27 Yanvar 2026 08:15
166
CƏMİYYƏT
A- A+
Dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı rəqəmsallaşmanın genişləndirilməsində yeni mərhələ başlanır

Dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı rəqəmsallaşmanın genişləndirilməsində yeni mərhələ başlanır


Prezident İlham Əliyevin 2026-cı il 26 yanvar tarixli fərmanı ilə "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin (RDMİS) Əsasnaməsi təsdiq edilib. 

Bu sənəd sistemin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən etməklə dövlət maliyyəsinin daha səmərəli, şəffaf və çevik idarə olunmasını təmin etmək, maliyyə proseslərində rəqəmsal texnologiyaların tətbiqini genişləndirmək məqsədi daşıyır. Yeni informasiya sistemi dövlət maliyyəsinin planlaşdırılması, icrası, nəzarəti və təhlili sahələrində vahid rəqəmsal mühitin formalaşdırılmasını hədəfləyir.

RDMİS-nin sahibi və operatoru Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir. Sistem müxtəlif istiqamətlərdə rəqəmsal idarəetməni təmin edən 13 əsas altsistemdən ibarətdir. "Büdcə məlumatlarını idarəetmə", "Dövlət maliyyə nəzarəti", "Dövlət proqramlarının və investisiya xərclərinin maliyyələşdirilməsi", "Dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi", "Dövlət müəssisələrinin rəqəmsal monitorinqi", "e-azadolma", "e-müqavilə", "e-muhasibat", "e-rüsum", "e-mədaxil", "Elektron ciddi hesabat blankları", "Xəzinədarlığın rəqəmsal idarə edilməsi" və "İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi" bu altsistemlərə daxildir. 

Əsasnaməyə görə, tam inteqrasiya olunmuş vahid ekosistem kimi formalaşdırılan "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi dövlət və icmal büdcələrin gəlir və xərclərinin idarə edilməsini, dövlət vəsaitlərinin məqsədli və səmərəli xərclənməsinə nəzarəti, dövlət borcu və maliyyə öhdəliklərinin monitorinqini, dövlət investisiya layihələrinin qiymətləndirilməsini və maliyyələşdirilməsini, dövlət büdcəsinin kassa icrasını və dövlət vəsaitlərinin mərkəzləşdirilmiş idarə olunmasını, mühasibat uçotu, həmçinin dövlət rüsumları, inzibati cərimələr, elektron müqavilələr, elektron mühasibat uçotu və digər mühüm istiqamətləri əhatə etməklə maliyyə əməliyyatları üzrə məlumatların real vaxt rejimində toplanmasını və təhlilini təmin edəcək. 

Yeni sistem dövlət qurumları, hüquqi və fiziki şəxslər üçün elektron kabinetlər vasitəsilə əlçatan olacaq, maliyyə məlumatlarının dəqiqliyini və etibarlılığını artıracaq, qərar qəbuletmə prosesində analitik imkanları genişləndirəcək.

Fərmanın icrası ilə bağlı Maliyyə Nazirliyinə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müvafiq tapşırıqlar verilib. Bu tapşırıqlar çərçivəsində sistemin formalaşdırılması, təhlükəsizliyinin təmin edilməsi, dövlət informasiya sistemləri ilə inteqrasiyası və təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görüləcək.

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi dövlət maliyyə idarəçiliyində şəffaflığın və səmərəliliyin artırılmasına və rəqəmsal hökumət prinsiplərinin daha geniş tətbiqinə mühüm töhfə verəcək.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DTX səfirliyə terror hücumuna hazırlaşan şəxsləri həbs edib  

09:51
27 Yanvar

Məmmədbəyliyə köçən sakin: Uzun illərdən sonra doğma yurda qayıtmaq insanı fərəhləndirir  

09:42
27 Yanvar

Keçmiş məcburi köçkün: Çox sevincliyik ki, uzun illərdən sonra vətənimizə qayıdırıq  

09:39
27 Yanvar

Zəngilan rayonuna növbəti köç karvanı yola salınıb  

09:25
27 Yanvar

ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb  

09:24
27 Yanvar

BMT-nin Baş katibi: Beynəlxalq hüququn aliliyi olmadan dünyada sülh mümkün deyil  

09:23
27 Yanvar

Fransa müdafiə büdcəsini 2035-ci ilədək 100 milyard avroya çatdırmağı planlaşdırır  

09:22
27 Yanvar

Nipah virusu pandemiyaya çevrilə bilər

09:20
27 Yanvar

Didərginlikdən qəhrəmanlığa gedən yol

09:15
27 Yanvar

İlk döyüşlərdən cəsarəti ilə seçildi

09:10
27 Yanvar

Gədəbəydə ümumi məhsul istehsalı 39,5 faiz artıb 

09:05
27 Yanvar

Yardımlıda 2025-ci ilin nəticələri müzakirə edilib

09:00
27 Yanvar

Lənkəranda 2,1 min nəfər işlə təmin olunub

08:55
27 Yanvar

Göygöldəki meyvəçilik təsərrüfatında yeni soyuducu anbarın tikintisinə başlanılıb

08:50
27 Yanvar

Zaqatalada qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərindən danışılıb

08:45
27 Yanvar

Naftalanda yaşıllıqlar inventarlaşdırılır

08:40
27 Yanvar

Keçən il Azərbaycan 23,1 milyon ton neft, 25,2 milyard kubmetr qaz ixrac edib

08:35
27 Yanvar

Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma: "yaşıl", "ağıllı" və rahat

08:30
27 Yanvar

Azərbaycanın gələcək strateji baxışının ifadəsi

08:25
27 Yanvar

Prezident İlham Əliyev Davosda ölkəmizin geoiqtisadi mövqeyini təqdim etdi

08:20
27 Yanvar

Qərbi azərbaycanlıların "Qayıdış hüququ" beynəlxalq müstəvidə öz təsdiqini tapır

08:17
27 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!