08 Sentyabr 2026 08:00
24463
SİYASƏT
A- A+
Praqmatik və çoxşaxəli diplomatiya

Praqmatik və çoxşaxəli diplomatiya


Prezident İlham Əliyevin xarici ölkələrə hər bir səfəri Azərbaycanın yüksək beynəlxalq nüfuzundan xəbər verir 


Azərbaycanın beynəlxalq mövqeyi hər keçən gün daha da möhkəmlənir, qlobal proseslərdəki rolu və nüfuzu artır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən xarici siyasət kursu və çoxşaxəli diplomatiya sayəsində respublikamız regionun lider dövləti olmaqla yanaşı, həm də qlobal miqyasda söz sahibi olan, etibarlı tərəfdaş kimi qəbul edilir. 

Dövlətimizin başçısının fərqli xarici ölkələrə intensiv səfərlər həyata keçirməsi Azərbaycan diplomatiyasının dinamikliyini, geniş coğrafiyanı əhatə etməsini və müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa malik olduğunu aydın şəkildə nümayiş etdirir. Cari ilin yanvar ayından keçən dövr ərzində Prezident İlham Əliyev 10 xarici ölkəyə ümumilikdə 12 səfər edib. Bu statistik göstərici özlüyündə diplomatiyamızın nə qədər məhsuldar və çevik olmasının sübutudur. Dövlətimizin başçısı 

8-9 ay ərzində İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Serbiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistana dövlət, rəsmi və işgüzar səfərlər edib. Almaniya və Qırğızıstanda isə il ərzində iki dəfə səfərdə olub.

Fərqli regionları və siyasi-iqtisadi sistemləri əhatə edən bu mühüm səfərlər sıradan diplomatik təmaslar olmayıb, hər biri Azərbaycanın milli maraqlarının təmin edilməsinə, strateji tərəfdaşlıqların dərinləşdirilməsinə və qlobal müstəvidə yeni imkanların açılmasına xidmət edən mühüm tarixi hadisələrə çevrilib. Dövlətimizin başçısının Avropanın aparıcı dövlətlərinə və siyasi mərkəzlərinə səfərləri xüsusi çəkisi ilə seçilir. Fevralın 14-də və iyulun 21-də Avropa İttifaqının aparıcı dövləti olan Almaniyaya, eləcə də yanvarın 22-də neytrallığı ilə tanınan İsveçrəyə və fevralın 16-da Cənub-Şərqi Avropadakı strateji müttəfiqimiz Serbiyaya səfərlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, nəqliyyat-logistika zəncirində və təhlükəsizlik arxitekturasındakı əvəzsiz rolunu bir daha təsdiqləyib. 

Cənubi Qafqazda formalaşan yeni reallıqların müəllifi olan Azərbaycan enerji xəritəsinin yenidən cızılmasında mühüm rol oynayır. Bu, həm də ölkəmizin Şərq-Qərb arasında etibarlı körpü rolunu oynayan əsas aktorlardan biri olmasının təsdiqidir. İsveçrə və Almaniyaya səfərlər zamanı keçirilən yüksəksəviyyəli görüşlər, nəhəng şirkətlərin rəhbərləri ilə aparılan müzakirələr ölkəmizə xarici investisiyaların cəlb olunması, "yaşıl enerji"yə keçid layihələrinin reallaşdırılması və qeyri-neft sektorunun inkişafı baxımından da müstəsna əhəmiyyət daşıyır. Serbiyaya səfər iki ölkə arasında mövcud strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, Avropanın cənub-şərqində Azərbaycanın siyasi və iqtisadi mövqeyinin dərinləşməsinə xidmət edir. Səfərlər çərçivəsində imzalanan mühüm sənədlər, bəyannamələr və anlaşma memorandumları ikitərəfli əlaqələri keyfiyyətcə yeni zirvəyə qaldırıb. Eyni zamanda Avropanın aparıcı dövlətlərinin Azərbaycana verdiyi yüksək dəyəri və ölkəmizlə uzunmüddətli tərəfdaşlığa bəslədikləri inamı nümayiş etdirib. 

Dövlətimizin başçısının fevralın 20-də Amerika Birləşmiş Ştatlarına səfəri də qlobal siyasi arenada Azərbaycanın nüfuzunun artmasının, Vaşinqtonla Bakı arasında strateji dialoqun və qarşılıqlı maraqlara söykənən münasibətlərin inkişafının göstəricisidir. Qlobal təhlükəsizlik, regional sabitlik, enerji dəhlizlərinin təhlükəsizliyi və beynəlxalq nəqliyyat yollarının fəaliyyəti kimi strateji məsələlərin müzakirə olunduğu bu təmaslar Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş olduğunun təzahürüdür. 

Həmçinin Birləşmiş Ərəb Əmirliklərinə edilən səfər Yaxın Şərq regionunun aparıcı dövlətləri ilə iqtisadi, ticarət və bərpaolunan enerji sahəsindəki əməkdaşlığı yeni pilləyə daşıyıb. Ərəb dünyasının nəhəng investisiya fondlarının Azərbaycandakı layihələrə cəlb olunması, xüsusən Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində atılan birgə addımlar bu səfərin konkret və əməli nəticələridir. 

Azərbaycanın xarici siyasətində qonşuluq münasibətləri və qardaş ölkələrlə strateji müttəfiqlik hər zaman prioritet təşkil edir. Bu xüsusda Mərkəzi Asiya dövlətləri - Qazaxıstan, Qırğızıstan və Özbəkistana həyata keçirilən səfərlər xüsusi əhəmiyyət kəsb edir. Həmin ölkələrin dövlət başçılarının xüsusi dəvəti ilə baş tutan bu səfərlər Mərkəzi Asiya liderlərinin Azərbaycan Prezidentinin şəxsi nüfuzuna, siyasi müdrikliyinə dərin hörmətinin, eləcə də ölkəmizin regiondakı həlledici roluna verilən yüksək dəyərin təcəssümüdür. Mərkəzi Asiya ölkələrinə səfərlərin müstəsna əhəmiyyəti həm də onunla şərtlənir ki, Azərbaycan bu regionu Avropa bazarları ilə birləşdirən strateji körpü, türk dünyasının inteqrasiyasının əsas mərkəzidir. 

Türk Dövlətləri Təşkilatı çərçivəsində həmrəyliyi sürətləndirən bu təmaslar eyni zamanda Orta dəhlizin imkanlarının genişləndirilməsi, birgə sərmayə fondlarının yaradılması, sənaye kooperasiyası və energetika sahəsində nəhəng layihələrin icrası baxımından da tarixi dönüş nöqtəsidir. Qardaş Türkiyə ilə sarsılmaz müttəfiqlik münasibətləri və Gürcüstanla regional kommunikasiyaların inkişafı istiqamətində atılan addımlar da bu geostrateji xəttin tərkib hissəsidir. Dövlətimizin başçısının il ərzində Qırğızıstana iki dəfə səfər etməsi Mərkəzi Asiya istiqamətində diplomatik aktivliyin nə qədər yüksək dinamikaya malik olduğunu aydın göstərir. 

Prezident İlham Əliyev xarici ölkələrdə keçirdiyi rəsmi görüşlərdə, qatıldığı mötəbər sammitlərdə və mətbuat konfranslarında hər zaman prinsipial siyasi mesajlar verir. Dövlətimizin başçısı bütün platformalardan istifadə edərək bəşəriyyəti narahat edən qlobal problemlərin həlli yollarını göstərir, beynəlxalq hüququn aliliyini, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət olunmasının vacibliyini qətiyyətlə müdafiə edir. Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olunması ilə bağlı Azərbaycan Prezidentinin səsləndirdiyi bəyanatlar, irəli sürdüyü konstruktiv təşəbbüslər beynəlxalq ictimaiyyət tərəfindən regionda sülhün əsas zəmanəti kimi qəbul edilir. 

Azərbaycan Prezidentinin xarici ölkələrə intensiv səfərləri, o cümlədən, tərəfdaşlıq, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı verdiyi mesajlar göstərir ki, Azərbaycan geniş coğrafiyada sabitliyin, təhlükəsizliyin və tərəqqinin əsas təşəbbüskarı kimi çıxış edir. Yüksək tribunalardan səslənən qətiyyətli bəyanatlar dövlətimizin beynəlxalq nüfuzunu daha da artırır, Azərbaycanın qlobal siyasətin formalaşmasında oynadığı önəmli rolu dünyaya nümayiş etdirir. Məhz bu uğurlu diplomatiya nəticəsində əldə olunan tarixi nailiyyətlər ölkəmizin inkişafına, təhlükəsizliyinə və xalqımızın rifahına xidmət edir. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO  

18:36
15 Oktyabr

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib  

18:29
15 Oktyabr

Yuxusuzluğun gözlənilməz səbəbi 

18:25
15 Oktyabr

Şotlandiyada “Harvinin səddi”nin qalıqları aşkar edilib  

17:45
15 Oktyabr

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb  

17:43
15 Oktyabr

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB  

17:33
15 Oktyabr

Polşada naməlum uçan obyekt tapılıb

17:23
15 Oktyabr

  Çinli aktyorlar dipfeyklər səbəbindən işlərini itirə bilərlər

17:18
15 Oktyabr

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub  

17:06
15 Oktyabr

Qlobal tərəfdaşlığın və dialoqun Bakı Zirvəsi   

16:40
15 Oktyabr

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

16:37
15 Oktyabr

Bitum yanğınlarının söndürülməsində daha effektiv və ekoloji köpük növləri sınaqdan keçirilib  

16:37
15 Oktyabr

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

16:23
15 Oktyabr

Bakı Bəyannaməsi qəbul edilib

16:19
15 Oktyabr

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib  

16:19
15 Oktyabr

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür  

16:18
15 Oktyabr

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb  

16:18
15 Oktyabr

Ağdamda 12 milyon manatlıq un istehsalı layihəsinə start verilir  

16:17
15 Oktyabr

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib  

16:10
15 Oktyabr

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik  

16:09
15 Oktyabr

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib  

16:07
15 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!