27 Yanvar 2026 08:10
152
SİYASƏT
A- A+
Azərbaycan-ABŞ strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlib

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlib


Azərbaycan-ABŞ münasibətləri regional və qlobal proseslər fonunda mühüm inkişaf mərhələsindən keçir. Qarşılıqlı maraqlara, siyasi dialoqa və strateji əməkdaşlığa əsaslanan bu münasibətlər təhlükəsizlik, enerji, iqtisadiyyat və sülhün təşviqi kimi bir sıra vacib sahələri əhatə edir. 

Yanvarın 22-də Davosda Prezident İlham Əliyev ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında baş tutan görüş ikitərəfli əlaqələrin mövcud vəziyyətinin qiymətləndirilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu görüş eyni zamanda Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu və strateji əməkdaşlığın daha geniş müstəvidə inkişaf etməkdə olduğunu göstərir.

Milli Məclisin deputatı Kamran Bayramov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, görüşdə Donald Trampın yenidən prezident seçilməsindən sonra Azərbaycan-ABŞ münasibətlərinin müxtəlif istiqamətlər üzrə inkişafından məmnunluq ifadə edilib: "Tərəflər siyasi dialoqun daha da fəallaşdırılması, əməkdaşlığın yeni sahələrdə genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Bununla yanaşı, regional və qlobal gündəmdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, sülhün və sabitliyin möhkəmləndirilməsi üçün birgə fəaliyyətin vacibliyi qeyd olunub. Görüş zamanı ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsi istiqamətində əldə edilən razılaşmalar da xatırlanıb və bu prosesdə Prezident Donald Trampın mühüm və tarixi rol oynadığı xüsusi vurğulanıb".

Deputat  qeyd edib ki, Prezident İlham Əliyev görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların artıq real nəticələr verdiyini diqqətə çatdırıb. Dövləti başçısı bildirib ki, regionda formalaşan sülh mühiti təkcə siyasi dialoqla məhdudlaşmır, eyni zamanda iqtisadi əməkdaşlıq müstəvisində də öz əksini tapır. İki ölkə arasında ticarət əlaqələrinin yaranması sülh gündəliyinin praktik mərhələyə keçdiyini və qarşılıqlı etimadın formalaşmağa başladığını göstərir. "Azərbaycandan Ermənistana neft məhsullarının ixracı, habelə idxal olunan taxılın Azərbaycan ərazisi vasitəsilə tranzit keçərək Ermənistana çatdırılması regionda iqtisadi münasibətlərin yeni məzmun kəsb etdiyini göstərir. Bu kontekstdə dövlətimizin başçısı regional bağlantıların genişləndirilməsinin strateji əhəmiyyətini önə çəkərək, Zəngəzur dəhlizi və TRIPP layihəsinin nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib. Azərbaycanın təşəbbüsü ilə reallaşan bu layihələrin uzunmüddətli sülhə və dayanıqlı əməkdaşlığa xidmət etdiyi vurğulanıb", - deyə deputat bildirib.

K.Bayramov vurğulayıb ki, görüşün davamında tərəflər qlobal təhlükəsizlik və sülh gündəliyində duran məsələlər ətrafında da ətraflı fikir mübadiləsi aparıblar: "Bu kontekstdə ABŞ Prezidentinin sədrliyi ilə təsis edilən Sülh Şurasının rolu xüsusi diqqət mərkəzində olub. Bu qurum Yaxın Şərqdə sülhün möhkəmləndirilməsinə, eyni zamanda qlobal miqyasda mövcud münaqişələrin həllinə töhfə vermək baxımından mühüm beynəlxalq platforma kimi çıxış edir. Müzakirələr zamanı Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunması Azərbaycan-ABŞ strateji tərəfdaşlığının yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirilib. Bu addım eyni zamanda Azərbaycanın beynəlxalq müstəvidə sülhün, təhlükəsizliyin və sabitliyin təşviqində artan rolunu bir daha nümayiş etdirir".

Deputat bildirib ki, ümumilikdə aparılan müzakirələr Azərbaycan-ABŞ münasibətlərinin qarşılıqlı etimada, siyasi iradəyə və açıq dialoqa söykənən sağlam əsaslar üzərində inkişaf etdiyini deməyə əsas verir. Yüksəksəviyyəli görüşlər, müntəzəm təmaslar və ortaq maraqlara əsaslanan əməkdaşlıq formatları bu münasibətlərin daha da dərinləşməsinə şərait yaradır. Mövcud siyasi dinamika göstərir ki, tərəflər həm ikitərəfli əlaqələrin genişləndirilməsində, həm də regional və qlobal miqyasda sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsində birgə fəaliyyət göstərməkdə maraqlıdırlar. Bu isə Azərbaycan-ABŞ tərəfdaşlığının uzunmüddətli və strateji xarakter daşıdığını bir daha təsdiqləyir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məmmədbəyliyə köçən sakin: Uzun illərdən sonra doğma yurda qayıtmaq insanı fərəhləndirir  

09:42
27 Yanvar

Keçmiş məcburi köçkün: Çox sevincliyik ki, uzun illərdən sonra vətənimizə qayıdırıq  

09:39
27 Yanvar

Zəngilan rayonuna növbəti köç karvanı yola salınıb  

09:25
27 Yanvar

ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb  

09:24
27 Yanvar

BMT-nin Baş katibi: Beynəlxalq hüququn aliliyi olmadan dünyada sülh mümkün deyil  

09:23
27 Yanvar

Fransa müdafiə büdcəsini 2035-ci ilədək 100 milyard avroya çatdırmağı planlaşdırır  

09:22
27 Yanvar

Nipah virusu pandemiyaya çevrilə bilər

09:20
27 Yanvar

Didərginlikdən qəhrəmanlığa gedən yol

09:15
27 Yanvar

İlk döyüşlərdən cəsarəti ilə seçildi

09:10
27 Yanvar

Gədəbəydə ümumi məhsul istehsalı 39,5 faiz artıb 

09:05
27 Yanvar

Yardımlıda 2025-ci ilin nəticələri müzakirə edilib

09:00
27 Yanvar

Lənkəranda 2,1 min nəfər işlə təmin olunub

08:55
27 Yanvar

Göygöldəki meyvəçilik təsərrüfatında yeni soyuducu anbarın tikintisinə başlanılıb

08:50
27 Yanvar

Zaqatalada qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərindən danışılıb

08:45
27 Yanvar

Naftalanda yaşıllıqlar inventarlaşdırılır

08:40
27 Yanvar

Keçən il Azərbaycan 23,1 milyon ton neft, 25,2 milyard kubmetr qaz ixrac edib

08:35
27 Yanvar

Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma: "yaşıl", "ağıllı" və rahat

08:30
27 Yanvar

Azərbaycanın gələcək strateji baxışının ifadəsi

08:25
27 Yanvar

Prezident İlham Əliyev Davosda ölkəmizin geoiqtisadi mövqeyini təqdim etdi

08:20
27 Yanvar

Qərbi azərbaycanlıların "Qayıdış hüququ" beynəlxalq müstəvidə öz təsdiqini tapır

08:17
27 Yanvar

Dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı rəqəmsallaşmanın genişləndirilməsində yeni mərhələ başlanır

08:15
27 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!