03 Mart 2026 00:48
1819
Qanunlar
A- A+
"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 584 (Cild I); 2025, № 1, maddə 6, № 8, maddə 739) aşağıdakı məzmunda 11.16-1-ci maddə əlavə edilsin:

"11.16-1. Bu Qanunla müəyyən edilmiş müddətdə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin və icmal büdcənin göstəricilərinin tərtibi üçün zəruri olan məlumatların dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və dövlət büdcəsinin göstəricilərinin, gəlir və xərclər bölgüsünün və digər məlumatların həmin orqan (qurum) tərəfindən dövlət büdcəsindən maliyyələşən təşkilatlara təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçirilir.".

Maddə 2. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 605 (Cild I); 2024, № 1, maddələr 2, 11, № 7, maddə 764; 2025, № 4 (I kitab), maddələr 312, 318) 4-1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. adı aşağıdakı redaksiyada verilsin:

"Maddə 4-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi";

2.2. 4-1.1-ci maddədən "e-mühasibat" sözləri çıxarılsın və həmin maddəyə "sistemi" sözündən sonra "mühasibat uçotu sahəsində" sözləri əlavə edilsin;

2.3. 4-1.1.1-ci maddəyə "maliyyə hesabatlarının" sözlərindən sonra ", o cümlədən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının" sözləri əlavə edilsin;

2.4. 4-1.1.2-ci maddədən ", mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının" sözləri çıxarılsın və həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;

2.5. aşağıdakı məzmunda 4-1.1.3-cü maddə əlavə edilsin:

"4-1.1.3. mühasibat uçotu subyektləri tərəfindən mühasibat uçotunun elektron qaydada aparılmasını və maliyyə hesabatlarının, o cümlədən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının tərtib və təqdim edilməsini.".

Maddə 3. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1135 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3-cü maddə üzrə:

3.1.1. 3.2-ci maddədə "Qanun" sözü "Qanunun 3.12-ci maddəsi nəzərə alınmaqla, bu Qanun" sözləri ilə əvəz edilsin;

3.1.2. 3.9-cu maddə aşağıdakı redaksiyada verilsin:

"3.9. Bu Qanunun 3.8-ci maddəsində göstərilən halda müvafiq satınalmalarla bağlı müqavilə satınalan təşkilat tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra - informasiya sistemi) vasitəsilə imzalandıqdan sonra bu Qanunun 38.11-ci maddəsinə uyğun olaraq müvafiq məlumatlar həmin informasiya sistemi tərəfindən avtomatik şəkildə dərhal portala ötürülür və satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 (üç) iş günü ərzində müvafiq məlumatı portalda dərc edir."; 

3.1.3. aşağıdakı məzmunda 3.12-ci maddə əlavə edilsin:

"3.12. Bu Qanunun 15.3-cü maddəsində göstərilən satınalmalar, habelə qalib təchizatçının qeyri-rezident olduğu hallar istisna olmaqla, bu Qanunun şamil edildiyi satınalmalara dair müqavilələr, həmçinin bu Qanunun 3.2.1-ci, 3.2.4-cü, 3.2.8-ci, 3.4-cü və 3.8-ci maddələrində nəzərdə tutulan mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılması və göndərilməsi informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.";

3.2. 15-ci maddə üzrə:

3.2.1. 15.1-ci maddədə "15.3-cü maddəsinin" sözləri "3.12-ci və 15.3-cü maddələrinin" sözləri ilə əvəz edilsin;

3.2.2. 15.4-cü maddədə ", bildirişlərin və müqavilələrin" sözləri "və bildirişlərin" sözləri ilə əvəz edilsin;

3.3. 25.1.2-ci maddəyə "yeri," sözündən sonra "proqnozlaşdırılan icra" sözləri əlavə edilsin;

3.4. 30.2.2-ci maddədə "müəyyən olunmuş" sözləri "bu Qanunla müəyyən olunmuş qaydada və" sözləri ilə əvəz edilsin;

3.5. 34.7-ci maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

"Satınalmanın nəticələri barədə satınalma komissiyasının yekun protokolunun təsdiq edilməsi barədə nəzarət orqanının qərarı (bu maddənin üçüncü cümləsinə uyğun olaraq nəzarət orqanının bununla bağlı qərarı olmadıqda təsdiq edilmiş hesab olunan yekun protokollar), qalib təchizatçının təklifi (iş həcmləri cədvəli və qiymət təklifi) dərhal informasiya sisteminə ötürülür.";

3.6. 38-ci maddə üzrə:

3.6.1. 38.1-ci maddədə "tərtib edib təchizatçıya aksept bildirişi ilə birlikdə" sözləri "bu Qanunun 3.12-ci maddəsi nəzərə alınmaqla informasiya sistemi vasitəsilə tərtib edib təchizatçıya portal vasitəsilə təqdim olunan aksept bildirişi ilə eyni vaxtda" sözləri ilə əvəz edilsin;

3.6.2. 38.2-ci maddə üzrə:

3.6.2.1. birinci cümləyə "müqaviləsini" sözündən sonra "informasiya sistemində gücləndirilmiş elektron imza ilə" sözləri əlavə edilsin;

3.6.2.2. ikinci cümləyə "olmayaraq" sözündən sonra "informasiya sistemində gücləndirilmiş elektron imza ilə" sözləri əlavə edilsin;

3.6.3. 38.8-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Satınalma predmetinin həcmi (miqdarı) dəyişdirildiyi təqdirdə satınalan təşkilat bu barədə məlumatı informasiya sisteminə dərhal ötürür.";

3.6.4. 38.11-ci maddə aşağıdakı redaksiyada verilsin:

"38.11. Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra satınalan təşkilatın və müqaviləni bağlamış təchizatçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı), VÖEN-i, satınalma predmeti, satınalma metodu, müqavilənin məbləği və icra müddəti barədə məlumatların portalda yerləşdirilməsi üçün həmin məlumatlar informasiya sistemi tərəfindən dərhal portala ötürülür və satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 (üç) iş günü ərzində həmin məlumatları portalda dərc edir.";

3.7. 42.1-ci maddənin ikinci cümləsinə "baxılır" sözündən sonra "və razılıq əldə edildiyi halda bu dəyişikliklər bu Qanunun 3.12-ci maddəsinin tələbləri nəzərə alınmaqla informasiya sistemi vasitəsilə həyata keçirilir" sözləri əlavə edilsin;

3.8. 44.5-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Nəzarət orqanı tərəfindən bu maddəyə əsasən verilən razılıqlar informasiya sisteminə dərhal ötürülür.".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti  


Bakı şəhəri, 20 fevral 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya son bir həftədə Ukraynaya 1600 dron, 1100 idarə olunan bomba atıb

12:27
02 May

Diplomatik korpusun nümayəndələri Laçında

12:26
02 May

Xersonda mikroavtobus dronla vurulub, ölənlər və xəsarət alanlar var

12:14
02 May

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

12:11
02 May

Diplomatik korpus nümayəndələrinin Şuşa ilə tanışlığı davam edib

12:06
02 May

Tramp İranla Vaşinqtonu qane edən bir razılaşma əldə etmək niyyətindədir

12:01
02 May

Azərbaycan neftinin qiyməti 119 dollar olub

11:46
02 May

Milli Məclisin komissiyası: “Ermənipərəst dairələr Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa çalışırlar”

10:47
02 May

AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq: Dizayn sahəsində yeni mərhələ başlayır

10:47
02 May

Xəzərdə zəlzələ olub

10:13
02 May

Bilmək istəyirəm

09:05
02 May

Ədalətli tələb, haqlı istək

09:00
02 May

Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir

08:55
02 May

Şəhərlərin gələcəyi iki həftə sonra Bakıda yazılacaq

08:50
02 May

Azərbaycanın "Elm Sarayı"

08:45
02 May

Erməni lobbisinin gizli təsir rıçaqları ifşa olunur

08:40
02 May

Okamponun etirafları Avropa idarəçilik sisteminin təsir altında olduğunu sübut edir

08:35
02 May

Sülh, yoxsa xəstə təfəkkür

08:30
02 May

Ağverəndəki görüş sülh prosesinin növbəti uğurudur

08:25
02 May

Heydər Əliyev və milli məfkurə

08:23
02 May

Heydər Əliyev yolu: sabitlik, inkişaf və zəfərin təməli

08:20
02 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!