19 Sentyabr 2026 08:00
959
SİYASƏT
A- A+
23 saatlıq Zəfərin qüruru

23 saatlıq Zəfərin qüruru


3 il əvvəl "dəmir yumruq" Qarabağda separatizmin başını əzdi


2023-cü ilin 19-20 sentyabr tarixləri Azərbaycanın dövlətçilik salnaməsinə millətin qürurunun, bütövlüyünün və sarsılmaz Zəfər iradəsinin zirvəsi kimi həkk olundu. 2020-ci ildə "dəmir yumruq" altında diz çöküb kapitulyasiya aktına imza atan düşmənə həmin tarixlərdə bir daha unutmayacağı şəkildə başa salındı ki, bu müqəddəs torpaqlarda yalnız bir dövlətin - Azərbaycanın əbədi qanunları hökm sürə və üçrəngli bayrağı dalğalana bilər! 

Bu gerçəyi 2023-cü il sentyabrın 20-də xalqa müraciətində Prezident İlham Əliyev bir daha dünyaya bəyan etdi: "İkinci Qarabağ müharibəsi başa çatanda, Ermənistan ağ bayraq qaldıranda, diz çökəndə, kapitulyasiya aktına imza atanda mən demişdim ki, status cəhənnəmə getdi. Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, "dəmir yumruq" yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz!"


Ədalət təmin olundu


Sərsəm "Miatsum" xülyasına qapılaraq dinc azərbaycanlılara qarşı etnik və milli zəmində təmizləmə siyasəti həyata keçirən ermənilər Qarabağ bölgəsini separatizm yuvasına çevirmişdilər. Qarabağ de-yure ölkəmizin ərazisi olsa da, 1988-ci ildən etibarən bu bölgə de-fakto Azərbaycan qanunlarının işləmədiyi, separatizmin at oynatdığı "boz zona"ya çevrilmişdi. Özbaşına "müstəqillik" elan edən, əski parçaları düzəldən, "Artsax" adlı qondarma qurum yaradan separatçılar ötən illər ərzində Qarabağı Azərbaycandan qoparmaq üçün çirkin əməllərə, hərbi cinayətlərə əl atmışdılar. Ermənistan və separatçılar ərazilərimizi işğal etməkdən, azərbaycanlıları zorla öz yurdlarından didərgin salmaqdan, onlara qarşı soyqırımları törətməkdən tutmuş ölkəmizə qarşı hər cür təcavüzkarlıqlar həyata keçirmişdilər. Ən dəhşətlisi isə bunu bütün dünyanın gözü qarşısında açıq-aşkar etmələrinə baxmayaraq, beynəlxalq təşkilatların susqunluq nümayiş etdirməsi idi. BMT qətnamələri kağız üzərində qalmışdı, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli ilə bağlı faktiki olaraq heç bir iş görmürdülər, onun sonsuzadək sürdürülməsi kimi məkrli niyyət güdürdülər. 

Lakin 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ilə torpaqlarının işğalına son qoyan Azərbaycan beynəlxalq ədaləti özü təmin etməli oldu. İkinci Qarabağ müharibəsinin üzərindən ötən üçillik zaman kəsiyində də ölkəmiz silsilə qələbələrə imza atdı. 23 aprel 2023-cü ildə Laçında sərhəd-buraxılış məntəqəsinin qurulması ilə ərazi bütövlüyümüz bərpa edildi və bayrağımız bütün sərhədlərimizdə dalğalandırıldı. 

Vətən müharibəsindən sonra Ermənistan rəhbərliyi bir tərəfdən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını yüksək tribunalarda, sülh istiqamətində keçirilən üçtərəfli görüşlərdə etiraf edir, digər yandan davamlı şəkildə ölkəmizə qarşı siyasi, hərbi təxribatlar törədirdi. Qərbdəki himayədarlarına güvənən Ermənistan rəhbərliyi getdikcə həddini aşan əməllər də tuturdu. Nikol Paşinyanın 2023-cü il sentyabrın əvvəlində Qarabağda qondarma "prezident seçkiləri"nə dəstək göstərməsi Ermənistanın həddini aşdığının növbəti göstəricisi idi. 

Həmçinin Vətən müharibəsindən 2023-cü ilədək keçən üç ilə yaxın müddət ərzində öhdəliklərinə zidd şəkildə Ermənistan Azərbaycan ərazilərinə əlavə silah-sursat, hərbi texnika, minalar ötürür, milli sərvətlərimizi talayırdı. 


İldırım sürətli qələbə 


2023-cü il sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa yolunda törədilən növbəti xain terror aktı isə səbrimizi daşıran son damla oldu. Erməni kəşfiyyat-diversiya qruplarının sözügedən avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırdığı minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları həlak oldu və yaralandılar. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu yaralandı.

Həmin zaman Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilirdi ki, erməni silahlı qüvvələrinin bu təxribatları davam etdirmək məqsədilə döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edilib: "Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb".

Azərbaycan dərhal "dəmir yumruğ"u işə salaraq düşməni layiqincə cəzalandırdı. Lokal xarakterli antiterror tədbirləri zamanı cəmi bir gün ərzində terrorçuların başı əzildi, xuntaçılara "ağ bayraq" qaldırtdırıldı. 23 saat 43 dəqiqə ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində igid döyüşçülərimiz böyük qəhrəmanlıq və peşəkarlıq göstərərək Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş Ermənistanın ordu bölmələrinin böyük hissəsini tamamilə məhv etdilər. Eyni zamanda hərbi texnika sıradan çıxarıldı. 

Rəşadətli ordumuz cəmi bir gün ərzində düşməni diz çökərək ağ bayraq qaldırmağa və sentyabrın 20-də saat 13:00-da şərtlərimizi qəbul etməyə məcbur etdi. 

Bunu da vurğulayaq ki, lokal xarakterli antiterror tədbirləri zamanı hərbçilərimiz tərəfindən yalnız hərbi hədəflər sıradan çıxarıldı. Qarabağda aparılan antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin edildi. Azərbaycan qarşıya qoyulan bütün hədəflərə nail oldu, kommunikasiyalar, yollar, yüksəkliklər nəzarətə götürüldü. Bütün Qarabağ ərazisində Azərbaycan qanunları və siyasi hakimiyyət təmin olundu. 

İllərdir xalqımızın qanına susayan separatçıların başçıları qandallanaraq Bakıya gətirildi və ədalət mühakiməsinə təslim edildi.

Cəmi 23 saata həyata keçirilən bu tarixi əməliyyat ədalətsizliyə və separatizmə vurulan son, qətiyyətli zərbə oldu. Yüz il boyunca Azərbaycan torpaqlarında cücərdilməyə çalışılan sərsəm "böyük Ermənistan" xülyası, "Miatsum" avantürası və qondarma "Artsax" rejimi birdəfəlik tarixin zibilliyinə atıldı.

Bu gün Qarabağın hər qarışında Azərbaycan qanunları bərqərar olub. Ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa edən Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun qəhrəmanlığı ilə regionda yeni reallıq yaratdı. Bu Zəfər milli ləyaqətimizin, ədalətin və sarsılmaz birliyimizin təntənəsi və "Qarabağ Azərbaycandır!" haqq nidasının rəmzidir. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin 15 oktyabr 2023-cü ildə Xankəndidə Zəfər meydanında Azərbaycan Dövlət Bayrağını qürurla yüksəldən zaman dediyi kimi: 

"Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

18:51
19 Sentyabr

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb

18:49
19 Sentyabr

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

18:46
19 Sentyabr

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

16:05
19 Sentyabr

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

16:03
19 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

15:58
19 Sentyabr

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

15:43
19 Sentyabr

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

15:42
19 Sentyabr

Bazar gününün hava proqnozu açıqlanıb

15:41
19 Sentyabr

Təhlükəsiz və güclü Türk dünyası: Azərbaycanın strateji baxışı

15:13
19 Sentyabr

Dövlət suverenliyimiz milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsidir

14:38
19 Sentyabr

Zəfər salnaməsi: antiterror tədbirlərindən 3 il ötür   

14:36
19 Sentyabr

Enerji, nəqliyyat və ideoloji sabitlik: Türk dünyasının qlobal gücə çevrilmə yolu  

14:05
19 Sentyabr

Azərbaycanın dövlət suverenliyi: Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol

13:58
19 Sentyabr

Ağdərə Qarabağın yaşıl enerji mərkəzinə çevrilir

12:54
19 Sentyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

12:52
19 Sentyabr

Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyası açılıb

12:49
19 Sentyabr

Dövlətimizin suverenlik günü

12:34
19 Sentyabr

Qürur duyuruq ki, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olunub

12:08
19 Sentyabr

Tramp Si Cinpinlə bir neçə razılaşma əldə etməyə ümid edir

11:06
19 Sentyabr

Əziz Ələkbərli: Ermənistan 44 günlük müharibənin dərslərindən qətiyyən nəticə çıxarmayıb

10:59
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!