27 Yanvar 2026 09:22
154
DÜNYA
A- A+
Fransa müdafiə büdcəsini 2035-ci ilədək 100 milyard avroya çatdırmağı planlaşdırır  

Fransa müdafiə büdcəsini 2035-ci ilədək 100 milyard avroya çatdırmağı planlaşdırır  


Gərgin beynəlxalq şərait fonunda Fransa hökuməti müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. Fransa Silahlı Qüvvələr naziri Katrin Votren 2035-ci ilədək ölkənin illik müdafiə büdcəsinin 100 milyard avroya çatdırılacağını bəyan edib. Hazırda qəbul olunması gözlənilən 2026-cı il büdcəsinə əsasən, müdafiə xərcləri 57,1 milyard avro təşkil etməlidir ki, bu da qarşıdakı illərdə büdcənin demək olar 2 dəfə artırılacağını göstərir.

AZƏRTAC xəbər verir ki, “BFM Business”ə müsahibəsində Ketrin Votren Fransa ordusunun təchizatının gücləndirilməsinin prioritet olaraq qaldığını və bu istiqamətdə daha da irəli getməyin lazım olduğunu bildirib. Onun sözlərinə görə, uzunmüddətli maliyyə səyləri həm hərbi texnikanın yenilənməsinə, həm də şəxsi heyətin sayının artırılmasına yönəldiləcək.

Nazir vurğulayıb ki, müasir və yüksək texnoloji silahlanma insan resursları olmadan səmərəsizdir. Bu baxımdan, canlı qüvvənin gücləndirilməsi müdafiə siyasətinin əsas sütunlarından biri kimi təqdim olunur.

Ketrin Votren həmçinin, Fransanın müdafiə məhsulları ixracı sahəsində əldə etdiyi nəticələri müsbət qiymətləndirib. Onun sözlərinə görə, 2025-ci il üzrə hərbi ixracın həcmi 20 milyard avro səviyyəsində gözlənilir ki, bu da ölkə tarixində üçüncü ən yüksək göstərici olacaq.

Nazir müdafiə sənayesinin – Müdafiə Sənaye və Texnoloji Bazasının (BIDT) fəaliyyətinin stimullaşdırılmasının vacibliyini də qeyd edib. Yanvarın 22-də Tulonda yerləşən DGA Dəniz Texnikaları mərkəzinə səfəri zamanı o, əməliyyat ehtiyaclarının müəyyən edilməsi ilə konkret imkanların istifadəyə verilməsi arasındakı prosesin sürətləndirilməsinin zəruriliyini vurğulayıb.

Ketrin Votrenin fikrincə, Fransa müdafiə strategiyasında ciddi planlaşdırmaya əsaslanan modeldən daha çevik və uyğunlaşmaya yönəlmiş yanaşmaya keçməlidir. Bu dəyişikliklərin məqsədi sürətlə dəyişən təhlükəsizlik mühitinə daha effektiv cavab vermək və Fransa ordusunun uzunmüddətli dövrdə döyüş qabiliyyətini qorumaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Neft Fondunun aktivləri 22 faizdən çox artıb

11:09
27 Yanvar

İcbari tibbi sığorta üzrə ötən ilin tibbi statistik göstəriciləri açıqlanıb

11:07
27 Yanvar

Azərbaycanın enerji sektorunda Dünya Bankı ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub

11:06
27 Yanvar

İcbari tibbi sığorta haqqının məbləğində dəyişiklik edilib

11:03
27 Yanvar

İcbari tibbi sığorta ilə daha çox şəxs tibbi xidmətlərlə təmin olunacaq

11:01
27 Yanvar

Antonio Quterreş xəbərdarlıq edib: beynəlxalq hüquq cəngəllik qanunları ilə əvəzlənir

10:51
27 Yanvar

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:50
27 Yanvar

Dünya birjalarında neft ucuzlaşıb

10:48
27 Yanvar

Azərbaycan neftinin qiyməti 68 dollardan aşağı düşüb  

10:27
27 Yanvar

Milli Məclisin sədri BƏƏ-yə işgüzar səfər edib

10:26
27 Yanvar

DTX səfirliyə terror hücumuna hazırlaşan şəxsləri həbs edib  

09:51
27 Yanvar

Məmmədbəyliyə köçən sakin: Uzun illərdən sonra doğma yurda qayıtmaq insanı fərəhləndirir  

09:42
27 Yanvar

Keçmiş məcburi köçkün: Çox sevincliyik ki, uzun illərdən sonra vətənimizə qayıdırıq  

09:39
27 Yanvar

Zəngilan rayonuna növbəti köç karvanı yola salınıb  

09:25
27 Yanvar

ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb  

09:24
27 Yanvar

BMT-nin Baş katibi: Beynəlxalq hüququn aliliyi olmadan dünyada sülh mümkün deyil  

09:23
27 Yanvar

Fransa müdafiə büdcəsini 2035-ci ilədək 100 milyard avroya çatdırmağı planlaşdırır  

09:22
27 Yanvar

Nipah virusu pandemiyaya çevrilə bilər

09:20
27 Yanvar

Didərginlikdən qəhrəmanlığa gedən yol

09:15
27 Yanvar

İlk döyüşlərdən cəsarəti ilə seçildi

09:10
27 Yanvar

Gədəbəydə ümumi məhsul istehsalı 39,5 faiz artıb 

09:05
27 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!