23 Oktyabr 2026 15:10
204
CƏMİYYƏT
A- A+
“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur

“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur


Yerli və beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmiş Xankəndi şəhəri bu gün sosial xidmətlərin gələcəyinin müzakirə mərkəzidir.

AZƏRTAC xəbər verir ki, sosial sahədə innovativ idarəetməyə yönəlmiş qlobal platforma olan "SOCGOV" oktyabrın 23-də Xankəndidə keçirilir. “Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusuna həsr olunan forum yerli və beynəlxalq ekspertləri bir araya gətirib.

Tədbir sosial xidmətlərdə süni intellekt və rəqəmsal analitikanın tətbiq perspektivlərinin qiymətləndirilməsi, dövlət-vətəndaş münasibətlərinin daha əlçatan, çevik və şəffaf model üzərində qurulması üçün innovativ həllərin müəyyən edilməsi məqsədi daşıyır.

Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) kimi nüfuzlu qurumların rəsmi təqvimində yer alan forumda dünyanın 12 ölkəsindən 300-ə yaxın nümayəndə, o cümlədən ekspertlər və vəzifəli şəxslər iştirak edirlər.

Tədbirdə əvvəlcə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əməkdaşlarının və benefisiarlarının ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçmiş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin rəsmi hissəsində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan, BSTA-nın Baş katibi Marcelo Abi-Ramia Caetano (videomüraciət), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Avropa Sosial Şəbəkəsinin sədri Kristian Fillet (videomüraciət) çıxış ediblər.

Rəsmi hissədən sonra "Süni intellekt və dataəsaslı dövlət idarəçiliyi: imkanlar, risklər və gələcək" mövzusunda panel sessiya, o cümlədən dövlət və özəl sektorun baxışlarını əks etdirən spikerlərin qısa çıxışları və debatları olub.

Tədbir zamanı, həmçinin DOST Agentliyinin fəaliyyətini əks etdirən, o cümlədən "SOCGOV 2026"ya aid videoçarxlar da nümayiş etdirilib.

Bundan əlavə, tədbirdə tematik İşçi qrupları ilə müzakirələr təşkil olunacaq. Müzakirələrin mərkəzində rəqəmsal analitika, süni intellektin sosial xidmətlərə tətbiqi, etik idarəetmə və məlumatlara əsaslanan qərarvermə dayanır.

Forumda sosial xidmətlər sahəsində süni intellektəsaslı innovativ həlləri təşviq edən “AI4DOST Social Award” beynəlxalq müsabiqəsinin qaliblərinin mükafatlandırılması da nəzərdə tutulur.

Qeyd edək ki, tədbirin keçirilməsi üçün Xankəndinin seçilməsi simvolik əhəmiyyət daşıyır. Bu, işğaldan azad olunmuş ərazilərdə qurulan yeni həyatın və “Ağıllı şəhər” konsepsiyasının təqdimatı baxımından mühüm əhəmiyyət kəsb edir.

“SOCGOV 2026” sosial xidmətlərin rəqəmsal analitika əsasında inkişafı, “ağıllı” idarəetmə modellərinin tətbiqi və bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin mübadiləsi baxımından mühüm platforma olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Toy səbətinə günəş doğur - Nigeriyada qeyri-adi ənənə  

18:16
23 Oktyabr

Polyester parçaları karbon qazı vasitəsilə təkrar emal etməyin üsulu tapılıb  

17:59
23 Oktyabr

Diabet xəstələri üçün qandakı artıq qlükozanı parçalaya bilən implant hazırlanıb  

17:43
23 Oktyabr

"Çampi" tayfunu nəticəsində yüzlərlə uçuş ləğv olunub  

17:39
23 Oktyabr

Çilidə uzunluğu 5 metrə yaxın olan siyənək kralı aşkarlanıb  

17:23
23 Oktyabr

Rumıniya mətbuatı: Trans-Xəzər dəhlizində yükdaşımalar 30 faiz artıb, Azərbaycan və Qazaxıstan donanmalarını genişləndirirlər

17:03
23 Oktyabr

"SOCGOV 2026" çərçivəsində tematik qrupların müzakirə nəticələri əsasında Yekun Bəyanat qəbul olunub

17:00
23 Oktyabr

Premyer Liqa: “Qəbələ” “Araz-Naxçıvan”a qalib gəlib  

16:58
23 Oktyabr

İrəvanın vaxt oyunu və qeyri-müəyyənliyi

16:52
23 Oktyabr

Fransada silahlı hücum baş verib, ölən və yaralananlar var  

16:31
23 Oktyabr

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti növbəti iki gün də davam edəcək – XƏBƏRDARLIQ  

16:09
23 Oktyabr

Fövqəladə hallar naziri Qaxda vətəndaş müraciətlərini dinləyib  

16:01
23 Oktyabr

“Azəriqaz”ın baş direktoru Ağcabədi rayonunda vətəndaşlarla görüşüb  

15:57
23 Oktyabr

Rusiyadan ABŞ-yə ilk dizel yanacağı tankeri yola salınıb

15:48
23 Oktyabr

YAP-ın İnformasiya Texnologiyaları İnstitutu üzrə ərazi partiya təşkilatının iclası olub  

15:37
23 Oktyabr

Kreml: Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqları Əbu-Dabidə keçiriləcək  

15:25
23 Oktyabr

Ukrayna qoşunları Rusiya ordusunun bir neçə obyektinə zərbələr endirib  

15:17
23 Oktyabr

MSK-nın nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək  

15:15
23 Oktyabr

“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur

15:10
23 Oktyabr

Energetika naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

15:07
23 Oktyabr

“SOCGOV 2026” beynəlxalq forumu çərçivəsində ikitərəfli görüşlər olub

15:04
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!