02 Sentyabr 2026 10:30
43195
Oxucu məktubları
A- A+
Biyan bitkisinin tədarükü gəlirli sahədir

Biyan bitkisinin tədarükü gəlirli sahədir


Dərman bitkisi olan çoxillik şirinbiyan (və ya sadəcə biyan) dünyanın bir neçə coğrafiyasında, o cümlədən Azərbaycanda geniş yayılıb. Boyu 0,6-0,8 və bəzən 1 metrə çatır. Torpağın 2-7 metr dərinliyinə işləyən biyanın kökləri və kökümsov yumruları oduncağından da faydalıdır. Mayda bənövşəyi rəngdə paxlavari çiçək açmağa başlayır, kiçik lobya qınına bənzər meyvələri sentyabrdan etibarən yetişir. 

Nahaq yerə ona "Azərbaycanın jenşeni" demirlər. Ölkəmizdə bitən şirinbiyan çox faydalı dərman bitkisidir. Onun oduncağından, köklərindən, kök yumrularından xalq təbabətində öskürəyə, göyöskürəyə qarşı, bronxların, mədənin, ağ ciyərin, qara ciyərin, böyrəyin bir çox xəstəliklərinə qarşı çarə kimi istifadə olunur. Elmi təbabətdə isə bir çox xəstəliklərin müalicəsi və immunitetin möhkəmləndirilməsi üçün ondan təsirli dərmanlar hazırlanır. 

Min bir dərdin dərmanı olan şirinbiyan ölkəmizdə hər tərəfdə - çay sahillərndə, dərə və düzənliklərdə, bağlarda, həyətyanı və əkin sahələrində alaq otu kimi öz-özünə bitir, hətta bəzən cəngəlliklər əmələ gətirir, baxmayaraq ki, bəzi ölkələrdə onu mədəni bitki kimi əkib-becərirlər. 

Çoxillik yabanı çılpaq biyan ilin müxtəlif vaxtlarında toplanır, keyfiyyətli dərman xammalı olaraq istifadə edilir. Xammalın təkrar toplanması 8 ildən bir aparılmalıdır ki, həm kök yumruları tam yetişsin, həm də bitkinin nəsli tükənməsin. Hələ ki bizdə bu ehtiyatlar çoxdur. Onu xammal kimi toplayıb satışa çıxarmaqla bəzi rayonlarımızın kənd adamları fayda götürə bilirlər. 

Mən Salyanın Arbatan kəndində yaşayıram. Kəndimizin çöllərində, tarla kənarlarında biyan cəngəlliklərini, necə deyərlər, yarıb keçmək olmur. Bir neçə il əvvələ qədər kənd camaatı biyanı ilkin emal edərək xüsusən qardaş Türkiyədən gələn alıcılara satırdılar. Lakin nədənsə bu iş davamlı olmadı. Kaş ki, "Azərbaycan jenşeni" kənd sakinlərinə yenə də qazanc gətirərdi. Bu hamıya faydalı olardı -  alana da, satana da. 


Rəsul QASIMOV,

Salyan rayonunun Arbata kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:35
05 Noyabr

K.S.İmanovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:34
05 Noyabr

"Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:33
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!