11 Avqust 2026 22:39
2104
Səfərlər
A- A+
Prezident İlham Əliyev Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub VİDEO  

Prezident İlham Əliyev Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub VİDEO  


Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, “Atelier Erich Pummer gmbh” şirkətinin direktoru Erix Pummer dövlətimizin başçısına və birinci xanıma türbədə görülən işlər barədə məlumat verdi.

Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncamla təsdiqlənmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikadakı tarix-memarlıq abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi və bərpa-konservasiya işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Möminə xatun türbəsində görülən işlər də bu proqrama uyğun icra olunur.

Yerli və xarici ekspertlər tərəfindən 2023-2025-ci illərdə aparılmış baxış və tədqiqatlar nəticəsində türbədə bərpa və konservasiya işlərinin görülməsi zəruri hesab edilib.

Dövlətimizin başçısı dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Möminə xatun türbəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında 2025-ci ildə Sərəncam imzalayıb.

Azərbaycan memarlığının görkəmli abidələrindən biri olan bu türbə 1186-cı ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilib. Tarixi mənbələrə əsasən, türbə Atabəylər Memarlıq Kompleksinin tərkib hissəsi olub. Dövrümüzədək kompleksdən yalnız bu abidə qorunub saxlanılıb. Abidənin ümumi hündürlüyü 34 metr olub. Lakin sonralar xarici örtüyünün 8 metrlik hissəsi dağıldığından hazırda onun hündürlüyü təxminən 26 metrdir. Türbə yeraltı və yerüstü hissələrdən ibarətdir.

Abidənin memarlıq xüsusiyyətləri və əhəmiyyəti nəzərə alınaraq Avstriyanın bu sahədə çoxillik təcrübəsi olan şirkəti ilə müqavilə bağlanıb, abidənin mövcud vəziyyəti qiymətləndirilərək hərtərəfli tədqiq və ölçmə işləri aparılıb. Hazırda abidənin bərpası, damın yenidən qurulması, məqbərədə mövcud əyilmənin ölçülməsi və nəzarətdə saxlanılması, həmçinin drenaj sisteminin qurulması ilə bağlı işlər görülür.

Möminə xatun türbəsi 2001-ci ildə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb. 1998-ci ildə isə UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib.

Qeyd edək ki, bu layihənin icrası tarixi irsimizin qorunması və təbliği baxımından çox mühüm əhəmiyyət daşıyır. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığının isə incilərindən biri olan Möminə xatun türbəsi böyük tarix və mədəniyyət yadigarımızdır. Görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin yaratdığı bu nadir və monumental sənət nümunəsi kompozisiya həlli ilə seçilir. Türbə, həmçinin Azərbaycanda həmin dövrlərdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani göstəricisidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər 

12:26
22 Sentyabr

Özbəkistan Xəzər dənizindəki limanlarda logistika infrastrukturunun yaradılımasına böyük əhəmiyyət verir  

12:01
22 Sentyabr

Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib YENİLƏNƏCƏK

11:58
22 Sentyabr

Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək  

11:49
22 Sentyabr

Ötən gün 51 cinayətin açılması təmin olunub

11:43
22 Sentyabr

Havada normadan artıq toz müşahidə olunur

11:41
22 Sentyabr

Yuri Lujkovun xatirə axşamında Prezident İlham Əliyevin müraciətinin mətni oxunub

11:40
22 Sentyabr

Ətraf mühitlə bağlı qanunlara yeni dəyişikliklər təklif olunur

11:38
22 Sentyabr

Makron Zelenski ilə görüşdən sonra Ukraynaya yeni dəstək tədbirlərini açıqlayıb

11:12
22 Sentyabr

Kuybışevdə neftayırma zavodu dron hücumuna məruz qalıb

11:11
22 Sentyabr

Respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşıb

11:02
22 Sentyabr

Ağdam-Xankəndi dəmir yolu xəttinin bərpası istiqamətində işlər davam etdirilir

11:00
22 Sentyabr

Qızıl və gümüşün ucuzlaşması davam edir

10:58
22 Sentyabr

Birjalarda neft bahalaşıb

10:57
22 Sentyabr

İnsanabənzər robotlar erası başlayır: ötən il dünyada 7 min android satılıb

10:40
22 Sentyabr

ABŞ Eritreya hakim partiyasına və ordusuna qarşı sanksiyaları ləğv etdi

10:35
22 Sentyabr

ABŞ və Çin ticarət və süni intellekt mövzularında konstruktiv məsləhətləşmələr aparıblar

10:30
22 Sentyabr

Sudanda mədən çökməsi nəticəsində 11 nəfər ölüb, 30 nəfər yaralanıb

10:25
22 Sentyabr

"Formula-1" Azərbaycan Qran-prisinə 2 gün qaldı

10:20
22 Sentyabr

Dəniz şəhərində polad avtoqraf  

10:15
22 Sentyabr

Yeni layihələr, işgüzar görüşlər, genişlənən əməkdaşlıq

10:10
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!