Yanvar

ARDNF-nin “Şahdəniz”dən əldə etdiyi gəlirlər 27 faizdən çox artıb

12:11
27 Yanvar

"Sülh Qalxanı - 2026" təlimində iştirak edəcək heyət Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb

12:00
27 Yanvar

Ötən il Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunması üzrə gəlirlilik 6,2 faiz təşkil edib

11:57
27 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!