02 May 2026 08:40
190
SİYASƏT
A- A+
Erməni lobbisinin gizli təsir rıçaqları ifşa olunur

Erməni lobbisinin gizli təsir rıçaqları ifşa olunur


Avropa institutlarının keçmiş təmsilçiləri çirkin əməllərini, korrupsiya oyunlarını özləri etiraf edirlər


Beynəlxalq münasibətlər sistemi adətən tərəfsizlik, hüququn aliliyi və şəffaflıq kimi fundamental prinsiplər üzərində bərqərar olduğunu iddia edir. Lakin zaman-zaman gündəmə gələn siyasi qalmaqallar bu prinsiplərin arxasında lobbi qruplarının, qaranlıq maliyyə şəbəkələrinin və şəxsi maraqların dayandığını sübuta yetirir. Hazırda dünya mediasının diqqət mərkəzində olan və beynəlxalq ictimaiyyətdə şok effekti yaradan "Okampo hadisəsi" məhz bu cür sistemli çürümənin təzahürüdür. Bu, Avropa institutlarının dərinliklərinə qədər işləmiş korrupsiya şəbəkəsinin, "insan hüquqları" maskası altında gizlənən geosiyasi alverin və erməni lobbisinin çirkli maliyyə rıçaqlarının çılpaq mənzərəsidir.

Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən, Beynəlxalq Ədalət Məhkəməsinin keçmiş prokuroru Luis Okampo və oğlu Tomas Okampo qalmaqallı videogörüntülərdə öz mənfur niyyətlərini və bu planları reallaşdırmaq üçün istifadə etdikləri metodları bütün detalları ilə açıq şəkildə etiraf ediblər. Görüntülərdə əsas məqam Avropa siyasətinin erməni lobbisinin birbaşa təsiri altında olduğunun rəsmən təsdiqlənməsidir. Sabiq prokuror Azərbaycana qərəzi ilə tanınan Aİ-nin keçmiş ali komissarı Cozef Borel ilə əlbir fəaliyyət göstərdiyini də gizlətməyib. O, Borel vasitəsilə Avropa Komissiyasının hazırkı rəhbərliyinə təzyiq mexanizmləri quracağını və beləliklə, qitənin siyasi kursuna yön verə biləcəyini iddia edib.

Məlum olub ki, Okamponun əsas hədəflərindən biri Avropa Ədalət Məhkəməsi müstəvisində hüquqi manipulyasiyalar edərək, Avropa Komissiyasının Azərbaycanla imzalanmış strateji müqavilələri ləğv etdirməsi olub. Keçmiş prokuror bu istiqamətdə konkret addımlar atdıqlarını da vurğulayıb: "Biz öncədən müəyyən edilmiş strategiya üzrə hərəkət edirik. ABŞ-dəki erməni lobbisi ilə çiyin-çiyinə fəaliyyət göstərərək təzyiqləri daha da gücləndirəcəyik".

Sensasiyalı videoda diqqətçəkən digər məsələ Ermənistanın daxili siyasi vəziyyəti ilə bağlıdır. Tomas Okampo Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək üçün aktiv iş apardıqlarını etiraf edərək, əsas məqsədlərinin hökumət başçısını hakimiyyətdən uzaqlaşdırmaq olduğunu deyib. Luis Okampo isə bu planın tərkib hissəsi kimi Ermənistanda kütləvi iğtişaşlar və etiraz dalğası yaratmaq məqsədi ilə Avropa strukturlarındakı əlaqələrindən istifadə etdiklərini bildirib. Onun sözlərinə görə, Avropa Parlamentindəki nüfuzlu agentlər vasitəsilə Ermənistanın siyasi rəhbərliyinə qarşı genişmiqyaslı təzyiq kampaniyası həyata keçirilir. Erməni diasporu ilə sıx əlaqələrə malik olan Luis Okampo separatçıların qorunması, Ruben Vardanyanla bağlı kampaniya, Bakıya qarşı qondarma "etnik təmizləmə" kimi ittihamların irəli sürülməsi ilə "məşhurlaşıb". Hazırda Ermənistandakı revanşist qüvvələrin aktivləşməsi, kilsə və erməni diasporunun baş nazir Nikol Paşinyana qarşı birləşməsi Okamponun planlarını təsdiqləyir. 

Erməni lobbisinin birbaşa maliyyə dəstəyi və sifarişi ilə idarə olunan genişmiqyaslı kampaniyanın hədəfində təkcə Azərbaycan yox, Cənubi Qafqazda formalaşmaqda olan kövrək sülh dayanır. Çünki sülh erməni diasporunun "ərazi iddiaları" və qondarma "soyqırımı" kimi məsələlərdən faydalanmasını sual altında qoyur, bundan gəlir əldə edən lobbi, siyasətçilər, media rəhbərləri, Avropa strukturlarında müxtəlif vəzifə daşıyan şəxslərin də qazancına təhlükə yaradır.

Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi və qətiyyəti sayəsində Ermənistan rəhbərliyi regionda yaranmış mövcud reallıqları və Bakının sülh gündəliyini qəbul etmək məcburiyyətində qalıb. Paşinyan hökuməti həqiqəti etiraf edərək, Qarabağın Ermənistana məxsus olmadığını, ermənilərin Qarabağa qayıtmayacağını dəfələrlə vurğulayıb. Xaricdəki erməni lobbisi isə bununla barışmaq istəmir və müxtəlif yollarla satın aldıqları bəzi xarici dairələrin əliylə sülh prosesini pozmağa çalışır. Əlbəttə, lobbi dairələrinin məqsədi heç də ermənilərin rifahını, təhlükəsizliyini təmin etmək, Ermənistanı normal dövlətə çevirmək deyil. Onların niyyəti regionda münaqişəni yenidən alovlandırmaq və öz ambisiyalarını həyata keçirməkdir. Məhz bu səbəbdən Paşinyanı devirməyə cəhd edirlər. 

Baş verənlər Avropa qurumlarının illərdir "insan hüquqları" adı altında dünya ictimaiyyətinə sırıdıqları mexanizmlərin böyük lobbi qruplarının, maliyyə şəbəkələrinin və geosiyasi maraqların təsiri altında formalaşdığını bir daha təsdiqləyir. Söhbət təkcə bir şəxsin qalmaqallı açıqlamalarından getmir. Ortaya çıxan mənzərə Avropa institutlarında erməni lobbisinin korrupsiya mexanizmlərindən istifadə etməklə hansı miqyasda təsir imkanları formalaşdırdığını, regionda hansı məkrli ssenarilərin üzərində işlənildiyini aydın şəkildə nümayiş etdirir. 

Əslində, erməni lobbisinin Qərb institutlarına təsirləri yeni mövzu deyil. ABŞ-də, Fransada və bir sıra Avropa ölkələrində bu şəbəkənin illərlə formalaşdırdığı siyasi, maliyyə və media əlaqələri məlumdur. Lakin son yayılan videogörüntü göstərir ki, bu təsirlər yalnız təbliğatla, ictimai rəy formalaşdırmaqla məhdudlaşmır. Görünən odur ki, müəyyən dairələr Avropa institutlarını birbaşa siyasi təzyiq alətinə çevirmək, Avropa Parlamentindən və Avropa Komissiyasından region ölkələrinə qarşı geosiyasi təsir mexanizmi kimi istifadə etmək istiqamətində çalışıblar. Dəhşətli mənzərə odur ki, "insan hüquqları" mövzusu açıq şəkildə siyasi təzyiq aləti kimi təqdim olunur. Bu, son illərdə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarının mahiyyətini daha aydın göstərir. 

Məlum həqiqətdir ki, bəzi Avropa dairələri regiondakı proseslərə hüquqi və obyektiv yanaşmadan daha çox siyasi sifariş prizmasından baxırlar. Qarabağ məsələsində dəfələrlə emosional manipulyasiya, selektiv yanaşma və açıq qərəz nümunələri ortaya qoyulub. İndi isə həmin kampaniyaların arxasında hansı şəbəkələrin dayandığı daha aydın görünməyə başlayır. 

Videogörüntülər Avropa İttifaqının (Aİ) ali rəhbərliyində korrupsiyanın nə dərəcədə dərinləşdiyini çılpaqlığı ilə ortaya qoyur. Avropa qurumlarının daxilində kök salmış siyasi korrupsiya mexanizmləri bu gün müxtəlif yüksəksəviyyəli məmurların qeyri-qanuni yollarla varlanması üçün əsas vasitəyə çevrilib. "Transparency International" təşkilatının məlumatına görə, Aİ-də siyasi korrupsiya artmaqdadır və 2023-2025-ci illərdə ən yüksək səviyyəyə çatıb. Avropa Parlamentinin 2004-2007-ci illərdə sədri olmuş Cozef Borel Mərakeş və Qətərdən rüşvət alaraq rəhbərlik etdiyi qurumla bu dövlətlər arasında güzəştli müqavilələrin imzalanmasına nail olmuşdu. 2022-ci ildə Borelə rüşvət ittihamı ilə başlanılan cinayət işinin niyə məntiqi sonluğa çatmadığı indi məlum olur. O dövrdə Borelin məsuliyyətdən yayınmasına və "sudan quru çıxmasına" şərait yaradan Luis Okampo olub və  bu gün həmin "köməkliyin" əvəzini çıxır. Keçmiş prokuror Boreli öz çirkin siyasi oyunlarında alət kimi istifadə edərək, erməni lobbisinin maraqlarını ən yüksək kürsülərdən diktə etdirir. Bu, beynəlxalq ədalət prinsiplərinin şəxsi maraqlara qurban verilməsi və Avropa strukturlarındakı sistemli çürümənin təzahürüdür. 

Azərbaycan üçün bu proseslər yeni deyil. Rəsmi Bakı uzun illərdir bildirir ki, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən müəyyən dairələr siyasi sifarişlərə əsaslanan xətt yürüdürlər. Son videolar bunun isbatıdır. Uzun illərdir mövcudluğu ehtimal edilən, lakin birbaşa sübutlarla təsdiqlənməsi çətin olan bu korrupsiya zənciri artıq bütün çılpaqlığı ilə ifşa olunur. Əgər Avropa strukturlarında müəyyən qərar və təşəbbüslər lobbi şəbəkələrinin təsiri altında formalaşırsa, bu, təkcə Azərbaycan üçün yox, Avropanın özü üçün təhlükəli tendensiyadır. Bu mənzərə beynəlxalq sistemdə şəffaflıq və hesabatlılıq mexanizmlərinin nə qədər sual altında olduğunu, siyasi institutlara ictimai etimadın isə necə sarsıldığını göstərir. 

Avropa Parlamenti və digər təsisatlar baş verənlər qarşısında susqun mövqe tutmamalıdır. Ciddi ittihamların araşdırılmaması və hesabatlılığın təmin edilməməsi Avropanın öz reputasiyasını tamamilə itirməsi ilə nəticələnə bilər. Okampo qalmaqalı sübut edir ki, qlobal siyasi institutlarda dərin islahatlara və lobbi şəbəkələrinin fəaliyyətini məhdudlaşdıran sərt qanunlara ciddi ehtiyac var. Əks halda beynəlxalq hüquq müstəqil iradənin deyil, ən çox maliyyə ayıran lobbi qruplarının əlində bir oyuncaq olaraq qalacaq.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:05
02 May

Ədalətli tələb, haqlı istək

09:00
02 May

Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir

08:55
02 May

Şəhərlərin gələcəyi iki həftə sonra Bakıda yazılacaq

08:50
02 May

Azərbaycanın "Elm Sarayı"

08:45
02 May

Erməni lobbisinin gizli təsir rıçaqları ifşa olunur

08:40
02 May

Okamponun etirafları Avropa idarəçilik sisteminin təsir altında olduğunu sübut edir

08:35
02 May

Sülh, yoxsa xəstə təfəkkür

08:30
02 May

Ağverəndəki görüş sülh prosesinin növbəti uğurudur

08:25
02 May

Heydər Əliyev və milli məfkurə

08:23
02 May

Heydər Əliyev yolu: sabitlik, inkişaf və zəfərin təməli

08:20
02 May

Əbədiyyətə qovuşan ömrün 103-cü baharı

08:15
02 May

Bakı lobbilərin oyuncağına çevrilmiş Avropa Parlamenti ilə əlaqələri kəsdi 

08:10
02 May

Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlıq əlaqələrini dayandırır

08:05
02 May

Azərbaycan idman sahəsində də qalib ölkədir

08:00
02 May

Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar

02:10
02 May

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:05
02 May

Ə.N.Fərəcovun 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

02:02
02 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

01:58
02 May

BİLDİRİŞ

01:57
02 May

Notification

01:56
02 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!