06 Aprel 2025 08:25
477
SİYASƏT
A- A+
Ermənistanın son təxribatları... 

Ermənistanın son təxribatları... 


Sülh prosesini ləngitmək məqsədi daşıyır


"Ermənistan rəhbərliyinin, xüsusilə baş nazir Nikol Paşinyanın çıxışlarında son aylarda Azərbaycanla sülhə hazır olduqlarını, sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlanılmasını dəstəklədikləri vurğulanır. Ermənistan Konstitusiyasının preambula hissəsində müstəqillik bəyannaməsinə istinadən yer alan ərazi iddiaları ilə bağlı isə konkret mövqe açıqlanmır". 

Bu sözləri qəzetimizə Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib. Deputat bildirib ki, bu ölkədə konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələrin əsas predmeti  manipulyativ mülahizələrdən ibarətdir və konkretlik yoxdur. Halbuki Azərbaycana qarşı ərazi iddialarının Ermənistanın müstəqillik bəyannaməsindən və hüquqi-normativ aktlarından çıxarılması üçün yeni konstitusiyanın qəbuluna, bu məqsədlə referendumun keçirilməsinə ehtiyac yoxdur. Çünki sözügedən qanunsuz iddialar Ermənistanın konstitusiyasında deyil, bu ölkənin müstəqillik haqqında bəyannaməsində yer alıb. Konstitusiyasında yalnız müstəqillik haqqında bəyannaməyə ümumi, "milli hədəflər" adı altında istinad var. 

E.Mirzəbəyli qeyd edib ki, Ermənistanın müstəqillik bəyannaməsinin preambula hissəsində Ermənistan Ali Sovetinin və "Dağlıq Qarabağ"ın qondarma milli şurasının" "Dağlıq Qarabağ"ın "Ermənistan SSR-ə birləşdirilməsi" haqqında "birgə qərarı"na istinad olunur: "Bu isə Azərbaycan torpaqlarının ilhaqı, həm indiki Ermənistan, həm də artıq işğaldan azad etdiyimiz ərazilərdə Ermənistan dövlətinin formalaşdırılması niyyətinin vurğulanması deməkdir. Onu da qeyd edək ki, Ermənistan Ali Sovetinin və "Dağlıq Qarabağ"ın "milli şurası" adlanan qondarma təsisatın 1 dekabr 1989-cu il tarixli "qərarı" həmin dövrdə mövcud olan SSRİ Konstitusiyasına zidd olduğu üçün yuxarı orqan - SSRİ Ali Soveti tərəfindən ləğv edilib. Bu baxımdan Ermənistanın müstəqillik bəyannaməsində yer alan iddiaların, hətta hüquqa zidd olsalar belə, ləğv olunduqları üçün faktoloji əsası yoxdur. İndiki halda qanuni və faktoloji əsasları olmayan ərazi iddialarının tamamilə aradan qaldırılması ilk növbədə Ermənistanın özünə lazımdır. Çünki beynəlxalq hüququn müstəqil subyekti olan bir dövlət heç bir halda BMT Nizamnaməsinin müddəalarına zidd olan iddialarla çıxış edə bilməz. BMT Nizamnaməsinin 2 maddəsinin 4-cü bəndində qeyd olunur ki, "Birləşmiş Millətlər Təşkilatının bütün üzvləri beynəlxalq münasibətlərində hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı və ya Birləşmiş Millətlər Təşkilatının məqsədlərinə uyğun olmayan hər hansı digər şəkildə güc tətbiq etmək hədəsindən və ya güc tətbiqindən çəkinməlidirlər"". 

Deputat vurğulayıb ki, Ermənistanın müstəqillik bəyannaməsində yer alan ərazi iddiaları və Ermənistan Konstitusiyasında bu müstəqillik bəyannaməsindəki "hədəf"lərə istinad olunması Azərbaycan ərazilərinin işğalını və ilhaqını nəzərdə tutan güc tətbiq etmək hədəsidir. Ermənistanın müstəqillik bəyannaməsində yer alan bu qanunsuz iddiaların aradan qaldırılması üçün isə mövcud Kostitusiyaya əlavə və dəyişiklik edilməsi, yaxud yeni Konstitusiyanın qəbulu məqsədilə referendum keçirilməsinə ehtiyac yoxdur. "Özünü həm də Ermənistan SSR-in hüquqi varisi elan edən Ermənistan Respublikasının parlamenti bəyannamədən ərazi iddiaları ilə bağlı məqamları, onların Ermənistan Respublikasının beynəlxalq öhdəliklərinə zidd olduğunu əsas gətirərək çıxarmaqla bu problemi aradan qaldıra bilər. Bunun üçün Ermənistan parlamentində hətta 3/5 səs çoxluğunun əldə olunmasına da ehtiyac qalmır. Ermənistan Konstitusiyasında qeyd olunur ki, parlamentin reqlamenti, Seçki Məcəlləsi, Məhkəmə-Hüquq Məcəlləsi, Konstitusiya Məhkəməsi, referendum, partiyalar və insan hüquqlarının müdafiəsi haqqında qanunlar konstitusiya qanunları olduğu üçün deputatların ümumi sayının ən azı 3/5 hissəsinin səsi ilə qəbul olunur. Ermənistanın müstəqillik bəyannaməsi isə konstitusiya aktı olmadığı üçün bəyannaməyə sadə səs çoxluğu ilə əlavə və dəyişikliklər edilə bilər", - deyə o əlavə edib.

E.Mirzəbəyli bildirib ki, Paşinyanın məsələni Konstitusiyanın yenilənməsi kontekstindən ictimai rəyə təqdim etməsində məqsəd təkcə qonşulara ərazi iddialarının aradan qaldırılması ilə bağlı deyil. Nikol Paşinyan, əslində, ölkə Konstitusiyasında yer alan və Ermənistanın bir dövlət kimi formalaşmasına mane olan bir neçə məqamı sözügedən sənəddən çıxarmaq istəyir. Bunlardan biri erməni Apostol Kilsəsi (maddə 18), digəri isə erməni diasporu ilə əlaqələrlə (maddə 19) bağlıdır. Həm kilsənin, həm də diasporun konstitusion statusa sahib olması onların Ermənistanın siyasi hakimiyyətinin, konkret halda isə Paşinyan hökumətinin fəaliyyətinə müdaxilə etmələrinə imkan yaradır. Nikol Paşinyanla kilsə və diaspor arasında yaranmış ziddiyyətlərin bir hissəsi də çox güman ki, bununla bağlıdır. Əslində, bu məqam baş nazirin "yeni konstitusiya" ilə bağlı fikirlərində də özünü dolayısıyla büruzə verir. Mövcud konstitusiya ilə Ermənistan heç bir halda hüquqi və suveren bir dövlət kimi formalaşa bilməz. Müstəqillik bəyannaməsində yer alan ərazi iddialarına dolayısıyla, "milli hədəflər" altında istinad, müxtəlif dövlətlərin ərazisində fəaliyyət göstərən, eyni zamanda həmin dövlətlərin maraqlarını ifadə edən diaspor təşkilatlarının, ehkamlarla, subyektiv, elmi, hüquqi əsası olmayan yanaşmalarla idarə olunan kilsənin konstitusion statusa malik olmaları hüquqi dövlət anlayışına zidd olmaqla yanaşı, həm də suverenliyə təhlükədir. 

Deputat deyib ki, son zamanlar Ermənistanın atəşkəsi pozması, Azərbaycanın sərhədyanı mövqelərinin atəşə tutulması, diversiya cəhdləri və digər təxribatları artmaqdadır. Bu hadisələr bir neçə məqsədə xidmət edə bilər: "Sülh prosesini ləngitmək və daxili ictimaiyyəti sakitləşdirmək üçün "mübarizə davam edir" görüntüsü yaratmaq, beynəlxalq ictimaiyyətin diqqətini yenidən "Ermənistanın təhlükəsizliyi" mövzusuna çəkməklə maliyyə və hərbi texnika, silah-sursat yardımlarının davam etdirilməsinə nail olmaq və sair. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, sülhə hazırdır və bölgədə daimi sabitlik istəyir. Prezident İlham Əliyev bu məsələdə prinsipial və ardıcıl mövqe sərgiləyir. Lakin Ermənistanın bu qeyri-sabit davranışları sülh müqaviləsinin imzalanmasını çətinləşdirir. Sülhün bərqərar olması üçün Ermənistan konkret və davamlı addımlar atmalı, təxribatlara son qoymalı və Azərbaycanın ərazi bütövlüyünü tam və qeyd-şərtsiz tanıdığını hüquqi müstəvidə təsdiqləməlidir. Ermənistanın hazırkı siyasəti ziddiyyətli, qeyri-səmimi və strateji qeyri-müəyyənliklərlə doludur. Bəyanatlarla əməli addımlar arasında uçurum var. Bu siyasət həm Ermənistanın öz inkişafına, həm də bölgədə sülh və təhlükəsizlik mühitinə zərər vurur. Azərbaycan isə hüquqi, hərbi və diplomatik üstünlüklərlə bu prosesə nəzarət edir və real sülhə, sabitliyə və təhlükəsizliyə xidmət edən dövlət olaraq, regionun uzunmüddətli arxitekturasının qurulmasına səy göstərir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 Sədrliyi 2035-ci ilədək Bakı-Belem Yol Xəritəsini hazırlamaq üçün COP30 Rəyasət Heyəti ilə sıx əməkdaşlıq edir

09:39
13 Aprel

Antalyada mədəniyyətin birləşdirici və bölücü tərəfləri müzakirə mövzusu olub  

09:38
13 Aprel

Rumıniya Parlamenti Senatının Sədri Azərbaycana rəsmi səfərə gəlib  

09:37
13 Aprel

Tramp bir il ərzində ABŞ-dan bir milyon miqrantı deportasiya etməyi planlaşdırır

09:35
13 Aprel

Antalyada yeni dövrdə iqlim diplomatiyası və enerji təhlükəsizliyi mövzusu müzakirə edilib  

09:34
13 Aprel

Bilmək istəyirəm

09:30
13 Aprel

Ulduzlardan süzülən gözəllik

09:25
13 Aprel

Fırçası ilə səhnəni həyata çevirirdi

09:20
13 Aprel

"Çətin yollar boyunca..."

09:15
13 Aprel

Gənc muğam ifaçısı

09:10
13 Aprel

"Kimyaçı olmağımla fəxr edirəm"

09:05
13 Aprel

Bir "yaşıl enerji" dəhlizi isə başlanğıcını Naxçıvandan götürəcək

09:00
13 Aprel

İkinci həyat

08:55
13 Aprel

Bakıda I Gənc Kardioloqlar Forumu olub

08:50
13 Aprel

Azərbaycan Astanada II Mərkəzi Asiya Media Forumunda təmsil olunacaq

08:45
13 Aprel

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında təlim keçirilib

08:40
13 Aprel

Revanşist siyasəti Ermənistanı uçuruma aparır

08:35
13 Aprel

İkili standartların növbəti təzahürü

08:30
13 Aprel

İlham Əliyevin uğur formulu

08:25
13 Aprel

Ağstafada "Qərbi Azərbaycana qayıdış yolunda" adlı elmi-praktik konfrans keçirilib 

08:20
13 Aprel

Sumqayıtda Qərbi Azərbaycana qayıdış mövzusunda konfrans keçirilib

08:15
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!