22 Sentyabr 2026 10:40
2142
Elm və texnika
A- A+
İnsanabənzər robotlar erası başlayır: ötən il dünyada 7 min android satılıb

İnsanabənzər robotlar erası başlayır: ötən il dünyada 7 min android satılıb


İnsanabənzər robotlar bazarı inkişafının yeni mərhələsinə qədəm qoyur. 2025-ci ildə dünyada təxminən 7 min belə robot satılıb. Bununla belə, onların robototexnika bazarının ümumi həcmi içərisində payı hələlik cüzi olaraq qalır, genişmiqyaslı praktiki tətbiqi isə yenicə formalaşır.

AZƏRTAC "Reuters" agentliyinə istinadla xəbər verir ki, Beynəlxalq Robototexnika Federasiyası (IFR) 2025-ci ilin yekunlarına əsasən, ilk dəfə insanabənzər robotları statistikasına daxil edib. Təşkilat bu kateqoriyaya zahirən insana bənzəyən və ilkin olaraq insanlar üçün nəzərdə tutulmuş mühitdə avtonom işləyə bilən robotları aid edir. Bu zaman robotların ayaqlarının olması məcburi şərt deyil, belə ki, onları təkərli platformalar da əvəz edə bilər.

Yeni seqmentin miqyası ənənəvi sənaye robototexnikası ilə müqayisədə xüsusilə nəzərə çarpır. 2024-cü ildə dünyada 4,66 milyondan çox sənaye robotu istismarda olub, yalnız bir il ərzində isə 542 mindən çox yeni robot quraşdırılıb. IFR-in 2025-ci il üzrə sənaye robotlarına dair məlumatları daha sonra açıqlanacaq.

Bununla belə, insanabənzər robotların hazırkı satış göstəriciləri onların istehsalatda geniş tətbiq olunması anlamına gəlmir. IFR-in məlumatına görə, ötən il satılan robotların əhəmiyyətli hissəsindən hələlik təlim, eksperiment və tədqiqat layihələrində istifadə olunur. Bu texnologiyanın əsas korporativ istifadəçilərindən olan avtomobil istehsalçıları, adətən, ayrı-ayrı müəssisələrdə bir neçə robotdan onlarla robotadək yerləşdirirlər. IFR üç onillikdir sənaye robotları bazarı üzrə statistika toplayır, lakin insanabənzər robotlar ilk dəfə 2025-ci ilin yekunlarına əsasən bu statistikaya daxil edilib.

Beləliklə, insanabənzər robotların hazırkı bazarı artıq genişmiqyaslı avtomatlaşdırmanın formalaşdığını deyil, daha çox eksperimental mərhələdən sənaye seqmentinin formalaşmasına keçidi əks etdirir. Burada əsas məsələ istehsal olunan robotların sayından daha çox texnologiyaların real istehsal şəraitində faydalı vəzifələri yerinə yetirmək və iqtisadi baxımdan geniş miqyasda tətbiq olunmaq qabiliyyətidir.

Eyni zamanda proqnozlar bazarın sürətlə böyüyə biləcəyini göstərir. "Bank of America Global Research" şirkətinin qiymətləndirməsinə görə, 2026-cı ildə dünyada təxminən 90 min insanabənzər robot tədarük edilə bilər ki, bu da əvvəlki illə müqayisədə təxminən 13 dəfə çoxdur. Proqnoza əsasən, 2030-cu ilədək tədarük həcmi 1,2 milyon ədədə çata bilər.

Bununla yanaşı, IFR-in statistikası yalnız korporativ sektorda mülki məqsədlər üçün nəzərdə tutulan insanabənzər robotları əhatə edir. Şəxsi, hərbi və tibbi məqsədlər üçün istifadə olunan robotlar bu göstəricilərə daxil edilmir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!