22 Sentyabr 2026 08:05
4111
Mədəniyyət
A- A+
Dünyanın mənəvi xəzinəsində Azərbaycan imzası

Dünyanın mənəvi xəzinəsində Azərbaycan imzası


Azərbaycanın çoxəsrlik tarixi yalnız dövlətçilik ənənələri, zəngin maddi-mədəniyyət nümunələri ilə deyil, həm də bəşəri düşüncənin inkişafına töhfələr vermiş görkəmli şəxsiyyətləri ilə seçilir. Əsrlər boyu bu torpağın övladları olan şairlər, filosoflar və mütəfəkkirlər öz yaradıcılıqları ilə yaşadıqları dövrün sərhədlərini aşaraq dünya mədəniyyətinin zənginləşməsində mühüm rol oynayıblar. Onların əsərlərində insan, həyat, ədalət, mənəviyyat, sevgi, azadlıq və kamillik kimi ümumbəşəri mövzular ön plana çıxıb. Bu səbəbdən Azərbaycan mədəni irsi yalnız bir xalqın milli sərvəti deyil, eyni zamanda bəşəriyyətin ortaq mənəvi xəzinəsinin ayrılmaz hissəsidir.

Prezident İlham Əliyev sentyabrın 15-də Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edərkən çıxışında xalqımızın içindən çıxmış böyük şəxsiyyətlərin dünya mədəniyyətindəki yerinə xüsusi diqqət çəkib: "Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir. Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir - XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Yəni onların hər biri böyük bir dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün islam aləmi üçün çox böyük dəyərdir".

Dövlət başçısının sadaladığı şəxsiyyətlərin hər birinin adı böyük bir mədəni və mənəvi dünyanın rəmzidir. Onları əsrlər ayırsa da, yaradıcılıqlarını birləşdirən mühüm cəhətlər var: insana verilən yüksək dəyər, elmə və idraka çağırış, mənəvi kamillik axtarışı, ədalət ideyası və bəşəri dəyərlərə sədaqət.

Azərbaycan ədəbiyyatının və Şərq poetik-fəlsəfi fikrinin ən böyük simalarından biri Nizami Gəncəvidir. XII əsrdə Gəncədə yaşayıb-yaradan böyük şairin irsi əsrlərdir müxtəlif xalqlar tərəfindən oxunur və araşdırılır. Onun "Xəmsə"si yalnız Azərbaycan və Şərq ədəbiyyatının deyil, dünya söz sənətinin nadir incilərindəndir. Nizami insanı əsərlərinin mərkəzinə gətirmiş, onun mənəvi yüksəlişini, ədalətə münasibətini, sevgisini, ağlını və vicdanını bədii-fəlsəfi düşüncənin əsas mövzularına çevirmişdir. Şair ideal cəmiyyət haqqında düşünərkən ədalətli idarəçiliyi ön plana çəkir, insanın dəyərinin onun mənşəyi və var-dövləti ilə deyil, ağlı, biliyi və mənəviyyatı ilə ölçüldüyünü göstərirdi.

XII əsr Azərbaycan ədəbi mühitinin digər böyük nümayəndəsi Xaqani Şirvanidir. Şamaxıda doğulan Xaqani klassik Şərq poeziyasında mürəkkəb poetik dili, geniş dünyagörüşü və güclü fəlsəfi düşüncəsi ilə seçilir. Onun yaradıcılığında insan taleyi, zaman, həyatın faniliyi, mənəvi azadlıq, ictimai ədalətsizlik kimi mövzular mühüm yer tutur. Şairin məşhur "Mədain xərabələri" əsəri tarixin, hakimiyyətin və dünyanın keçiciliyi üzərində qurulan dərin poetik düşüncənin nümunəsidir. Xaqaninin poeziyası yalnız gözəl söz sənəti deyil, həm də yaşadığı dövrə, insana və cəmiyyətə münasibətin ifadəsidir. Buna görə onun irsi əsrlər sonra da araşdırılır və klassik ədəbiyyatın zəngin xəzinəsinin mühüm hissəsi olaraq qalır.

XIV əsrin sonu - XV əsrin əvvəllərində yaşayıb-yaratmış İmadəddin Nəsimi də Azərbaycan ədəbiyyatında insanın mənəvi qüdrətini ən yüksək poetik səviyyəyə qaldıran şəxsiyyətlərdəndir. Nəsimi poeziyasında şairin insanı ucaldan fəlsəfəsi onun yaradıcılığının əsrləri aşmasının əsas səbəblərindən biridir. Onun yaradıcılığında insanın özünü və dünyanı dərk etməsi, mənəvi azadlıq, həqiqət axtarışı mühüm yer tutur. Azərbaycan dilinin poetik imkanlarından böyük ustalıqla istifadə edən Nəsimi ana dilində fəlsəfi lirikanın inkişafına mühüm töhfələr verib.

Prezident İlham Əliyevin çıxışında xüsusi qeyd etdiyi görkəmli şəxsiyyətlərdən biri də XV əsrin böyük mütəfəkkiri Seyid Yəhya Bakuvidir. Dövlət başçısı Bakıda eyni vaxtda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsinin böyük məna daşıdığını vurğulayıb, Bakuvinin yaşayıb-yaratdığı dövrdə çox böyük iz qoyduğunu bildirib. Fəlsəfi və təsəvvüf düşüncəsinin görkəmli nümayəndələrindən biri olan Seyid Yəhya Bakuvinin fəaliyyəti Bakının orta əsrlərdə yalnız iqtisadi və siyasi deyil, həm də mühüm elm və mənəviyyat mərkəzlərindən biri olduğunu göstərir. Bakuvinin düşüncə sistemində insanın mənəvi saflaşması, özünü dərk etməsi, əxlaqi kamilliyə yüksəlməsi mühüm yer tutur. Bu ideyaların əsrlər sonra da maraq doğurması onun irsinin yalnız yaşadığı dövrə aid olmadığını göstərir.

XVI əsrdə Azərbaycan tarixində həm dövlət xadimi, həm sərkərdə, həm də şair kimi silinməz iz qoyan Şah İsmayıl Xətai meydana çıxır. Şairin Azərbaycan dilində yaratdığı poeziya ana dilimizin ədəbi mövqeyinin möhkəmlənməsində mühüm rol oynayıb. Sadə, aydın və təsirli dili onun şeirlərini geniş xalq kütlələrinə yaxınlaşdırıb. Xətainin poeziyasında vətən, insan, mənəviyyat, sevgi və qəhrəmanlıq motivləri mühüm yer tutur. Onun fəaliyyəti Azərbaycan dövlətçilik tarixinin mühüm mərhələlərindən biri ilə bağlı olduğu kimi, yaradıcılığı da milli ədəbi düşüncənin inkişafında xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Xətai həm siyasi tariximizin, həm də mədəni yaddaşımızın böyük simalarındandır.

XVI əsrin bəşəriyyətə bəxş etdiyi ən böyük söz ustalarından olan Məhəmməd Füzuli yaradıcılığı əsrlərin sınağından keçərək bu gün də öz poetik qüdrətini qoruyur. Onun əsərlərində məhəbbət, sadəcə, iki insan arasındakı hiss kimi təqdim edilmir, insanın mənəvi yüksəlişinə aparan böyük bir qüvvəyə çevrilir. "Leyli və Məcnun" əsəri bunun ən möhtəşəm nümunələrindəndir. Azərbaycan dilinin poetik imkanlarını yüksək zirvəyə qaldıran Füzuli özündən sonrakı ədəbiyyata güclü təsir göstərib.

Nizami, Xaqani, Nəsimi, Yəhya Bakuvi, Xətai və Füzulinin yaşadığı əsrlərə nəzər saldıqda mühüm bir tarixi həqiqət də üzə çıxır. XII-XVI əsrləri əhatə edən böyük zaman kəsiyində Azərbaycan torpağında müxtəlif nəsillərə mənsub qüdrətli söz və fikir adamlarının yetişməsi burada güclü mədəni-intellektual ənənənin mövcudluğundan xəbər verir. Gəncə, Şamaxı, Bakı və digər mədəniyyət mərkəzlərində formalaşmış mühit Şərq və islam sivilizasiyasının inkişafında özünəməxsus rol oynayıb.

Bu dahilərin yaratdığı irs Azərbaycan xalqının milli kimliyinin formalaşmasına da böyük təsir göstərib. Xalqın tarixi yaddaşı yalnız siyasi hadisələrdən ibarət deyil. Millətin yaddaşını onun dili, ədəbiyyatı, musiqisi, fəlsəfəsi və əsrlər boyu yaratdığı mənəvi dəyərlər də yaşadır. Böyük şəxsiyyətlər isə bu yaddaşı bir əsrdən digərinə daşıyan mənəvi körpülərdir. Onların əsərlərində ifadə olunan bir çox ideya bu gün də öz əhəmiyyətini itirməyib. Ədalətə çağırış, insan ləyaqətinə hörmət, elm və biliyin ucaldılması, mənəvi kamillik, sevgi, tolerantlıq və insanın özünü dərk etməsi müasir dünyanın da ehtiyac duyduğu dəyərlərdəndir. Məhz buna görə klassik irsə münasibət yalnız keçmişə ehtiram məsələsi deyil. Bu irsin öyrənilməsi eyni zamanda gələcək nəsillərin mənəvi və intellektual inkişafına xidmət edir.

Bu gün Azərbaycan öz zəngin mədəni irsinin qorunması və dünyada tanıdılması istiqamətində fəaliyyətini davam etdirir. Bakının beynəlxalq mədəni və elmi tədbirlərə evsahibliyi etməsi, klassiklərimizin yubileylərinin, onların yaradıcılığına həsr olunmuş konfrans və tədbirlərin keçirilməsi qədim irsin müasir dövrlə əlaqəsini gücləndirir. 15 sentyabrda Bakıda Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi də bu baxımdan əlamətdardır. Prezident 

İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqının yetişdirdiyi bu böyük şəxsiyyətlərin qoyduğu tarixi-mədəni miras həm xalqımız, həm də daha geniş mədəni coğrafiya üçün böyük dəyər daşıyır.

Əsrlər dəyişir, nəsillər bir-birini əvəz edir, lakin böyük ideyalar yaşayır. Nizaminin ədalət düşüncəsi, Xaqaninin fəlsəfi baxışları, Nəsiminin insanı ucaldan poeziyası, Yəhya Bakuvinin mənəvi kamillik çağırışı, Xətainin ana dilinə verdiyi dəyər, Füzulinin insan ruhunun dərinliklərinə nüfuz edən söz sənəti bu gün də mədəniyyətimizin mənəvi sütunlarıdır. Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi dahilər sübut edirlər ki, bu torpağın ən böyük sərvətlərindən biri onun yaratdığı fikirdir, sözdür, mənəvi irsdir.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

Britaniyadan “Hazır ol” çağırışı  

20:13
23 Oktyabr

Xankəndidə “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib – YENİLƏNİB 2 

20:10
23 Oktyabr

Xankəndidə keçirilən beynəlxalq forumda “ASAN xidmət” təcrübəsi təqdim olunub  

20:09
23 Oktyabr

Tramp: İstəsək, İranın bütün neftini və ölkənin özünü ələ keçirə bilərik  

20:07
23 Oktyabr

Türkiyə və Özbəkistan nümayəndə heyətləri Zəfər parkında və Qarabağ Universitetində olublar  

19:58
23 Oktyabr

XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib  

19:23
23 Oktyabr

Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib 

19:18
23 Oktyabr

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Laçın və Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib  

18:53
23 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:28
23 Oktyabr

Toy səbətinə günəş doğur - Nigeriyada qeyri-adi ənənə  

18:16
23 Oktyabr

Polyester parçaları karbon qazı vasitəsilə təkrar emal etməyin üsulu tapılıb  

17:59
23 Oktyabr

Diabet xəstələri üçün qandakı artıq qlükozanı parçalaya bilən implant hazırlanıb  

17:43
23 Oktyabr

"Çampi" tayfunu nəticəsində yüzlərlə uçuş ləğv olunub  

17:39
23 Oktyabr

Çilidə uzunluğu 5 metrə yaxın olan siyənək kralı aşkarlanıb  

17:23
23 Oktyabr

Rumıniya mətbuatı: Trans-Xəzər dəhlizində yükdaşımalar 30 faiz artıb, Azərbaycan və Qazaxıstan donanmalarını genişləndirirlər

17:03
23 Oktyabr

"SOCGOV 2026" çərçivəsində tematik qrupların müzakirə nəticələri əsasında Yekun Bəyanat qəbul olunub

17:00
23 Oktyabr

Premyer Liqa: “Qəbələ” “Araz-Naxçıvan”a qalib gəlib  

16:58
23 Oktyabr

İrəvanın vaxt oyunu və qeyri-müəyyənliyi

16:52
23 Oktyabr

Fransada silahlı hücum baş verib, ölən və yaralananlar var  

16:31
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!