22 May 2026 08:00
1188
SİYASƏT
A- A+
Ortaq strategiya və baxış bucağı

Ortaq strategiya və baxış bucağı


Azərbaycan Cənubi Qafqazın əsas siyasi və iqtisadi güc mərkəzidir


Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, söz sahibi olan dövlət kimi mövqeyini daha da gücləndirib. Ölkəmiz Cənubi Qafqaz regionunun da əsas siyasi və iqtisadi güc mərkəzinə çevrilib. Bakının balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasəti nəticəsində region ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq qurulub. 

Bölgəmizdə siyasi sabitliyin, iqtisadi inkişafın və regional əməkdaşlığın təmin olunmasında Azərbaycan-Gürcüstan münasibətlərinin xüsusi yeri var. İkitərəfli münasibətlər uzun illərdir qarşılıqlı etimad, ortaq maraqlar və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir. Bu səbəbdən Bakı ilə Tbilisi arasında formalaşmış əməkdaşlıq modeli region üçün ən uğurlu nümunələrdən biri hesab olunur. 

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə Bakıya səfəri çərçivəsində Azərbaycan və Gürcüstan ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair sənədlərin imzalanması ilə strateji tərəfdaşlıqlarını bir daha təsdiqləyiblər. İmzalanma mərasimi mayın 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə baş tutub. Liderlər imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini, xüsusən Azərbaycan və Gürcüstanın bir çox ölkə üçün bağlantı habı kimi mühüm rolunu vurğulayıblar. 

Görüşdə dövlətimizin başçısının bu ilin aprelində Gürcüstana dövlət səfəri məmnunluqla xatırlanıb, bu səfərin münasibətlərimizin möhkəmlənməsinə töhfəsi qeyd edilib.

Ölkələrimiz arasında siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat, logistika, sərmayələr və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib. 

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü iki dost və qonşu ölkə arasında münasibətlərin strateji xarakterini bir daha nümayiş etdirdi. Bu görüş eyni zamanda Azərbaycanın regionda enerji və nəqliyyat bağlantıları baxımından artan rolunun təsdiqidir. Bakı və Tbilisi təkcə ikitərəfli layihələr üzərində işləmir, həm də Şərqlə Qərb arasında mühüm tranzit körpüsü rolunu oynamaq üçün ortaq strategiya yürüdür. Görüşdə siyasi, ticari, enerji və sərmayə sahələrində böyük potensialın olmasının vurğulanması tərəflərin gələcəkdə daha iri layihələrə imza atmaq niyyətində olduğunu göstərir. 

İki ölkə arasında imzalanmış sənədlərə Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş, Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş və "Bakı-Tbilisi-Qars" yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu daxildir. Sənədlərin tərkibi göstərir ki, tərəflər daha çox iqtisadiyyatın onurğa sütununu təşkil edən sahələrə diqqət ayırırlar. 

Gürcüstan ərazisindən elektrik enerjisinin tranzitinə dair saziş hər iki ölkənin "yaşıl enerji" və alternativ dəhlizlər yaratmaq planları ilə üst-üstə düşür. Bu addım enerji bazarında mövqeyimizi daha da şaxələndirir. Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı sənəd də xüsusi əhəmiyyət kəsb edir. Çünki bu marşrut Çindən Avropaya qədər uzanan Orta dəhlizin ən mühüm halqasıdır. 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze "İmedi LIVE" verilişinə müsahibəsində Azərbaycanda imzalanan sənədlərin misilsiz əhəmiyyətə malik olduğunu deyib. Qaz və nəqliyyat sazişlərinə toxunan hökumət başçısı bildirib ki, bu məsələ elektrik enerjisinin idxalı və tranzitinə, eləcə də son 3 ildə dayandırılmış Bakı-Tbilisi-Supsa boru kəmərinə aiddir: "Ölkə ildə on milyonlarla lari məbləğində potensial gəlir itirirdi. Bu boru kəmərinin fəaliyyəti bərpa olunacaq və bunun üçün də yaxşı şərait var". Kobaxidze Gürcüstanla Azərbaycan arasında sərnişin dəmir yolu nəqliyyatının bərpa olunduğunu da vurğulayıb: "Bütün bu razılaşmalar ölkəmizin iqtisadi cəhətdən möhkəmlənməsi, enerji təhlükəsizliyi və tranzit funksiyamızın gücləndirilməsi üçün fundamental əhəmiyyət kəsb edir. Bir daha Azərbaycan tərəfinə dost münasibətinə və müvafiq razılaşmaya görə təşəkkür etmək istəyirəm". 

Baş nazir İrakli Kobaxidzenin imzalanan razılaşmaları yüksək qiymətləndirməsi rəsmi Tbilisinin inkişaf modelini birbaşa Azərbaycanla müttəfiqlikdə gördüyünün rəsmi bəyanı, Bakı ilə münasibətlərə verdiyi önəmin təzahürüdür. Baş nazirin Azərbaycana xüsusi təşəkkürünü ifadə etməsi Bakının çətin iqtisadi və geosiyasi şəraitdə regional tərəfdaşlarına tərəddüdsüz dəstəyindən qaynaqlanır. 

Hökumət başçısının dilə gətirdiyi ən mühüm fakt son 3 ildə fəaliyyəti dayandırılmış Bakı-Tbilisi-Supsa neft boru kəmərinin yenidən işə salınması planıdır. Kəmərin fəaliyyətinin bərpa edilməsi həm Gürcüstanın itirilmiş gəlirlərini geri qaytarır, həm də Azərbaycanın neft ixracı marşrutlarının şaxələndirilməsinə kömək edir. Gürcüstanla Azərbaycan arasında sərnişin dəmir yolu nəqliyyatının bərpa edilməsi isə sosial və turizm baxımından böyük sıçrayış deməkdir. Bu işgüzar və humanitar əlaqələr daha da stimullaşdırılacaqdır. 

Nəticə etibarilə Bakıda imzalanan tarixi sazişlər və bərpaolunan nəqliyyat-enerji xətləri Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının növbəti nümayişidir. Ortaq və uzaqgörən strategiya bütövlükdə Cənubi Qafqazda uzunmüddətli sabitliyin və təhlükəsizliyin təminatçısı rolunda çıxış edir.


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

22:48
24 May

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

18:58
24 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edir  

18:37
24 May

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla həmrəyik

18:04
24 May

Aşqabadda Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi təqdim olunub  

17:32
24 May

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

16:58
24 May

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

15:03
24 May

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

Qarabağ atları və Azərbaycan milli musiqisi Avropada böyük maraqla qarşılanıb  

15:01
24 May

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

14:27
24 May

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

13:09
24 May

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

12:59
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!