16 Aprel 2025 09:00
552
İQTİSADİYYAT
A- A+
Taxılın tel-tel olan vaxtıdır 

Taxılın tel-tel olan vaxtıdır 


Ataların taxıl haqqında belə bir məsəli var: "Altı ayda bir qarış, bir ayda altı qarış". Qışın soyuğundan sonra torpağa enən hərarət nəticəsində bitkilər canlanmağa, günəşə tərəf boylanmağa başlayır. Amma əkinçi də əkib-becərdiyini yalnız təbiətin ümidinə qoymur. Bildiklərinə, çoxillik təcrübəsinə əsaslanaraq aqrotexniki tədbirləri vaxtında və yüksək keyfiyyətlə həyata keçirməyə çalışır. 

Taxılın vegetasiya dövrünün başa çatmasına çox vaxt qalmayıb. Keçən ilin payızında toxum səpilən sahələrdə bu ilin iyun ayının birinci ongünlüyündən başlayaraq əvvəl arpa, sonra buğda zəmilərində biçin başlayacaq. Mütəxəssislər deyirlər ki, keçən illə müqayisədə taxılçılıqda vəziyyət xeyli yaxşıdır. Səbəbi isə cari ilin fevral ayının sonlarında düşən qar və onun ardınca yağan yağışlardır. 

Cəlilabad Azərbaycanın iri taxılçılıq rayonlarındandır. Cari ilin məhsulu üçün rayon üzrə 64 min 930 hektarda taxıl əkilmişdir. Onun 46 min 980 hektarı buğda, 13 min 450 hektarı arpa, 4 min 500 hektarı vələmirdir. 15,6 min fermerin əkdiyi həmin sahələrin bəzi hissələrinə əkin zamanı ammofos gübrəsi verilmişdir. Torpağın xüsusiyyəti nəzərə alınaraq mülkiyyətçilər tərəfindən 17 min 500 hektarda yemləmə aparılmış, 5 min 610 hektarda suvarma, 8 min 100 hektarda gəmiricilərə və 2 min 500 hektarda alaq otlarına qarşı mübarizə tədbirləri həyata keçirilmişdir. Fermerlər aprelin 3-cü ongünlüyündə, habelə may ayında 1-2 dəfə yağış yağmasını səbirsizliklə gözləyirlər. 

Biləsuvarda isə əkilən 31 min 649 hektar taxıl sahəsinin 24 min 86 hektarı arpa, 7 min 563 hektarı buğdadır. Fermerlər yüksək məhsul yetişdirmək üçün səhər gün çıxandan axşam hava qaralana kimi sahələrdə olurlar. Aqrotexniki qaydalara ciddi əməl edən biləsuvarlı əkinçilər seçmə yolu ilə 25 min 100 hektar taxıl sahəsinin hər hektarına orta hesabla 200 kiloqram azot və bir o qədər karbamid yemləmə gübrəsi, eləcə də əkindən sonra 8 min 341 hektarda bitiş, fevral ayında 5 min 913 hektarda birinci vegetasiya suyu vermişlər. Hazırda isə ikinci vegetasiya suvarması gedir. 9 min 981 hektarda siçanabənzər gəmiricilərə, 301 hektarda xəstəliklərə qarşı mübarizə tədbirləri görülmüş, alaq otlarına qarşı herbisid səpilmişdir. Aldığımız məlumata görə, 10 min hektara kökdənkənar yemləmə gübrəsi verilmişdir. Hazırda arpa sahələri mayalanma  fazasındadır.  

Salyanın da fermerləri, torpaq mülkiyyətçiləri yazın gəlişi ilə əlaqədar durmadan çalışırlar. Kimi taxıl və yonca sahələrini suvarır, kimi arat işi aparır, çiyid səpir, kimi də bostan əkir. Hər tərəfdə qızğın iş gedir. 

Taxıla elin sərvəti deyirlər. Buna görə də salyanlı fermerlərin taxılçılığa həmişə yüksək diqqəti olub. Taxıl növbəli əkinin tətbiqi üçün də çox əlverişlidir. Yerinə növbəti ildə pambıq və ya digər bitki əkiləndə hər bir əkin sahəsindən daha çox məhsul almaq olur. 

Rayon üzrə keçən ilin oktyabr-noyabr aylarında 12 min 696 hektar sahəyə taxıl əkilmişdir. Onun 7 min 494 hektarı arpa, 5 min 202 hektarı buğdadır. Aqrotexniki tədbirləri vaxtında yerinə yetirən fermerlər sahələrin 90 faizinə yemləmə gübrəsi vermişlər. Ziyanvericilərə və alaq otlarına qarşı mübarizə tədbirləri də unudulmamışdır. Toxumçuluqla məşğul olan 3 təsərrüfatın fəaliyyəti diqqət mərkəzində saxlanılır. Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən taxıl sahələrindəki mövcud vəziyyətlə əlaqədar monitorinq aparılmışdır. Yoxlamalar göstərir ki, bu il rayon üzrə yüksək reproduksiyalı taxıl toxumu yetişdirilir. 

Neftçalada isə 32 min hektarda taxıl əkilmişdir. Bunun 25 min hektarı arpa, 7 min hektarı buğdadır. Yüksək məhsul götürmək üçün fermerlər əkin zamanı toxumla birlikdə hər hektara 15 kiloqram ammofos gübrəsi, mart ayından başlayaraq isə 32 min hektarın hamısına azot və karbamid yemləmə gübrəsi vermişlər. Odur ki, bitkilər yaxşı inkişaf etmişdir. Bu il taxılın suvarılması da nümunəvi təşkil edilmişdir. 17 min hektara birinci, 2 min 500 hektara ikinci vegetasiya suyu verilmişdir. Bu iş hazırda davam edir. 

Həyata keçirilən tədbirlər, mütəxəssis rəyləri deməyə əsas verir ki, Cəlilabad, Biləsuvar, Salyan və Neftçala fermerləri strateji məhsul olan taxıl istehsalında yüksək göstəricilər əldə edəcəklər. 


Seyran CAVADOV, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!