22 Noyabr 2025 08:00
6646
SİYASƏT
A- A+
VAHİD GEOSİYASİ və GEOİQTİSADİ REGİON

VAHİD GEOSİYASİ və GEOİQTİSADİ REGİON


Nəqliyyat və enerji qovşağı kimi malik olduğu imkanlar ölkəmizin geostrateji rolunun təkcə regionla məhdudlaşmamasına və daha geniş arealı əhatə etməsinə gətirib çıxarıb. Azərbaycanın Şərqlə Qərb, Şimalla Cənub  arasında vacib körpü rolu oynaması yalnız onun əlverişli coğrafiyada yerləşməsi ilə bağlı deyil. Yürütdüyü çoxşaxəli və balanslaşdırılmış xarici siyasət, eyni zamanda daxildə yaradılan hərtərəfli infrastruktur, ən əsası, hər zaman beynəlxalq hüquqa sadiqlik nümayiş etdirən etibarlı tərəfdaş olması ölkəmizin dünyaya sirayət edən nüfuz qazanmasının, beynəlxalq aləmdə layiqli yer tutmasının başlıca səbəbləridir. Artıq Mərkəzi Asiya ölkələri ilə vahid geoiqtisadi platformanı bölüşən Azərbaycanın həyata keçirdiyi siyasət həm də coğrafi sərhədlərin artıq formal xarakter daşıdığı gerçəyini də danılmaz şəkildə ortaya qoyur. 


Strateji tərəfdaşlıq xarakterinə malik yeni dinamika


Azərbaycanın birləşdirici rolu sayəsində Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında artan iqtisadi, ticari əlaqələrin yüksək potensialı hər kəs tərəfindən vurğulanır. Onu da qeyd edək ki, dünya nəhəngi Çinin təşəbbüsü olan "Bir kəmər, bir yol" layihəsində Mərkəzi Asiya ölkələrinin iştirakını da məhz Azərbaycanın geostrateji rolu labüd edir. 

Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakçı qismində adıçəkilən formata qoşulmasına dair qərar qəbul edilməsi də ölkəmizin yürütdüyü uzaqgörən siyasətin formalaşdırdığı reallıqların diktə etdiyi zərurətdir. Eyni zamanda bu platformada yer alması ölkəmizin həyata keçirdiyi çevik xarici siyasətin məntiqi nəticəsidir. 

Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur. 

Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin xüsusi xarakter daşıdığını söyləyən dövlətimizin başçısı bildirdi ki, bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir: "Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik". 

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb. Eyni zamanda mədəni əlaqələr uğurla inkişaf etdirilir ki, bu da xalqlarımızın, ölkələrimizin daha da yaxınlaşması baxımından vacibdir. Azərbaycanın Mərkəzi Asiya ölkələrinin hər biri ilə ayrı-ayrılıqda dostluğa əsaslanan ikitərəfli əlaqələrə malik olması vahid platforma çərçivəsində də ölkələrimizin siyasi, iqtisadi, təhlükəsizlik və sair məsələlərdə əməkdaşlıqlarının daha da dərinləşməsinə mühüm zəmin yaradacaq. O cümlədən indiyə qədər də beynəlxalq platformalarda bir-birlərinin milli maraqlarını müdafiə edən bu ölkələrin vahid güc kimi çıxış etmələri vacib məqamdır. 


Tarixi miqyasda hadisə


Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında son illər yüksəksəviyyəli qarşılıqlı səfərlər müntəzəm xarakter alıb. Son üç ildə Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrində 14 dəfə səfərdə olub, bu müddət ərzində həmkarları respublikamıza 23 dəfə səfər ediblər. 

Mərkəzi Asiya dövlətlərinin rəhbərlərinin Qarabağ bölgəsinə səfər etmələri isə ölkələrimiz arasındakı həmrəyliyin əyani təzahürüdür. Bu il iyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Görüşü zamanı bu dostluq və həmrəylik bir daha nümayiş etdirildi. 

Sözügedən dövlətlər işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən quruculuq və bərpa işlərində də yaxından iştirak edirlər. Özbəkistan, Qazaxıstan və Qırğızıstan dövlətlərinin xalqımıza hədiyyələri olan Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi, Ağdamda Aykol Manas adına məktəb fəaliyyət göstərir. 

Bu il 7 oktyabr tarixində Füzulidə Türkmənistan tərəfindən tikiləcək məscidin təməli qoyulub. 

Bütün bunlar dost dəstəyinin örnəkləridir. Bu mənada Azərbaycanın  Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi qəbul edilməsi də təsadüfi deyildi. 

Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışında dövlətimizin rəhbəri İlham Əliyev vurğuladı ki, bu qərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyir, həmçinin geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcəkdir.

Yeri gəlmişkən bildirək ki, noyabrın 19-da türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov bu əlamətdar hadisə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Türkmən xalqının Milli Lideri bildirib: "Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə "Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı haqqında" qərarın yekdilliklə qəbul edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sözsüz ki, bu, tarixi miqyasda hadisədir". 

Qurbanqulu Berdiməhəmmədov qəti əmin olduğunu bildirib ki, qəbul edilən qərar tamamilə qanunauyğundur, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın tarixi inkişaf yolunu, onların zəruri ehtiyaclarını və həqiqi maraqlarını obyektiv şəkildə əks etdirir: "Məhz Mərkəzi Asiya və Azərbaycan transkontinental, çoxvektorlu qarşılıqlı əlaqədə əsas vəsilə olmaq vəzifəsini öz öhdələrinə götürüblər, bu olmadan tarazlaşdırılmış, uğurlu və davamlı müasir iqtisadi arxitekturanın yaradılması mümkün deyil. Artıq ölkənizin bu ali məqsədin reallaşmasında iştirakı əlavə güclü siyasi-hüquqi təməllə möhkəmləndirilib".

Göründüyü kimi, xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələri prioritet seçən Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına üzvlüyü təkcə respublikamız və sözügedən dövlətlər üçün deyil, ümumilikdə daha geniş coğrafiya üçün vacib strateji əhəmiyyətə malikdir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qərb bölgəsində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib  

15:21
20 Yanvar

Numan Kurtulmuş: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqının müstəqillik əzminin təzahürüdür  

15:15
20 Yanvar

Qazaxıstan Konstitusiyasında növbədənkənar prezident seçkiləri normasının təsbiti təklif olunub  

15:13
20 Yanvar

20 Yanvar - Azərbaycan xalqının azadlıq iradəsinin qanla yazıldığı tarixdir 

15:08
20 Yanvar

Yeni Azərbaycan Partiyasının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər

15:00
20 Yanvar

Lavrov ATƏT-də dərin böhran olduğunu bildirib  

14:38
20 Yanvar

Hava şəraiti ilə əlaqədar yollarda görülən işlər açıqlanıb  

14:29
20 Yanvar

Gənclər və İdman Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

14:21
20 Yanvar

ABŞ Prezidenti: Böyük Britaniyanın Çaqos adaları üzərində suverenliyi təhvil verməsi böyük axmaqlıqdır  

14:08
20 Yanvar

Qurban Qurbanov: Sabah azarkeşləri uğurlu nəticə ilə sevindirmək istəyirik  

14:01
20 Yanvar

Prezident İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun Baş naziri ilə görüşüb 

13:58
20 Yanvar

Türkiyə Müdafiə Nazirliyi: Azərbaycan xalqının ağrısını bölüşürük  

13:47
20 Yanvar

Sabah yağıntılar tədricən kəsiləcək  

13:34
20 Yanvar

Şuşada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb 

13:33
20 Yanvar

BMT-Habitat eksperti: Yaşıl memarlıq Azərbaycanda şəhərlərin inkişafının getdikcə daha mühüm tərkib hissəsinə çevrilir 

13:29
20 Yanvar

Ümumxalq Hüzn Günü ilə əlaqədar ETSN-in kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

13:28
20 Yanvar

Dini konfessiyaların rəhbərləri və din xadimləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər  

13:23
20 Yanvar

Türk ekspert: 20 Yanvar Azərbaycan xalqının müstəqilliyə gedən yolunda qanlı, lakin həlledici dönüş nöqtəsidir  

13:17
20 Yanvar

Laçında 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram 

13:12
20 Yanvar

Füzuli rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb 

13:11
20 Yanvar

Gürcüstan portalında 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub  

13:08
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!