23 İyun 2026 09:40
69537
Oxucu məktubları
A- A+
"Yaşıl dərə"də bələdiyyə parkı salınıb

"Yaşıl dərə"də bələdiyyə parkı salınıb


Səhərin ilk saatlarıdır. Günəş şüaları "Yaşıl dərə" yaşayış massivinin üzərinə ələnərkən yeni salınmış parkın yaşıl örtüyü diqqəti cəlb edir. Təzəcə əkilmiş Eldar şamları, rəngarəng güllər, səliqə ilə salınmış piyada yolları və uşaq gülüşləri burada tamam fərqli bir ovqat yaradır. Bir vaxtlar boş və istifadəsiz qalan ərazi bu gün şəhər sakinlərinin görüş, istirahət və asudə vaxt ünvanına çevrilib.

Sumqayıtda  həyata keçirilən abadlıq və yaşıllaşdırma tədbirlərinin növbəti uğurlu nümunəsi olan bələdiyyə parkı məhz belə bir mənzərə yaradıb. Şəhərin "Yaşıl dərə" yaşayış massivində, Milli Qəhrəman Əliyar Əliyevin adını daşıyan küçədə salınmış park müasir şəhərsalma prinsiplərinə uyğun qurulmaqla yanaşı, ətraf mühitin qorunmasına və insanların rahatlığına xidmət edən mühüm sosial layihə kimi diqqət çəkir.

Ümumi sahəsi 3 min kvadratmetr olan parkın salınması Sumqayıt Bələdiyyəsinin üzərinə götürdüyü məsuliyyətli missiyanın uğurlu nəticəsidir. Layihənin hər detalında həm estetik zövq, həm də sakinlərin gündəlik tələbatı nəzərə alınıb.

Burada uşaqlar da unudulmayıb.  Yelləncəklərdə əylənən uşaqların sevinc dolu səsləri parkın canlılığını daha da artırır. Valideynlər isə yaxınlıqdakı oturacaqlarda əyləşərək şirin söhbət edirlər.

Parkın yaşıllaşdırılması istiqamətində görülən işlər də diqqətəlayiqdir. Əraziyə 200 Eldar şamı, 500 müxtəlif növ dekorativ kol bitkisi və mövsümi 1000 gül əkilib. Bu yaşıllıq zolaqları təkcə gözoxşayan mənzərə yaratmır, həm də şəhərin ekoloji mühitinin sağlamlaşdırılmasına mühüm töhfə verir. Hər əkilən ağac gələcəyə ünvanlanmış bir töhfə, hər gül isə şəhərin simasına vurulmuş yeni bir rəngdir.


İ.MƏHƏMMƏDQIZI,

Sumqayıt şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!