Şəhidin bayraq arzusu
Azad Şuşada Azərbaycan bayrağını dalğalandırmaq onun ən böyük arzusu idi. Ağır döyüşlərdə bir an belə ayrılmadığı müqəddəs bayrağımız baş leytenant Ruslan Bayramova cəsarət, güc verib qələbəyə səsləyirdi.

O, 1996-cı il oktyabrın 5-də Qubanın Əlibəyqışlaq kəndində dünyaya göz açmışdı. Ailənin üçüncü övladı idi. Ruslan uşaqlıq illərindən hərbçi olmaq istəyirdi. Bu arzu onu 2012-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gətirdi. Oranı bitirdikdən sonra - 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub təhsilini uğurla başa vurdu.

2019-cu ildə ailə həyatı quran Ruslan Naxçıvan Muxtar Respublikasının "N" saylı hərbi hissəsində xidmət edib. Həmin vaxtlar o, Naxçıvan Xüsusi Təyinatlılarının kursunu da başa vurub.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Ruslan Bayramov artıq təcrübəli zabit idi. Ancaq işğalçılara qarşı şiddətli döyüşlərin ilk anlarında bir daha əmin olmuşdu ki, müharibədə zəfər çalmaq üçün bununla yanaşı, qəlbində Vətən sevgisi və mübarizə əzmi güclü olmalıdır.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində Hadrutun və Xocavənd ətrafındakı yüksəkliklərin azad edilməsi uğrunda əməliyyatlarda iştirak edən Ruslan Bayramov böyük şücaət göstərdi. Döyüşlərin birində komandiri yaralananda tağıma rəhbərlik etmək məsuliyyəti onun üzərinə düşmüşdü. O, üzərinə düşən bu vəzifəni layiqincə yerinə yetirdi. Göstərdiyi şücaətə görə ona baş leytenant rütbəsi verildi.

Şiddətli döyüşlərdə ağır sınaqlardan keçən igid kəşfiyyatçı Azərbaycan torpaqlarının Ermənistanın əsarətindən qurtulması naminə aparılan Vətən müharibəsində düşmənin çoxsaylı canlı qüvvəsinin və hərbi texnikasının sıradan çıxarılmasında iştirak edib. Döyüşçü kimi qədəm basdığı Qarabağ və Şərqi Zəngəzur ərazilərini gördükcə düşmənə qarşı hiddəti daha da artıb. Döyüş yoldaşları deyirlər ki, Ruslanın arzusu Şuşaya bayraq sancmaq idi. Döyüşdən-döyüşə atılan baş leytenant Azərbaycan bayrağından ayrılmadı.

Şuşa uğrunda döyüşlər Vətən müharibəsinin ən ağır mərhələlərindən biri idi. Ruslan Bayramov bu döyüşlərdə Azərbaycan tarixinə qəhrəmanlıq salnaməsi yazan igidlərin sırasında oldu. Ancaq o, arzusunda olduğu böyük Zəfəri görə bilmədi. Ruslan Bayramov qızğın döyüşlərin birində snayper gülləsinə tuş gələrək şəhid oldu.

Ruslan Bayramovun Vətən qarşısındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. Qəhrəman baş leytenant ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunması uğrunda", "Xocavəndin azad olunması uğrunda", "Füzulinin azad olunması uğrunda" medalları ilə təltif olunub.

Müharibə Ruslan kimi minlərlə Azərbaycan oğlunun ömrünü, arzularını yarıda qoydu. Şəhid Ruslan Bayramovun da arzuları yarımçıq qaldı. Arzu adını verdiyi qızını ancaq şəkillərdə görmüşdü. Körpə balasını bircə dəfə də bağrına basa bilməmişdi.... Şuşada bayrağımızı dalğalandırmaq arzusuna da çata bilmədi. Ruslanın və onun kimi minlərlə igidimizin həmin arzusu 6 ildir ki, çindir - nəinki Şuşada, bütün Qarabağ və Şərqi Zəngəzurda müqəddəs bayrağımız dalğalanır.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib
Gəncədə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsinə həsr olunmuş, "SOY Production" tərəfindən istehsal edilən "Düşmənə qarşı tək" qısametrajlı filmin təqdimatı keçirilib.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatı Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Milli Qəhrəmanın ailə üzvləri, şəhid ailələri, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdikləri mərasimdə "SOY Production" şirkətinin rəhbəri, Əməkdar artist  Dilarə Əliyeva çıxış edərək filmin ərsəyə gəlməsinə göstərilən təşkilati dəstəyə görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova dərin təşəkkürünü bildirib. O, layihənin hazırlanması prosesindən bəhs edərək qeyd edib ki, süni intellekt texnologiyasının imkanlarından istifadə edilməklə ərsəyə gətirilən film Natiq Qasımovun həyat və döyüş yolunu ekran vasitəsilə yenidən canlandırıb: "Bu ekran əsəri qəhrəmanımızın şücaətini daha geniş auditoriyaya çatdırmaq, onun əziz xatirəsini yaşatmaq və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək baxımından xüsusi əhəmiyyət daşıyır".

Çıxış edən YAP şəhər təşkilatının sədri Bayram Aslanov isə Milli Qəhrəman Natiq Qasımovun göstərdiyi misilsiz qəhrəmanlığın xalqımızın yaddaşında daim yaşayacağını vurğulayıb. Qeyd edib ki, bu cür ekran əsərləri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsində və qəhrəmanlarımızın tanıdılmasında mühüm rol oynayır.

Sonda Milli Qəhrəmanın qardaşı Nofəl Qasımov qardaşı ilə bağlı xatirələrini bölüşüb, onun Vətənə bağlılığından və göstərdiyi şücaətdən danışıb. O, qardaşının xatirəsinə göstərilən diqqətə, eləcə də onun həyat və döyüş yolunun ekranlaşdırılmasına görə filmin yaradıcı heyətinə və ona dəstək verənlərə minnətdarlığını bildirib.

Mərasim "Düşmənə qarşı tək" filminin nümayişi ilə yekunlaşıb.

Sabir ƏLİYEV,

"Azərbaycan"

Polkovnikin döyüş xatirələri
"Qələbə qazanacağımıza bir an belə şübhə etmirdik"

Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, Müharibə və Silahlı Qüvvələr veteranı, ehtiyatda olan polkovnik Mirqiyas Rüstəmov Yəhya oğlu ilə söhbətimizin əsas mövzusu Azərbaycan Ordusunun keçdiyi şərəfli döyüş yolu  haqqında oldu.

M.Rüstəmov Füzulinin Kürdmahmudlu kəndində anadan olub. Ordu sıralarında leytenant rütbəsindən polkovnikədək yüksəlib. Hərbi hissələrdə, Müdafiə Nazirliyində, Naxçıvandakı Əlahiddə Ümumqoşun Orduda, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev Hərbi İnsititutu) çalışıb. Hazırda təqaüddə olan polkovnik Mirqiyas Rüstəmov deyir ki, dövlətin sarsılmazlığı Silahlı Qüvvələrdən, onun şəxsi heyətinin döyüş hazırlığından, təminat və təchizatından asılıdır: "Yurdunu qoruyan əsgər bizim üçün torpaq qədər müqəddəsdir. Çünki döyüşlərdə onun qanı torpağa tökülür. Torpaq da dəyərini sanki döyüşçünün qanından, onun  şücaətindən alır. Vətənə şöhrəti də belə qəhrəman oğullar qazandırır. Ümummilli Lider Heydər Əliyev böyük uzaqgörənliklə demişdir: "Əgər qan tökülmürsə, o Vətən Vətən deyil, şəhid olmasa, o Vətən müstəqil ola bilməyəcək... Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik".

Mirqiyas Rüstəmov ötən əsrin sonlarında müstəqilliyimizin bərpa olunmasından da  söz açdı: "1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı müstəqilliyini bərpa etdi. Amma bunu istəməyən dövlətlər, həmçinin bəzi qonşularımız erməni seperatçılarından siyasi vasitə kimi istifadə edərək müstəqilliyimizə maneələr törətməyə çalışırdılar. Suriyadan, Livandan, Fransadan, Liviyadan və digər ölkələrdən gətirilmiş erməni terror qruplaşmaları ölkəmizin ərazilərini işğal etmək üçün təxibatlar törədirdilər. Həmin günlər bölgələrdə yenicə yaradılmış könüllü batalyonlardan ibarət ordu qüvvələri müstəqilliyimizi qorumaq üçün bu qruplaşmalara qarşı cəsarətlə döyüşürdülər. Xatırlayıram ki, o çətin günlərdə Füzulidə yüzlərlə könüllü silaha sarılaraq ərazilərimizin müdafiəsinə qalxmışdı. Düşmən işğalçılıq planını həyata keçirmək üçün Qarabağın, hərbi plasdarmı olan Füzuli şəhərini və ətraf kəndləri atəşə tuturdu. Şəhər üzərinə tanklardan, toplardan, təyyarələrdən mərmilər yağdırılırdı. Havadarlarına güvənən Ermənistan Qarabağda Azərbaycana qarşı elan olunmamış müharibəyə başlamışdı. 1992-ci ilin aprelində ermənilər beynəlxalq hüququ kobud şəkildə pozaraq "Daşnaksütyun" partiyasının fəalı, qatı millətçi Levon Mkrtçyanı qondarma rejimin "prezident"i seçdilər. Həmin dövrdə Qarabağda aparılan separatçı siyasətin dəllalları Robert Köçəryan və Serj Sarkisiyan onu qısqanırdılar. Onlar Mkrtçyanı aradan götürmək üçün hiyləyə əl atdılar. 1992-ci il aprelin 11-də terror qruplaşmaları yenicə seçilmiş "prezident"in rəhbərliyi altında Füzulinin Cəmilli kəndinə hücum etdilər. Məqsəd qonşu Qacar kəndini ələ keçirməklə Qırmızı Bazar qəsəbəsinin müdafiəsini təmin etmək və Füzuli-Şuşa meşə yolunu bağlamaq idi. Rayonun müdafiəsini təşkil edən Füzuli ərazi özünümüdafiə taboru və çevik polis dəstəsi düşmənə sarsıdıcı zərbələr endirdi. Cəsur döyüşçülərimizin igidliyi sayəsində işğalçıların onlarla canlı qüvvəsi məhv edildi, silah-sursatı və BTR-60 döyüş maşını qənimət götürüldü. Ermənilərə özünü "qəhrəman" kimi sırıyan Mkrtçyanı ölümcül yaralandı. İki gündən sonra onun xəstəxanada öldüyünü eşitdik".

Sözünə davam edən M.Rüstəmov onu da dedi ki, Cənubi Qafqazda hökm sürən ağır hərbi-siyasi vəziyyət ölkəmizdə çətin iqtisadi durum yaratmışdı: "Buna görə də Qərb ölkələri Azərbaycanla neft müqavilələri bağlamağa tələsmirdi. Ermənistanın ərazilərimizi işğalı nəticəsində köçkün dalğası ölkəni bürümüşdü. Yaranmış gərgin hərbi-siyasi vəziyyəti sabitləşdirmək məqsədilə Prezident Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz 5 yanvar 1994-cü ildə Beyləqan-Xocavənd, Əhmədbəyli-Horadiz istiqamətlərində əks-hücuma keçərək Horadiz şəhərini və 30-a yaxın yaşayış məntəqəsini bir neçə saat ərzində işğaldan azad etdi. Döyüşlər zamanı işğalçı qüvvələr darmadağın olundu. Qəsbkarlar xeyli canlı qüvvə, silah-sursat və döyüş texnikası itirdilər. Bir neçə T-72 tankını, topları, xeyli silah-sursat və işlək texnikalarını ataraq mövqelərindən qaçdılar. Ağır məğlubiyyətə uğramış düşmən həmin günlər havadarlarının hərbi və siyasi dəstəyi ilə Murovdağ silsiləsində qoşunlarımıza zərbələr endirməyə cəhd göstərdilər. Ali Baş Komandan Heydər Əliyevin zamanında qəbul etdiyi qərarla Füzuli istiqamətindəki "N" hərbi hissə dərhal Murovdağa göndərildi. Qoşunlarımız qısa müddət ərzində terror qruplaşmalarının qarşısını qətiyyətlə aldı, təhlükə sovuşdu. Bundan sonra 9 aprel 1994-cü ildə Prezident Heydər Əliyev Füzuliyə səfəri zamanı "N" hərbi hissənin şəxsi heyəti ilə görüşdü. Horadiz əməliyyatında qazandıqları qələbəyə görə onları təbrik etdi. Ümummilli Lider döyüşçülərin qarşısında çıxışı zamanı dedi: "Mənə məlumat verdilər ki, siz burada möhkəm dayanmısınız, xeyli ərazini düşməndən azad etmisiniz. Ancaq bizim torpaqların xeyli hissəsi hələ işğal altındadır. Bax elə lap yaxınlıqdakı kəndlər də düşmənin əlindədir. Bunları geri almaq lazımdır". Ulu Öndər görüş zamanı ön cəbhədə xidmət edən zabitlərə vaxtından əvvəl hərbi rütbələrin verilməsi barədə müdafiə nazirinə tapşırıqlar verdi. Tapşırıq dərhal yerinə yetirildi.

Həmin günlər erməni terror qruplaşmaları Tərtər istiqamətində də hücuma başladılar. Bu gözlənilməz əməliyyat cəbhədə gərginlik yaratdı. Onu aradan qaldırmaq üçün Füzuli istiqamətində döyüş tapşırığı yerinə yetirən hərbi hissələrin bəziləri Tərtərə göndərildi. Həmin vaxt qonşu dövlətlərin bəziləri işğalçılara yeni qüvvələr göndərirdilər. Buna görə də həmin istiqamətdə döyüşlər çox gərgin keçdi. Arxasında böyük dövlətlərin dayanmasına baxmayaraq, erməni işğalçıları Tərtər cəbhəsində xeyli canlı qüvvə və 200-dən çox döyüş texnikası itirərək irəli gələ bilmədi. Düşmən 1994-cü ilin yanvar və may aylarında aparılmış döyüş əməliyyatlarında düçar olduğu məğlubiyyəti açıq etiraf etdi. Ermənistan daha ağır itkilərə məruz qalacağından qorxaraq Azərbaycan Ordusunun qarşısında diz çöküb 12 may 1994-cü ildə atəşkəsi imzaladı".

2020-ci il sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda İkinci Qarabağ müharibəsi başlayanda xalqımız ayağa qalxdı. Vətən qeyrəti çəkən oğullar könüllü olaraq cəbhəyə yollandılar. Ali Baş Komandan İlham Əliyev  cəbhədə yaranmış vəziyyəti nəzərdən keçirərək ordu rəhbərliyinə düşmən təxribatlarının qarşısının alınması və əks-hücum əməliyyatının aparılması haqqında əmr verdi.

İşğalçıların qarşısının alınması üçün hərbi hissələrimiz qüvvələri ilk növbədə Murovdağ, Suqovuşan və Ağdam istiqamətinə yönəltdi. Bununla düşmənin daha çox istiqamətlərdə cəmləşməsinə nail oldu. İşğalçıya o da məlum idi ki, Ermənistan hərbi-siyasi rəhbərliyi ordumuzun hücumlarını əsasən Ağdamda gözləyirdi. Amma Azərbaycan Ordusu uğurlu manevr edərək düşmənə güclü zərbəni Füzuli istiqamətindən endirdi. Gözlənilməz zərbədən çaş-baş qalmış işğalçılar döyüşçülərimizin qarşısında çox dayana bilmədi. Elə müharibənin birinci günündə ağır itkilər verərək Qaraxanbəyli kəndindən, həmçinin Araz çayı boyunca tutduqları mövqelərindən geri çəkildilər. Beləcə, müharibənin ilk günlərindən düşmənin müqaviməti qırıldı. Qoşunlarımız Cəbrayıl, Xocavənd rayonları, Hadrut  qəsəbəsi və başqa istiqamətlərdə irəliləməyə başladı.

Eyni zamanda ordumuz Suqovuşan istiqamətində düşmənə sarsıdıcı zərbələr vurdu. Oktyabrın 3-də Suqovuşan, 4-də Cəbrayıl, 9-da Hadrut qəsəbəsi azad olundu. Oktyabrın 17-də isə Füzuli şəhəri işğalçılardan təmizləndi. Dayanmadan irəliləyən ordumuz oktyabrın 20-də Zəngilanı, 25-də Qubadlını, noyabrın 8-də Şuşanı işğalçılardan azad etdi. Diz çökdürülən Ermənistan silahlı qüvvələri darmadağın olundu.  İşğalçılar ağ bayraq qaldırıb təslim oldular. Ermənistan rəhbərliyi noyabrın 10-da  təslimçilik aktı olan üçtərəfli bəyanata imza atdı. Üçtərəfli Bəyanat imzalandıqdan sonra Ermənistan qoşunlarının tör-töküntülərini döyüşsüz Ağdam, Laçın və Kəlbəcərdən çıxardı. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının dillərdə dastan olmuş zəfəri ilə başa çatdı.

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

ZƏFƏR gündəliyi
5 Noyabr

Düşmən bütün cəbhələrdə itkilər verərək geri çəkilib

Noyabrın 5-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Goranboy, Tərtər və Ağcabədiyə mərmi atılıb

Səhər saatlarınadək Goranboy və Tərtər rayonlarının yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən fasilələrlə atəşə tutulub.

Səhər saat 07:50-də Ağcabədi rayonunun Qiyaməddinli kəndinə düşmən tərəfindən 4 ədəd mərmi atılıb.

Ağdam istiqamətində düşmənin xeyli sayda sursatı partladılıb

Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına atəşlə zərər vurulub. Nəticədə şəxsi heyət arasında ölən və yaralananlar olub.

Atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladılıb, artilleriya qurğuları tam sıradan çıxarılıb.

Saat 14:40-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonun Səhləabad kəndini, eləcə də Ağdam rayonunun Hacıturallı və Əfətli kəndlərini artilleriya atəşinə tutublar.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülüb.

Erməni əsgəri silah-sursatını, texnikasını qoyub qaçıb

Ermənistan silahlı qüvvələri döyüş meydanında silah-sursatını, texnikasını qoyub qaçıblar. Müdafiə Nazirliyi qənimət olaraq ələ keçirilən hərbi texnikaların görüntüsünü yayıb.

Düşmənin 7-ci dağatıcı alayının qərargahı darmadağın edilib

Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub.

Düşmənə endirilən artilleriya zərbələri ilə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu məhv edilib.

Erməni hərbçilərin diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınıb

Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Anar Eyvazov Hərbi İnformasiya Mərkəzində brifinq keçirərək cəbhədəki son vəziyyətlə bağlı məlumat verib.

Qeyd edilib ki, Ağdərə və Xocavənd istiqamətlərində davam edən döyüşlərdə düşmənin hücumları, Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu hissəsində isə diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Ali Baş Komandanın rəhbərliyi ilə aparılan əks-hücum əməliyyatı nəticəsində məğlubiyyətə məhkum edilmiş Ermənistan çıxış yolunu yenə də yanlış olaraq dezinformasiya və feyk məlumatlar yaymaqda görüb. Azərbaycan Müdafiə Nazirliyi ordumuzun uğurları barədə döyüş meydanında müasir avadanlıqlarla çəkilmiş foto və videogörüntülər əsasında məlumat çatdırıb. Bütün videotəsvirlərdə aydın şəkildə görünüb ki, Azərbaycan Ordusu yaşayış məntəqələri və mülki infrastrukturu atəşə tutmayıb, dəqiq zərbələrlə yalnız legitim hərbi hədəfləri məhv edib.

"Azərbaycan"

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"
Milli-mənəvi dəyərlər xalqın tarixi yaddaşını, mədəni irsini, dilini, adət-ənənələrini və mənəvi prinsiplərini özündə birləşdirməklə yanaşı, fərdin cəmiyyətə mənsubiyyət hissinin formalaşmasında da mühüm əhəmiyyət daşıyır. Xüsusilə uşaqlıq və yeniyetməlik dövründə bu dəyərlərin düzgün aşılanması şəxsiyyətin psixoloji dayanıqlılığının, sosial məsuliyyətinin və mənəvi dünyagörüşünün inkişafına müsbət təsir göstərə bilər. Lakin müasir informasiya mühitində yeniyetmələrin müxtəlif manipulyativ çağırışlarla, radikal düşüncə modelləri və zərərli təbliğatla qarşılaşması da müəyyən psixoloji risklər yaradır.

Mövzu ilə bağlı "Azərbaycan"a açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur RÜSTƏMOVun sözlərinə görə, milli kimlik uşağın "Mən kiməm?", "Hansı cəmiyyətə mənsubam?", "Məni keçmişimlə və yaşadığım mühitlə nə bağlayır?" suallarına cavab tapmasına kömək edir. Ana dili, ailə yaddaşı, tarix, ədəbiyyat və mədəni ənənələr vasitəsilə uşaq özünü daha böyük bir bütövün parçası kimi hiss edir. Bu mənsubiyyət hissi ona psixoloji dayaq verə, özünə münasibətinin və sosial məsuliyyətinin formalaşmasına kömək edə bilər. Mütəxəssis bildirib ki, burada əsas məsələ milli dəyərlərin uşağa hansı münasibət və davranış nümunələri ilə ötürülməsidir: "Uşaq mənəvi dəyərləri yalnız böyüklərin nəsihətlərindən öyrənmir. O, ailədə ədalətin necə qorunduğunu, insanların bir-biri ilə necə danışdığını, verilən sözə nə dərəcədə əməl olunduğunu müşahidə edir. Böyüklərə hörmət, kiçiklərə qayğı, dürüstlük, zəhmətə dəyər vermək və başqasının haqqını nəzərə almaq gündəlik münasibətlərdə yaşadıldıqda uşağın daxili meyarlarına çevrilir. Əgər deyilən sözlə göstərilən davranış arasında ziddiyyət varsa, tərbiyəvi mesajın inandırıcılığı zəifləyir. Azərbaycançılığın uşağın dünyagörüşündə sağlam yer tutması ana dilinə, tarixə və mədəni irsə bağlılıqla yanaşı, vətəndaş məsuliyyətini və birgəyaşayış mədəniyyətini də əhatə etməlidir. Uşağa öz xalqını sevməyi öyrədərkən başqa xalqların ləyaqətinə və mədəniyyətinə hörmət də aşılanmalıdır. Öz kimliyinə güvənən insan fərqliliklə qarşılaşanda onu dərhal təhlükə kimi qəbul etməyə daha az ehtiyac duyur. Buna görə tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır".

Yeniyetmələrin müxtəlif ideoloji təsirlərə məruz qalması məsələsinə yanaşarkən ilk növbədə bu təsirlərin mahiyyətini düzgün qiymətləndirmək lazımdır. Psixoloq deyib ki, bunun üçün əvvəlcə "yad ideoloji təsir" anlayışı dəqiqləşdirilməlidir: "Başqa mədəniyyətlə tanışlıq, xarici dil öyrənmək və fərqli fikirləri dinləmək özlüyündə zərərli təsir deyil. Psixoloji risk insanın seçim azadlığını zəiflədən, onu alçaldan, nifrətə, zorakılığa və kor-koranə itaətə sövq edən təsirlərdədir. Təsirin təhlükəliliyini onun haradan gəlməsi ilə yanaşı, məzmunu, məqsədi və insana münasibəti əsasında qiymətləndirməliyik. Uşaqlıq və yeniyetməlik dövründə insanın özünü tanıması, məlumatı qiymətləndirməsi və sosial münasibətlərdə mövqe tutması davam edir. Xüsusilə yeniyetmə üçün qəbul olunmaq, fikrinin eşidilməsi və müəyyən qrupa mənsub olmaq böyük əhəmiyyət daşıya bilər. Manipulyativ qruplar bu ehtiyaclardan istifadə edərək ona "Səni yalnız biz anlayırıq", "Sən başqalarından seçilirsən", "Bizə qoşulsan, dəyərli olacaqsan" mesajları verə bilirlər. Belə hallarda yeniyetməni cəlb edən bəzən ideyanın özündən əvvəl ona göstərilən diqqət və vəd edilən mənsubiyyətdir. Ailədə davamlı alçaldılma, məktəbdə kənarlaşdırılma, tənhalıq və özünü ifadə etmək imkanlarının məhdudluğu bu cür təsirlərə həssaslığı artıra bilər. Lakin bunların hər biri ayrıca götürüldükdə yeniyetmənin mütləq zərərli bir qrupa qoşulacağı demək deyil. Buna görə də hər uşağın suallarını dinləmək, etirazının arxasındakı ehtiyacı anlamaq və özünü dəyərli hiss edəcəyi sağlam münasibətlər yaratmaq vacibdir. Uşağın marağına və sualına yalnız qadağa ilə cavab verildikdə, o, cavabı böyüklərin görə bilmədiyi mühitlərdə axtara bilər".

Elnur Rüstəmov qeyd edib ki, manipulyativ təbliğat yeniyetmələrin düşüncə tərzinə, emosional vəziyyətinə və sosial münasibətlərinə mənfi təsir göstərə bilər: "Bu cür təsir çox vaxt mürəkkəb həyat hadisələrini həddindən artıq sadələşdirir: bütün problemlərin bir düşməni, bütün sualların isə yalnız bir doğru cavabı olduğu təsəvvürünü yaradır. Bu məzmunun təsiri altında yeniyetmənin hadisələrə müxtəlif tərəflərdən baxmaq imkanları darala, insanları sərt şəkildə "bizimkilər" və "başqaları" kimi ayırmaq meyli güclənə bilər. Qarşı tərəfi dinləmək zəiflik, razılaşmamaq isə xəyanət kimi təqdim olunduqda sağlam müzakirənin yerini düşmənçilik tuta bilər. Belə təsirlər bəzi yeniyetmələrdə qorxu, qəzəb, günahkarlıq və daimi təhlükə hissini gücləndirə bilər. Qrupun qəbulunu itirməmək üçün öz fikrini gizlətmək, yaxınlarından uzaqlaşmaq və yalnız həmin mühitin verdiyi məlumatlara etibar etmək halları yarana bilər. Zorakılığın qəhrəmanlıq, qəddarlığın isə ədalətin bərpası kimi təqdim edilməsi xüsusi risk daşıyır. Bununla belə, zərərli məzmuna rast gəlmək avtomatik olaraq davranış pozuntusu və ya radikallaşma demək deyil; təsirin müddəti, məzmunu, uşağın fərdi xüsusiyyətləri və aldığı dəstək nəzərə alınmalıdır".

Valideyn və müəllimlərin uşaqların davranışlarındakı davamlı dəyişikliklərə diqqət yetirməsinin vacibliyini vurğulayan psixoloq bildirib ki, əvvəlki münasibətlərdən kəskin uzaqlaşma, müəyyən insan qruplarına qarşı ardıcıl nifrət ifadələri, zorakılığa haqq qazandırma, onlayn təzyiq və təhdidlərə məruzqalma kimi hallar araşdırılmalıdır. Lakin fərqli geyim, yeni maraq, dini baxış və ya böyüklərlə razılaşmamaq özlüyündə təhlükə göstəricisi sayılmamalıdır. Qiymətləndirmə konkret davranışa, uşağın gündəlik həyatına və özünə, yaxud başqalarına zərər ehtimalına əsaslanmalıdır.

"Uşaqların zərərli ideoloji təsirlərdən qorunmasında qadağa və sərt nəzarətdən daha çox etibarlı ünsiyyətin qurulması, tənqidi düşüncənin inkişaf etdirilməsi, ailə və məktəbin birgə fəaliyyəti əhəmiyyət daşıyır. Əsas qoruyucu amillərdən biri uşağın etibar etdiyi böyüklə açıq ünsiyyət qura bilməsidir. Uşaq bilməlidir ki, onu narahat edən video, mesaj və ya dəvət barədə danışanda ilk cavab təhqir və cəza olmayacaq. Valideyn "Buna niyə baxmısan?" sualından əvvəl "Bu məzmun sənə nə düşündürdü?", "Səndən nə istəyirlər?", "Səni narahat edən nədir?" suallarını verə bilər. Sakit münasibət problemin vaxtında üzə çıxmasına şərait yaradır. Media savadlılığı gündəlik tərbiyənin bir hissəsi olmalıdır. Uşağa məlumatın müəllifini və mənbəyini yoxlamağı, faktla şəxsi rəyi ayırmağı, görüntünün kontekstini araşdırmağı öyrətmək lazımdır. Xüsusilə "Heç kimə demə", "Dərhal qərar ver", "Ailən səni anlamır, yalnız bizə inan" kimi çağırışların manipulyasiya əlaməti ola biləcəyini izah etmək vacibdir. Rəqəmsal qaydalar yaşa uyğun, aydın və mümkün qədər uşaqla müzakirə edilərək müəyyənləşdirilməlidir", - deyə Elnur Rüstəmov vurğulayıb.

Mütəxəssisin fikrincə, nəzarətlə yanaşı, uşağın təhlükəni özü tanımaq bacarığı da inkişaf etdirilməlidir. Təhsil müəssisəsində bullinqin qarşısının alınması, ədalətli münasibət, məktəb psixoloquna əlçatanlıq və sosial-emosional bacarıqların inkişafı bu işin mühüm hissəsidir. Milli dəyərlər də layihələr, ədəbiyyat müzakirələri, tarixi-mədəni məkanlara səfərlər və könüllülük fəaliyyəti vasitəsilə uşağın şəxsi təcrübəsi ilə əlaqələndirilə bilər. Uşaq cəmiyyətə fayda verə bildiyini gördükcə mənsubiyyət hissi daha konkret məna qazanır. Davamlı təcridolunma, ciddi emosional çətinlik və ya zorakılığı dəstəkləyən davranışlar müşahidə edilərsə, ailə ilə məktəb əməkdaşlıq etməli, ehtiyac olduqda ixtisaslı psixoloqun dəstəyi alınmalıdır. Konkret təhdid və ya istismar şübhəsi varsa, uşağın təhlükəsizliyi dərhal təmin edilməlidir. Bütün bu prosesdə məqsəd uşağı damğalamaqdan uzaq şəkildə onunla əlaqəni qorumaq, düşünmək və təhlükəsiz seçim etmək imkanlarını gücləndirməkdir.

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Zamanı aşan düşüncə
Bəzi insanların ömür yolunu tutduqları vəzifələrin, aldıqları mükafatların, qazandıqları elmi adların ardıcıllığı ilə izah etmək mümkün olmur. Çünki onların fəaliyyəti müəyyən bir peşənin və ya idarəçilik sahəsinin sərhədlərini aşaraq ictimai düşüncəyə, milli yaddaşa, dövlətçilik ənənələrinə və bütövlükdə cəmiyyətin intellektual inkişafına təsir göstərir. Belə insanların bioqrafiyası şəxsi uğurların xronologiyasından daha çox məna daşıyır, onların ömür yolu yaşadıqları dövrün, qarşılaşdıqları problemlərin və həllinə çalışdıqları məsələlərin salnaməsinə çevrilir. Professor Kamran İmanovun 80 illik ömür yolu məhz bu baxımdan diqqətəlayiqdir.

Onun fəaliyyətinə nəzər salanda ilk baxışdan bir-birindən fərqli istiqamətlər görürük: riyaziyyat və iqtisadi modelləşdirmə, ali təhsil və elmi tədqiqat, dövlət idarəçiliyi, müəllif hüquqları, əqli mülkiyyət, tarixi-mədəni irsin qorunması, beynəlxalq təşkilatlarda təmsilçilik, publisistika və maarifçilik. Ancaq bu istiqamətləri birləşdirən ortaq bir məna var: biliyin sistemə, düşüncənin nəticəyə, intellektual əməyin cəmiyyət üçün dəyərə çevrilməsi. Professor Kamran İmanov təkcə alim deyil, həm də elmi bilikləri idarəçilik təcrübəsinə tətbiq edən ali dərəcəli mütəxəssisdir. Yalnız hüquq normalarını müdafiə edən rəhbər deyil, həmin normaların arxasında dayanan mədəni və mənəvi dəyərləri cəmiyyətə anlatmağa çalışan ziyalıdır. O, həmçinin çoxsaylı kitabların müəllifi və kitabı milli yaddaşın qorunması və intellektual mübarizənin vasitəsi kimi dəyərləndirən yorulmaz tədqiqatçıdır. Bu mənada onun 80 illik yubileyi Azərbaycan elminin, dövlət idarəçiliyinin və əqli mülkiyyət mədəniyyətinin inkişafında uzun illər ərzində formalaşmış təcrübəyə yenidən nəzər salmaq üçün bir fürsətdir.

İntellektual əməyin gücü haqqında çox danışılır. Lakin bu gücün həqiqi miqyası yalnız biliklərin həcmi ilə müəyyən olunmur. Əsas məsələ biliyin hansı məqsədə xidmət göstərməsi, hansı problemi həll etməsi və cəmiyyətə hansı dəyərləri aşılamasıdır. Məhz burada alimlə məlumatlı insan, ziyalı ilə yüksək-təhsilli şəxs arasındakı fərq meydana çıxır. Bilik insanın fərdi üstünlüyü olaraq qala bilər, intellektual məsuliyyət isə həmin biliyin ictimai dəyərə çevrilməsidir. Tarixi öyrənmək başqa, tarixi təhriflərdən qorumaq üçün elmi əsaslarla mübarizə aparmaq başqadır. Hüququ bilməklə müəllifin, ixtiraçının və yaradıcı insanın hüququnun qorunması üçün işlək mexanizmlər yaratmaq arasında dağ boyda fərq var. Kitab yazmaq olar, amma kitabın yaratdığı fikri cəmiyyətin yaddaşına çevirmək hər igidin işi deyil. Professor Kamran İmanovun fəaliyyətinin müxtəlif mərhələlərində bu fərqi aydın görmək olar. Xüsusilə Azərbaycan mədəni irsinin mənimsənilməsi cəhdlərinə qarşı apardığı araşdırmalar onun elmi fəaliyyətinin yalnız akademik maraqlarla məhdudlaşmadığını göstərir. Müxtəlif dillərdə yayımlanan əsərləri, qədim mətnlərə və klassik mənbələrə əsaslanan tədqiqatları, yerli və beynəlxalq elmi tədbirlərdəki çıxışları mədəni irsin qorunması məsələsini daha geniş müstəviyə çıxarır. Burada söhbət yalnız ayrı-ayrı folklor nümunələrinin, musiqi əsərlərinin, adət-ənənələrin və ya tarixi faktların mənsubiyyətinin müəyyən edilməsindən getmir. Məsələ bütövlükdə milli mədəniyyətin dünyaya necə təqdim olunması, onun haqqında hansı təsəvvürlərin formalaşması və gələcək nəsillərə hansı elmi həqiqətlərin ötürülməsidir. Çünki mədəni irs yalnız keçmişdən qalan xatirələr toplusu deyil. O, xalqın özünü tanımasının, tarixi varlığını dərk etməsinin və gələcəyini qurmasının mühüm dayaqlarından biridir. Bu baxımdan alimin erməni plagiatçılığına və Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi cəhdlərinə qarşı mübarizəsi ayrıca əhəmiyyət daşıyır. Onun Ermənistanın Azərbaycana qarşı plagiat cəhdlərinin ifşasına həsr olunan əsərləri mədəni irs məsələlərinə emosional münasibətdən daha çox faktların, mənbələrin və müqayisəli təhlilin nümunəsi kimi çıxış edir. Burada mühüm bir prinsipə diqqət yetirmək lazımdır: milli mədəniyyəti müdafiə etməyin ən təsirli, ən tutarlı yolu ona yalnız sevdiyini bəyan etmək deyil, onun tarixi dərinliyini, özünəməxsusluğunu və elmi əsaslarını ortaya qoymaqdır. Tarixi iddianın qarşısına faktla çıxmaq, saxtalaşdırmaya sənədlə cavab vermək, mədəni mənimsəmə cəhdlərini mənbələr əsasında araşdırmaq və həqiqəti üzə çıxarmaq - intellektual mübarizənin mahiyyəti budur. Alimin fəaliyyətində kitabın bir növ intellektual silaha çevrilməsi də bu məqamda dəyər qazanır. Lakin bu silahın gücü emosiyanın sərtliyində deyil, arqumentin gücündə, mənbənin etibarlılığında və nəticənin elmi əsaslandırılmasındadır.

Professor Kamran İmanovun fəaliyyətinin əsas istiqamətini təşkil edən əqli mülkiyyət sahəsi ilk baxışdan dar ixtisaslaşma təsiri bağışlaya bilər. Halbuki müasir dünyada bu sahə iqtisadiyyatın, elmin, texnologiyanın, mədəniyyətin və dövlətlərin rəqabət qabiliyyətinin kəsişdiyi strateji məkanlardan biridir. İnsan düşüncəsinin məhsulu olan hər bir əsər, elmi nəticə, ixtira, texnoloji həll və yaradıcılıq nümunəsi müəyyən mənada intellektual sərvətdir. Bu sərvətin hüquqi müdafiəsi isə təkcə müəllifin maraqlarını qorumaqla məhdudlaşmır. O, yeni ideyaların meydana çıxmasına, yaradıcılığın stimullaşdırılmasına, elmi nailiyyətlərin iqtisadi dövriyyəyə daxil olmasına və innovasiyaların inkişafına şərait yaradır. Müəllifin hüququ qorunmadıqda onun əməyinin başqası tərəfindən mənimsənilməsi riski artır. İxtiraçının hüququ təmin olunmadıqda yeni texnologiyalara sərmayə qoymaq marağı zəifləyir. Mədəni irsin hüquqi müdafiəsi təmin edilmədikdə isə cəmiyyətin ortaq sərvəti kommersiya və mənimsəmə cəhdləri qarşısında müdafiəsiz qalır. Bu mənada əqli mülkiyyət hüququ yalnız qanunvericiliyin ayrıca bir sahəsi deyil. O, cəmiyyətin yaradıcı potensialına münasibətin göstəricisidir. Professor Kamran İmanovun

30 ildən  çox bu sahədəki fəaliyyətinin əhəmiyyəti məhz belə geniş kontekstdə qiymətləndirilməlidir. Müstəqilliyin ilk illərinə nəzər salsaq görərik ki, o dövrdə mülkiyyət münasibətlərinin, hüquqi institutların və dövlət idarəçiliyi mexanizmlərinin yeni əsaslarla qurulması zərurətə çevrilmişdi. Müəllif hüquqlarının qorunması da bu prosesin mühüm istiqamətlərindən biri idi. Söhbət yalnız mövcud münasibətləri tənzimləyən qanunların qəbulundan getmirdi. Eyni zamanda müəlliflik hüququna, yaradıcılığa və intellektual əməyə münasibətin formalaşdırılması tələb olunurdu. Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə Kamran İmanovun 1995-ci ildən Müəllif Hüquqları Agentliyinə rəhbərlik etdiyi dövr məhz bu institusional inkişaf prosesi ilə bağlıdır. 2018-ci ildə Prezident İlham Əliyevin qərarı ilə Əqli Mülkiyyət Agentliyinin yaradılması və onun İdarə Heyətinin sədri təyin edilməsi isə bu fəaliyyətin yeni mərhələsini təşkil edir. Bu iki tarixi mərhələ arasında mühüm məntiqi əlaqə var: əvvəlcə müstəqil dövlətin müəllif hüquqlarının qorunması üzrə institusional əsaslarının formalaşdırılması, sonrakı mərhələdə isə əqli mülkiyyətin daha geniş hüquqi, texnoloji və iqtisadi sistem daxilində idarə olunması. Beləliklə, əqli mülkiyyət sahəsinin inkişafı yalnız bir qurumun tarixindən ibarət deyil. Bu, həm də Azərbaycanın intellektual resurslara, yaradıcılığa və innovasiyalara münasibətinin dəyişməsinin göstəricisidir. Kamran İmanovun bu prosesdəki rolunu müəyyənləşdirən cəhətlərdən biri onun əqli mülkiyyəti yalnız inzibati prosedurlar və hüquqi normalar səviyyəsində təqdim etməməsidir. Onun yanaşmasında bu anlayışın arxasında insanın zəkası, zəhməti, istedadı və milli mədəniyyətin qorunması məsələsi dayanır. Başqa sözlə, hüquq burada məqsəd deyil, dəyəri qorumağın vasitəsidir.

Professor Kamran İmanovun bioqrafiyasında diqqətçəkən məqamlardan biri də onun peşəkar fəaliyyətinin müxtəlif sahələr arasında keçidlər etməsidir. O, riyaziyyat təhsili alıb, elmi tədqiqatlarla məşğul olub, ali təhsil müəssisələrində çalışıb, idarəetmə strukturlarına rəhbərlik edib, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri olub və sonradan əqli mülkiyyət kimi spesifik sahənin inkişafında mühüm rol oynayıb. Bu yolun arxasında yalnız karyera yüksəlişini görmək kifayət deyil. Burada fərqli sahələrdə qazanılan biliklərin vahid düşüncə sistemində birləşdirilməsi xüsusiyyəti də var. Riyazi düşüncə sistemlilik, müqayisə, səbəb-nəticə əlaqələrinin müəyyənləşdirilməsi və qərarların əsaslandırılmasını tələb edir. İdarəçilik də, əslində, bu keyfiyyətlərə ehtiyac duyur. Çünki idarəetmənin mahiyyəti mürəkkəb prosesləri anlamaq, mövcud resursları qiymətləndirmək, alternativləri müqayisə etmək və nəticəyə aparan düzgün qərarı seçməkdir. Professor Kamran İmanovun elmi fəaliyyətinin idarəçilik təcrübəsi ilə paralel inkişaf etməsi onun peşəkar portretinin mühüm cizgiləridir. Bu göstərir ki, ixtisaslaşma insanı müəyyən sahədə dərinləşdirir, geniş dünyagörüşü isə həmin biliyin başqa sahələrdə də tətbiqinə imkan yaradır. Müasir dövlət idarəçiliyinin keyfiyyəti məhz bu iki xüsusiyyətin birləşməsindən - peşəkar dərinlikdən və sistemli təfəkkürdən asılıdır.

Hər bir dövlətin beynəlxalq nüfuzu onun siyasi mövqeyi, iqtisadi imkanları və diplomatik əlaqələri ilə yanaşı, müxtəlif sahələrdə yetişdirdiyi peşəkarların bilik və bacarıqları ilə də ölçülür. Professor Kamran İmanovun Ümumdünya Əqli Mülkiyyət Təşkilatının strukturlarında fəaliyyəti bu baxımdan diqqəti çəkir. Onun ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası İttifaqının Assambleyasına rəhbərliyi, müəllif hüquqları ilə bağlı beynəlxalq mexanizmlərdə iştirakı, müxtəlif dillərdə çıxışları və beynəlxalq ekspertlərlə əməkdaşlığı Azərbaycanın əqli mülkiyyət sahəsindəki təcrübəsinin beynəlxalq müstəvidə təqdim olunmasına imkan yaradan amillərdir. Bu uğurlara yalnız fərdi nailiyyət kimi baxmaq düzgün olmazdı. Onların arxasında eyni zamanda dövlətin bu sahədə qurduğu institusional sistem, beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyət və milli mütəxəssislərin peşəkar hazırlığı dayanır. Digər tərəfdən beynəlxalq nüfuzun davamlı olması üçün şəxsi peşəkarlıqla institusional imkanlar bir-birini tamamlamalıdır. Bu, xüsusilə əqli mülkiyyət kimi sərhədləri aşan sahədə vacibdir. Çünki müəllif hüquqları, rəqəmsal məzmun, texnologiyaların kommersiyalaşdırılması və intellektual resursların qorunması məsələləri artıq yalnız milli qanunvericilik çərçivəsində həll edilə bilmir. Rəqəmsallaşma müəllif hüquqlarının qorunmasını daha da mürəkkəbləşdirir, süni intellekt yeni hüquqi və etik suallar yaradır, elektron ticarət isə intellektual mülkiyyətin iqtisadi dəyərini artırır. Belə şəraitdə beynəlxalq əməkdaşlıq və müasir biliklərə yiyələnmək zərurətə çevrilir. Deməli, əqli mülkiyyət sahəsində beynəlxalq təcrübə yalnız diplomatik təmsilçilik deyil, həm də gələcək çağırışlara hazırlıq məsələsidir. Professor Kamran İmanovun çoxillik fəaliyyəti bu istiqamətdə qazanılmış təcrübənin bir hissəsidir. Onun nümunəsində biz hər zaman fərdi peşəkarlığın ölkənin beynəlxalq intellektual imkanları ilə necə uzlaşdığını görürük.

Professor Kamran İmanovun portretini yalnız alim, rəhbər və beynəlxalq ekspert kimi təqdim etsək, bu portretin mühüm bir tərəfi tamamlanmamış qalar. Onun şəxsiyyətini tamamlayan əsas cəhətlərdən biri kitaba münasibətidir. Kitab bəzi insanlar üçün peşə vasitəsi, bəziləri üçün məlumat mənbəyi, digərləri üçünsə həyat tərzidir. Kitabı həyat tərzinə çevirən insan üçün oxumaq düşünmək, müqayisə etmək, öz mövqeyini yenidən nəzərdən keçirmək və dünyanı daha dərindən anlamaq prosesidir. Alimin elmi və publisistik irsi ilə tanış olduqda bu münasibətin, kitaba bağlılığın onun fəaliyyətinə təsirini görməmək mümkün deyil. Hüquqdan tarixə, mədəniyyətdən texnologiyaya, milli yaddaşdan idarəetmə məsələlərinə uzanan maraq dairəsi müxtəlif bilik sahələrini bir-birinə bağlayır. Belə bir dünyagörüşü təsadüfən formalaşmır. O, illərlə davam edən mütaliənin, araşdırmaların, intellektual zəhmətin bəhrəsidir. Bu baxımdan Kamran müəllimin həyatında kitab həm şəxsi maraq, həm elmi yaradıcılıq, həm də ictimai fəaliyyət vasitəsidir. O, kitab yazır, kitab vasitəsilə araşdırmalarını təqdim edir, müxtəlif auditoriyalarda çıxış edir və intellektual irsin qorunmasına tövfə verir. Burada başqa bir mühüm məqam ondan ibarətdir ki, kitabın dəyəri yalnız müəllifin yaşadığı dövrdəki nüfuzu ilə müəyyən edilmir. Kitabın həqiqi ömrü onun yaratdığı sualların, irəli sürdüyü fikirlərin və gələcək tədqiqatlara açdığı imkanların ömrüdür. Kamran İmanovun 80 illik həyatına bu prizmadan baxanda onun fəaliyyəti ayrı-ayrı kitabların, məqalələrin və vəzifələrin cəmindən daha geniş məna qazanır. Burada elmi axtarışın, dövlətə xidmətin və maarifçilik missiyasının bir-birini tamamladığı uzun bir yol görünür.

Ziyalılıq hər zaman biliklə məsuliyyətin, şəxsi mövqe ilə ictimai marağın, sözlə əməlin bir-birinə uyğunluğunu tələb edir. Ziyalı yaşadığı cəmiyyətin problemlərini görməli, onları anlamalı, bildiklərini bölüşməli və imkanları daxilində həllinə töhfə verməlidir. Kamran müəllimin elmi fəaliyyəti biliyin mənimsənilməsinə, idarəçilik təcrübəsi biliyin praktik nəticəyə çevrilməsinə, əqli mülkiyyət sahəsindəki işi isə intellektual əməyin hüquqi müdafiəsinə xidmət göstərir. Onun mədəni irslə bağlı tədqiqatları bu mənzərəyə milli yaddaşın qorunması istiqamətini əlavə edir. Bu istiqamətlərin bir araya gəlməsi onun fəaliyyətini daha geniş ictimai məna daşıyan bir bütövə, bir tama çevirir. Lakin burada yubiley portretinin hüdudlarını aşan bir sual da meydana çıxır: belə bir ömürdən cəmiyyət nə öyrənə bilər? İlk növbədə intellektual əməyə münasibəti, ikincisi, peşəkarlığın davamlı inkişafını, üçüncüsü isə şəxsi təcrübənin ictimai dəyərə çevrilməsini. İnsan hər yaşında geriyə baxmaq, gördüyü işləri ümumiləşdirmək və qazanılan təcrübənin mənasını müəyyənləşdirmək zərurəti hiss edir. Lakin elm və düşüncə ilə yaşayan insan üçün keçmişin qiymətləndirilməsi gələcəkdən imtina etmək demək deyil. Əksinə, uzun illər ərzində toplanmış təcrübə yeni suallara cavab axtarmaq, bilikləri sistemləşdirmək və sonrakı nəsillərə ötürmək şansı yaradır. Professor Kamran İmanovun yubiley yaşı da belə bir məna kəsb edir. Bu yaşın arxasında elmi axtarışlar, pedaqoji fəaliyyət, dövlət idarəçiliyi, hüquqi institutların formalaşması, beynəlxalq əməkdaşlıq, kitablar və ictimai məsuliyyətlə bağlı zəngin bir təcrübə var. O, bütün həyatı boyu elmi dövlət və cəmiyyət üçün faydalı fəaliyyətə çevirmək, intellektual əməyin hüquqlarını qorumaq, milli mədəni irsin öyrənilməsinə və müdafiəsinə töhfə vermək yolunda yorulmadan xidmət göstərib. Professor Kamran İmanovun portretində alimlə rəhbər, hüquqşünasla tədqiqatçı, kitab müəllifi ilə maarifçi bir-birindən ayrılmır. Bu obrazların biri digərini tamamlayır və bütövlükdə bir ziyalı şəxsiyyətini yaradır. O şəxsiyyət həyatı boyu elmin, kitabın və intellektual əməyin gücünə inanıb. O, heç vaxt zamanla yarışmayıb. Zamanın yaddaşında qalmaq üçün kitablar yazıb, ideyalar irəli sürüb, elmi nəticələr qazanıb və təcrübə toplayıb. 80 yaşın müdrikliyi də bəlkə elə budur: keçmişin təcrübəsini gələcəyin imkanlarına çevirmək…

Firuzə NADİR,

Əməkdar jurnalist

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında
Ölkəmiz 133 ölkə arasında "Uzunmüddətli baxış" göstəricisi üzrə 5-ci, maliyyə idarəçiliyi üzrə 3-cüdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il oktyabrın 27-də Bakıda keçirilmiş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında müstəqil dövlət siyasətinin strateji əhəmiyyətini bir daha ön plana çəkərək, dövlətlərin suverenliyinə hörmət, bir-birinin daxili işlərinə müdaxilə etməmək və qarşılıqlı ehtiram prinsiplərinə riayət olunmasının vacibliyini xüsusi vurğulamışdır.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilərək yeni məzmun və keyfiyyət mərhələsinə yüksəldilmiş müstəqil siyasi kurs Azərbaycanın milli maraqlarının qorunmasında və beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsində mühüm rol oynamışdır. Bu siyasətin nəticələrinin qiymətləndirilməsi baxımından beynəlxalq təşkilatların 2026-cı ildə dərc etdikləri hesabatlarda əksini tapan göstəricilər də xüsusi elmi və praktiki əhəmiyyət kəsb edir.

Dövlət idarəçiliyinin səmərəliliyinin beynəlxalq səviyyədə müqayisəli qiymətləndirilməsi baxımından Sinqapurda yerləşən və dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində ixtisaslaşmış "Chandler Governance Group" beynəlxalq təşkilatının 2026-cı ildə dərc etdiyi hesabat xüsusi maraq doğurur. Hesabatda dövlət idarəçiliyinin keyfiyyətini, hökumət institutlarının institusional potensialını və fəaliyyətinin nəticələrini kompleks şəkildə qiymətləndirməyə imkan verən Çandler Yaxşı İdarəetmə İndeksi (Chandler Good Government Index - CGGI) təqdim edilmişdir. Dövlət idarəçiliyinin yeddi əsas istiqaməti üzrə 35 göstəricini əhatə edən bu indeks müxtəlif ölkələrin idarəetmə imkanlarını və fəaliyyət səmərəliliyini vahid metodoloji çərçivədə müqayisə etməyə imkan verən kompozit göstəricidir.

Hesabatın nəticələrinə əsasən, Azərbaycanın ümumi indeks göstəricisi 0,538 təşkil etmiş və ölkəmiz qiymətləndirməyə cəlb olunmuş 133 dövlət arasında 57-ci yerdə qərarlaşmışdır. Bununla yanaşı, ayrı-ayrı istiqamətlər üzrə nəticələrin təhlili Azərbaycanın dövlət idarəçiliyinin bir sıra mühüm sahələrində daha yüksək göstəricilərə nail olduğunu ortaya qoyur. Xüsusilə bəzi qiymətləndirmə meyarları üzrə ölkəmizin dünya miqyasında ön sıralarda yer alması diqqəti cəlb edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil inkişaf siyasətinin mühüm xüsusiyyətlərindən biri ölkənin tərəqqisinin uzunmüddətli strateji hədəflər əsasında təmin edilməsinə xüsusi önəm verilməsidir. Bu yanaşma dövlət siyasətində cari vəzifələrin həlli ilə yanaşı, gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsini, milli resurslardan səmərəli istifadəni və davamlı inkişafın institusional əsaslarının möhkəmləndirilməsini nəzərdə tutur. "Chandler Governance Group" tərəfindən hazırlanmış 2026-cı il hesabatında Azərbaycanın "Uzunmüddətli baxış" (Long-term Vision) göstəricisi üzrə 133 ölkə arasında 5-ci yerdə qərarlaşması bu baxımdan xüsusilə diqqətəlayiqdir.

Ölkəmizdə uzunmüddətli strateji inkişaf prioritetlərinin həyata keçirilməsinə dair müxtəlif sahələrdən nümunələr göstərmək mümkündür. Bu istiqamətdə diqqəti cəlb edən mühüm sahələrdən biri davamlı inkişaf prinsiplərinə əsaslanan enerji siyasəti, xüsusilə bərpaolunan enerji mənbələrinin potensialından istifadənin genişləndirilməsi və "yaşıl enerji" istehsalının artırılması istiqamətində həyata keçirilən tədbirlərdir. Sözügedən təşəbbüslər enerji mənbələrinin şaxələndirilməsi, ekoloji davamlılığın gücləndirilməsi və ölkənin uzunmüddətli inkişaf məqsədlərinin reallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.

Məlum olduğu kimi, İlham Əliyev 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilərkən ölkə ciddi siyasi, sosial-iqtisadi və təhlükəsizlik çağırışları ilə üz-üzə idi. Həmin dövrdə Azərbaycan ərazilərinin təxminən 20 faizi işğal altında idi, bir milyona yaxın vətəndaş qaçqın və məcburi köçkün vəziyyətində yaşayır, yoxsulluğun səviyyəsi 44,7 faiz təşkil edirdi. Mürəkkəb geosiyasi şərait və beynəlxalq münasibətlər sistemində mövcud olan çağırışlar ölkənin gələcək inkişafının uzunmüddətli strateji əsaslar üzərində qurulmasını xüsusi zərurətə çevirirdi.

Belə bir şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas prioritetləri sırasında iqtisadiyyatın sürətli inkişafı və modernləşdirilməsi, innovativ yanaşmaların tətbiqi, əhalinin sosial rifahının yüksəldilməsi, inklüziv inkişafın təmin edilməsi, hərbi potensialın gücləndirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi mühüm yer tutmuşdur. Bu istiqamətlər üzrə aparılan ardıcıl fəaliyyət ölkənin iqtisadi və institusional imkanlarının möhkəmləndirilməsinə, müdafiə qabiliyyətinin artırılmasına və milli maraqların beynəlxalq müstəvidə müdafiəsinə yönəlmişdir.

Həyata keçirilən uzunmüddətli strateji siyasətin ən mühüm tarixi nəticələrindən biri 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə və işğal altında olan ərazilərin böyük hissəsinin azad edilməsi olmuşdur. 2023-cü il sentyabrın 19-20-də keçirilən və bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycan Respublikası bütün ərazisi üzərində dövlət suverenliyini tam bərpa etmişdir. Bu tarixi proseslərdə hərbi quruculuq və strateji planlaşdırma ilə yanaşı, diplomatik fəaliyyətin, beynəlxalq siyasi əlaqələrin və Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə ardıcıl şəkildə çatdırılmasının da mühüm əhəmiyyəti olmuşdur.

Prezident İlham Əliyevin 2020-ci il oktyabrın 9-da xalqa müraciətində səsləndirdiyi "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" fikri dövlət idarəçiliyində müstəqil qərarvermənin, strateji məqsədlərin dəqiq müəyyənləşdirilməsinin və onların həyata keçirilməsi üçün əlverişli zamanın seçilməsinin əhəmiyyətini ifadə edir. Bu yanaşma Azərbaycanın uzunmüddətli inkişaf strategiyasında siyasi müstəqillik, milli maraqlara əsaslanan qərarvermə və strateji ardıcıllıq prinsiplərinin mühüm yer tutduğunu göstərir.

Ölkənin qarşısında duran təxirəsalınmaz vəzifələrin həllinə, mövcud sosial-iqtisadi çağırışlara operativ cavab verilməsinə yönəlmiş tədbirlərlə yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə uzunmüddətli inkişaf perspektivlərini müəyyənləşdirən strateji qərarlar da qəbul edilmişdir. Bu baxımdan dövlət başçısının 2004-cü il oktyabrın 21-də imzaladığı 462 nömrəli sərəncamla "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Həmin dövrdə ciddi iqtisadi və sosial çağırışlarla üzləşən, eyni zamanda zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycanda bərpaolunan energetikanın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi uzunmüddətli strateji planlaşdırmanın mühüm nümunəsi kimi qiymətləndirilə bilər. Bu təşəbbüs enerji mənbələrinin şaxələndirilməsi, ənənəvi enerji resurslarından asılılığın azaldılması və ekoloji davamlılığın təmin edilməsi baxımından gələcək inkişaf üçün mühüm zəmin yaratmışdır.

Xüsusi qeyd olunmalıdır ki, davamlı inkişaf siyasətinin mühüm tərkib hissəsi olan "yaşıl energetika"nın inkişafı sonrakı illərdə də dövlətin strateji gündəliyində öz yerini qoruyub saxlamışdır. Bu sahədə institusional idarəetmə mexanizmlərinin formalaşdırılması məqsədilə Prezidentin 2009-cu il 16 iyul tarixli 123 nömrəli fərmanı ilə Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır. Bərpaolunan enerji sahəsinin hüquqi və institusional əsaslarının ardıcıl şəkildə möhkəmləndirilməsinin göstəricilərindən biri də 2009-2023-cü illər ərzində bu istiqamətdə ümumilikdə 14 fərman və sərəncamın qəbul edilməsi olmuşdur. Sözügedən normativ-hüquqi aktlar yaşıl energetikanın inkişafına yönəlmiş dövlət siyasətinin hüquqi bazasının təkmilləşdirilməsində və müvafiq institusional mexanizmlərin formalaşdırılmasında mühüm rol oynamışdır. Bütün bunlar bərpaolunan energetikanın inkişafının ayrı-ayrı təşəbbüslərlə məhdudlaşmadığını, uzunmüddətli strateji baxışa əsaslanan ardıcıl dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirildiyini göstərir. (Şəkil 1)

Şəkil 1. Azərbaycan Respublikasında uzunmüddətli davamlı inkişaf siyasəti: "yaşıl energetika"nın inkişafının xronologiyası

2004-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulmuş bərpaolunan energetikanın inkişafı siyasətinin strateji əhəmiyyəti sonrakı iki onillik ərzində, xüsusilə 2024-cü ildə Azərbaycanın beynəlxalq iqlim gündəliyində mühüm rol üstlənməsi fonunda daha aydın şəkildə özünü göstərmişdir. Həmin il noyabrın 11-22-də Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ölkənin "yaşıl enerji" keçidi və davamlı inkişaf sahəsində strateji prioritetlərinin beynəlxalq müstəvidə təqdim edilməsi baxımından mühüm hadisə olmuşdur.

Bu kontekstdə İsveçrədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlardan biri olan Dünya İqtisadi Forumunun (World Economic Forum) 2023-cü ildə dərc etdiyi "Səmərəli enerji keçidinin təşviqi" (Fostering Effective Energy Transition) hesabatının nəticələri xüsusi maraq doğurur. Enerji sistemlərinin davamlılığını, təhlükəsizliyini, enerji resurslarının əlçatanlığını və enerji transformasiyasına hazırlıq səviyyəsini kompleks şəkildə qiymətləndirən həmin hesabata əsasən, Azərbaycanın Enerji Keçidi İndeksi (Energy Transition Index) 62 bal təşkil etmiş və ölkəmiz bu göstərici üzrə dünyanın 120 dövləti arasında 32-ci yerdə qərarlaşmışdır. Xüsusi diqqətəlayiq haldır ki, Azərbaycan bu göstəriciyə görə İtaliya, Belçika, Çexiya, Yunanıstan, Polşa və Slovakiya kimi bir sıra Avropa ölkələrini qabaqlamışdır.

Beynəlxalq müqayisənin nəticələri zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycanın ənənəvi enerji sektorunun inkişafı ilə yanaşı, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə də strateji əhəmiyyət verdiyini nümayiş etdirir. Hələ 2004-cü ildə müəyyənləşdirilmiş inkişaf prioritetlərinin sonrakı illərdə ardıcıl şəkildə davam etdirilməsi ölkənin enerji siyasətində uzunmüddətli planlaşdırmanın və strateji baxışın əhəmiyyətini göstərən nümunələrdən biridir. Bu baxımdan Azərbaycanın enerji transformasiyası sahəsində əldə etdiyi nəticələr müstəqil inkişaf siyasətinin mühüm istiqamətlərindən biri olan enerji mənbələrinin şaxələndirilməsinin beynəlxalq qiymətləndirmələrdə də əksini tapdığını göstərir.

Eyni zamanda bu təcrübə mühüm bir strateji yanaşmanı ön plana çıxarır: neft və qaz ehtiyatları ilə zəngin olan, karbohidrogenlərin hasilatı və ixracında mühüm mövqeyə malik dövlətin paralel şəkildə "yaşıl energetika"nın inkişafını prioritet istiqamət kimi müəyyənləşdirməsi mümkündür. Azərbaycanın bu sahədə həyata keçirdiyi siyasət ənənəvi və bərpaolunan enerji sektorlarının qarşılıqlı şəkildə tamamlanmasına, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və ekoloji davamlılığın təmin edilməsinə yönəlmiş uzunmüddətli strateji idarəetmə yanaşması kimi səciyyələndirilə bilər.

Beləliklə, Azərbaycanın enerji transformasiyası sahəsində beynəlxalq müqayisəli göstəriciləri uzunmüddətli strateji planlaşdırmanın, milli maraqlara əsaslanan müstəqil qərarvermənin və dəyişən qlobal çağırışlara uyğunlaşma qabiliyyətinin dövlət idarəçiliyində mühüm əhəmiyyət daşıdığını nümayiş etdirir. Bununla yanaşı, ölkəmizin dövlət idarəçiliyinin ayrı-ayrı istiqamətləri üzrə beynəlxalq qiymətləndirmələrdə əldə etdiyi nəticələrin təhlili də xüsusi maraq doğurur (Cədvəl 1).

Cədvəl 1. Azərbaycan Respublikasının Səmərəli Dövlət İdarəetmə İndeksinin göstəriciləri (Mənbə: Chandler Good Government Index (CGGI, 2026)

"Chandler Governance Group" tərəfindən hazırlanmış 2026-cı il üzrə Çandler Yaxşı İdarəetmə İndeksinin (Chandler Good Government Index) nəticələrinə əsasən, Azərbaycan dəyişikliklərə uyğunlaşma qabiliyyəti (Adaptability) göstəricisi üzrə dünyanın 133 ölkəsi arasında 5-ci, dövlət maliyyəsinin idarə edilməsi (Financial Stewardship) istiqamətində isə 3-cü yerdə qərarlaşmışdır. Bu göstəricilər dövlət idarəçiliyində çevikliyin, dəyişən şəraitə uyğun qərarların qəbul edilməsinin, maliyyə resurslarının idarə olunmasının və uzunmüddətli strateji prioritetlərin uzlaşdırılmasının əhəmiyyətini bir daha ön plana çıxarır.

Dövlət idarəçiliyinin inkişafı istiqamətində həyata keçirilən institusional islahatlar, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, peşəkar kadr potensialının formalaşdırılması və dövlət qulluqçularının fasiləsiz təhsilinin təmin edilməsi bu sahədə davamlı nəticələrin əldə olunması üçün mühüm şərtlərdir. Xüsusilə idarəetmə sisteminin dəyişən daxili və xarici çağırışlara uyğunlaşdırılması, müasir idarəçilik kompetensiyalarının inkişaf etdirilməsi və qərarların qəbulunda çevik yanaşmaların tətbiqi dövlət institutlarının fəaliyyət səmərəliliyinin artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Beynəlxalq qiymətləndirmələrin nəticələri göstərir ki, Azərbaycanın dəyişikliklərə uyğunlaşma qabiliyyəti dövlət idarəçiliyinin müqayisəli şəkildə yüksək qiymətləndirilən istiqamətlərindən biridir. Bununla yanaşı, dövlət idarəçiliyində innovativ yanaşmaların tətbiqi yalnız mövcud dəyişikliklərə uyğunlaşma ilə məhdudlaşmır, həm də yeni institusional mexanizmlərin formalaşdırılmasını və idarəetmənin müasir tələblər əsasında təkmilləşdirilməsini nəzərdə tutur. Bu baxımdan dövlət idarəçiliyində tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, dövlət, özəl sektor və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi xüsusi diqqət yetirilməli istiqamətlərdəndir. Belə yanaşma idarəetmə prosesində müxtəlif tərəflərin potensialından istifadə olunmasına, resursların əlaqələndirilməsinə və ictimai əhəmiyyətli vəzifələrin həllində birgə fəaliyyət mexanizmlərinin gücləndirilməsinə xidmət edir.

Dövlət idarəçiliyinin tarixi inkişafına nəzər saldıqda aydın olur ki, uzun müddət ictimai əhəmiyyətli xidmətlərin təşkili və strateji idarəetmə funksiyalarının həyata keçirilməsində əsas rol dövlət institutlarına məxsus olmuşdur. Lakin XX əsrin ikinci yarısından etibarən, xüsusilə 1980-ci illərdən başlayaraq bir sıra ölkələrdə dövlət idarəçiliyinin ənənəvi modelləri tədricən transformasiyaya uğramış, ictimai xidmətlərin göstərilməsinə, infrastruktur layihələrinin reallaşdırılmasına və sosial-iqtisadi inkişaf proqramlarının icrasına özəl sektorun cəlb edilməsi daha geniş vüsət almışdır. Bu proses nəticəsində dövlət-özəl tərəfdaşlığı (Public-Private Partnership - PPP) dövlət və biznes strukturlarının maliyyə, institusional və intellektual imkanlarının birləşdirilməsinə, risk və məsuliyyətlərin bölüşdürülməsinə əsaslanan mühüm idarəetmə mexanizmlərindən biri kimi inkişaf etmişdir.

Müasir dövrdə dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin səmərəliliyinin təmin edilməsində iqtisadi nəticələrlə yanaşı, ekoloji və sosial məsuliyyət, şəffaflıq və hesabatlılıq prinsiplərinə riayət olunması da xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan beynəlxalq idarəetmə və investisiya təcrübəsində geniş tətbiq edilən ESG (Environmental, Social and Governance - ekoloji, sosial və korporativ idarəetmə) prinsipləri mühüm əhəmiyyət kəsb edir. Ətraf mühitə təsirlərin nəzərə alınmasını, sosial məsuliyyətin gücləndirilməsini, korporativ idarəetmədə şəffaflığın və hesabatlılığın təmin edilməsini əhatə edən bu yanaşma dövlət və özəl sektor arasında əməkdaşlığın davamlı inkişaf məqsədləri ilə uzlaşdırılmasına, idarəetmə risklərinin azaldılmasına və həyata keçirilən layihələrin uzunmüddətli səmərəliliyinin yüksəldilməsinə xidmət edir (Şəkil 2).

Şəkil 2. Azərbaycan Respublikasının idarəçiliyində dövlət, özəl və vətəndaş cəmiyyətinin tərəfdaşlığı.

Müasir dövlət idarəçiliyində dövlət-özəl tərəfdaşlığının inkişafı və ESG prinsiplərinin tətbiqi ilə yanaşı, dövlət institutları ilə vətəndaş cəmiyyəti arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda bu istiqamətdə həyata keçirilən institusional yeniliklərdən biri 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) nəticəsində Konstitusiyaya edilmiş dəyişikliklər əsasında Birinci vitse-prezident institutunun təsis olunmasıdır. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixli sərəncamı ilə ölkənin ictimai həyatında mühüm yer tutan, qeyri-hökumət və qeyri-kommersiya təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi dövlət idarəçiliyinin institusional inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur.

Mehriban xanım Əliyevanın uzun illər ərzində Heydər Əliyev Fonduna rəhbərlik etməsi, təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və digər ictimai əhəmiyyətli istiqamətlərdə genişmiqyaslı layihələrin həyata keçirilməsində qazandığı təcrübə onun dövlət idarəçiliyindəki fəaliyyətinin də mühüm xüsusiyyətlərindən biri kimi nəzərdən keçirilə bilər. Bu baxımdan Birinci vitse-prezident institutunun fəaliyyəti dövlət idarəçiliyinin institusional imkanları ilə sosial-humanitar təşəbbüslərin əlaqələndirilməsi, cəmiyyətin müxtəlif təbəqələrinin ehtiyaclarının nəzərə alınması və inklüziv inkişaf prioritetlərinin həyata keçirilməsi kontekstində xüsusi maraq doğurur.

Vətəndaş cəmiyyəti institutlarının dövlət idarəçiliyində iştirakı müasir dünyada geniş tətbiq olunan yanaşmalardan biridir. Lakin bu iştirakın formaları və səlahiyyət çərçivələri ölkələrin hüquqi və institusional xüsusiyyətlərindən asılı olaraq fərqlənir. Azərbaycanda da vətəndaş cəmiyyəti institutlarının dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirakı, ictimai müzakirələrin təşkili, qərarların qəbuluna dair təkliflərin irəli sürülməsi və ictimai nəzarətin həyata keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuşdur. Bu baxımdan ictimai təşəbbüslərin dövlət idarəçiliyinin institusional imkanları ilə uzlaşdırılması, sosial əhəmiyyətli layihələrin hazırlanması və həyata keçirilməsində müxtəlif tərəflərin potensialından istifadə edilməsi xüsusi əhəmiyyət daşıyır.

Belə qarşılıqlı fəaliyyət dövlət institutlarının təşkilati və icra imkanları ilə vətəndaş cəmiyyəti institutlarının sosial təşəbbüskarlığının, ictimai təcrübəsinin və resurslarının bir-birini tamamlamasına əsaslanır. Bu yanaşma dövlət idarəçiliyində sinergetik prinsiplərin tətbiqi baxımından nəzərdən keçirilə bilər. Sinergetik yanaşmanın mahiyyəti müxtəlif institutların qarşılıqlı əlaqəsi nəticəsində onların ayrı-ayrılıqda fəaliyyətindən əldə edilə biləcək nəticələrlə müqayisədə daha yüksək birgə səmərəliliyin təmin olunmasıdır. Bu kontekstdə dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın inkişafı idarəetmənin sosialyönümlülüyünün gücləndirilməsi, ictimai ehtiyacların daha dolğun nəzərə alınması və davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır.

Azərbaycanın dövlət idarəçiliyində həyata keçirilən müstəqil inkişaf siyasəti və institusional islahatlar beynəlxalq qiymətləndirmələrdə dövlət maliyyəsinin idarə olunması sahəsində əldə edilmiş nəticələrin təhlili baxımından da xüsusi maraq doğurur. Belə ki, "Chandler Governance Group" tərəfindən hazırlanmış 2026-cı il üzrə Çandler Yaxşı İdarəetmə İndeksinin nəticələrinə əsasən, Azərbaycan maliyyə idarəçiliyi (Financial Stewardship) istiqamətində dünyanın 133 ölkəsi arasında 3-cü, dövlət xərclərinin səmərəliliyi (Spending Efficiency) göstəricisi üzrə isə 16-cı yerdə qərarlaşmışdır. Ölkəmizin büdcə profisiti göstəricisi üzrə dünya birincisi olması da diqqətəlayiqdir. Bu nəticələr dövlət maliyyəsinin idarə olunmasında fiskal davamlılığın, büdcə intizamının və maliyyə resurslarından səmərəli istifadənin əhəmiyyətini ön plana çıxarır.

Dövlət maliyyəsinin məsuliyyətli idarə olunması ilə dövlət xərclərinin səmərəliliyi bir-biri ilə sıx əlaqəli anlayışlardır. Hər iki istiqamət mövcud maliyyə imkanlarının strateji inkişaf prioritetlərinə uyğun bölüşdürülməsini, resurslardan məqsədyönlü istifadəni və həyata keçirilən dövlət proqramlarının nəticəyönümlülüyünü nəzərdə tutur. Bu baxımdan qlobal iqlim dəyişmələrinin təsirlərinin azaldılması, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsi kimi strateji vəzifələr iqtisadi resurslarla əldə olunan nəticələr arasındakı qarşılıqlı əlaqənin təhlili üçün xüsusi maraq doğurur.

Enerji transformasiyası sahəsində beynəlxalq müqayisəli qiymətləndirmələrin aparılmasında Dünya İqtisadi Forumunun (World Economic Forum - WEF) hesabatları mühüm informasiya mənbələrindən biridir. 1971-ci ildə tanınmış alim, professor Klaus Şvab tərəfindən təsis edilmiş, baş qərargahı Cenevrədə yerləşən bu beynəlxalq təşkilat dövlət, özəl sektor, akademik dairələr və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın inkişafına xidmət edən qlobal platformadır. Forumun Davos şəhərində keçirilən illik toplantılarında dünya iqtisadiyyatının inkişafı, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, innovasiyalar, enerji təhlükəsizliyi və davamlı inkişafın aktual problemləri müzakirə olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif illərdə bu toplantılarda iştirakı ölkənin beynəlxalq iqtisadi dialoq və əməkdaşlıq proseslərində təmsil olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Dünya İqtisadi Forumunun 2025-ci ildə dərc etdiyi "Səmərəli enerji keçidinin təşviqi" (Fostering Effective Energy Transition) hesabatında Azərbaycan Enerji Keçidi İndeksi üzrə 60,1 bal toplayaraq 118 ölkə arasında 42-ci yerdə qərarlaşmışdır. Bununla yanaşı, enerji transformasiyası sahəsində əldə olunan nəticələrin ölkələrin iqtisadi imkanları ilə müqayisəli şəkildə qiymətləndirilməsi də xüsusi elmi maraq doğurur. Belə ki, Dünya İqtisadi Forumunun 2024-cü il və Dünya Bankının 2025-ci ildə təqdim edilmiş statistik məlumatları əsasında aparılmış ayrıca analitik hesablamada Azərbaycanın alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) hər 1000 beynəlxalq dollarına 2,62 vahid Enerji Keçidi İndeksi göstəricisi müəyyən edilmişdir.

Bu müqayisəli hesablamanın nəticələri enerji transformasiyası üzrə əldə olunmuş göstəricilərin ölkələrin iqtisadi imkanları kontekstində təhlilinə əlavə imkan yaradır. Bununla belə, sözügedən nisbət dövlətin enerji keçidinə çəkdiyi xərclərin birbaşa səmərəlilik göstəricisi deyil, iqtisadi imkanlarla enerji transformasiyası indeksinin nəticələrini əlaqələndirən əlavə analitik meyardır. Bu baxımdan Azərbaycanın təcrübəsi enerji siyasətində uzunmüddətli strateji planlaşdırmanın, iqtisadi resursların idarə olunmasının və davamlı inkişaf prioritetlərinin qarşılıqlı əlaqəsinin araşdırılması üçün əhəmiyyətli nümunə təşkil edir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından tarixi baxımdan nisbətən qısa müddət keçməsinə baxmayaraq, ölkə ötən illər ərzində mürəkkəb siyasi, sosial-iqtisadi və geosiyasi çağırışlarla üzləşmiş, dövlət quruculuğunun və milli inkişafın müxtəlif mərhələlərindən keçmişdir. Bununla belə, beynəlxalq təşkilatların müqayisəli qiymətləndirmələri göstərir ki, Azərbaycan bir sıra mühüm istiqamətlər üzrə əhəmiyyətli nəticələr əldə etmiş, dövlət idarəçiliyinin ayrı-ayrı göstəricilərinə görə dünya miqyasında ön sıralarda qərarlaşmışdır. Bu nəticələr milli maraqlara əsaslanan müstəqil dövlət siyasətinin, uzunmüddətli strateji planlaşdırmanın, ardıcıl institusional islahatların və dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini nümayiş etdirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz milli inkişaf prioritetlərini və xarici siyasət istiqamətlərini müstəqil şəkildə müəyyənləşdirməyə, suverenlik və dövlətçilik maraqlarını əsas tutmağa, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət və daxili işlərə müdaxilə etməmək prinsiplərini müdafiə etməyə davam edir. Ölkənin inkişaf təcrübəsi göstərir ki, dövlət siyasətində müstəqil qərarvermənin uzunmüddətli strateji baxış, institusional çeviklik, məsuliyyətli maliyyə idarəçiliyi və davamlı inkişaf prinsipləri ilə uzlaşdırılması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın müasir inkişaf yolu milli maraqlara əsaslanan müstəqil siyasətlə səmərəli dövlət idarəçiliyi arasında qarşılıqlı əlaqənin öyrənilməsi üçün əhəmiyyətli təcrübə kimi dəyərləndirilə bilər.

Urxan ƏLƏKBƏROV,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik

Fransa sosial modelinin növbəti sınağı
Fransada baş verən son iğtişaşlar və 5 noyabra təyin olunmuş ümummilli tətil, əslində, payız boyu yığılıb qalan sosial gərginliyin kulminasiya nöqtəsidir. Oktyabrın 5-də beş böyük həmkarlar konfederasiyası - CFDT, CGT, FO, Unsa və FSU tərəfindən imzalanan birgə bəyanatla elan olunan bu tətil ilk dəfə olaraq həm dövlət, həm özəl sektoru, təqaüdçüləri və gəncləri eyni tələblər ətrafında birləşdirir. Söhbət, sadəcə, küçə yürüşündən getmir. Ümumi Əmək Konfederasiyasının baş katibi Sofi Binetin səsləndirdiyi "5 noyabrda və sonra tətili ümumiləşdirmək" çağırışı hərəkatın xarakterinin dəyişdiyini göstərir. Əgər oktyabrın 31-də ölkə üzrə 320 mindən 500 minə qədər insanın küçəyə çıxması daha çox simvolik təzyiq idisə, indi etiraz küçədən birbaşa istehsalın, xidmətin dayandığı nöqtəyə, yəni iş yerlərinə keçir. Bu keçid fransız həmkarlar hərəkatı üçün klassik, amma son illərdə zəifləmiş bir strategiyanın geri dönüşüdür.

Milli Məclisin deputatı Kamran BAYRAMOV qəzetimizə açıqlamasında dedi ki, bu tətilin gündəmi olduqca konkretdir və məhz buna görə geniş dəstək qazanıb: "Tələblərin mərkəzində alıcılıq qabiliyyəti, əmək haqlarının artırılması, dövlət xidmətlərinin qorunması və 2027-ci il büdcəsi layihəsində nəzərdə tutulan qənaət tədbirlərinə etiraz dayanır. Hökumətin əmək naziri Jan Pyer Farandonun oktyabrın 23-27-də həmkarlar ittifaqları və sahibkarlarla keçirdiyi məsləhətləşmələr nəticə vermədiyi üçün həmkarlar ittifaqları onların aldığı cavabı "qeyri-kafi" hesab edir. Buna görə də təkcə tələbə və lisey təşkilatları deyil, Fransa Milli Dəmir Yolunun dörd aparıcı dəmiryol həmkarlar ittifaqı da eyni gündə işi dayandırmağa çağırıb. Aviasiyada isə Fransa Mülki Aviasiya Baş İdarəsinin həmkarlar ittifaqı mülki aviasiya işçiləri üçün tətil bildirişi yayıb. Beləliklə, ölkə üzrə 250-yə yaxın mitinqin keçiriləcəyi gözlənilən bir gündə nəqliyyat, təhsil, səhiyyə və enerji kimi həyati sahələrdə eyni vaxtda iflic riski yaranır".

Deputat bildirdi ki, nəticələri bir neçə səviyyədə təfsir etmək lazımdır. Birinci, iqtisadi nəticədir: birgünlük ümummilli tətilin özü belə Fransa kimi xidmət iqtisadiyyatında gündəlik dövriyyənin kəskin azalması, logistika zəncirlərinin qırılması, məktəb və uşaq bağçalarının bağlanması səbəbindən valideynlərin işə çıxa bilməməsi deməkdir. Əgər Ümumi Əmək Konfederasiyasının istədiyi kimi tətil 5 noyabrdan sonra uzadılan növbəli tətilə çevrilərsə, bu, artıq 2027-ci il büdcəsi müzakirələrinin getdiyi bir vaxtda hökumətin makroiqtisadi proqnozlarını sarsıda bilər. İkincisi, siyasi nəticədir: hökumət indi iki cəbhədə sıxılıb - bir tərəfdən büdcə kəsirini azaltmaq üçün qənaət etməli, digər tərəfdən sosial partlayışın qarşısını almaq üçün minimum əməkhaqqının yenidən qiymətləndirilməsi kimi güzəştlərə getməlidir. Həmkarlar ittifaqlarının vahid cəbhə yaratması, xüsusən islahatçı sayılan Fransa Demokratik Əmək Konfederasiyası ilə daha radikal Ümumi Əmək Konfederasiyasının eyni bəyanatda birləşməsi hökumət üçün manevr imkanını daraldır. Bu birlik hökuməti dialoqa məcbur edəcək, əks halda noyabrın 6-sı "sarı jiletli"lərin və noyabrın 7-si yeni kütləvi yürüşlərin elan olunması göstərir ki, sosial hərəkat dalğa-dalğa davam edəcək".

K.Bayramov qeyd etdi ki, üçüncü və ən vacib nəticə etirazın legitimlik modelinin dəyişməsidir. Son illər Fransada etirazlar daha çox şənbə yürüşləri, spontan blokadalar şəklində idi. İndi isə həmkarlar ittifaqları məsuliyyəti öz üzərinə götürərək mübarizəni institusionallaşdırır, onu iş yerində kollektiv əmək mübahisəsinə çevirir. Bu, hərəkatı daha davamlı və hüquqi cəhətdən qorunan edir, çünki tətil hüququ Fransada konstitusion hüquqdur. Digər tərəfdən isə bu addım işəgötürənləri birbaşa danışıqlar masasına gətirir. Əgər özəl sektorda böyük şirkətlərdə əməkhaqqı artımı ilə bağlı razılaşmalar əldə olunarsa, bu, ümummilli tətilin ən konkret qələbəsi olacaq və başqa sahələrə sirayət edəcək. Əks halda, uzanan tətil yorğunluq yaradacaq, ictimai rəyi parçalayacaq və hökumətin "nizam-intizam" arqumentini gücləndirəcək. Buna görə də 5 noyabr təkcə birgünlük aksiya deyil, Fransa sosial modelinin - yüksək sosial müdafiə ilə büdcə intizamı arasındakı gərginliyin növbəti sınağıdır və onun nəticəsi növbəti ayların siyasi gündəmini, hətta prezident seçkiləri fonunu da müəyyənləşdirəcək.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Nadir təcrübə
Bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran, öz maraqlarını müdafiə edən ikinci ölkə yoxdur

Bu gün Azərbaycan beynəlxalq müstəvidə yalnız regional proseslərin fəal iştirakçısı kimi deyil, həm də qlobal çağırışların edildiyi, həlledici qərarların qəbul olunduğu önəmli mərkəz kimi tanınır. Bakının beynəlxalq platformalara uğurlu sədrliyi və mötəbər tədbirlərə evsahibliyi etməsi qlobal müzakirə mövzularına yeni məzmun və etimad mühiti gətirən strateji missiya kimi diqqət çəkir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən uzaqgörən xarici siyasət kursu ölkəmizi sülhün, təhlükəsizliyin və çoxşaxəli əməkdaşlığın etibarlı ünvanına çevirib.

Uğurlu sədrliklər

Azərbaycanın beynəlxalq arenada qazandığı bugünkü yüksək statusu illərboyu ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən mühüm fəaliyyətin məntiqi nəticəsidir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü və sədrliyi dövründə terrorizmlə mübarizə və hüququn aliliyi məsələlərində qətiyyətli mövqe ortaya qoyan ölkəmiz 2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsinə altıaylıq sədrliyi zamanı korrupsiya ilə mübarizə, mədəniyyətlərarası dialoq və gənclər siyasətini ön plana çəkdi.

2019-2021-ci illərdə Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi ilə türk dünyasının birliyinə mühüm töhfələr verən Bakı 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına (QH) 2019-2023-cü ildə sədrlik etdiyi dövrdə sözün həqiqi mənasında təşkilata qızıl dövrünü yaşatdı.

Hərəkata sədrlik etdiyi zamanda Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilat tərəfindən mühüm qlobal tədbirlər həyata keçirildi. Xüsusən dövlətimizin rəhbərinin təşəbbüsləri ilə QH-nin pandemiya ilə mübarizə tədbirləri qlobal səviyyədə təqdir olundu. 2021-ci ilin dekabr ayında BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində assambleyanın plenar iclasında hərəkatın sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə hərəkat üzvləri adından irəli sürülmüş "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə BMT-yə üzv dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə qəbul edildi.

Ölkəmizin beynəlxalq platformalardakı fəallığı sistemli və ardıcıl xarakter daşıyır. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edən Azərbaycan "Daha güclü AQEM: rəqəmsallaşma, bağlantılar və Asiyada dayanıqlı inkişaf" xətti ilə təşkilatın institusiyalaşmasına böyük töhfələr verir. Bakıda keçirilən VII Zirvə Görüşündə Bakı Bəyannaməsinin qəbul edilməsi, Laosun tamhüquqlu üzvlüyə qəbulu və səmərəli rəhbərliyin tanınması olaraq Azərbaycanın sədrliyinin 2026-2028-ci illər üçün uzadılması bu uğurun bariz göstəricisidir.

Diplomatik coğrafiyamız gün keçdikcə daha da genişlənir. Yarandığı gündən bəri sırasına əlavə üzv qəbul etməyən, 8 böyük müsəlman ölkəsini bir araya gətirən D-8 təşkilatı öz tarixində ilk dəfə genişlənmə qərarı verərək Azərbaycanı tamhüquqlu üzvlüyə qəbul etdi. Bu qərar Bakının Orta dəhliz və qlobal ticarət marşrutları üzərindəki əvəzsiz rolunu təsdiqləyir.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi daxil olması Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın vahid geostrateji və iqtisadi məkan kimi birləşməsində ölkəmizin lokomotiv rolunu bir daha təsdiqlədi.

Azərbaycanın qlobal nüfuzunun ən parlaq səhifələrindən biri beynəlxalq ictimaiyyətin yekdil qərarı ilə evsahibliyi etdiyi COP29 sessiyası oldu. Bakı razılaşmaları çərçivəsində iqlim maliyyəsi sahəsində inqilabi addımların atılması və ildə ən azı 300 milyard dollar vəsaitin səfərbər olunması öhdəliyi ölkəmizin bəşəri problemlərin həllində aparıcı aktor olduğunu göstərdi. Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) evsahibliyi etməsi qlobal şəhərsalma gündəliyində növbəti mühüm addım oldu.

Beynəlxalq arenada liderlik

Ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi, bölgədə sülh mühitinin formalaşdırılması, Orta dəhlizin və Zəngəzur dəhlizinin (TRIPP) artan əhəmiyyəti Cənubi Qafqazı qlobal əməkdaşlığın və ticarətin mərkəzinə çevirir.

Önümüzdəki illərdə də Azərbaycanın beynəlxalq arenadakı liderliyi artan xətlə davam edəcək. Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq münasibətləri quran ölkəmiz 2028-ci ildə Avropa Siyasi Birliyinin 12-ci Zirvə toplantısına evsahibliyi edəcək. Bu, ölkəmizin Avropa məkanında artan siyasi nüfuzunun və etibarlı tərəfdaş statusunun göstəricisidir.

Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində aktiv fəaliyyəti onun regional proseslərdəki rolunu da birmənalı olaraq artırıb. Bu ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi, Türkmənistanın Türkmənbaşı şəhərində keçiri-lən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında alınan qərar ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edir. Azərbaycanın 2027-ci ildə təşkilata həmsədr, 2028-ci ildə isə müstəqillik tarixində ilk dəfə MDB-yə sədrlik edəcəyinin təsdiqlənməsi ölkəmizin birlik məkanında nüfuzunun, ona olan yüksək etimadın və regional liderliyinin növbəti təcəssümüdür.

16-cı İslam Zirvə Konfransına evsahibliyi və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik isə ölkəmizin islam dünyasındakı liderlik mövqeyini daha da zirvəyə qaldıracaq.

Bütün bunlar Azərbaycanın yürütdüyü çoxvektorlu xarici siyasətin təzahürüdür. Əldə olunan tarixi nailiyyətlər, uğurlu sədrliklər və evsahiblikləri bir daha sübut edir ki, ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, strateji təşəbbüslərin müəllifi və qlobal sülhün ən fəal dəstəkçisidir.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin vurğuladığı kimi: "...Bizim xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır. Nüfuzumuz artır. Biz bir çox yeni formatlara qoşuluruq. Bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran və bir çox ölkələrlə, deyə bilərəm ki, bütün qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən ikinci ölkə çətin tapılsın, bəlkə də var. Amma hər halda bu bir nadir təcrübədir".

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub
Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə "Club Diplomatic" sarayında keçirilən tədbirdə Rumıniya Senatının sədri Mirça Abrudyan, hökumət nümayəndələri, deputatlar, senatorlar, ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, ictimai-siyasi xadimlər, elm və mədəniyyət nümayəndələri, media təmsilçiləri, türk və tatar icmalarının, eləcə də Rumıniyada yaşayan və təhsil alan azərbaycanlıların nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan və Rumıniyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Çıxış edən Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. Diplomat bildirib ki, Azərbaycan torpaqları təxminən 30 il işğal altında qalıb, bir milyondan çox azərbaycanlı doğma yurdlarından didərgin düşüb, şəhər və kəndlər dağıdılıb.

Səfir vurğulayıb ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanıb.

Qüdsi Osmanov müharibədənsonrakı dövrdə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən də bəhs edib. O, bölgədə yeni infrastruktur layihələrinin reallaşdırıldığını, yaşayış məntəqələrinin yenidən qurulduğunu və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının davam etdiyini diqqətə çatdırıb.

Tədbirin əsas qonağı, Rumıniya Senatının sədri Mirça Abrudyan çıxışında 8 Noyabr tarixinin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O, bu tarixin Cənubi Qafqazın inkişafında yeni mərhələnin başlanğıcı olduğunu qeyd edib.

Senatın sədri Rumıniyanın Azərbaycanın etibarlı dostu və strateji tərəfdaşı olduğunu vurğulayaraq, iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada və ortaq strateji maraqlara əsaslandığını söyləyib.

Mirça Abrudyan müasir beynəlxalq münasibətlər sistemində regional və qlobal təhlükəsizliyə təhdidlərin artdığını diqqətə çatdırıb. O, belə bir şəraitdə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin, mübahisələrin diplomatik vasitələrlə həllinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Rumıniya Senatının sədri Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlandığını qeyd edərək, regionun gələcəkdə iqtisadi, enerji və nəqliyyat layihələri ilə daha çox tanınacağına ümidvar olduğunu ifadə edib.

Tədbirdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Qonaqlar həmçinin Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbəni, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərini və mina problemini əks etdirən fotosərgi ilə tanış olublar.

Rəsmi qəbulun sonunda iştirakçılara Azərbaycan milli mətbəxinin nümunələri təqdim edilib.

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir
"Liam Kollinz və Con Spenserin "Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə" kitabının əsas dəyəri 44 gün davam edən müharibədə qazanılan Zəfərin arxasındakı hazırlığın mahiyyətini faktlarla açaraq təqdim etməsidir. Müəlliflər şəxsi hərbi təcrübə və təhlil qabiliyyətini birləşdirərək "səhra tədqiqatı" və çoxsaylı müsahibələr əsasında bu kitabı yazıblar".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rizvan NƏBİYEV deyib.

O qeyd edib ki, amerkalı müxətəxəsislər Azərbaycanın Qələbəsini yalnız pilotsuz uçuş aparatları və müasir silahlarla izah edən yanaşmanın çərçivəsindən çıxaraq daha geniş və çoxölçülü mənzərəni göstəriblər. Dövlətin iqtisadi imkanları, siyasi iradəsi, diplomatik fəaliyyəti və hərbi hazırlığı bir-birini tamamlayıb. Kitabda Qarabağ Zəfərinin Azərbaycanın milli gücünün qələbəsi olduğu açıq şəkildə göstərilib.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin strateji nəticəsi ölkənin artan imkanlarının uzunmüddətli ordu quruculuğuna yönəldilməsi idi. Liam Kollinz və Con Spenserin tədqiqatında vurğulanan milli güc yanaşması da məhz bu əlaqəni anlamağa kömək edir. İqtisadi resurslar, siyasi rəhbərlik, hərbi hazırlıq və Azərbaycan əsgərinin peşəkarlığı birlikdə qələbənin əsasını formalaşdırmışdı. Müharibəyə hazır olmaq ordunun uzunmüddətli ehtiyaclarını qarşılamaq, təchizatı yeniləmək, şəxsi heyəti hazırlamaq və döyüş zamanı təminatın davamlılığını qorumaq deməkdir. Bunların hər biri güclü maliyyə bazası tələb edir. 2020-ci ilə qədər həyata keçirilən enerji və infrastruktur layihələri, artan dövlət gəlirləri Azərbaycanın müdafiə imkanlarını genişləndirdi. Lakin sərvətin mövcudluğu öz-özlüyündə hərbi uğura təminat vermir. Əsas məsələ həmin sərvətdən necə istifadə olunmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə iqtisadi imkanların ordu quruculuğuna yönəldilməsi ardıcıl dövlət siyasətinə çevrildi. Müasir silahların alınması, hərbi infrastrukturun inkişafı, təlimlərin təşkili və şəxsi heyətin hazırlığı bir-biri ilə bağlı vəzifələr kimi həyata keçirildi. İqtisadi potensial bu yolla real müdafiə qabiliyyətinə çevrilirdi. Strategiyanın siyasi mahiyyəti isə məqsədin aydınlığında və ona çatmaq üçün göstərilən ardıcıllıqda idi. Ərazi bütövlüyünün bərpası illərboyu Prezident İlham Əliyevin strateji rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas prioriteti olaraq qaldı. Dəyişən beynəlxalq şəraitdə bu məqsədi qorumaq, imkanları artırmaq və riskləri qiymətləndirmək siyasi səbir və iradə tələb edirdi. Dövlətimizin başçısının yanaşmasında uzunmüddətli hazırlıqla zəruri anda qətiyyətli qərar qəbul etmək bacarığı birləşirdi. Burada diplomatiyanın rolunu da ayrıca vurğulamaq lazımdır. Azərbaycan münaqişəyə dair mövqeyini beynəlxalq təşkilatlarda müdafiə edir, ikitərəfli əlaqələrini genişləndirir, müxtəlif güc mərkəzləri ilə münasibətlər qururdu. Bu fəaliyyətin əhəmiyyəti yalnız danışıqlar masasında əldə olunan nəticələrlə ölçülmürdü. Ölkənin mövqeyinin tanıdılması, tərəfdaşların maraqlarının nəzərə alınması və beynəlxalq əlaqələrin qorunması da dövlətin fəaliyyət imkanlarını artırırdı", - deyə deputat bildirib.

Rizvan Nəbiyev vurğulayıb ki, kitab Azərbaycanın Zəfərinə geniş çərçivədə baxmağa imkan verir. Qələbənin iqtisadi dayaqları, siyasi məqsədi, diplomatik hazırlığı, hərbi və mənəvi əsasları vardı. Bunlar illər ərzində formalaşaraq 2020-ci ildə bir-birini tamamlayıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyi milli imkanları vahid məqsəd ətrafında səfərbər etdi. Azərbaycan əsgəri və zabiti isə bu hazırlığı öz cəsarəti, fədakarlığı və peşəkarlığı ilə döyüş meydanında Zəfərə çevirdi. Qarabağ qələbəsinin mahiyyətini anlamaq üçün həm onu mümkün edən dövlət siyasətini, həm də həmin siyasətin qarşıya qoyduğu vəzifəni yerinə yetirən hərbçinin əməyini və qəhrəmanlığını birlikdə qiymətləndirmək lazımdır.

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"
Bir vaxtlar dağıntıların izlərini daşıyan, indi isə yenidən qurulan və dirçələn azad torpaqlarda iqtisadi həyatın canlanması üçün daha bir addım atılır. Qarabağ və Şərqi Zəngəzurda qurulan yeni müəssisələr, açılan iş yerləri, formalaşan istehsal və xidmət sahələri regionun gələcək iqtisadi mənzərəsini dəyişir. Və bu inkişaf yolunda sahibkarlar üçün yeni maliyyə imkanları yaradılır.

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün yeni kredit məhsulunu təqdim edib. "İşğaldan azad edilmiş ərazilər üzrə kredit" adlanan bu maliyyə mexanizmi  sahibkarların daha əlverişli şərtlərlə maliyyə resurslarına çıxışını genişləndirməyi, yeni layihələrin reallaşmasına və mövcud bizneslərin böyüməsinə dəstək verməyi hədəfləyir.

Nazirliyin məlumatına görə, yeni kredit məhsulu çərçivəsində iş adamlarına 10 min manatdan 10 milyon manatadək vəsait ayrılması nəzərdə tutulur. Kreditlər 120 ayadək müddətə, illik maksimum 5 faiz dərəcəsi ilə təqdim ediləcək. Üstəlik  də sahibkarlar kredit müddətinin yarısınadək olan dövrdə əsas borcun ödənilməsinə möhlət əldə edə biləcəklər. Bu güzəşt xüsusilə fəaliyyətə yeni başlayan müəssisə və şirkətlər üçün əhəmiyyətlidir. Çünki hər yeni sahibkarlıq subyektinin  ilk mərhələdə ən böyük ehtiyaclarından biri istehsalın qurulması, bazara çıxışın təmin edilməsi və maliyyə yükünün idarə olunmasıdır.

Kredit vəsaitləri biznes fəaliyyəti üçün avadanlıq, texnologiya və nəqliyyat vasitələrinin alınmasına sərf edilə bilər. Digər tərəfdən də həmin kredit məbləğinin 50 faizədək hissəsinin tikinti və təmir işlərinə yönəldilməsinə  imkan yaradılır. 500 min manatdan artıq kredit götürmək istəyən sahibkarlar isə layihənin ümumi dəyərinin azı 20 faizini öz vəsaitləri hesabına maliyyələşdirməlidirlər.

Maliyyələşdirmə istiqamətlərinin genişliyi də diqqət çəkir. Belə ki, qeyri-neft-qaz sənayesi, "yaşıl taksonomiya"ya uyğun layihələr, strateji kənd təsərrüfatı, logistika və təchizat zənciri infrastrukturu əsas prioritetlər sırasındadır. Bununla yanaşı, balıqçılıq və akvakultura, rəqəmsal inkişaf, informasiya-kommunikasiya texnologiyaları, yükdaşıma və saxlama, ictimai sərnişindaşıma, turizm və yerləşdirmə infrastrukturu, səhiyyə, təhsil və sosial xidmətlər də kredit dəstəyinin əhatə dairəsinə daxildir.

İstehsal və kənd təsərrüfatına xidmət göstərən sahələrin də maliyyələşdirilməsi nəzərdə tutulur. Bu isə yeni kredit imkanlarının yalnız ayrı-ayrı müəssisələrin yaradılmasına deyil, bütöv iqtisadi əlaqələrin formalaşmasına xidmət edə biləcəyini göstərir. Məsələn, kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, onların emalı, daşınması, saxlanması və bazara çatdırılması üçün  biznes imkanlarının genişlənməsi bu qəbildəndir.

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının reallaşdırılması yalnız infrastrukturun qurulması ilə yekunlaşmır. Bu torpaqlarda davamlı iqtisadi həyatın formalaşması üçün özəl sektorun fəallığı, investisiyaların cəlb edilməsi, istehsal müəssisələrinin yaradılması və məşğulluq imkanlarının genişləndirilməsi də vacibdir. Sahibkarların maliyyəyə çıxışının asanlaşdırılması bu baxımdan çox əhəmiyyət kəsb edir.

ABİF-in təqdim etdiyi yeni kredit məhsulu  məhz bu məqsədlərə xidmət edən maliyyə mexanizmlərindəndir. Fond sahibkarlara güzəştli kreditlər, dövlət zəmanəti və faiz subsidiyaları, eləcə də investisiya qoyuluşları vasitəsilə dəstək göstərir. Qurumun fəaliyyətinin əsas istiqamətlərindən biri neftdənkənar sahənin inkişafı, idxalı əvəzləyən və ixracyönümlü istehsalın təşviqi, yerli biznesin rəqabət qabiliyyətinin artırılmasıdır.

İşğaldan azad edilmiş ərazilərdə yaradılan sahibkarlıq subyektlərinin  davamlı fəaliyyət göstərməsi, yeni iş yerlərinin açılması və yerli istehsalın genişlənməsi iqtisadi dirçəlişin əsas göstəricisidir. Çünki torpaqların bərpası ilə yanaşı, onların sosial-iqtisadi inkişafının canlandırılması da  çox vacibdir.

Yeni kredit imkanları sahibkarlar üçün bu yolda əlavə maliyyə dayağı, bölgənin iqtisadi inkişafı üçün isə yeni perspektivlər yaradır. Hər yeni istehsal müəssisəsi, investisiya layihəsi azad torpaqlarda qurulan iqtisadi gələcəyin daha bir parçasıdır.

Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar
Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin birinci müavini Ayubxon Sultonov və ədliyyə nazirinin müavini Numon Məhəmmədiyev, Qırğız Respublikası Prezidentinin İşlər İdarəsinin rəis müavini Cunuşev Talantbek Asanaliyeviç, Gürcüstanın ədliyyə nazirinin müavini Lana Morqoşia, Venesuelanın elm və texnologiya nazirinin müavini Bernabe Melendes, Barbadosun dövlət xidməti və insan resurslarının inkişafı naziri Key MakKoni “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qonaqlar Bakıda keçiriləcək “BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq tədbirdə iştirak məqsədilə ölkəmizdə səfərdədirlər.

Onlar Bakıda keçiriləcək bu sammitin dövlət idarəçiliyinin təkmilləşdirilməsi, dövlət xidmətləri sahəsində vətəndaşlar üçün əlçatanlığının təmin edilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin bölüşülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət” modelinin intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyini bildirib. Diqqətə çatdırılıb ki, BMT Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir.

Özbəkistanlı qonaqlar “ASAN xidmət” modeli əsasında ölkələrində xidmət mərkəzlərinin uğurla fəaliyyət göstərdiyindən məmnunluqlarını ifadə ediblər.

Qırğız tərəfi ilə keçirilən görüş zamanı “ASAN xidmət” təcrübəsinin paylaşılması ilə bağlı uğurlu əməkdaşlıq edildiyi vurğulanıb.

Gürcüstan tərəfi ilə keçirilən müzakirələr zamanı süni intellekt həlləri ilə bağlı təcrübənin öyrənilməsi istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.

Venesuelanı və Barbadosu təmsil edən rəsmilər “ASAN xidmət” kimi qabaqcıl təcrübənin ölkələrində tətbiqinin dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və vətəndaş məmnunluğunun artırılmasına mühüm töhfə verə biləcəyini qeyd ediblər.

Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “Bilim Bakı” mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib
Mərkəzi Asiya regionu ilə tərəfdaşlığa önəm verdiyimiz bir daha vurğulıanıb

Qazaxıstanın Almatı şəhərində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu tərəfindən keçirilən "Mərkəzi Asiyada dayanıqlı əlaqəliliyin və keyfiyyətli investisiyaların genişləndirilməsi" mövzusunda İkinci Tyanşan Forumu öz işini sona çatdırıb.

Tədbirdə ölkəmiz də təmsil olunub. İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli forum çərçivəsində "Texnoloji tərəqqiyə, süni intellektə və rəqəmsal bağlantılara investisiyalar" mövzusunda keçirilən sessiyada çıxış edib. Çıxışda Mərkəzi Asiya regionunun Azərbaycan üçün prioritet tərəfdaşlıq istiqamətlərindən biri olduğu vurğulanıb. Rəqəmsal transformasiyanın iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz sektorunun rəqabət qabiliyyətinin artırılmasında rolu qeyd edilib. Eləcə də ölkəmizdə innovasiyaların inkişafı istiqamətində həyata keçirilən tədbirlər və region ölkələri ilə reallaşdırılan birgə layihələr barədə məlumat verilib. İnnovasiya və süni intellekt sahəsində tərəfdaşlığın inkişafı, yeni texnologiyaların iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi, bilik və təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Qeyd edək ki, Mərkəzi Asiya İqtisadi Əməkdaşlığı üzrə Tyanşan Forumu  region ölkələri arasında iqtisadi inteqrasiyanı, nəqliyyat dəhlizlərinin inkişafını və investisiya potensialını gücləndirmək məqsədini daşıyır.

Forumun iştirakçı ölkələr platforması Azərbaycan, Qazaxıstan, Çin, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Gürcüstan, Monqolustan və Pakistandır. Bunlar daxil olmaqla forum CAREC-ə üzv olan 10-dan çox ölkənin rəsmi nümayəndələrini, biznes və akademik dairələrini bir araya gətirir.

Tədbirin əsas mövzularından biri nəqliyyat və logistikadır. Belə ki, regiondakı nəqliyyat dəhlizlərinin birləşdirilməsi və ticarətin asanlaşdırılması məsələləri diqqət mərkəzində olur. İnvestisiya və infrastruktura gəldikdə isə birgə iri infrastruktur layihələrinin (avtomobil, dəmir yolları və s.) maliyyələşdirilməsi məsələlərinə baxılır.

Forum eləcə də iqtisadiyyatın müxtəlif sahələrində və səhiyyədə süni intellektin tətbiqi və rəqəmsal ticarət mövzusundan bəhs edir. "Yaşıl enerji" və iqlim dəyişikliyi də əsas mövzulardan biridir ki, burada  regional ekoloji çağırışlar və dayanıqlı inkişafa diqqət yönəldilir.

Xatırladaq ki, Birinci Tyanşan Forumu keçən il dekabrın 2-3-də Çinin Urumçi şəhərində (Sincan-Uyğur Muxtar Rayonu) keçirilmişdir.

İkinci  Tyanşan Forumu isə qeyq edildiyi kimi, bu il noyabrın 2-3-də baş tutub. Azərbaycan bu forumda aktiv iştirak edib və Mərkəzi Asiya ölkələri ilə innovasiya, süni intellekt və nəqliyyat sahələrində tərəfdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini bəyan edib.

Ümumiyyətlə, tədbirdə ticarət, enerji, nəqliyyat, logistika və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsi, rəqəmsal ticarətin təşviqi, süni intellektin tətbiqi və insan kapitalının inkişafı məsələləri müzakirə edilib. Regiona investisiyaların cəlb edilməsi və iqtisadi əlaqələrin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

İkinci Tyanşan Forumunda dövlət rəsmiləri, beynəlxalq maliyyə institutları, biznes və akademik dairələrin nümayəndələri iştirak ediblər.

Flora SADIQLI,

"Azərbaycan"

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub
“Sabah” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu liqa mərhələsinin IV turunda Norveçdə “Vikinq”in qonağı olub.

Stavanger şəhərində təşkil olunan görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv əvvəlki görüşlərdə İngiltərənin “Mançester Yunayted” komandasına 0:4, Almaniyanın “Borussiya” (Dortmund) klubuna 1:2 hesabı ilə uduzub.

“Sabah” Çexiyanın “Slaviya” komandasını isə 2:0 hesabı ilə məğlub edib.

Bakı klubu Çempionlar Liqasında növbəti oyununu noyabrın 25-də Bakıda İspaniya nəhəngi "Barselona"ya qarşı keçirəcək.

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub
2027-ci ilin dövlət büdcəsi Azərbaycanın təhlükəsizliyini, sosial rifahını və uzunmüddətli iqtisadi inkişafını təmin edən strateji sənəddir. Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf kursuna uyğun hazırlanan növbəti ilin dövlət büdcəsi ölkəmizin strateji prioritetlərini maliyyə resursları ilə təmin etməyə yönəlib.

Milli Məclisin deputatı Aydın HÜSEYNOV qəzetimizə açıqlamasında dedi ki, qanun layihəsində gəlirlər 39 milyard 254 milyon manat, xərclər isə 42 milyard 400 milyon manat nəzərdə tutulur. 3 milyard 146 milyon manatlıq kəsir isə fiskal planlaşdırma çərçivəsində qiymətləndirilməlidir. "Büdcənin mahiyyəti təkcə rəqəmlərdə deyil, həmin vəsaitin milli təhlükəsizliyə, insan kapitalına və iqtisadi artıma yönəldilməsindədir. Müdafiə və milli təhlükəsizliyə 8,8 milyard manatdan çox vəsait ayrılması dövlətin suverenliyinin və ərazi bütövlüyünün etibarlı qorunmasının dəyişməz prioritet olduğunu göstərir. Mürəkkəb geosiyasi şəraitdə təhlükəsizliyin möhkəmləndirilməsi iqtisadi inkişafın və investisiya mühitinin də əsas təminatıdır", - deyə o əlavə etdi.

Deputat qeyd etdi ki, iqtisadi fəaliyyət üzrə təxminən 8,9 milyard manatın, o cümlədən dövlət əsaslı vəsait qoyuluşuna 5,3 milyard manatın nəzərdə tutulması infrastrukturun modernləşdirilməsi, iqtisadi fəallığın və istehsal potensialının genişləndirilməsi baxımından əhəmiyyətlidir. İşğaldan azad edilmiş ərazilərin bərpası və Böyük qayıdışın davam etdirilməsi isə yalnız quruculuq deyil, yeni iqtisadi məkanların formalaşdırılması, məşğulluğun və regional inkişafın təmin olunması deməkdir.

Büdcənin sosialyönümlülüyünün aydın göründüyünü deyən A.Hüseynov bildirdi ki, təhsilə 5,1 milyard manata yaxın, sosial müdafiə və sosial təminata 4,9 milyard manatdan çox, səhiyyəyə isə 2 milyard manatdan artıq vəsait nəzərdə tutulub: "Bu ayırmalar vətəndaşların sosial müdafiəsinin, təhsilin keyfiyyətinin və səhiyyə xidmətlərinin yüksəldilməsinin dövlət siyasətində mühüm yer tutduğunu təsdiqləyir. Bununla yanaşı, rəqəmsallaşma, süni intellekt, innovasiyalar, qeyri-neft sektorunun inkişafı və "yaşıl iqtisadiyyat" 2027-2030-cu illər üçün müəyyən edilən xərc prioritetləri sırasındadır. Gəlirlərin dayanıqlılığının artırılması, sahibkarlıq mühitinin gücləndirilməsi və büdcə vəsaitlərinin nəticəyönümlü xərclənməsi xüsusi əhəmiyyət daşıyır".

Deputat vurğuladı ki, 2027-ci ilin büdcə layihəsi dövlətin müdafiə qüdrəti ilə sosial məsuliyyətini, cari ehtiyaclarla gələcək inkişaf hədəflərini uzlaşdıran strateji maliyyə sənədidir. Əsas məqsəd ayrılan hər manatın iqtisadi səmərəyə, güclü dövlət institutlarına və vətəndaşların rifahına xidmət etməsidir.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb
BP şirkəti Azərbaycandakı müxtəlif apstrim bizneslərinin müvafiq olaraq ya operatoru və ya idarəedici təşkilatı kimi 2026-cı ilin üçüncü rübünün hesabatını açıqlayıb. Həmişə olduğu kimi, bu dəfə də öncə "Azəri-Çıraq-Günəşli" (AÇG)  layihəsi haqqında məlumat verilir. AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinin podratçı tərəfləri adından "BP Exploration (Caspian Sea) Limited" şirkəti operatordur.

Cari ilin üçüncü rübü ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İlk üç rüb üçün blokdan ümumi hasilat - "Çıraq" (18 min 800), "Mərkəzi Azəri" (84 min 600), "Qərbi Azəri" (72 min), "Şərqi Azəri" (45 min 700), "Dərinsulu Günəşli" (46 min 700), "Qərbi Çıraq" (25 min 300) və ACE (26 min 900) platformalarından birlikdə gündə orta hesabla 320 min barel və ya ümumilikdə təxminən 87 milyon barel, yəni 12 milyon ton olub.

AÇG-də hasilatı sabit saxlamaq üçün müxtəlif istiqamətli tədbirlər də həyata keçirilir. Onlardan biri - dördölçülü yüksəkdəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə olunmuş məlumatların interpretasiyası və inteqrasiyası bu ilin üçüncü rübü ərzində davam edib.

Məlum olduğu kimi, AÇG-dən çıxarılan səmt qazı müqavilənin şərtlərinə uyğun şəkildə təmənnasız olaraq Azərbaycan dövlətinə təhvil verilir. 2026-cı ilin üç rübü ərzində blokdan Azərbaycana əsasən Səngəçal terminalından, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə gündə orta hesabla 9 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən laylara vurulub.

Cari ilin birinci yarısında sərbəst təbii qaz (STQ) hasilatı əməliyyatlarının başlanması ilə AÇG ilk kommersiya qaz hasilatı əməliyyatları mərhələsinə başlayıb.

"Şahdəniz"dən də xoş xəbərlər var. Belə ki, üçüncü rüb ərzində yataqdan Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün Bakı-Tbilisi-Ceyhana (BTC) və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

İlin ilk doqquz ayında yataqdan ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 20 milyard standart kubmetr qaz və təxminən 3 milyon ton (təqribən 21 milyon barel) kondensat hasil olunub.

Mövcud "Şahdəniz" qurğularının hasilat gücü isə hazırda gündə təxminən 79 milyon (ildə təqribən 28,8 milyard) standart kubmetrdir.

Yeni "Şahdəniz Kompressiya" (ŞDK) layihəsi də uğurla davam edir. 2,9 milyard dollar dəyərində olan ŞDK layihəsində məqsəd yataqdakı aşağıtəzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə, yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən

50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

Layihə çərçivəsində aparılan tikinti işlərinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə "Şahdəniz Alfa"dan, 2030-cu ildə isə "Şahdəniz Bravo"dan alınan qaz həcmlərini kompressiya üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.

Regionun neft-qaz ixracı mərkəzi olan Səngəçal terminalından karbohidrogenlərin dünya bazarlarına göndərilməsi də uğurla davam edir.

Səngəçal Terminalının Elektrikləşdirilməsi layihəsi (STEL) üzrə işlər ümumilikdə 90 faiz tamamlanıb. Layihə üzrə işlərin iki mərhələdə - 1-ci mərhələnin 2027-ci ilin ortalarında, 2-ci mərhələnin isə 2028-ci ilin sonunadək başa çatacağı nəzərdə tutulur. 230 milyon dollar dəyərində STEL layihəsi terminalın "Azərenerji" ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək.

Üçüncü rübdə "Şəfəq" günəş layihəsi üzrə tikinti işləri də Cəbrayıl rayonunda yerləşən layihə sahəsində irəliləyib. Fotovoltaik modullar və struktur komponentləri daxil olmaqla əsas avadanlıqların təchizatı və çatdırılması uğurla tamamlanıb, payaların və izləyici sistemlərin quraşdırılması üzrə işlərdə ciddi irəliləyiş əldə olunub. Elektrik quraşdırma fəaliyyətləri də başlanmış və rüb ərzində plana uyğun davam edib.

Üçüncü rübün sonuna modulların quraşdırılması üzrə işlərin yarısı tamamlanıb.

BP-nin hesabatında "Şəfəq-Asiman" dəniz blokunda, "Qarabağ" və ADUA yataqlarında gedən işlər barədə də ətraflı məlumat var. Eləcə də məlumatda bütün bu işləri həyata keçirən heyət haqqında da faktlar və rəqəmlər öz əksini tapıb. Belə ki, şirkətin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2313 nəfər olub və buraya müddətli müqavilə əsasında işləyənlər də daxildir.

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilərin isə hamısı yerli vətəndaşlardır.

BP bəyan edir ki, onun ölkəmizdə həyata keçirdiyi sosial investisiya layihələri də əsas əməliyyatlarından ayrılmazdır. Odur ki, bu ilin ilk üç rübündə şirkət  əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları ilə sosial layihələrinə Azərbaycanda təxminən 1,2 milyon dollar vəsait xərcləyib. İlk doqquz ay ərzində bu layihələrə hazırda davam edən 26 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 2 layihə və ətraf mühit üzrə 2 təşəbbüs daxil idi.

Flora SADIQLI,

"Azərbaycan"

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü
Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisəsi olan 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfər xalqımızın milli iradəsinin, dövlətimizin siyasi və hərbi qüdrətinin, təntənəsi kimi tarixdə əbədi yaşayacaq. Bu Qələbə ilə Azərbaycan uzun illər davam edən işğala son qoyaraq ərazi bütövlüyünün bərpasına nail oldu, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan tarixi ədaləti bərqərar etdi.

Qazanılmış tarixi Zəfər müstəqil dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirməklə yanaşı, Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasına, ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə yol açdı. Ən əsası, bu tarixi hadisə həm də Azərbaycan xalqının öz torpaqlarına qayıdışına, milli ləyaqətinin və tarixi yaddaşının bərpasına aparan yolun başlanğıcı oldu.

Zəfər salnaməsinin ən parlaq səhifələrindən biri isə doğma Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edilməsidir. 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması Vətən müharibəsinin gedişində həlledici dönüş yaratmaqla yanaşı, xalqımızın çoxəsrlik dövlətçilik tarixində xüsusi yer tutan bu qədim şəhərin yenidən öz sahibinə qovuşmasını təmin etdi. Şuşa Zəfəri hərbi-strateji əhəmiyyəti ilə yanaşı, milli-mənəvi dəyərlərimizin, tarixi irsimizin və dövlətçilik ənənələrimizin təntənəsinə çevrildi.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına aparan yol təsadüfi uğurların deyil, onilliklər boyu ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən dövlət siyasətinin nəticəsidir. Bu siyasətin əsasını isə xalqımızın böyük oğlu, dünyaşöhrətli dövlət xadimi Ulu Öndərimiz Heydər Əliyev qoymuşdur.  Ümummilli Lider Heydər Əliyev hələ Azərbaycanın indiki kimi güclü olmadığı ötən əsrin 90-cı illərində Qarabağ problemi ilə bağlı beynəlxalq təzyiqləri dəf etdi, bu məsələdə ölkəmizin milli maraq və mənafelərini qətiyyətlə qorudu.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman artıq həllini tapmış Qarabağ məsələsi ilə bağlı qətiyyətli mövqe sərgilədi. Dövlətimizin başçısı həmişə bəyan edirdi ki, Azərbaycan torpaqlarının bir qarışının belə düşmən tapdağında qalmasına əsla göz yummayacaq və ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa-olsun bərpa ediləcəkdir.

Azərbaycan əvvəldən-axıra Qarabağ probleminin beynəlxalq hüquq çərçivəsində sülhün və ədalətin bərpa olunmasının tərəfdarı kimi çıxış etdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Rəsmi Bakı 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara sadiqlik göstərərək məsələnin diplomatik yolla həll olunmasına çalışdı.

"BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər qüvvədədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması isə qəbuledilməzdir. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!", - deyə Prezident İlham Əliyev 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasındakı tarixi çıxışında bu prinsipial mövqeyini bir daha dünyanın diqqətinə çatdırmışdı. Liderimizin bu bəyanatı diplomatiya nəticə vermədikdə Azərbaycanın hüquqi haqqından istifadə edəcəyinə dair beynəlxalq birliyə ünvanlanan çox qətiyyətli mesaj idi. Ötən illər ərzində ölkəmizin iqtisadiyyatının gücləndirilməsi, müasir hərbi sənaye kompleksinin yaradılması, peşəkar ordu quruculuğu və uzaqgörən xarici siyasət addım-addım qazanacağımız şanlı Zəfərin təməl daşlarını formalaşdırdı. Beləliklə, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ilk gündən Azərbaycanın hərbi-siyasi qüdrətinin və xalqımızın sarsılmaz iradəsinin və öldürücü "dəmir yumruğ"a sahib Prezident İlham Əliyevin qətiyyətli siyasətinin Zəfər təntənəsinə çevrildi.

44 günlük müharibədə qüdrətli ordumuz dayanmadan irəli getdi, hər gün müxətəlif yaşayış məntəqələrini, strateji yüksəklikləri azad etdi. Qətiyyətli ordumuzun hər bir əməliyyatı qəhrəmanlıq dastanına çevrildi. Şuşanın azad olunması əməliyyatı isə öz unikallığı ilə dünya hərb tarixinə düşdü. 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması xəbəri bütün ölkəmiz boyu misli görünməmiş əsl bayram sevincinə səbəb oldu. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin xalqımıza müraciətində qürurla səsləndirdiyi "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" bəyanatı isə tarixi ədalətin bərpasının parlaq ifadəsi idi. Məhz Şuşanın azad edilməsi düşmənin hərbi-siyasi müqavimətini tamamilə sarsıtdı və Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edildi.

2020-ci il noyabrın 8-də əldə olunan şanlı Qələbə Azərbaycan salnaməsinə əbədi olaraq qızıl hərflərlə həkk olundu. Qarabağın mirvarisi olan Şuşanın işğaldan azad olunduğu gün Prezident İlham Əliyevin sərəncamı ilə "Zəfər Günü" elan olundu. Qalib xalqımız həmin gündən bu tarixi həm də Şuşa Şəhəri Günü kimi də qeyd edir. Şuşanın yenidən Azərbaycanın mədəniyyət paytaxtına çevrilməsi, ən qısa zamanda burada tarixi abidələrin bərpası, musiqi festivallarının və beynəlxalq tədbirlərin keçirilməsi bu tarixi şəhərimizin taleyində xüsusi məna daşıyır. Prezident İlham Əliyevin böyük sevgisi, diqqət və qayğısı ilə burada həyata keçirilən böyük işlər xalqımızın doğma torpaqlara yalnız fiziki deyil, həm də mənəvi və mədəni qayıdışını nümayiş etdirir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyində Heydər Əliyev Fondunun bu prosesdə iştirakı isə bərpa və quruculuq siyasətinin humanitar-mədəni istiqamətini tamamlayır.

Vətən müharibəsindən dərhal sonra həm Qarabağda, həm də Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanıldı. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2021-ci il yanvarın 14-də Zəfər yolu ilə Şuşaya etdiyi ilk səfər və özü ilə doğma qədim şəhərimizə Natəvanın, Üzeyir bəyin, Bülbülün vaxtilə düşmən tərəfindən güllələnmiş heykəllərini gətirməsi isə Şuşanın mənəvi ruhunun özünə qaytarılmasının göstəricisi oldu.

Tarixi səfəri zamanı Prezident İlham Əliyev işğaldan azad olunmuş Şuşa şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Bununla da Müzəffər Lider bütün dünyaya bu torpaqların əsl sahibinin Azərbaycan xalqı olduğunu və doğma yurdlarına qayıdışın dönməz xarakter daşıdığını nümayiş etdirdi.

Qısa zamanda mədəniyyət paytaxtımızda həyata keçirilən abadlıq və böyük quruculuq işləri sayəsində 2024-cü ilin mayında şəhərə ilk qayıdış həyata keçirildi. Həmin il mayın 10-da - Ulu Öndərimiz Heydər Əliyevin doğum günündə Şuşaya dönən sakinlərlə görüşündə Prezident İlham Əliyev demişdi: "Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim". Bu fikirlər Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsədə sadiqliyini və Böyük qayıdışın təmin edilməsi istiqamətində siyasi iradəsini bir daha göstərdi.

Prezident İlham Əliyevin simasında müstəqil Azərbaycanın qarşısında duran tarixi vəzifə yalnız işğal altındakı ərazilərin düşməndən azad edilməsi ilə bitmirdi. Dövlətimizin suverenliyinin ölkəmizin bütün ərazisində tam bərpa edilməsi də strateji hədəf olaraq qalırdı. 2020-ci il Zəfərindən sonra Qarabağda separatçı rejimin mövcudluğunu hələ də davam etdirməsi, ərazilərimizdə qanunsuz silahlı birləşmələrin saxlanılması və Ermənistanın hərbi təxribatları bu hədəfin reallaşdırılmasını, "dəmir yumruğ"un öz sözünü deməsini zəruri edirdi.

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu tərəfindən Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı ölkəmizin konstitusiya quruluşunun bərpası və suveren hüquqlarının təmin edilməsi baxımından tam həlledici mərhələ oldu. Cəmi 23 saatdan bir qədər artıq davam edən əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələrin, terrorçu dəstələrin fəaliyyəti dayandırıldı, separatçı rejim təslim oldu və Azərbaycan dövlətinin suverenliyi bütün ərazilərində bərpa edildi. Sentyabrın 20-də Prezident İlham Əliyevin xalqa müraciəti ilə antiterror tədbirlərinin uğurla başa çatdığı elan olundu. Beləliklə, 2020-ci ilin noyabrında Şuşada qazanılan Zəfərdən başlanan tarixi proses Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ilə yekunlaşdı. 2023-cü il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi tariximizə daxil oldu.

Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunmasının ən qürurverici və simvolik məqamlarından biri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Zəfər seçkisində öz ailə üzvlərilə birlikdə doğma Xankəndi şəhərində səs verməsi oldu. Dövlət başçısının Qarabağın mərkəzində - bir vaxtlar separatçıların yuva qurub çirkin, qondarma iddialar səsləndirdiyi Xankəndidə Azərbaycan Respublikasının Prezidenti seçkilərində iştirak edərək səs verməsi ədalətin və suverenliyin təntənəsinin ən ali təzahürü idi.  "Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten sadəcə olaraq bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi", - deyə Prezident İlham Əliyev andiçmə mərasimində Qarabağda separatizmin kökünün tamamilə kəsildiyini, dünya erməniliyinin 200 illik qondarma planlarının iflasını bu sözləri ilə ifadə etdi.

Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərimiz və ərazi bütövlüyümüzün bərpası milli qürur rəmzidir. Bizə millət və xalq olaraq tarixi qəhrəmanlıqlarla dolu bu qüruru yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və şanlı milli ordumuzdur. Qarşıdan gələn Zəfər Günü ərəfəsində qanı ilə ana torpaqlarımızı bizim üçün vətənə çevirmiş  bütün şəhidlərimizi sonsuz ehtiramla, minnətdarlıqla yad edir, qəhrəman qazilərimizə möhkəm cansağlığı, şəfa arzulayırıq.

Torpaqlarımızı tarixi düşmənlərimizdən azad edən, ərazi bütövlüyünün bərpasına nail olan güclü müstəqil Azərbaycanın yaratdığı yeni geostrateji reallıq bu gün Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması üçün tarixi zəmin formalaşdırıb. 30 ildən sonra torpaqların işğaldan azad olunmasını təmin edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də regionda sülhün bərqərar olmasının əsas təşəbbüskarı kimi bu gün ölkəmizdə və dünya miqyasında xüsusi yüksək nüfuza malik olan, sevilən  liderdir. Ölkəmiz tərəfindən aparılan bu ardıcıl və qətiyyətli siyasi kursun məntiqi davamı olaraq, 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması və sülh sazişi mətninin paraflanması rəsmi Bakının irəli sürdüyü sülh gündəliyinin beynəlxalq səviyyədə dəstəkləndiyini aydın nümayiş etdirdi. ATƏT-in Minsk qrupunun timsalında illərboyu münaqişənin həllinə nail ola bilməyən, yaxud onun həll olunmasını istəməyən səmərəsiz mexanizmlərin tarixin arxivinə göndərilməsi və Cənubi Qafqazda yeni əməkdaşlıq arxitekturasının qurulması Prezident İlham Əliyevin strateji uzaqgörənliyinin və qətiyyətli siyasətinin məntiqi nəticəsidir.

Azərbaycanın ərazi bütövlüyünün bərpası Prezident İlham Əliyevin illərdir apardığı, əsası böyük şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulmuş qətiyyətli və cəsarətli siyasətin təntənəsidir. Bu hadisə həm də müstəqil dövlətimizin gücünü və özünün milli maraqlarını qorumaq əzmini bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycan çox qısa vaxtda beynəlxalq hüququn prinsiplərinə və öz konstitusion hüquqlarına əsaslanaraq ölkənin bütün ərazisində vahid idarəetmə sistemini bərpa etdi. Bununla da, əslində, dövlətçilik tariximizdə yeni tarixi  mərhələnin başlanğıcı qoyuldu. Bu mərhələdə respublikamızın qarşısında duran ən mühüm vəzifələrdən biri Böyük qayıdışın tez və uğurla həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzurun ölkəmizin ümumi iqtisadi, sosial və mədəni həyatına tam inteqrasiyasının təmin edilməsidir. Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın yüksək diqqəti ilə işğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun qurulması, yaşayış məntəqələrinin yenidən salınması, məktəblərin, xəstəxanaların, sosial obyektlərin istifadəyə verilməsi, yeni iş yerlərinin açılması dövlətimizin gələcəyə hesablanmış işıqlı siyasətinin əsas istiqamətləridir. Doğma yurd-yuvalarına qayıdan keçmiş məcburi köçkünlərin öz evlərində məskunlaşması isə əldə edilmiş Qələbənin real nəticələrinin insanların gündəlik həyatında öz əksini tapmasıdır.

İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər və ardınca davam etdirilən sistemli xarici siyasət Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu keyfiyyətcə yeni zirvəyə qaldırıb. Ölkəmiz artıq dünyada Cənubi Qafqazın lider dövləti, qlobal siyasi arenada rəyi ilə hesablaşılan regional güc mərkəzi kimi qəbul olunur. Rəsmi Bakının təşəbbüskarı olduğu sülh gündəliyi, Türk Dövlətləri Təşkilatında artan aparıcı rolu və beynəlxalq təşkilatlarda nümayiş etdirdiyi prinsipial, qətiyyətli mövqe Azərbaycanı, sözün əsl mənasında, geostrateji qərarların qəbul edildiyi əsas mərkəzlərdən birinə çevirib. Eyni zamanda postmünaqişə dövründə Azərbaycanın qlobal enerjinin təhlükəsizliyindəki rolu daha da möhkəmlənib. Avropanın enerji xəritəsini yenidən çəkən ölkəmiz yalnız ənənəvi enerji ixracatçısı kimi deyil, həm də "yaşıl enerji"yə keçid prosesində öncül tərəfdaş kimi çıxış edir. Regional nəqliyyat və logistika dəhlizlərinin reallaşdırılması istiqamətində atılan addımlar Azərbaycanı Şərqlə Qərbin, Şimalla Cənubun arasında əvəzolunmaz tranzit qovşağına çevirərək onun beynəlxalq geosiyasi və geoiqtisadi çəkisini daha da artırır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi şəxsiyyət Heydər Əliyevin yolunun davamçısı kimi uzaqgörən siyasəti, milli birlik və güclü iqtisadiyyat sayəsində Azərbaycan xalqı öz tərəqqisinin ən qürurlu, iftixar dolu təkrarsız dövrünü yaşayır. Bu yeni mərhələ ölkəmizin gələcək onilliklər üçün dayanıqlı inkişafını, milli təhlükəsizliyini və beynəlxalq arenada lider dövlət statusunu və xalqımızın qalibiyyət mənbəyini əbədi olaraq təmin edib.

Bəxtiyar ƏSGƏROV,

filologiya üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772, № 11, maddə 1189, № 12 (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddə 1, № 2, maddələr 98, 99, № 3, maddələr 217, 221, № 4 (I kitab), maddə 322, № 5, maddə 434, № 6, maddə 538, № 7, maddələr 607, 626, № 11, maddə 1013; 2026, № 1, maddələr 16, 19, № 3, maddə 211, № 5 (I kitab), maddələr 390, 391, 398, № 7 (I kitab), maddələr 613, 619) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 99-4.1-1-ci maddə əlavə edilsin:

"99-4.1-1.Hüquqi şəxs tərəfindən maliyyə əməliyyatları üzrə nəzarətin qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilməməsi nəticəsində bu Məcəllənin 99-4.1. 1-99-4.1.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər xidməti vəzifələrinin icrası ilə əlaqədar bu Məcəllənin 214-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdikdə hüquqi şəxsə cinayət-hüquqi tədbirlər cinayətin həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsindən asılı olmayaraq tətbiq edilir.";

1.2. 99-9-cu maddədə "Hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün cinayət törətmiş şəxs" sözləri "Bu Məcəllənin 99-4.1.1-99-4.1.4-cü maddələrində nəzərdə tutulmuş şəxslər" sözləri ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I); 2024, № 1, maddə 4, № 4, maddələr 362, 365, 368, № 6 (I kitab), maddə 631; 2025, № 1, maddə 1, № 2, maddə 98, № 4 (I kitab), maddə 308, № 6, maddələr 529, 538, № 7, maddə 607, № 8, maddələr 736, 743,№ 11, maddə 1011; 2026,№ 3, maddə 211, № 4, maddə 294, № 5 (I kitab), maddə 391, № 7 (I kitab), maddələr 603, 604, 613) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 8.0.6-cı maddəyə "üçün" sözündən sonra ", habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1-1-ci maddəsində nəzərdə tutulmuş halda" sözləri əlavə edilsin;

2.2. 227-1-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin dindirilməsi bu Məcəllənin 227-ci, 229-cu və 230-cu maddələrində nəzərdə tutulmuş qaydalara uyğun olaraq aparılır.";

2.3. 487-2.1-ci maddənin birinci cümləsinə "üçün" sözündən sonra ", habelə həmin Məcəllənin 99-4.1-1-ci maddəsində nəzərdə tutulmuş halda belə məqsəd olmadan" sözləri əlavə edilsin;

2.4. 487-4.0.2-ci maddəyə "cinayətin" sözündən əvvəl" Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1-1-ci maddəsi nəzərə alınmaqla," sözləri əlavə edilsin;

2.5. 487-7.4-cü maddəyə "üçün" sözündən sonra ", habelə həmin Məcəllənin 99-4.1-1-ci maddəsində nəzərdə tutulmuş halda belə məqsəd olmadan" sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2026-cı il

K.S.İmanovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafında böyük xidmətlərinə görə Kamran Sultan oğlu İmanov "Şərəf" ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 noyabr 2026-cı il

"Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 512 (Cild I); 2025, № 2, maddə 115) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissənin birinci abzasında "Qlobal" sözü "Atmosfer havasının keyfiyyətinin təmin edilməsi, qlobal" sözləri ilə əvəz olunsun və həmin abzasa "ibarət" sözündən sonra "İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzrə" sözləri əlavə edilsin;

2. 2-ci hissəyə "keçirilməsini" sözündən sonra", eləcə də Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri ilə bağlı digər tapşırıqlarının icrasını" sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 noyabr 2026-cı il

"İcra haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 11-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114  (Cild I); 2024, № 4, maddə 365; 2025, № 1, maddə 1, № 2, maddə 100, № 4 (I kitab), maddələr 315, 322, № 5, maddə 440, № 6, maddələr 526, 536, № 7, maddələr 610, 617, № 8, maddələr 743, 744; 2026, № 5 (I kitab), maddə 393, № 7 (I kitab), maddələr 603, 625, 626) aşağıdakı məzmunda 46-1-ci maddə əlavə edilsin:

"Maddə 46-1. Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi

46-1.1. İcra məmuru borclunun özündə aşkar edilən sənədli qiymətli kağızı dərhal götürərək, həmin qiymətli kağızın götürüldüyü gündən gec olmayaraq üzərinə həbs qoyulması barədə qərar qəbul edir və bu qərarın surətini mərkəzi depozitara, qiymətli kağızın emitentinə və qiymətli kağızı verən şəxsə göndərir.

46-1.2. İcra məmuru borclunun adına qeydə alınmış sənədsiz qiymətli kağızın, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağızın olması barədə mərkəzi depozitardan rəsmi məlumat aldıqda həmin məlumatın alındığı gündən gec olmayaraq onun üzərinə həbs qoyulması barədə qərar qəbul edir və bu qərarın surətini mərkəzi depozitara, qiymətli kağızın emitentinə və qiymətli kağızı verən şəxsə göndərir.

46-1.3. Borclunun mülkiyyətində olan qiymətli kağızın üzərinə həbs qoyulması, həmin qiymətli kağıza sərəncam hüququnu və həmin qiymətli kağız üzrə ödənişlərin qəbulunu icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə məhdudlaşdırır.

46-1.4. Yönəldilən tələb miqdarında və həcmində bölgüsü mümkün olmayan qiymətli kağızlar üzrə sərəncam hüququna, tələbin miqdarı və həcmindən asılı olmayaraq, bütövlükdə həbs qoyulur.

46-1.5. Borclunun qiymətli kağızlarına dair məlumatların sorğulanması, üzərinə həbs qoyulması və tələbin həmin qiymətli kağızlara yönəldilməsi ilə bağlı tədbirlər "Elektron icra" informasiya sistemi vasitəsilə təşkil edilir.

46-1.6. Qiymətli kağıza tələb yönəldilərkən qiymətli kağız əvvəlki ticarət gününün sonuna olan qiymətdən aşağı olmayan qiymətə, belə qiymət mövcud olmadıqda isə nominal dəyəri ilə tələbkara təklif olunur. Tələbkar həmin təklifin qəbulu ilə bağlı iradə ifadəsini 7 iş günü müddətində bildirməli və bu hal tələbkar və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməlidir.

46-1.7. Qiymətli kağızın tələbkarın mülkiyyətinə keçirilməsi ilə əlaqədar icra məmuru 1 iş günü müddətində müvafiq olaraq mərkəzi depozitara, ödəyiciyə və ya investisiya şirkətinə müraciət edir. Tələbkarın depo hesabı olmadığı halda tələbkar sənədsiz qiymətli kağıza, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağıza tələbin yönəldilməsinə qədər depo hesabı açılması üçün mərkəzi depozitarın üzvünə (investisiya şirkətlərinə və investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklara) müraciət etməlidir.

46-1.8. Əvvəlki ticarət gününün sonuna olan qiymətdən aşağı olmayan qiymət, belə qiymət mövcud olmadıqda isə nominal dəyər tələbkarın tələbindən artıq olduqda, tələbkar aradakı fərqi ödəyir və həmin artıq olan vəsait bu Qanunun 74-cü maddəsində müəyyən edilmiş borcludan tutulmuş pul məbləğinin bölüşdürülməsi qaydasına uyğun olaraq bölüşdürülür və bütün tələblər təmin olunduqdan sonra qalan pul məbləği borcluya qaytarılır.

46-1.9. Qiymətli kağızın verilməsi (depo hesabına köçürülməsi) təklifi tələbkar tərəfindən qəbul edilmədikdə qiymətli kağıza tələbin yönəldilməsi qiymətli kağızın tənzimlənən bazarda satılması yolu ilə həyata keçirilir. Qiymətli kağızların tənzimlənən bazarda satışı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir. Bu halda icra məmuru sifarişçi qismində çıxış edərək Azərbaycan Respublikasında fəaliyyət göstərən investisiya şirkətinə qiymətli kağızların tənzimlənən bazarda satışını həvalə edir. Qiymətli kağızların tənzimlənən bazarda satışı zamanı qiymətli kağız satışdan əvvəlki ticarət gününün sonuna olan qiymətdən aşağı olmayan qiymətə, belə qiymət mövcud olmadıqda isə nominal dəyəri ilə təklif olunur.

46-1.10. Qiymətli kağızın satışından daxil olan vəsait icra xidmətinin depozit hesabına köçürülür.

46-1.11. Qiymətli kağız tənzimlənən bazarda iki ay müddətində satışdan əvvəlki ticarət gününün sonuna olan qiymətdən aşağı olmayan qiymətə, belə qiymət mövcud olmadıqda isə nominal dəyəri ilə satılmadıqda bu barədə icra məmuruna məlumat verilir və həmin qiymətli kağız yenidən tələbkara nominal dəyəri ilə təklif olunur. Həmin təklifin rəsmiləşdirilməsi bu Qanunun 46-1.6-cı maddəsinin ikinci cümləsinə uyğun olaraq həyata keçirilir. Həmin təklif tələbkar tərəfindən qəbul edilmədikdə sənədli qiymətli kağız 3 iş günü müddətində borcluya qaytarılır, sənədsiz qiymətli kağızın borclunun depo hesabına qaytarılması üçün  1 iş günü müddətində mərkəzi depozitara bildiriş göndərilir.

46-1.12. Ödəniş vaxtı çatmış və üzərinə həbs qoyulmuş qiymətli kağızlar üzrə borcluya ödənilməsi nəzərdə tutulan vəsait icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə ödəyici tərəfindən icra xidmətinin depozit hesabına ödənilir.

46-1.13. Girov predmeti olan qiymətli kağızlara tələbin yönəldilməsi bu Qanunun 48-ci maddəsi nəzərə alınmaqla həyata keçirilir.

46-1.14. Bu maddənin tələbləri daşınmaz əmlak üzərində ipoteka hüququnu təmin edən ipoteka kağızına şamil olunmur.".

Maddə 2. "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813 (Cild I); 2025, № 4 (I kitab), maddə 318, № 5, maddə 432, № 7, maddə 613; 2026, № 7 (I kitab), maddələr 619, 620) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 22-ci maddə üzrə:

2.1.1. 22.2-ci və 22.3-cü maddələrə "qərarı ilə" sözlərindən sonra "və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda" sözləri əlavə edilsin;

2.1.2. 22.6-cı maddənin ikinci cümləsinə "məhkəmə" sözündən sonra ", "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş halda icra məmuru" sözləri əlavə edilsin;

2.2. 28.2-ci maddənin ikinci cümləsində "və ya məhkəmənin" sözləri ", məhkəmənin və ya "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş halda icra məmurunun" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 oktyabr 2026-cı il

Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, hava çirklənməsinin insan sağlamlığına və ətraf mühitə mənfi təsirinin azaldılması, insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə sahəsində Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinin və milli iqlim hədəflərinin icrası məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamı ilə yaradılmış İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzrə Dövlət Komissiyası:

1.1.atmosfer havasının çirklənməsinin qarşısının alınması və keyfiyyətinin yaxşılaşdırılması sahəsində sistemli və əlaqələndirilmiş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında atmosfer havasının çirklənməsinə qarşı mübarizəyə dair 2028-2035-ci illər üçün Milli Fəaliyyət Planı"nın (bundan sonra - Milli Fəaliyyət Planı) layihəsini 2027-ci il noyabrın1-dək hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Milli Fəaliyyət Planının layihəsi hazırlanarkən aşağıdakıları təmin etsin:

1.2.1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də müəyyən edilmiş təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi prioritetlərinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında (COP21) qəbul olunmuş Paris Sazişi, habelə Tərəflərin 29-cu Konfransının (COP29) nəticələri və ölkəmizin "Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr" sənədi və "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nın hədəfləri ilə kom-

pleks şəkildə həyata keçirilməsini;

1.2.2. atmosfer havasının keyfiyyətinin mövcud vəziyyətinin, əsas çirklənmə mənbələrinin və hava çirklənməsinin insan sağlamlığına və ətraf mühitə mənfi təsirinin qiymətləndirilməsini;

1.2.3. atmosfer havasının keyfiyyətinin monitorinqi sisteminin təkmilləşdirilməsini, atmosfer havasına atılan zərərli maddələrin, zərərli fiziki təsirlərin və onların mənbələrinin inventarlaşdırılması və dövlət uçotu mexanizmlərinin gücləndirilməsini, habelə transsərhəd çirklənmə üzrə məlumat mübadiləsi mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasını;

1.2.4.əsas iqtisadi sahələr üzrə atmosfer havasına atılan zərərli maddələrin azaldılmasına yönəlmiş tədbirlərin müəyyən edilməsini və müvafiq ekoloji standartların təkmilləşdirilməsini;

1.2.5. qabaqcıl texnologiyaların və rəqəmsal nəzarət mexanizmlərinin tətbiqini və təkmilləşdirilməsini;

1.2.6. şəhər və digər yaşayış məntəqələrinin planlaşdırılmasında atmosfer havasının keyfiyyət meyarlarının nəzərə alınmasını, iri şəhərlərdə atmosfer havasının çirklənməsi səviyyəsinə uyğun zonalaşdırma prinsipinin tətbiqini və çirklənmə səviyyəsi yüksək olan ərazilər üçün əlavə tədbirlər  planının hazırlanmasını;

1.2.7. iqtisadi stimullaşdırma alətlərindən, yaşıl maliyyələşmə və dövlət-özəl tərəfdaşlığı mexanizmlərindən istifadə imkanlarının müəyyən edilməsini;

1.2.8. atmosfer havasının keyfiyyəti barədə məlumatlara ictimaiyyətin çıxışı imkanlarının genişləndirilməsini;

1.3. Milli Fəaliyyət Planı layihəsinin hazırlanması zamanı qabaqcıl beynəlxalq təcrübədən yararlanmaq məqsədilə beynəlxalq təşkilatların, mütəxəssislərin və ixtisaslaşmış məsləhətçi şirkətlərin cəlb olunması, habelə yerli elmi təşkilatların və mütəxəssislərin, eləcə də vətəndaş cəmiyyəti institutlarının bu sahədə potensialından istifadə edilməsi imkanlarını qiymətləndirsin;

1.4. bu Sərəncamın 1.1-ci bəndinin icrasının təmin edilməsi üçün digər zəruri tədbirlər görsün.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 noyabr 2026-cı il

“Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 fevral tarixli 351-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ətraflı:

ABŞ Prezidenti respublikaçıların seçkidə uğursuz nəticə əldə etməsində İranla müharibənin rol oynadığını təsdiqləyib
Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının aralıq seçkidə uğursuz nəticə göstərməsində İranla müharibənin rol oynadığını etiraf edib.

AZƏRTAC xəbər verir ki, o, jurnalistlərin bununla bağlı sualını cavablandırarkən müharibənin benzinin qiymətlərinin artmasına səbəb olduğunu bildirib.

“Düşünürəm ki, bu, böyük ölçüdə doğrudur, çünki müharibə benzinin qiymətlərini artırdı. Eyni zamanda, yenidən belə bir qərar verməli olsaydım, yenə də eyni addımı atardım. Çünki uzunmüddətli perspektivdə yeganə çıxış yolu budur. İranın nüvə silahına sahib olmasına imkan vermək olmaz”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Donald Tramp: Demokratların impiçment təşəbbüsü onların öz partiyalarını məhv edə bilər
Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp ona qarşı mümkün impiçment təşəbbüsündən narahat olmadığını bildirib.

AZƏRTAC xəbər verir ki, Tramp jurnalistlərin impiçment ehtimalı ilə bağlı sualını cavablandırarkən demokratların belə bir addım atmasının onların öz partiyaları üçün ciddi nəticələr doğuracağını deyib.

“Zərrə qədər də narahat deyiləm. Düşünürəm ki, demokratlar bunu etsələr, partiyasını məhv edərlər. Axı nəyə görə? Ölkəni uğurla idarə etdiyimə görə?” – deyə ABŞ Prezidenti vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasından səfərdən qayıdarkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb.

AZƏRTAC xəbər verir ki, o, dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan xalqına Prezident Rəcəb Tayyib Ərdoğanın ən səmimi arzuları ilə bağlı mesajını çatdırıb. Mesajda deyilir: “Səfərdən qayıdarkən qardaş Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq, Zati-alinizə cansağlığı və xoşbəxtlik kimi ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett “Millennium Symphony - Crossover Programme” simfonik şousu ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər.

Devid Qarrett klassik musiqi ilə rok, pop və kino melodiyalarını birləşdirdiyi unikal proqramında Bethovenin, Hans Zimmerin, Maykl Ceksonun, “Nirvana” və “Rammstein” qruplarının, həmçinin digər sənətçilərin əsərlərini və musiqi hitlərini özünəməxsus tərzdə təqdim edib.

Qeyd edək ki, D.Qarrett səhnədə debütünü 10 yaşında edib. O, 13 yaşında nüfuzlu "Deutsche Grammophon" ilə müqavilə bağlayan ən gənc sənətçi olub. Təhsilini bitirdikdən indiyədək Devid Qarrett Zubin Mehta, Kristof Eşenbah, Rikkardo Şayi və Andres Orosko-Estrada kimi dirijorlarla çalışır.

Sənətçinin yaradıcılığında xüsusi yer tutan klassik "ICONIC" albomu Almaniyanın pop musiqi hit-paradında dördüncü pilləyə yüksələrək, klassik musiqi üçün müstəsna nailiyyətə imza atıb. Albom, eyni zamanda, “Golden Record” və “İlin bestselleri” nominasiyalarında “Opus-Klassik 2023” mükafatlarına layiq görülüb. Devid Qarrett bu klassik repertuarla beynəlxalq turneyə çıxaraq 5 qitədə 113 konsert verib.

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının qalibləri müəyyənləşib
Bakıda keçirilən yanğınsöndürmə-xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatında hücum nərdivanı ilə qalxma növü üzrə qaliblər və mükafatçılar bəlli olub.

AZƏRTAC xəbər verir ki, çempionatın proqramına uyğun olaraq, kişilər arasında hücum nərdivanı ilə 4-cü mərtəbəyə qalxma növündə yarımfinal və final, qadınlar arasında isə 2-ci mərtəbəyə qalxma növündə final yarışları keçirilib.

Kişilərin mübarizəsində Rusiya təmsilçiləri ilk üç yeri tutublar. Dmitri Qrebenşikov qızıl, Zelimxan Kubayev gümüş, Stanislav Titorenko isə bürünc medal qazanıb.

Qadınlar arasında Rusiyanı təmsil edən Mariya Kataseva birinci yeri tutub. Belarus idmançısı Aleksandra Lasenkova gümüş, digər rusiyalı Yekaterina Sidorenko isə bürünc medala sahib çıxıb.

Qalib və mükafatçılara medalları Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian təqdim ediblər.

Mükafatlandırma mərasimində qalib ölkələrin dövlət himnləri səsləndirilib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb
Noyabrın 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, iclasda komitənin üzvləri, parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri, aidiyyəti dövlət qurumlarının rəhbərləri və təmsilçiləri iştirak ediblər.

Tədbiri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov 2027-ci ilin büdcə zərfinin qanunvericiliklə müəyyən edilmiş qaydada Milli Məclisə daxil olduğunu, Hesablama Palatası tərəfindən büdcə sənədlərinə dair rəylərin hazırlandığını bildirib. Komitə sədri 2027-ci ilin dövlət büdcəsinin əsas xüsusiyyətləri barədə məlumatında diqqətə çatdırıb ki, büdcə gəlirləri 39,2 milyard manat, xərcləri isə 42,4 milyard manat proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə həm gəlir, həm də xərclər üzrə 1,7 faizlik artım deməkdir. Dövlət büdcəsi kəsirinin yuxarı həddi təxminən 3,2 milyard manat nəzərdə tutulur.

O vurğulayıb ki, büdcə zərfi Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin, müəyyən etdiyi dövlət proqramlarının, ölkəmiz qarşısında dayanan strateji vəzifələrin icrası üçün etibarlı maliyyə təminatı yaradır. Bildirilib ki, büdcə zərfi dövlətin sosial siyasətinin növbəti ildə daha da gücləndiriləcəyindən xəbər verir. Xərclərin 18,7 milyard manatının və ya 44,2 faizinin sosialyönümlü olması bunu bir daha təsdiq edir. Bu məbləğ 2026-cı illə müqayisədə 1,6 milyard manat və ya 9,2 faiz çoxdur. Bununla yanaşı, dövlət büdcəsində milli təhlükəsizlik və müdafiə məsələləri diqqətdə saxlanılıb. 2027-ci ilin dövlət büdcəsində əsaslı xərclər 13,8 milyard manat, yaxud ümumi xərclərin 32,5 faizi həcmində nəzərdə tutulub.

Büdcənin dayanıqlığının təmin edilməsinin əhəmiyyətindən danışan komitə sədri büdcə qaydalarına tam riayət edilməsinin, 2027-ci ildə büdcə mədaxilinin 60 faizdən çoxunun qeyri-neft gəlirlərinin payına düşməsinin, cari xərclərin 90,1 faizinin qeyri-neft-qaz gəlirləri hesabına qarşılanmasının, Dövlət Neft Fondundan transfertin 935 milyon manat azaldılmasının büdcədə keyfiyyət dəyişikliklərini səciyyələndirən əsas amillər olduğunu bildirib.

Sonra iclasda maliyyə naziri Sahil Babayev “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini və büdcə zərfinə daxil olan sənədləri təqdim edib.

Nazir qeyd edib ki, ölkə başçısının rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafı bütün istiqamətlər üzrə təmin edilir. Azərbaycan, qüdrətli, iqtisadi cəhətdən daha inkişaf etmiş, sosial cəhətdən əhalinin rifahını daha yaxşı təmin edən dövlətə çevrilir. Həyata keçirilən bu struktur, institusional, iqtisadi, sosial islahatların çərçivəsi növbəti dövr üçün də həm dövlət büdcəsində, həm də ortamüddətli xərclər çərçivəsində nəzərdə tutulub.

Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə 2027-ci il üzrə hazırlanmış büdcə siyasətinin əsas prinsiplərinin dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin qorunması, əhalinin rifahı və sosial tədbirlərin tam maliyyələşdirilməsi, müdafiə qabiliyyətinin və təhlükəsizliyin təminatının gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı, rəqəmsal texnologiyalar və innovasiyaların tətbiqinin genişləndirilməsi, təhsil və səhiyyə sektorlarının inkişafının dəstəklənməsi, fiskal intizam qorunmaqla büdcə qaydasına əməl edilməsi, büdcə xərclərinin Dövlət Xəzinədarlığı vasitəsilə ünvanlı və səmərəli icra edilməsi, real sektorun inkişafının daha da sürətləndirilməsi olduğunu bildirib.

2027-ci ilin əsas makroiqtisadi göstəriciləri ilə bağlı nəzərə çatdırılıb ki, növbəti ildə ümumi daxili məhsulun məbləği 141 milyard manat olaraq qiymətləndirilir. Bu, 2026-cı illə müqayisədə 2,7 faizlik real artım deməkdir. Qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsul 109,1 milyard manat proqnozlaşdırılır. Bu da 2026-cı ilə nisbətən 4,4 faizlik real artım deməkdir. Növbəti il üçün xam neftin bir barelinin orta illik qiyməti 65 dollar götürülüb. Orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır. Hazırda ümumi dövlət borcu 23,9 milyard manat təşkil edir və bu, cari ilin əvvəli ilə müqayisədə 2,8 faiz azdır. Borc portfelinin 16,2 milyard manatı daxili dövlət borcu, 7,7 milyard manatı isə xarici dövlət borcudur. Strateji valyuta ehtiyatları cari ilin 1 oktyabr tarixinə 89,4 milyard dollara çatıb və Dövlət Neft Fondunun gəlirləri növbəti ildə 7,8 milyard dollar, xərcləri isə 7,1 milyard dollar, Neft Fondunun transferti 7 milyard dollar olaraq proqnozlaşdırılır.

Qeyd edilib ki, büdcə siyasətinin əsas istiqamətlərindən biri neftdən asılılığın daha da azaldılmasıdır. Bu məqsədlə Azərbaycan hökuməti tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin 17,1 faiz olacağı, icmal büdcədə qeyri-neft gəlirlərinin payı isə 64,5 faizə çatacağı gözlənilir.

Nazir büdcə xərclərinin sosial-iqtisadi ehtiyaclarımıza uyğun olaraq tərtib edildiyini deyib. O, bildirib ki, icmal büdcənin xərcləri qeyri-neft ümumi daxili məhsulun 46,2 faizi təşkil edəcək. Dövlət büdcəsinin 32,5 faizi əsaslı xərclərə yönəldiləcək. Təhsil və səhiyyə xərcləri də ümumi daxili məhsulun müvafiq olaraq 3,6 faiz və 1,5 faizinə çatacaq. Növbəti ildə aqrar sektora ayırmalar aqrar ümumi daxili məhsulun 15,8 faizinə çatacaq. Bildirilib ki, növbəti ilin dövlət büdcəsində rayonların dotasiyadan asılılığı tam aradan qaldırılıb. Naxçıvana verilən dotasiya isə cari illə müqayisədə 13,6 milyon manat və ya 6,4 faiz azalacaq.

Daha sonra Sahil Babayev nəzərə çatdırıb ki, növbəti ildə icmal büdcənin gəlirləri 47,6 milyard manata çatacaq və bu 2026-cı illə müqayisədə 2,6 milyard manat və ya 5,9 faiz artım deməkdir. Gəlirlərin ümumi daxili məhsulda payı 33,8 faizə çatacaq, bu da 2026-cı illə müqayisədə 1,2 faiz çoxdur. İcmal büdcədə qeyri-neft gəlirlərinin payı 64,5 faizə çatacaq, bu da cari illə müqayisədə 1,5 faiz çoxdur.

Qeyd edilib ki, dövlət büdcəsinin gəlirləri cari illə müqayisədə 645 milyon manat artımla proqnozlaşdırılır. Ümumi daxili məhsulda dövlət büdcəsi gəlirlərinin payı isə 27,8 faiz olaraq proqnozlaşdırılır. Qeyri-neft sektoru üzrə 23,8 milyard manatlıq və ya 60,6 faiz gəlir gözlənilir. Qeyri-neft gəlirlərinin qeyri-neft ümumi daxili məhsula nisbəti isə 21,8 faiz olacaq. Neft sektoru üzrə gəlirlər isə 15,5 milyard və ya ümumi büdcə gəlirlərinin 39,4 faizi təşkil edəcək. Bununla yanaşı, Dövlət Vergi Xidməti üzrə daxilolmalar 18,4 milyard manata və ya 47 faizə çatacaq, bu da cari illə müqayisədə 1,5 milyard manat və ya 9 faiz artım deməkdir.

Sonra maliyyə naziri növbəti ildə icmal və dövlət büdcəsi xərcləri ilə bağlı məlumatı diqqətə çatdırıb.

Ardınca Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov çıxış edib. O bildirib ki, mürəkkəb qlobal şəraitə baxmayaraq, 2026-cı ilin ilk 9 ayında ölkəmizdə iqtisadi artım davam edib. Bu dövrdə ümumi daxili məhsul 1,5 faiz, qeyri-neft-qaz sektorunda 2,6 faiz artıb. Bu dövrdə xarici ticarət balansında 10,5 milyard ABŞ dolları həcmində müsbət saldo qeydə alınıb, strateji valyuta ehtiyatları 5,1 faiz artaraq 89,4 milyard ABŞ dolları olub. Vurğulanıb ki, cari ildə də pul siyasəti monetar şərait vasitəsilə inflyasiyanın hədəfdə saxlanılmasına yönəldilib. 2026-cı ilin ötən dövründə valyuta bazarında məzənnə sabitliyi təmin olunub.

Diqqətə çatdırılıb ki, 2026-cı ilin ötən dövründə bank sektorunun aktivlərinin genişlənməsi iqtisadi fəallığa dəstək verib. Belə ki, bank sektorunun aktivləri 10 ayda 15,1 faiz artaraq 65,7 milyard manata çatıb. Habelə cari ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə sığorta haqları 8 faiz, sığorta ödənişləri isə 29 faiz artıb. Qiymətli kağızlar bazarında ticarət dövriyyəsinin ümumi həcmi 35 milyard manat təşkil edib. Səhm bazarında əməliyyatların ümumi həcmi 9 dəfə artaraq 2,6 milyard manata çatıb.

Taleh Kazımov 2027-ci ilə gözlənilən makroiqtisadi siyasətlə bağlı fikirlərini də açıqlayıb.

Sonra iclasda İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov çıxış edib. O, ötən dövrdə iqtisadiyyatda baş verən keyfiyyət dəyişikliklərindən bəhs edib. Bildirilib ki, özəl sektordan əsas kapitala investisiya qoyuluşu 14,7 milyard manat olmaqla real ifadədə 10,9 faiz artıb. Qeyri-neft-qaz sektorunda özəl investisiyalar isə 21 faiz ətrafında artıb. Həmçinin qeyri-neft-qaz sektoru üzrə artımın aparıcı mənbəyi qeyri-neft-qaz sənayesi, logistika və rəqəmsal xidmətlər olduğu qeyd edilib.

Bununla yanaşı, nəzərə çatdırılıb ki, dövlət büdcəsi xərclərinin, o cümlədən əsaslı xərclərin ilin sonunadək tam icrası iqtisadi artımın sürətinə təsir edən mühüm amildir. Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan qeyri-neft-qaz ixracı 9 ayda 20,5 faiz artaraq 3,2 milyard dollara çatıb, bunun 60 faizi sənaye məhsullarıdır. Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan xarici ticarət saldosu 25 faiz artaraq 7,1 milyard dollar profisitlə formalaşıb. Qeyd edilib ki, cari ilin 9 ayında vergilər üzrə proqnoz 107,2 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda 102,9 faiz icra edilib, illik proqnozun 80,6 faizi isə artıq təmin olunub. Vergi daxilolmaları 9,4 faiz, qeyri-neft-qaz vergiləri isə 12,6 faiz artıb.

Komitə iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2027-ci il dövlət büdcəsi layihəsinə dair palatanın rəyini səsləndirib. Bildirilib ki, qanunvericiliyə uyğun hazırlanmış qanun layihəsi maddələr üzrə təhlil edilib və bəzi maddələrin təkmilləşdirilməsinə ehtiyac olduğu qənaətinə gəlinib. Vüqar Gülməmmədov büdcə zərfinin izahat hissəsində əvvəlki illərdən fərqli olaraq, fiskal risk anlayışının konkretləşdirildiyini, beynəlxalq təlimatlara uyğun olaraq risklərin təsirinin və başvermə ehtimalının da qiymətləndirildiyini bildirib.

Məsələ ətrafında müzakirələrdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov, komitənin üzvləri - Əli Məsimli, Aydın Hüseynov, Əlibala Məhərrəmzadə, Rövşən Muradov, Zaur Şükürov, Müşfiq Cəfərov, Vüqar Bayramov, deputatlar – Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Tənzilə Rüstəmxanlı, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev, Ana Vətən Partiyasının sədri Günay Ağamalı çıxış ediblər, növbəti ilin dövlət büdcəsi layihəsi ilə bağlı fikirlərini, rəy və təkliflərini bildiriblər, bəzi suallarını səsləndiriblər.

Maliyyə naziri Sahil Babayev, Mərkəzi Bankın sədri Taleh Kazımov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov, İqtisadiyyat Nazirliyi Aparatının rəhbəri Elvin Camalov və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

İclasda komitənin üzvləri Ziyad Səmədzadə, Heydər Əsədov, Məşhur Məmmədov, deputatlar - Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə və digər rəsmi şəxslər iştirak ediblər.

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian, Rusiyanın fövqəladə hallar naziri general-polkovnik Aleksandr Kurenkov, Belarusun fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavski, Özbəkistanın fövqəladə hallar nazirinin birinci müavini polkovnik Sanjar Zuparov, Qırğız Respublikasının fövqəladə hallar nazirinin müavini polkovnik Almazbek Asanov, sözügedən federasiyanın üzvü olan ölkələrin komandaları və nümayəndə heyətləri, yarışın hakimləri, digər yerli və xarici qonaqlar iştirak ediblər.

Tədbirdə əvvəlcə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının əsas hakimlər kollegiyasının üzvləri və iştirakçı ölkələrin - Avstriya, Bolqarıstan, Belarus, Rumıniya, Çin, Çexiya, Almaniya, İran, Qazaxıstan, Qırğızıstan, Polşa, Rusiya, Slovakiya, Türkiyə, Özbəkistan, Vyetnam və Azərbaycan komandalarının təntənəli keçidi olub.

Azərbaycanın Dövlət Bayrağı və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının bayrağı meydana gətirildikdən sonra Azərbaycanın Dövlət Himni və federasiyanın himni səsləndirilib.

Mərasimdə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizin qlobal miqyasda nüfuzlu bir idman dövlətinə çevrildiyini bildirib. Vurğulanıb ki, son illərdə ölkədə beynəlxalq standartlara cavab verən müasir idman infrastrukturunun qurulması, idmanın müxtəlif növlərinin inkişafına göstərilən ali diqqət və qayğı sayəsində idmançılarımız ən mötəbər turnirlərdə, dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında yüksək nailiyyətlər qazanaraq üçrəngli bayrağımızı ucaldırlar. Eyni zamanda, Azərbaycan nüfuzlu beynəlxalq idman yarışlarına mükəmməl ev sahibliyi etməklə dünyada güclü idman mərkəzi kimi tanınır.

Nazir Bakıda keçirilən bu çempionatın yanğınsöndürmə-xilasetmə idmanının inkişafına, müxtəlif ölkələrin müvafiq qurumları arasında peşəkar əlaqələrin genişlənməsinə və təcrübə mübadiləsinə mühüm töhfə verəcəyini qeyd edib.

Nazir Kəmaləddin Heydərov qarşıdakı yarışların yüksək idman ustalığının, ədalətli mübarizənin və qarşılıqlı hörmətin parlaq nümunəsinə çevriləcəyinə, eyni zamanda, iştirakçılar arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi baxımından əlverişli imkanlar yaradacağına əminliyini ifadə edib. O, yanğın-xilasetmə idmanının inkişafının sağlam həyat tərzinin təbliğinə, eləcə də gənc nəslin idmana və cəmiyyətə xidmətə marağının artırılmasına mühüm töhfə verdiyini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.

Sonra Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian, federasiyanın direktoru Andrey Kalinin və baş hakim Aleksandr Klitonçik çıxış edərək, Azərbaycanda dünya çempionatının yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildirib, yarışın keçirilməsi üçün yaradılmış şəraiti və görülmüş təşkilati işləri yüksək qiymətləndirdiklərini vurğulayıb, iştirakçılara uğurlar arzulayıblar.

Ardınca yanğınsöndürmə-xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı açıq elan olunub.

Mərasimdə ölkəmizin zəngin tarixi və mədəniyyətini tərənnüm edən, eləcə də dünya çempionatına həsr olunmuş videoçarxlar nümayiş etdirilib, Azərbaycanın milli musiqi və rəqs nümunələrindən ibarət bədii proqram təqdim olunub.

Daha sonra çempionatın proqramına uyğun olaraq hücum nərdivanı ilə qalxma növü üzrə kişilər arasında yarımfinal və final, qadınlar arasında isə final yarışları keçirilib.

Maliyyə Nazirliyi yanında İctimai şura Milli Məclisdə büdcə müzakirələrində iştirak edir
Milli Məclisin komitələrində “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə başlanılıb. Bu il ilk dəfə olaraq Maliyyə Nazirliyi yanında İctimai şuranın üzvlərinin də parlamentin komitə iclaslarında keçirilən büdcə müzakirələrində iştirakı təmin olunur.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, noyabrın 4-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında qanun layihəsinin müzakirəsində Maliyyə Nazirliyi yanında İctimai şuranın sədri İnqilab Əhmədov iştirak edib.

İctimai Şuranın büdcə müzakirələrində təmsil olunması büdcə prosesində şəffaflığın artırılması, büdcə məlumatlarına əlçatanlığın genişləndirilməsi və ictimai iştirakçılığın təşviqi istiqamətində Maliyyə Nazirliyinin son dövrlərdə həyata keçirdiyi tədbirlərin davamıdır.

Bu iştirakçılıq vətəndaş cəmiyyəti nümayəndələrinin dövlət büdcəsinin prioritetləri və əsas parametrləri ilə bağlı parlament müzakirələrini bilavasitə izləməsinə, müzakirə olunan məsələlər barədə daha dolğun məlumat əldə etməsinə imkan yaradır.

Nazir: Azərbaycan dünyada güclü idman mərkəzi kimi tanınır
Bu mühüm idman tədbirinin hazırlanmasına və keçirilməsinə töhfə vermiş beynəlxalq təşkilatlara, milli federasiyalara, təşkilatçılara, hakimlərə və bütün mütəxəssislərə səmimi minnətdarlığımı bildirirəm. Qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin müdrik siyasəti sayəsində ölkəmiz qlobal miqyasda nüfuzlu bir idman dövlətinə çevrilib. Son illərdə ölkədə beynəlxalq standartlara cavab verən müasir idman infrastrukturlarının qurulması, idmanın müxtəlif növlərinin inkişafına göstərilən ali diqqət və qayğı sayəsində idmançılarımız ən mötəbər turnirlərdə, dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında yüksək nailiyyətlər qazanaraq üçrəngli bayrağımızı ucaldıblar.

AZƏRTAC xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda keçirilən yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının açılış mərasimi zamanı deyib.

O bildirib ki, Azərbaycan möhtəşəm qlobal idman yarışlarına mükəmməl ev sahibliyi etməklə dünyada güclü idman mərkəzi kimi tanınır: “Əminəm ki, qarşıdakı yarışlar yüksək idman ustalığının, ədalətli mübarizənin və qarşılıqlı hörmətin parlaq nümunəsinə çevriləcək. Eyni zamanda, iştirakçılar üçün təcrübə mübadiləsi aparmaq və peşəkar əlaqələri möhkəmləndirmək baxımından mühüm imkanlar yaradılacaq. Dünya çempionatlarının həm kişilər, həm də qadınlar arasında keçirilməsi idmançılar üçün bərabər imkanların yaradılmasının əhəmiyyətini bir daha vurğulayaraq, yanğınsöndürmə idmanının beynəlxalq səviyyədə daha da inkişafına töhfə verir. İnanırıq ki, bu idman növünün inkişafı sağlam həyat tərzinin təbliğinə, yanğınsöndürən və xilasetmə peşəsinin nüfuzunun yüksəlməsinə, eləcə də gənc nəslin idmana və cəmiyyətə xidmətə marağının artmasına xidmət edəcək”.

Nazirin sözlərinə görə, bu səviyyəli idman yarışları ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi, qabaqcıl təcrübənin paylaşılması və peşəkar qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi üçün əlavə imkanlar yaradır: “Hər birinizə öz gücünüzə inam, dözümlülük, yüksək mübarizə əzmi və uğurlu nəticələr arzulayıram. Əminəm ki, Bakıdakı günləriniz qonaqpərvərliyimiz, zəngin mədəniyyətimiz və xoş xatirələrlə yaddaşınızda qalacaq”.

Süni intellekt dövründə şəxsi məlumatların qorunması
Rəqəmsallaşma sürətləndikcə şəxsi məlumatların təhlükəsizliyi də dövlətlər üçün ortaq məsuliyyətə çevrilir. Süni intellektin gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə fərdi məlumatların qorunması artıq yalnız texniki məsələ deyil, həm də rəqəmsal etimadın əsas şərtlərindən biridir.

Bu istiqamətdə Azərbaycan və Qırğızıstan əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur. Bişkekdə keçirilən “Data Protection Forum 2026” beynəlxalq forumu çərçivəsində Azərbaycanın Milli Kibertəhlükəsizlik Agentliyi ilə Qırğız Respublikasının Fərdi Məlumatların Mühafizəsi üzrə Dövlət Agentliyi arasında imzalanmış əməkdaşlıq memorandumunun nüsxələri mübadilə edilib.

Sənəd fərdi məlumatların mühafizəsi sahəsində birgə fəaliyyətin gücləndirilməsini, qurumlar arasında məlumat və təcrübə mübadiləsinin genişləndirilməsini, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsini və tətbiqini, eləcə də fərdi məlumat subyektlərinin hüquqlarının müdafiəsini nəzərdə tutur. Forumda Azərbaycanı Milli Kibertəhlükəsizlik Agentliyinin Fərdi Məlumatların Mühafizəsi departamentinin direktoru Xəyalə Babayeva təmsil edib. O, müzakirələr zamanı süni intellektin inkişafı fonunda fərdi məlumatların qorunması və rəqəmsal etimadın təmin edilməsi istiqamətində Azərbaycanda görülən işlər barədə məlumat verib.

Göründüyü kimi, əməkdaşlıq memorandumu iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsi üçün yeni imkanlar yaratmaqla yanaşı, rəqəmsal mühitdə vətəndaşların hüquqlarının qorunması istiqamətində birgə fəaliyyətə də zəmin yaradır.

“Azərbaycan”

Emma Edhem: Azərbaycan regionun ən mühüm ölkələrindən birinə çevrilib
Azərbaycan regionun ən mühüm ölkələrindən birinə çevrilib.

Bunu AZƏRTAC-a eksklüziv açıqlamasında “City of London” Korporasiyasının üzvü, alderman, professor Emma Edhem bildirib.

O, Londonda keçirilən ikinci Azərbaycan-Böyük Britaniya Siyasət Forumunun iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Emma Edhem bildirib ki, Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin daha da gücləndirilməsi üçün mühüm imkanlar yaradır: “Ölkələrimizi daha da yaxınlaşdırmaq və əlaqələrimizi gücləndirmək üçün belə siyasi dialoqların keçirilməsi olduqca vacibdir”.

Emma Edhem Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlığın vaxtında qurulduğunu qeyd edərək, bu əməkdaşlığın gələcək inkişaf perspektivlərinə diqqət çəkib.

“Biz iki ölkə arasında geniş əməkdaşlıq imkanlarını və strateji tərəfdaşlığı müzakirə etdik. Fikrimcə, strateji tərəfdaşlıq olduqca münasib vaxtda formalaşıb. İlk siyasət forumu Bakıda keçirilmişdi və çox uğurlu olmuşdu. Bu gün isə həmin uğurlu dialoqu davam etdiririk. Münasibətlərimiz bundan sonra yalnız güclənə bilər”, – deyə o vurğulayıb.

Professor bildirib ki, forum çərçivəsində süni intellekt, müdafiə, təhlükəsizlik, geosiyasət, diplomatiya, ticarət və enerji sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Emma Edhem “City of London” Korporasiyasında Kandlevik dairəsini təmsil edən alderman - şəhər idarəçiliyində seçkili vəzifə daşıyan şəxs kimi fəaliyyət göstərir. O, həmçinin Durham Universitetinin Kosmik Tədqiqatlar Mərkəzi və Hüquq Məktəbi ilə əməkdaşlıq edən təcrübə üzrə professorudur.

Qara dənizdə yük gəmilərinə hücumlar artır
Qara dənizdə toqquşmaların kəskinləşməsi regional təhlükəsizlik və ticarət üçün ciddi risklər yaradır. Son dövrlərdə kommersiya gəmilərinə və yük marşrutlarına edilən hücumların artması dənizdə münaqişə zonalarının genişləndiyini və sülh müdafiə xətlərinin sınandığını göstərir. Hərbi ekspertlər belə zərbələrin dəniz ticarətinə böyük ziyan vurduğunu, taxıl və digər mühüm malların daşınmasını iflic edərək qlobal ərzaq böhranı riskini artırdığını bildirirlər.

“Reuters” Agentliyinin məlumatına görə, bölgədəki təhlükəsizlik alyansları dəniz patrulları, radar və dron əleyhinə sistemlərlə müdafiəni gücləndirəcəklərini elan etsələr də, sahilyanı ərazilər toqquşmaların mənfi təsirlərinə məruz qalmaqda davam edir. Dənizdə hərbi əməliyyatların dayandırılması və ticarət gəmilərinin təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq səviyyədə atəşkəs çağırışları edilir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

“Kalaşnikov” “Kalitka” və “Kraken” ilə anti-dron qalxanını təqdim edib
Rusiyanın “Kalaşnikov” konserni “Kalitka” və “Kraken” ilə təchiz olunmuş anti-dron qalxanını təqdim edib. Holdinqin mətbuat xidmətinin verdiyi məlumata görə, “Kalaşnikov” konserni mühüm obyektlərin dronlardan qorunması üçün türellər və tutucu dronlara malik eşelonlaşdırılmış müdafiə sisteminin universal modelini nümayiş etdirib.

Anti-dron qalxanının modeli Beynəlxalq Hərbi Jurnalistlər Günü çərçivəsində təqdim olunub. Konsern çoxsəviyyəli müdafiə sxemini və pilotsuz uçuş aparatları ilə mübarizə aparan müxtəlif vasitələrin imkanlarını göstərib. Təqdimat zamanı hava hədəfləri “Kalitka-KA” avtomatlaşdırılmış türeli ilə vurulub, həmçinin “Kraken” zenit FPV dronlarına malik “Zveroboy” kompleksi tətbiq edilib. Bundan əlavə, media nümayəndələri 5,45×39 millimetr kalibrli çoxgülləli patronların tətbiqini və taktiki dayaqlar üzərindəki pulemyotların işini izləyiblər.

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Ermənistan XİN rəhbəri: TRIPP vasitəsilə silah və sursat daşına bilməz
TRIPP marşrutu vasitəsilə silah və sursatın daşınmasına icazə verilməyəcək. Ermənistan ərazisindən maneəsiz keçid imkanı bütün növ yüklərin daşınmasının mümkünlüyü demək deyil. İrəvan müəyyən yüklərin ölkə ərazisinə daxil olmasını qadağan etmək hüququnu özündə saxlayır.

“Armenpress” agentliyinin məlumatına görə, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan parlamentin Xarici əlaqələr komissiyasında TRIPP layihəsi üzrə Ermənistanla ABŞ arasında imzalanmış sazişin ratifikasiyası məsələsinin müzakirəsi zamanı bildirib.

Müzakirə zamanı deputatlardan biri Ermənistandan keçəcək hansısa yükün daşınmasına qadağa qoyulub-qoyulmayacağını soruşub. “Əlbəttə, ola bilər. Azərbaycanla da aramızda  bu məsələ ilə bağlı anlaşma var. Məsələn, qadağan olunmuş yüklər, o cümlədən silah və sursat daşına bilməz”, – deyə nazir bildirib. O, qadağan olunmuş yüklərin siyahılarının bir çox ölkələrə məlum olduğunu vurğulayıb.

Mirzoyan izah edib ki, maneəsiz nəqliyyat əlaqəsi dedikdə, adətən siyasi motivlərlə yaradılan süni əngəllərin aradan qaldırılması nəzərdə tutulur.“Gömrük və sərhəd səlahiyyətləri, eləcə də qanunvericilik çərçivəsində həyata keçirilən bütün bu məntiqli prosedurlar maneə hesab olunmur”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, TRIPP Ermənistan və ABŞ-nin birgə investisiya layihəsidir. Layihə Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsinin təmin edilməsini nəzərdə tutur.

“Azərbaycan”

Yaponiyada V əsrə aid şaman heykəlciyi aşkar edilib
Yaponiyanın Honşu adasında yerləşən Nişikaminomiya arxeoloji ərazisində V əsrə aid kurqanı əhatə edən xəndəkdə gildən hazırlanmış qadın şaman heykəlciyinin baş və gövdə hissələri aşkar edilib. Heykəlciyin günümüzə qədər gəlib çatan parçalarının ümumi uzunluğu təxminən 40,6 santimetrdir.

Qabarıq burnu və diqqətlə işlənmiş barmaqları ilə seçilən fiqurun qədim Yaponiyada dini ayinlər icra edən və insanlarla ruhlar aləmi arasında vasitəçilik etdiyinə inanılan qadın şamanı – “miko”nu təsvir etdiyi müəyyənləşdirilib. Bu qənaətə heykəlciyin ənənəvi yapon saç düzümü, gildən hazırlanmış bilərzikləri, qırmızı boya ilə işlənmiş bəzəkləri, gövdəsindəki qırmızı qurşağı və əlində tutduğu çubuqşəkilli əşya əsasında gəlinib.

“Haniwa” adlanan oxşar gil heykəlciklərə Yaponiyanın digər kurqanlarında - kofunlarda da rast gəlinib. Bu kurqanlar eramızın 300-700-cü illərini əhatə edən Kofun dövrünə adını verib. “Haniwa”ların ölülərə təqdim edilən nəzir əşyaları kimi istifadə olunduğu, bəzən isə mərhumların ruhlarını özündə daşıdığına inanıldığı düşünülür.

“Miko” isə insanlarla ruhlar aləmi arasında əlaqə yaradan şəxs hesab olunurdu. Tədqiqatçılar ehtimal edirlər ki, bu heykəlcik əvvəlcə böyük kurqanda aşkar edilmiş qayıq formalı daş sarkofaqın yaxınlığında yerləşdirilib. Lakin zaman keçdikcə yamac boyunca aşağı sürüşərək xəndəyə düşüb. Tapıntı hazırda Yaponiyanın Qunma Prefekturası Arxeoloji Tədqiqatlar Mərkəzinin muzeyində saxlanılır.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Artıq çəki beynin qocalmasını sürətləndirə bilər
ABŞ-nin Corciya Universitetinin yeni elmi araşdırması artıq çəkinin fiziki sağlamlıqla yanaşı, beynin fəaliyyətinə mənfi təsir göstərdiyini ortaya çıxarıb.

“Science Daily” portalının məlumatına görə, bədən kütlə indeksi yüksək olan insanlarda zehni qabiliyyətlərin pozulması daha sürətlə baş verir. Bu hal özünü yaddaş zəifləməsi, diqqət konsentrasiyasının yayılması və qərarqəbuletmə bacarığının aşağı düşməsi ilə göstərir.

Qeyd edək ki, tədqiqat 24 il ərzində 50 yaşdan yuxarı 8200-dən çox şəxsin sağlamlıq göstəricilərinin təhlili əsasında aparılıb. Müəyyən edilib ki, bədən kütlə indeksindəki hər 1 bəndlik artım zehni zəifləmənin sürətlənməsi ilə əlaqəlidir. Bu mənfi təsir xüsusilə tədqiqatın səkkizinci ilində və 65 yaşdan yuxarı şəxslərdə daha qabarıq özünü göstərib. Artıq çəkinin orqanizmdə iltihabi prosesləri artırması, qan dövranını pisləşdirməsi və insulin müqavimətinə yol açması beynin fəaliyyətini zəiflədən və Altsheymer riskini artıran əsas bioloji amillər kimi dəyərləndirilir.

Problem qlobal miqyasda böyük əhəmiyyət kəsb edir. Belə ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, ölkədə hər 5 nəfərdən 2-si piylənmədən əziyyət çəkir, bel çevrəsi və əlaqəli xəstəliklər nəzərə alındıqda isə bu göstərici 75 faizə çatır. Bununla belə, alimlər beynin qocalma tempini azaltmağın mümkün olduğunu bildirirlər. Çəkiyə nəzarət etmək beynin zehni zəifləmə tempini 2 il ərzində azalda bilər. Demensiya xəstəliyinin tam müalicəsi olmadığı üçün çəkiyə düzgün nəzarət olunması beynin sağlamlığını qorumağın ən asan və effektiv yollarından biri hesab olunur.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

“Şəfəq” GES-də tikinti yarıdan çox yol qət edib: 444 yerli sakin çalışır
Cəbrayıl rayonunda inşa olunan 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyasının (GES) tikintisi çərçivəsində fotovoltaik modulların quraşdırılması işləri 50 faiz tamamlanıb. Bu barədə BP-nin Azərbaycanda fəaliyyəti üzrə 2026-cı ilin ilk 9 ayının nəticələrinə dair hesabatında bildirilir.

Hesabata əsasən, əsas avadanlıqların təchizatı və çatdırılması başa çatıb, payaların və izləyici sistemlərin quraşdırılmasında əhəmiyyətli irəliləyiş əldə olunub. Elektrik quraşdırma işlərinə də başlanılıb. Hazırda layihəyə 444 yerli işçi cəlb olunub. Onlardan 150-si işğaldan azad edilmiş ərazilərdə məskunlaşan sakinlərdir. Tikintinin pik dövründə işçi sayının 700-ü ötəcəyi gözlənilir.

Layihə çərçivəsində indiyədək xəsarətsiz 1 milyon iş saatı qeydə alınıb. Tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam etdirilməsi planlaşdırılır.

“Azərbaycan”

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

8 Noyabr – Zəfər Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi, daimi sülh, rifah və firavanlıq arzularımı çatdırmaqdan şərəf duyuram.

Bu mühüm bayram Azərbaycan xalqının əzmkarlığını, birliyini və qətiyyətini əks etdirməklə yanaşı, sülhün dəyərini, həmçinin insanların sabitlik, təhlükəsizlik və firavan gələcəyə olan arzularını təcəssüm etdirir. Qoy, bu günün ruhu Azərbaycan və onun xalqı üçün yeni nailiyyətlərə ilham verməkdə davam etsin.

Mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanı təşviq edən və körpülər quran mötəbər beynəlxalq platforma olan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdən böyük məmnunluq duydum. Bakıda Zati-aliniz tərəfindən qəbul olunmaq xüsusi şərəf idi. Bu görüş bizə ortaq prioritetlərimiz və ICESCO ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi barədə dəyərli fikir mübadiləsi aparmaq imkanı yaratdı.

ICESCO ilə Azərbaycan Respublikası arasındakı səmimi və konstruktiv münasibətlər yüksək qiymətləndirilir. Bu, təhsil imkanlarının təşviqi, mədəni irsin qorunması, həmçinin xalqlar və sivilizasiyalar arasında dialoqun inkişafı sahəsindəki davamlı əməkdaşlığımızda öz əksini tapır. Əminəm ki, bu tərəfdaşlıq dərinləşərək təsir dairəsini genişləndirəcək, üzv dövlətlərimizə xidmət edən və daha dinc, harmoniyalı bir dünyaya töhfə verən birgə təşəbbüslər üçün yeni yollar açacaqdır.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edir, dost Azərbaycan xalqına bir daha davamlı sülh, rifah və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

Səlim bin Məhəmməd əl-Malik

ICESCO-nun Baş direktoru

Tovuzda müəllimlər arasında Zəfər Gününə həsr edilmiş intellektual yarış keçirilib
Tovuzda Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Qazax-Tovuz Regional Təhsil və Mədəniyyət idarəkərinin, eləcə də Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə müəllimlər arasında 8 Noyabr-Zəfər Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarış keçirilib.

Nizami adına Mədəniyyət Evində keçirilən tədbirin açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra iştirakçılar Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən “LA” rəsm kursunun şagirdlərinin Zəfər Gününə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxmışlar. Ardınca rayonun ümumtəhsil, orta ixtisas və peşə təhsili müəssisələrini, eləcə də mədəniyyət sahəsini təmsil edən  23 komandanın iştirak etdiyi yarışa start verilmiş, hər biri 6 nəfərdən ibarət olan komandalar mübarizəyə başlamışlar. Üç turdan ibarət gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda qalib komandalara mükafatlar təqdim olunmuşdur.

Sabir ƏLİYEV,

“Azərbaycan”

“OpenAI” daxili təhlükəsizlik boşluqları barədə xəbərdarlıq edirmiş
“OpenAI” şirkətinin keçmiş və hazırkı əməkdaşları illərdir daxili kiber-təhlükəsizlik qaydalarının zəifliyi və məlumat sızması riskləri ilə bağlı rəhbərliyə xəbərdarlıq edirmişlər.

“Reuters” Agentliyinin məlumatına görə, işçilər təhlükəsizlik problemlərini rəhbərlik və direktorlar şurasının diqqətinə çatdırsalar da, idarəçilər “Google” və “Anthropic” kimi rəqiblərlə yarışmaq və inkişaf sürətini saxlamaq üçün təhlükəsizlik tədbirlərini ikinci plana keçiriblər. Xüsusilə şirkət kodlarının böyük hissəsinin vahid daxili bazada saxlanılması və əməkdaşların böyük əksəriyyətinə açıq olması xarici hökumətlərin və ya casusların həssas məlumatları əldə etmə riskini artırıb. Bu narahatlıqlar oktyabr ayında rəhbərliyin iclas otağında gizli səsyazan cihazın tapılması və şirkətdə mühəndis işləyən vətəndaşın həbs olunması ilə daha da kəskinləşib.

Hadisə ilə bağlı açıqlama verən “OpenAI” nümayəndələri şirkətin dünyada ən çox hədəf alınan təşkilatlardan biri olduğunu bildirib. Şirkət rəhbərliyi daxili sistemi qorumaq üçün təhlükəsizlik infrastrukturunu gücləndirdiyini, həssas layihələrə girişi məhdudlaşdırdığını və mühafizə tədbirlərini artırdığını vurğulayıb.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Hər gün avokado və manqo yemək ürək sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırır
Hər gün bir ədəd avokado və bir fincan manqo yemək cəmi səkkiz həftə ərzində damarların fəaliyyətini yaxşılaşdıra və qan təzyiqini aşağı sala bilər. Üstəlik, bu dəyişikliklər çəki artımı və əlavə kalori qəbulu olmadan baş verə bilər. ABŞ-nin İllinoys Texnologiya İnstitutunun alimləri tərəfindən aparılan araşdırmada avokado və manqonun ürək-damar sağlamlığına təsiri öyrənilib. Nəticələr “Journal of the American Heart Association” jurnalında dərc olunub.

Tədqiqatda artıq çəkisi və ya piylənməsi olan, eyni zamanda prediabet diaqnozu qoyulmuş 82 nəfər iştirak edib. Onlar səkkiz həftə ərzində iki qrupa bölünüblər. Birinci qrup hər gün bir orta ölçülü avokado və bir fincan təzə manqo yeyib. Digər qrup isə eyni kaloriyə malik karbohidratlı qidalar qəbul edib. Nəticələr göstərib ki, avokado və manqo yeyən iştirakçılarda damarların qan axınına uyğun genişlənmə qabiliyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu göstərici 6,7 faizə yüksəldiyi halda, müqayisə qrupunda 4,6 faizə qədər azalıb.

Qan təzyiqində də müsbət dəyişikliklər qeydə alınıb. Xüsusilə kişilərdə mərkəzi qan təzyiqi avokado və manqo qəbul edənlərdə orta hesabla 1,9 mm civə sütunu azalıb. Müqayisə qrupunda isə əksinə, 5 mm civə sütunu artım müşahidə olunub. Alimlər həmçinin müəyyən ediblər ki, bu meyvələri qəbul edən iştirakçılar daha çox lif, C vitamini və doymamış yağlarla təmin olunublar. Böyrək funksiyasını qiymətləndirən bəzi göstəricilərdə də yaxşılaşma müşahidə edilib. Bununla belə, avokado və manqo xolesterin, qan şəkəri və iltihab göstəricilərində əhəmiyyətli dəyişiklik yaratmayıb. İştirakçıların bədən çəkisi və gündəlik kalori qəbulu da nəzərəçarpacaq dərəcədə dəyişməyib.

Tədqiqatçılar hesab edirlər ki, bu meyvələrin qidalanmaya daxil edilməsi, xüsusilə prediabetli insanlarda ürək-damar sağlamlığını dəstəkləyə bilər. Avokado sağlam doymamış yağlar və kalium, manqo isə lif və C vitamini ilə zəngindir. Alimlər nəticələrin ümidverici olduğunu, lakin əlavə araşdırmalara ehtiyac duyulduğunu vurğulayırlar. Tədqiqat cəmi səkkiz həftə davam etdiyi üçün bu təsirlərin uzun müddət qorunub-qorunmadığı hələ məlum deyil. Bundan başqa, araşdırma infarkt və insult kimi uzunmüddətli sağlamlıq nəticələrini deyil, ürək-damar risk göstəricilərini qiymətləndirib.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Prezident İlham Əliyevin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb VİDEO
Prezident İlham Əliyevin sosial media hesablarında “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə bağlı videoçarx paylaşılıb.

Paylaşımı təqdim edirik:

Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır
Rusiyanın zərbələri nəticəsində Ukraynada elektrik enerjisi təchizatı ilə bağlı vəziyyət mürəkkəb olaraq qalır. Bərpa işlərinin aparıldığı bir vaxtda hökumət və hüquq-mühafizə orqanları təmir işlərində geri qalan şirkətləri yoxlamalıdır.

Bu barədə AZƏRTAC Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına istinadla xəbər verir.

Dövlət başçısı bildirib ki, bütün ölkə ərazisində dövlət qurumları, vilayət və yerli hakimiyyət orqanları öz fəaliyyətlərini mümkün qədər operativ və tam şəkildə həyata keçirməlidir.

Prezident əlavə edib ki, bu tələb əhalini elektrik enerjisi, istilik və su ilə təmin edən şirkətlərə də aiddir.

“Bu günün sonunadək hökumətə və hüquq-mühafizə orqanlarına hazırda təmir və bərpa işlərində geri qalan şirkətlərlə tam əməkdaşlığı təmin edəcək müvafiq tədbirlər siyahısını təqdim etməyi tapşırmışam”, – deyə o bildirib.

V.Zelenski təkrar zərbələr və davamlı hava həyəcanı siqnalları səbəbindən təmir işlərinin daha da uzandığını vurğulayıb.

Eyni zamanda, o, qeyd edib ki, zəruri avadanlıq ehtiyatları yaradılıb və hər zərbədən sonra bərpa işləri aparılmalıdır.

“Hazırda Kiyevdə vəziyyət xüsusilə ağırdır, belə ki, əhali və müəssisələr elektrik enerjisi və suyun saatlarla kəsilməsi ilə üzləşir. Kiyev vilayətində, Jitomir, Çerniqov, Sumı, Poltava, Xarkov, Çerkassı və Vinnitsa vilayətlərində, eləcə də döyüş əməliyyatları ilə əlaqədar fövqəladə çətinliklərin yarandığı Donbasda da vəziyyət asan deyil”, – deyə dövlət başçısı vurğulayıb.

Ukrayna Prezidenti əlavə edib ki, ölkənin cənub bölgələrində elektrik enerjisinin qrafik üzrə və qəza səbəbindən təcili kəsilmə halları da mövcuddur.

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Milli Hidrometeorologiya Xidməti noyabrın 5-i axşamdan 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bu barədə AZƏRTAC-a xidmətdən bildirilib.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Neftçala, Salyan, Hacıqabul, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20,8-28,4 metrədək güclənəcək.

Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Şirvan, Yevlax, Tərtər, Ağdam, Bərdədə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13,9-20,7 metr təşkil edəcək.

Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi 90 faiz tamamlanıb
Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihəsi üzrə işlər 2026-cı ilin üçüncü rübünün sonuna 90 faiz tamamlanıb. Bu barədə BP-nin Azərbaycanda fəaliyyəti üzrə 2026-cı ilin ilk 9 ayının nəticələrinə dair hesabatında bildirilir.

Hesabata əsasən, Şahdəniz-2 sahəsində tikinti işlərindən istismar sınaqları və işəsalınmaya hazırlıq mərhələsinə keçid irəliləyib, AÇG sahəsində isə tikinti işləri davam edib. Terminaldan kənarda “AzərEnerji”nin dövlət elektrik şəbəkəsi infrastrukturunun yenilənməsi başa çatıb.

230 milyon dollar dəyərində layihənin iki mərhələdə tamamlanması nəzərdə tutulur. Birinci mərhələ 2027-ci ilin ortalarında, ikinci mərhələ isə 2028-ci ilin sonunadək başa çatacaq. STEL layihəsi Səngəçal terminalının dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. “Şəfəq” günəş elektrik stansiyası ilə əlaqəli layihə nəticəsində terminalın əməliyyatlarından yaranan emissiyaların təxminən 50 faiz azaldılması gözlənilir. Elektrikləşdirmədən sonra terminalda istifadə olunan 7 qaz turbininin mərhələli şəkildə demontajı və qənaət edilən yanacaq qazının ixraca yönəldilməsi planlaşdırılır.

Qeyd edək ki, 2026-cı ilin ilk 9 ayında Səngəçal terminalından təxminən 138 milyon barel neft və kondensat ixrac edilib. Bu həcmin hamısı Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəql olunub.

“Azərbaycan”

bp Azərbaycanda sponsorluq etdiyi layihələrə bu il 1,1 milyon dollar xərcləyib
2026-cı ilin ilk üç rübündə bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda təxminən 1,2 milyon dollar vəsait xərcləyib.

AZƏRTAC bp-nin 2026-cı ilin üçüncü rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, ilk doqquz ay ərzində bu layihələrə hazırda davam edən 26 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 2 layihə və ətraf mühit üzrə 2 təşəbbüs daxil idi.

Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2026-cı ilin üç rübündə təxminən 1,1 milyon dollar vəsait xərcləyib.

Bunlara hazırda davam edən 22 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ölkənin mədəni irsini və idmanı təbliğ edən 6 layihə, ətraf mühit üzrə 1 təşəbbüs və müxtəlif mövzularda 9 konfrans və seminara dəstək, yəni ümumilikdə 39 layihə daxildir.