07 Avqust 2026 15:40
9322
SİYASƏT
A- A+
Regionun siyasi tarixində mühüm dönüş nöqtəsi

Regionun siyasi tarixində mühüm dönüş nöqtəsi


Avqustun 8-i Azərbaycan diplomatiyası, bütövlükdə, Cənubi Qafqazın siyasi tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin ABŞ-yə tarixi səfəri və Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında Birgə bəyannamənin imzalanması regionda uzun illər davam edən qarşıdurmanın aradan qaldırılması istiqamətində yeni mərhələnin əsasını qoydu.

Milli Məclisin deputatı Sevinc HÜSEYNOVA qəzetimizə açıqlamasında deyib ki, əldə olunan nəticələr təsadüfi deyil, Prezident İlham Əliyevin illərlə ardıcıl şəkildə həyata keçirdiyi uzaqgörən xarici siyasətin və milli maraqlara əsaslanan diplomatiyanın məntiqi nəticəsidir. Azərbaycan hələ Vətən müharibəsindən dərhal sonra sülh gündəliyini irəli sürən ilk dövlət oldu. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması üçün beynəlxalq hüquqa söykənən beş əsas prinsipi irəli sürdü. “Bu prinsiplər dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, sərhədlərin toxunulmazlığı, bir-birinə qarşı ərazi iddialarından imtina, güc tətbiq etməmək və kommunikasiyaların açılması kimi fundamental müddəaları özündə ehtiva etdi. Bu gün beynəlxalq ictimaiyyət də qəbul etdi ki, Cənubi Qafqazda sülh prosesinin müəllifi və əsas təşəbbüskarı Azərbaycandır. Vaşinqtonda keçirilən görüşlər və imzalanan sənədlər də məhz bu konsepsiyanın davamı oldu. İmzalanmış sənədlər tərəflər arasında etimadın möhkəmləndirilməsi, sülh müqaviləsinin yekunlaşdırılması, regional əməkdaşlığın genişləndirilməsi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından mühüm siyasi və hüquqi baza formalaşdırdı”, – deyə o əlavə edib.

Deputat qeyd edib ki, bu prosesdə ABŞ Prezidenti Donald Trampın vasitəçilik səyləri də xüsusi qeyd olunmalıdır. Onun tərəfləri bir masa arxasında toplamaq istiqamətində atdığı addımlar və Prezident İlham Əliyevlə qarşılıqlı məktublaşmaları göstərirdi ki, Vaşinqton regionda davamlı sülhün əldə olunmasını dəstəkləyən əsas ölkədir. Prezident İlham Əliyevin məktublarında Azərbaycanın sülhə sadiqliyi, regionun inkişafı naminə əməkdaşlığa açıq olduğu, lakin milli maraqlar və dövlət suverenliyi məsələsində prinsipial mövqeyindən geri çəkilməyəcəyi aydın şəkildə ifadə olunurdu.

S.Hüseynova bildirib ki, bu gün artıq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının təkcə iki dövlət üçün deyil, bütövlükdə, Cənubi Qafqaz üçün yeni iqtisadi, siyasi və təhlükəsizlik imkanları yaratdığı aydın görünür: “Davamlı sülh regionda nəqliyyat-kommunikasiya layihələrinin genişlənməsinə, investisiya mühitinin yaxşılaşmasına, yeni iqtisadi əməkdaşlıq formatlarının yaranmasına və xalqlar arasında etimadın bərpasına xidmət edir. Bu baxımdan TRIPP layihəsi də xüsusi əhəmiyyət daşıyır. Layihə region ölkələri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, yeni iqtisadi imkanların formalaşdırılması və Cənubi Qafqazın qlobal nəqliyyat-logistika sistemində rolunun daha da gücləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Belə təşəbbüslər bölgənin qarşıdurma deyil, əməkdaşlıq və inkişaf məkanına çevrilməsinə xidmət edir”.

Son beş ildə regionda yaranmış yeni geosiyasi reallıqların müəllifinin məhz Prezident İlham Əliyev olduğunu vurğulayan deputat deyib ki, Azərbaycanın hərbi, siyasi və diplomatik qələbəsi beynəlxalq hüququn bərpasını təmin edib və yeni status-kvo formalaşdırıb. Bu status-kvo artıq işğala deyil, beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və qarşılıqlı əməkdaşlığa əsaslanır.

“Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sübut etdi ki, güclü dövlət, qətiyyətli liderlik və prinsipial diplomatiya sülhə aparan ən etibarlı yoldur. Bu gün Azərbaycan təkcə regionun qalib dövləti deyil, həm də Cənubi Qafqazda sülh gündəliyinin müəllifi, yeni əməkdaşlıq modelinin təşəbbüskarı və sabitliyin əsas təminatçısı kimi çıxış edir. Məhz buna görə də 8 avqust tarixi yalnız bir diplomatik hadisənin ildönümü deyil, həm də regionun gələcəyini müəyyən edən yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir”, – deyə S.Hüseynova bildirib.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər  

20:27
05 Sentyabr

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

16:35
05 Sentyabr

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub  

16:30
05 Sentyabr

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

16:25
05 Sentyabr

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

16:23
05 Sentyabr

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

15:40
05 Sentyabr

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

15:35
05 Sentyabr

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib  

15:32
05 Sentyabr

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

13:33
05 Sentyabr

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!