30 Oktyabr 2026 08:55
682
Elm və texnika
A- A+
Azərbaycan və Avstraliya alimləri süni intellekt sahəsində fundamental problemi həll ediblər

Azərbaycan və Avstraliya alimləri süni intellekt sahəsində fundamental problemi həll ediblər


Azərbaycan və Avstraliyanın aparıcı elmi mərkəzlərini təmsil edən beynəlxalq tədqiqat qrupu süni intellekt və verilənlərin intellektual analizi (data mining) sahəsində uzun illərdir mövcud olan fundamental bir problemin həlli üçün tamamilə yeni yanaşma təklif edib.

AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələrinin yer aldığı "Klasterlərin kompaktlığı, ayrıla bilməsi və sayının müəyyən edilməsi üçün mütləq indekslər" adlı məqalə süni intellekt üzrə dünyada ən nüfuzlu elmi nəşrlərdən biri hesab olunan "Pattern Recognition" jurnalında dərc olunub.

Süni intellektdə böyük verilənlərin oxşar xüsusiyyətlərinə görə qruplaşdırılması, yəni klasterləşmə prosesi mühüm rol oynayır. Lakin klasterləşmənin keyfiyyətini (kompaktlığını və ayrıla bilməsini) qiymətləndirmək üçün istifadə olunan mövcud indekslər nisbi xarakter daşıyır, əsasən müxtəlif alqoritmləri müqayisə etməyə yarayır və mürəkkəb strukturlu verilənlərdə ziddiyyətli nəticələr verir. Təqdim olunan tədqiqat işində isə alimlər bu çatışmazlığı aradan qaldıran mütləq qiymətləndirmə mexanizmi işləyib hazırlayıblar.

Məqalədə klasterləşdirmənin nəticələrini tam dəqiqliklə qiymətləndirmək üçün iki yeni "mütləq indeks" təqdim olunur:

Kompaktlıq (sıxlıq) indeksi: Qrup daxilindəki verilənlərin mərkəzə nə dərəcədə sıx paylandığını ölçür. Bunun üçün həm bütün verilənlər toplusu, həm də hər bir klaster üçün xüsusi "kompaktlıq funksiyası" anlayışı daxil edilib və ondan istifadə etməklə müəyyən edilmiş xəta nəzərə alınmaqla kompaktlıq indeksi formalaşdırılıb.

Ayrılma indeksi: Müxtəlif qrupların bir-birindən necə aydın sərhədlə ayrıldığını müəyyən edir. Klaster cütləri üçün "qonşu çoxluq" və "klasterlərarası məsafə (sərhəd zolağı)" anlayışları əsasında bütün klaster strukturu üçün ümumi ayrılma indeksi təyin edilib.

Bundan əlavə, tədqiqatçılar klasterləşmədə ən mürəkkəb məsələlərdən biri olan optimal klaster sayının tapılmasını çoxmeyarlı optimallaşdırma problemi kimi formalaşdırıb və onun dəqiq həll alqoritmini hazırlayıblar.

Ciddi riyazi əsaslara söykənən bu yenilik yalnız nəzəri xarakter daşımır, gündəlik həyatımızda bir çox sahədə geniş tətbiq imkanlarına malikdir. Məsələn, təbabətdə - xəstəlik tiplərinin dəqiq təyini və pasiyentlərin dərmanlara həssaslığına görə doğru qruplaşdırılmasında, kibertəhlükəsizlikdə - kompüter şəbəkələrində kiberhücumların və anomaliyaların anında aşkarlanmasında, ağıllı şəhərlərdə - nəqliyyat sıxlığının və insan axınının optimallaşdırılmasında, kosmik tədqiqatlarda - peyk təsvirlərinin və geofiziki xəritələrin yüksək dəqiqliklə analizində, o cümlədən kənd təsərrüfatında və digər sahələrə tətbiqində mühüm töhfələr verə bilər.

Dünya səviyyəli bu elmi uğura imza atan beynəlxalq heyətin tərkibinə professor Adil Bağırov və dosent Nərgiz Sultanova (Avstraliya Federasiya Universiteti), AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev (İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, Azərbaycan Texniki Universitetinin Data Elmi və Süni İntellekt İnstitutunun direktoru) və dosent Sona Taheri (Melburn Kral Texnologiya İnstitutu) daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!