27 Oktyabr 2026 09:10
642
Oxucu məktubları
A- A+
Marketə siyahısız getməyin bədəli

Marketə siyahısız getməyin bədəli


Marketə "bir-iki şey alıb çıxaram" düşüncəsi ilə daxil olmaq çoxumuzun etdiyi adi vərdişdir. Evdə nə yoxdursa, yadda saxlamağa çalışırıq. Lakin rəflərin arasında gəzdikcə planlaşdırmadığımız məhsullar da səbətə əlavə olunur. Kassaya çatanda isə aldığımız məhsulların sayı və yekun məbləğ gözlədiyimizdən xeyli fərqli olur. Bu, marketə siyahısız getməyin qiyməti, başqa sözlə, bədəlidir.

Mağazalarda məhsulların yerləşdirilməsi, endirimlərin təqdim olunması və kassaların ətrafındakı məhsullar təsadüfi deyil. Bütün bunlar alıcının diqqətini cəlb etmək və əlavə alış-verişə sövq etmək üçün düşünülür ki, ticarətdə buna marketinq deyilir. Nə alacağını əvvəlcədən müəyyən etməyən insan buna açıq olur. "Endirimdədir", "bəlkə lazım olar" və ya "bunu da götürüm" kimi düşüncələr səbətin yavaş-yavaş dolmasına səbəb olur.

Ən böyük problem isə kiçik xərclərin nəzərə çarpmamasıdır. Bir neçə manatlıq məhsul özlüyündə böyük məbləğ kimi görünmür. Lakin hər market gəzintisində təkrarlanan belə alışlar ayın sonunda ailə büdcəsində ciddi fərq yaradır. Üstəlik, alınan hər məhsul heç də həmişə sonacan istifadə edilmir. Xüsusilə meyvə, tərəvəz, süd məhsulları və digər tez xarab olan ərzaqlar vaxtında istehlak edilmədikdə həm pul itkisinə, həm də israfa səbəb olur.

Siyahısız alış-veriş bəzən vacib məhsulların unudulmasına da gətirib çıxarır. Evə qayıtdıqdan sonra çatışmayan məhsulu xatırlayır və yenidən marketə getməli olursan. Siyahı isə alış-verişi daha məqsədli edir: nə lazım olduğunu bilirsən, onu götürürsən və artıq məhsulların arasında vaxt itirmirsən.

Siyahı hazırlamaq üçün xüsusi bir sistemə də ehtiyac yoxdur. Telefonun qeydlər bölməsində sadə siyahı yaratmaq kifayətdir. Evdə hansısa məhsul bitdikcə onu siyahıya əlavə etmək, marketə gedəndə həmin siyahıya əsasən alış-veriş etmək mümkündür. Daha planlı yanaşmaq istəyənlər həftəlik menyuya uyğun siyahı hazırlaya bilərlər. Bu üsul həm ərzaq israfını, həm də lazımsız xərcləri azaltmağa kömək edir.

Burada endirimlər məsələsi də xüsusilə vacibdir. Bir məhsulun ucuzlaşması onun mütləq alınmalı olduğu anlamına gəlmir. Əgər məhsula ehtiyac yoxdursa, endirimli qiymət belə, əlavə xərcdir. Əsl qənaət yalnız ucuz məhsul almaq deyil, ehtiyac olmayan məhsula ümumiyyətlə pul xərcləməməkdir.

Siyahı hazırlamaq insanı bütün qəfləti alışlardan məhrum etmir. Əsas ehtiyacları müəyyən etdikdən sonra büdcəyə uyğun olaraq istəyə görə bir neçə məhsul almaq mümkündür. Fərq ondadır ki, bu zaman qərarı marketdəki rəf deyil, alıcı özü verir.

Əslində, market siyahısı sadəcə alınacaq məhsulların siyahısı deyil. O, ailə büdcəsinə, vaxta və istehlaka nəzarət etməyin sadə üsuludur. Evində nəyin olduğunu bildikdə, nəyin həqiqətən çatışmadığını müəyyənləşdirdikdə və alış-verişə məqsədlə yanaşdıqda lazımsız xərclər də azalır. Bu həm də ailə büdcəsinə nəzarət üçün kifayət qədər yaxşı başlanğıcdır.


Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!