Avropa bu sahədə də Azərbaycanla əməkdaşlıqdan məmnundur
Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları öz işini başa çatdırdı. Bu toplantıların üçüncü dəfədir yanaşı keçirilməsi enerji təhlükəsizliyi ilə enerji keçidi arasında uzlaşmanı gücləndirmək üçün atılan uğurlu addımlardan biridir.
Azərbaycanın "yaşıl gündəliy"i artıq hamıya bəllidir. Sərmayədarlarla imzalanmış müqavilələr ölkəmizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi istehsalını təmin edəcək. İşlər müvəffəqiyyətlə davam edir. 2023-cü ilin oktyabrında Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə tikilən, günəşdən işıq payı alan "Qaradağ" stansiyası istifadəyə verildi. Hazırda Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə inşa edilən Xızı-Abşeron külək, işğaldan azad olunmuş Cəbrayıl rayonunda Böyük Britaniyanın BP şirkəti ilə tikilən "Şəfəq" günəş stansiyaları və digər layihələr həyata keçirilməkdədir.
İşğaldan azad edilmiş ərazilərdən söz düşmüşkən qeyd edək ki, burada artıq 270 meqavatlıq su-elektrik stansiyaları qurulub. 30-dan çox kiçik su-elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su-elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6,5 giqavatlıq enerji potensialı yaranacaq. Ümumiyyətlə, ölkəmizin növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalı potensialı iki dəfə artacaq.
Azərbaycan Avropaya "yaşıl enerji" dəhlizi çəkməyi də hədəfləyib. Məşvərət Şurasında bu barədə geniş söhbət gedib. İndi həmin layihənin texniki əsaslandırma işləri son mərhələdədir. Prezident İlham Əliyev sözügedən tədbirdə diqqəti layihənin maliyyələşdirilməsi məsələsinə yönəldərək demişdir: "Əlbəttə, biz indidən söyləyə bilərik, ümid edirik ki, "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi ilə bağlı məhdudiyyətlər qoyulmayacaq. Lakin düşünürəm ki, Avropa təsisatlarında həmin layihələrin ümumi maraq doğuran layihə səviyyəsinə qədər təkmilləşdirilməsi vacibdir".
Prezidentimiz həmçinin bildirmişdir ki, biz nəhəng hasilat və nəqletmə layihələrinin icrasını mümkün etmiş korporativ maliyyələşmə, o cümlədən borca götürülmüş pul vəsaitlərinin kombinasiyasında böyük təcrübəyə malikik. "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" və "Abşeron" bu gün bir çox ölkənin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqlarıdır. Bir neçə ildən sonra digər neft-qaz yataqlarının da istismarına başlanılacaq. Müqavilələr artıq imzalanıb, işçi proqram təsdiqlənib. İndiyədək gerçəkləşdirilən layihələr, o cümlədən "Cənub qaz dəhlizi" bütün iştirakçılarla əməkdaşlıq sayəsində araya-ərsəyə gəlmişdir: "Beləliklə, faydalı qazıntı layihələrinin maliyyələşdirilməsinin dayandırılması siyasəti başlayanda bu, investorlara, şirkətlərə, ölkələrə müsbət olmayan siqnal göndərir... Ümid edirik ki, Avropada çox geniş "yaşıl gündəliy"ə baxmayaraq, faydalı qazıntı hasilatçıları və ənənəvi yanacaq enerji təhlükəsizliyinin mühüm meyarı kimi yaddan çıxmayacaq və ayrı-seçkiliyə məruz qalmayacaq. Əslində, bu, bizim COP29-dakı mesajımız idi. Azərbaycan qlobal beynəlxalq tədbirə evsahibliyi etdiyi zaman qeyd olundu ki, faydalı qazıntıları zəngin olan ölkələrlə sərvətləri olmayan ölkələr arasında ayrı-seçkilik və ayırıcı xətlər olmamalıdır. Əksinə, faydalı qazıntıları zəngin olan və bərpaolunan enerjiyə sərmayə qoyan ölkələr alqışlanmalıdır, onlara hücum çəkilməli deyil".
Vacib olan bir məqam da unudulmamalıdır ki, nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcədə qənaət etmək imkanı yaranacaq və həmin qaz ixraca yönəldiləcək.
"Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq və bu məsələni dəfələrlə qaldırmışıq. Bəlkə faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq qərarını qəbul etmiş beynəlxalq maliyyə təsisatları xüsusən də müşahidə etdiyimiz böyük geosiyasi dəyişiklikləri nəzərə alaraq, öz siyasətinə yenidən baxsınlar. Çünki nəql infrastrukturuna və hətta hasilata əlavə sərmayələr qoyulmasa, bu, çox problemli olacaqdır," - deyə dövlətimizin başçısı tədbirdə demişdir.
"Biz gələn illərdə gözləyirik ki, Azərbaycandan daxil olacaq qaz xalis sıfra keçidimiz zamanı Avropa İttifaqının enerji sistemində mühüm rol oynayacaq". Bu fikri isə Məşvərət şuralarının toplantılarının açılışında Avropa İttifaqının energetika və mənzil tikintisi komissarı Dan Yorgensen söyləmişdir. O, Məşvərət Şurasındakı müzakirələri neft və qaz sektorunda metan emissiyalarını aradan qaldırmaq, bərpaolunan enerjidən istifadə etmək, elektrik enerjisi şəbəkəsini təşviq etmək və s. kimi səylərin mühüm hissəsi adlandırmışdır. Avropaya çəkəcəyimiz 1100 kilometrlik sualtı "yaşıl enerji" dəhlizi məsələsinə toxunaraq demişdir: "İşimiz yalnız bu günün çağırışlarının həllindən ibarət deyil. Biz gələcəyimizə doğru yolu müəyyən edirik. Bu səbəbdən biz Cənubi Qafqaz ilə Avropa İttifaqı arasında "yaşıl enerji" dəhlizinin qurulması üzərində çalışırıq. Müxtəlif texnologiya və fərqli marşrutlardan istifadə etmək barədə müxtəlif konkret ideyalar var. Ən perspektivli ideyaların bir araya gətirilməsini və onların lazımi "yaşıl enerji" dəhlizinə çevrilməsini müəyyən etmək qalır. Bütün tərəflər yaxşı əməkdaşlıq əzminə və böyük maraqlara malikdirlər. Prezident Fon der Lyayenin qeyd etdiyi kimi, biz bütöv regionun bu layihədən faydalanmasını təmin etmək üçün inklüziv yanaşmanı dəstəkləyirik".
Komissar Dan Yorgensen 2030-cu ilədək qlobal metan emissiyalarının 30 faizədək azaldılması öhdəliyini götürmüş 160 ölkədən biri olaraq Azərbaycanın ötən il qoşulduğu Qlobal Metan Vədini vurğulamış, ölkəmizin COP29-da bu məsələnin daha da qabardılmasına verdiyi töhfəni yüksək qiymətləndirmişdir. Bu layihənin həyata keçirilməsinin çox əhəmiyyətli olacağını, eyni zamanda Azərbaycanın xüsusilə enerji sektorunda metan emissiyalarının azaldılmasının müsbət təsirləri baxımından qlobal örnəyə çevrildiyini bildirmişdir: "Həmçinin Dövlət Neft Şirkətinin - SOCAR-ın Neft və Qaz Metan Tərəfdaşlıq 2.0-a qoşulması ilə Azərbaycan enerji sektorunda metan emissiyalarının əhəmiyyətli dərəcədə azaldılması və Avropa İttifaqının metan normalarına uyğunluğun təmin olunması istiqamətində doğru yoldadır… Bütün ölkələrimizdə bərpa-olunan enerjinin yerli istehsalının inkişafı təbii qaza qənaət etməyə, münasib qiymətə elektrik enerjisinə çıxışı təmin etməyə və sənaye sahəsində rəqabətliliyi artırmağa kömək edə bilər. Xüsusilə Azərbaycana gəlincə, enerji səmərəliliyi və bərpaolunan enerji istiqamətində səylər qarşıdakı illərdə ixrac bazarları üçün daha çox qazı əhəmiyyətli dərəcədə əlçatan edə bilmək potensialına malikdir".
Beləliklə, Avropa İttifaqı Xəzər dənizində külək enerjisi texnologiyası da daxil olmaqla ölkəmizin böyük potensialını inkişaf etdirmək üçün bizimlə əməkdaşlığı gücləndirməyə hazır olduğunu da bəyan etmişdir.
Flora SADIQLI,
"Azərbaycan"
Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
ADY gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir
Gürcüstan Prezidenti ilə Milli Məclisdə görüş keçirilib
Süni zəka itmiş şəxslərin tapılmasına kömək edəcək
Milli Məclisdə Azərbaycanla Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
DİN: Yola çıxarkən ehtiyatlı olun, yol hərəkəti qaydalarına ciddi riayət edin, piyadalara qarşı diqqətli davranın
Azərbaycan və Sloveniya parlament dostluq qruplarının görüşü keçirilib
Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçirilib
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Hacıqabul Sənaye Parkında 280 milyon manatlıq məhsul istehsal edilib
Fransa ilə Əlcəzair arasında münasibətlər daha da pisləşir
Riçard Armitacın ailəsinə
Əhməd İsmayılov: Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılıb
Türkiyə nümayəndə heyəti DOST Mərkəzi, reabilitasiya və sosial xidmət müəssisələri ilə tanış olub
Türkiyə XİN: Yunanıstanın “Dəniz Məkanlarının Planlaşdırılması”nda göstərdiyi bəzi ərazilər Türkiyənin dəniz yurisdiksiyasını pozur
Parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında iki məsələ müzakirə edilib
Hulusi Akar: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər səmimiyyətə və qardaşlığa əsaslanır
Dəməşqdə rejim dəyişəndən bəri 175 mindən çox suriyalı Türkiyəni tərk edib
Macar ekspert: “Aİ-nin Avropa Sülh Fondu” öz adını tam doğrultmur
Vato Şakarişvili: Prezident Mixail Kavelaşvilinin ilk xarici səfərini Azərbaycana etməsi olduqca mühüm hadisədir
Sel suları Ağsuda avtomobil yolunu yararsız hala salıb
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!