07 May 2026 09:55
10194
Oxucu məktubları
A- A+
Nurayın musiqi dünyası

Nurayın musiqi dünyası


Nuray Məmmədova musiqiyə hədsiz sevgi ilə bağlanan, zəhmət və istedadın vəhdətində formalaşan, ümidverici həyat yolu olan yeniyetmə ifaçılarımızdandır. Hazırda 14 yaşlı Nuray hələ  kiçik yaşlarından incəsənətə, xüsusən musiqiyə dərin maraq göstərib.

2018-ci ildə Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin birinci sinfinə qədəm qoyan Nurayın həyatında bu dövr həm də yaradıcılıq axtarışlarının başlanğıcı kimi yadda qalıb. O, 2018-2020-ci illər ərzində milli rəqslə məşğul olaraq səhnə mədəniyyəti və ritm duyumunu inkişaf etdirib. Həmin illər məktəbdaxili müsabiqələrdə qazandığı uğurlar onun səhnəyə olan təbii uyğunluğunu və istedadını üzə çıxarıb. Lakin 2020-ci ildə dünyanı bürüyən pandemiya səbəbindən bu fəaliyyətini müvəqqəti dayandırmalı olub.

Bununla belə, Nurayın incəsənətə olan bağlılığı daha fərqli və dərin bir istiqamətdə özünü göstərməyə başlayıb.  2019-cu ildə Sumqayıt Uşaq İncəsənət Məktəbinə skripka ixtisası üzrə qəbul olunması onun həyatında dönüş nöqtəsinə çevrilib. Klassik musiqinin sehrli dünyası ilə tanışlıq qısa müddətdə böyük bir sevgiyə çevrilib. Bu sevgi isə öz növbəsində onu daha ciddi, məqsədyönlü və zəhmətkeş bir ifaçı kimi formalaşdırıb.

Nuray musiqi məktəbinin ən fəal şagirdlərindən biri olub. O, həm məktəb, həm də şəhər səviyyəli tədbirlərdə mütəmadi çıxış edərək dinləyicilərin rəğbətini qazanıb. İstedadı və əzmkarlığı ona ölkədaxili və beynəlxalq müsabiqələrdə uğur qazandırıb, onun adını daha geniş auditoriyaya tanıdıb. 2022-ci ildə Qazaxıstanda keçirilən beynəlxalq musiqi müsabiqəsində Qran-pri diplomuna layiq görülməsi Nurayın sənət yolunda mühüm mərhələ olub. Bu uğur onun beynəlxalq səviyyədə bir ifaçı olduğunu sübut edib. 2023-cü ildə Londonda keçirilən beynəlxalq müsabiqədə qazandığı birincilik isə onun sənət zirvələrinə doğru inamla irəlilədiyini bir daha təsdiqləyib.

2024-cü il də Nuray üçün uğurlarla zəngin olub. Sumqayıtın 75 illik yubileyinə həsr olunmuş müsabiqədə birinci yerə layiq görülməsi onun doğma şəhərində qazandığı dəyərli nailiyyətlərdən biri kimi yadda qalıb. Elə həmin il keçirilən "Zəfər" respublika yaradıcılıq festivalında ikinci yerə sahib olması isə onun çoxşaxəli yaradıcılıq potensialını nümayiş etdirib. 2025-ci ildə Nuray böyük miqyaslı respublika uşaq incəsənət festivalında ikinci yerə layiq görülərək uğurlar silsiləsini davam etdirib. Həmin il "Barokko ustadları - 340" adlı birinci respublika müsabiqəsinin laureatı olması onun klassik musiqi, xüsusilə barokko dövrü əsərlərinə olan marağının və bu sahədəki peşəkarlığının göstəricisinə çevrilib.

Nuray Məmmədova bu gün də musiqi təhsilini böyük həvəs və məsuliyyətlə davam etdirir. Onun ən böyük arzusu gələcəkdə nümunəvi bir ifaçı kimi formalaşmaq və Azərbaycanı beynəlxalq səhnələrdə layiqincə təmsil etməkdir. Bu məqsədə çatmaq üçün, o, yorulmadan çalışır.


İlhamə MƏMMƏDOVA

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!