02 May 2026 08:00
191
CƏMİYYƏT
A- A+
Azərbaycan idman sahəsində də qalib ölkədir

Azərbaycan idman sahəsində də qalib ölkədir


İdman, sadəcə, fiziki qüvvənin nümayişi deyil, eyni zamanda insanın özünü aşması, iradəsini sınaması, daxili dünyasını tərbiyə etməsi deməkdir. İdmanın fəlsəfəsi rəqibi məğlub etməkdən daha çox öz zəif tərəflərini yenmək, qələbəyə gedən yolda ədaləti və ləyaqəti qorumaqdır. Bu baxımdan idman fərdi inkişaf vasitəsi olmaqla yanaşı, həm də xalqları birləşdirən, sülh və qarşılıqlı anlaşmanı təşviq edən mühüm bir platformadır. Tarix boyu ən gərgin siyasi dövrlərdə belə, idman yarışları dövlətlər arasında dialoq körpüsü rolunu oynayıb.

Ölkəmiz məhz bu ali dəyərlərə söykənərək idman sahəsində böyük uğurlar qazanır, dünya idman ailəsində nüfuzunu artırır. İndi qürurla qeyd edə bilərik ki, "idman ölkəsi" anlayışı Azərbaycan üçün konkret nəticələrə əsaslanan reallıqdır. Həmçinin danılmaz gerçəklikdir ki, Azərbaycanın idman sahəsində əldə etdiyi uğurların təməlində məqsədyönlü və ardıcıl dövlət siyasəti dayanır. Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə yüksəlib. Dövlətimizin  başçısı tərəfindən idmana göstərilən diqqət, idmançıların sosial rifahlarının yaxşılaşdırılması, onların beynəlxalq yarışlara yüksək səviyyədə hazırlanması üçün yaradılan şərait ölkəmizdə idmanın sistemli inkişafını təmin edir.

Prezident İlham Əliyevin Avropa çempionatında komanda hesabında çempion olmuş güləşçilərlə görüşü bu siyasətin növbəti təzahürü idi. Səmimi və işgüzar mühitdə keçən görüşdə dövlət başçısı idmançıların qazandıqları uğurların əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: "Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir". Bu fikir bir daha Azərbaycanın artıq Avropa idman məkanında lider mövqeyə yüksəldiyini təsdiq edir.

Dövlətimizin başçısı çıxışında müasir dövrdə idmanda rəqabətin daha da sərtləşdiyini bildirmişdir: "Bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir… mübarizə də çox gərgin idi". Belə bir şəraitdə qazanılan qələbə isə idmançılarımızın peşəkarlığının və hazırlıq səviyyəsinin göstəricisidir. Dövlət başçısının sözləri ilə desək, "bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər".

Azərbaycanın güləş məktəbinin zəngin ənənələri də bu uğurların əsasını təşkil edir. Prezident bu məqama da toxunmuşdur: "Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq". Bu ənənələrin davam etdirilməsi isə tanınmış idmançılarla yanaşı, yeni nəslin uğurları ilə də təmin olunur. Prezidentin vurğuladığı kimi, gənc idmançıların nailiyyətləri məşq və seleksiya sisteminin düzgün qurulduğunu göstərir.

Bu baxımdan xüsusi diqqətçəkən məqamlardan biri də idmanda nəsillərarası varisliyin qorunmasıdır. Prezident bunu belə ifadə etmişdir: "Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları". Bu fikir Azərbaycan idman modelinin dayanıqlılığını və strateji baxımdan düzgün qurulduğunu bir daha nümayiş etdirir.

İdmanın cəmiyyət həyatındakı roluna toxunan dövlətimizin başçısı demişdir: "İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir". Bu gün Azərbaycanda idman yalnız yarış və nəticə deyil, həm də sosial və mənəvi dəyər kimi qəbul olunur. Xüsusən gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində idmanın rolu danılmazdır. Prezidentimizin də vurğuladığı kimi, "hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir".

Bu da təsadüfi deyil. Çünki Azərbaycan idmançıları beynəlxalq arenalarda ölkəni layiqincə təmsil edir, bayrağımızı zirvələrə qaldırırlar. Bu uğurlar eyni zamanda ölkənin ümumi inkişaf səviyyəsinin də göstəricisidir. Prezidentin qeyd etdiyi kimi, "idman nailiyyətləri ölkəmizin ümumi inkişafını əks etdirir".

Azərbaycanın idman sahəsindəki nailiyyətləri geniş maddi-texniki baza ilə dəstəklənir. Bu gün ölkənin bütün bölgələrində müasir olimpiya idman kompleksləri fəaliyyət göstərir. Onlar peşəkar idmançıların və gənclərin idmana cəlb olunmasında mühüm rol oynayır. Prezident çıxışında qeyd etdiyi kimi, bölgələrdə yaradılan bu imkanlar seleksiya işinin genişlənməsinə və gələcək uğurların təmin olunmasına xidmət edir.

Ölkəmizin yaxın keçmişdə Avropa və  İslam Həmrəyliyi Oyunlarına, eləcə də digər mötəbər beynəlxalq yarışlara evsahibliyi etməsi idman sahəsində qazandığımız nüfuzun bariz göstəricisidir. Prezidentin sözləri ilə desək, həmin tədbirlər demək olar ki, Yay Olimpiya Oyunlarının səviyyəsinə çox yaxın olmuşdur. Bu isə Azərbaycanın həm təşkilatçılıq bacarığını, həm də idman potensialını nümayiş etdirir.

Ölkəmizdə idmanın inkişafında Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Fondun prezidenti, ölkənin Birinci vitse-prezidenti Mehriban  xanım  Əliyeva tərəfindən həyata keçirilən layihələr idmanın kütləviliyinin artırılmasına, sağlam həyat tərzinin təşviqinə və gənclərin bu sahəyə marağının gücləndirilməsinə xidmət edir. Xüsusilə bu gün regionlarda fondun həyata keçirdiyi layihələr idmanın hər kəs üçün əlçatan olmasına şərait yaradır.

Prezident İlham Əliyev çıxışında bu sahəyə göstərilən diqqətin sistemli xarakter daşıdığını bir daha vurğulamışdır: "İdmana, idmançılara qayğı dövlət siyasətidir". Bu yanaşma Azərbaycan idmanının davamlı inkişafını təmin edən əsas amillərdən biridir.

Bu gün Azərbaycan idmançıları olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları medallarla ölkəmizin adını yüksəklərə qaldırırlar. Bu uğurlar sistemli inkişafın nəticəsidir. İdmançılarımızın qələbələri milli ruhun, vətən sevgisinin və dövlət dəstəyinin təcəssümüdür. Fərəhlə qeyd edə bilərik ki, Azərbaycan idman sahəsində də  inkişaf edən, beynəlxalq arenada öz sözünü deyən qalib ölkədir. İdmanın ədalət, əzm, birlik və sülh prinsipləri ölkəmizin inkişaf strategiyası ilə vəhdət təşkil edir. Bu isə Azərbaycanın gələcəkdə də idmanda yeni zirvələr fəth edəcəyinə əminlik yaradır.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:05
02 May

Ədalətli tələb, haqlı istək

09:00
02 May

Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir

08:55
02 May

Şəhərlərin gələcəyi iki həftə sonra Bakıda yazılacaq

08:50
02 May

Azərbaycanın "Elm Sarayı"

08:45
02 May

Erməni lobbisinin gizli təsir rıçaqları ifşa olunur

08:40
02 May

Okamponun etirafları Avropa idarəçilik sisteminin təsir altında olduğunu sübut edir

08:35
02 May

Sülh, yoxsa xəstə təfəkkür

08:30
02 May

Ağverəndəki görüş sülh prosesinin növbəti uğurudur

08:25
02 May

Heydər Əliyev və milli məfkurə

08:23
02 May

Heydər Əliyev yolu: sabitlik, inkişaf və zəfərin təməli

08:20
02 May

Əbədiyyətə qovuşan ömrün 103-cü baharı

08:15
02 May

Bakı lobbilərin oyuncağına çevrilmiş Avropa Parlamenti ilə əlaqələri kəsdi 

08:10
02 May

Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlıq əlaqələrini dayandırır

08:05
02 May

Azərbaycan idman sahəsində də qalib ölkədir

08:00
02 May

Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar

02:10
02 May

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:05
02 May

Ə.N.Fərəcovun 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

02:02
02 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

01:58
02 May

BİLDİRİŞ

01:57
02 May

Notification

01:56
02 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!