18 Sentyabr 2026 08:50
1583
İQTİSADİYYAT
A- A+
Sınaqlardan qalib çıxan kəmər

Sınaqlardan qalib çıxan kəmər


BTC-nin təməlinin qoyulduğu gündən 24 il keçir 


24 il əvvəl Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin təməli qoyuldu. O vaxta qədər bir çox sınaqlardan keçən layihə qarşısında hətta bundan sonra da ciddi maneələr yarandı. Lakin BTC onların hər birinə qalib gəldi. Çünki elə həmin təməlqoyma mərasimində də qətiyyətlə "BTC olacaq, olacaq, olacaqdır!" deyən Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə həyata vəsiqə almışdı. 

BTC nəinki öz bədxahlarının məkrli niyyətlərinə rəğmən qələbə çalaraq araya-ərsəyə gəldi, eyni zamanda uğurla fəaliyyətə başladı. Üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan bu kəmər 20 ildən çoxdur ki, fəaliyyətini davam etdirir. 

Səhmdarlarının təşəbbüsü və Azərbaycan dövlətinin bu təklifi dəstəkləməsi nəticəsində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan BTC-nin salnaməsinə bir daha nəzər salaq.

 2002-ci il sentyabrın 18-də Bakıdan 45 kilometr cənubda yerləşən Səngəçal terminalında BTC-nin təməli qoyuldu. "Əsrin müqaviləsi"ndən sonra bu, ölkəmizin neft-qaz sənayesində baş verən növbəti tarixi hadisə idi.

BTC-nin təməlinin qoyulması, əslində, "Əsrin müqaviləsi"ndən doğan reallıq idi. Belə ki, 1994-cü ildə imzalanan bu möhtəşəm saziş çərçivəsində 1997-ci ildə neft hasilatına başlanmışdı. Hasilat getdikcə artırdı və yaxın illərdə daha çox neft əldə olunacağına şübhə yox idi. Bu səbəbdən də Bakı-Supsa və Bakı-Novorossiysk kəmərlərindən əlavə daha böyük bir ixrac marşrutuna ehtiyac yaranırdı. Belə bir şəraitdə müəllifi Ümummilli Lider Heydər Əliyev olan BTC-nin çəkilişi ideyası irəli sürüldü. 1998-ci ildə Ankarada kəmərin inşa edilməsi haqqında bəyannamə, 1999-cu ildə İstanbulda ATƏT-in Zirvə görüşü zamanı isə xəttin çəkilişi ilə bağlı saziş imzalandı. Saziş Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Qazaxıstanın və Amerika Birləşmiş Ştatlarının ovaxtkı prezidentlərinin imzaları ilə təsdiqləndi.

Lakin vaxtilə "Əsrin müqaviləsi"ni xülya adlandıranlar, müxtəlif bəhanələrlə və güclü səylərlə bu sazişin imzalanmasına mane olmaq istəyənlər yenidən baş qaldırdılar. Bu dəfə hədəfdə BTC idi. Ulu Öndər Heydər Əliyevin gərgin mübarizəsi və dünyadakı siyasi nüfuzu sayəsində bu maneələr də aradan götürüldü. Kəmərin təməli qoyuldu. 

O günəşli sentyabr günündə dünyanın diqqəti Bakıda idi. Tədbirdə Azərbaycanın, Gürcüstanın və Türkiyənin dövlət başçıları, ABŞ-nin energetika naziri, layihədə tərəfdaşlar olan tanınmış xarici şirkətlərin səlahiyyətli nümayəndələri, neçə-neçə ölkənin jurnalistləri iştirak edirdilər.

BTC artıq reallığa çevrilirdi. İşlərin mərhələlərlə həyata keçirilməsinə başlanmışdı, Azərbaycanın və Gürcüstanın tikinti aparılacaq ərazilərinə xaricdən alınan borular gətirilirdi. Layihənin mühüm bir mərhələsində - maliyyələşmə məsələləri həll edilərkən BTC-nin bədxahları yenidən səslərini qaldırdılar. Əvvəllər Azərbaycanda bu kəməri dolduracaq qədər neftin olmadığı barədə əsassız fikir yayanlar indi başqa uydurmaya əl atdılar. Belə ki, bir sıra qeyri-hökumət təşkilatları kəmərin Gürcüstanın "Borjomi" mineral su mənbəyinə ekoloji cəhətdən guya zərbə vuracağı fikrini ortaya atdılar. Onlar tikintini maliyyələşdirəcək beynəlxalq qurumların ofisləri qarşısına toplaşaraq xəttin çəkilişinə etiraz edirdilər. 

 Lakin Ümummilli Lider Heydər Əliyev layihənin həyata keçirilməsinin bütün mərhələlərində olduğu kimi, yenə də BTC-nin köməyinə çatdı. Bu baxımdan 2003-cü ilin fevral ayında Vaşinqtonda keçirilən "Şərq-Qərb enerji dəhlizi reallıqdır" konfransında şəxsən iştirak etməyi qərara alması da təsadüfi deyildi. Tədbirin keçirildiyi günlərdə Heydər Əliyev ABŞ-nin ovaxtkı Prezidenti və Vitse-prezidenti, ticarət və energetika nazirləri, Beynəlxalq Maliyyə Korporasiyasının rəhbəri ilə görüşdü. Beləliklə, BTC bu dəfə də çətinlikdən çıxdı. 

2004-cü il fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Prezident İlham Əliyevin iştirakı ilə BTC layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar son sənədlər imzalandı.

 Bu gün BTC təkcə ölkəmizin deyil, bütün regionun həyatında mühüm rol oynayır. Bu kəmər Azərbaycana və ərazisindən keçdiyi ölkələrə birbaşa gəlirlər gətirməklə yanaşı, marşrut boyu yerləşən yaşayış məntəqələrinin icmalarının həyatına sosial sərmayələri ilə də dəstək verir.

BTC-nin əhəmiyyəti həm də onun özündən sonra neçə-neçə nəhəng layihəyə yol açmasındadır. Başqa sözlə, Ümummilli Lider Heydər Əliyev bu nəhəng qurğunun təməlini qoydu, Prezident İlham Əliyev bu işi uğurla davam etdirərək BTC-ni möhtəşəm dəhlizlərə qovuşdurdu. Dövlətimizin başçısının dediyi kimi: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq. Azərbaycanı beynəlxalq enerji ailəsinə daxil edə bildik. Həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə edə bilmişik". 

Xatırladaq ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin (BTC Ko.) səhmdarları bunlardır: BP (30,10 faiz), SOCAR (32,97 faiz), MOL (8,90 faiz), TPAO (6,53 faiz), "Eni" (5 faiz), "TotalEnergies" (5 faiz), ITOCHU (3,40faiz), "ONGC Videsh" (3,10 faiz), "ExxonMobil" (2,50 faiz) və INPEX (2,50 faiz).

 BP-dən aldığımız məlumata görə, bu ilin birinci yarısında BTC vasitəsilə ixrac olunmuş təqribən 13 milyon ton (təxminən 97 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 131 tankerə yüklənib və yola salınıb. 2006-cı ilin ortalarında istismara veriləndən cari il iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 631 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 6276 tankerə vurularaq dünya bazarlarına göndərilib. 

 Hazırda BTC, əsasən, Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

 Bu il iyulun 1-dən BTC kəmərinin operatorluğu, həmçinin həm BTC, həm də Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri ilə əlaqədar ümumi fəaliyyətlərin operatorluğu "BP Exploration (Caspian Sea) Limited" şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan "SOCAR Midstream Operations" MMC-yə keçib.

 BTC ona bəslənən ümidləri layiqincə doğruldur. O cümlədən möhkəm bir mühəndis qurğusu olduğunu sübuta yetirib. Belə ki, o, ən güclü təbii fəlakətlərdən də qorxmur. Hətta bir neçə il əvvəl Türkiyədə kəmərin keçdiyi ərazilərdə baş verən zəlzələ onun borularına heç bir ziyan vura bilmədi. Bir sözlə, BTC yenə də zamanın hər sınağından keçərək inamla irəliləyir. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

18:51
19 Sentyabr

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb

18:49
19 Sentyabr

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

18:46
19 Sentyabr

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

16:05
19 Sentyabr

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

16:03
19 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

15:58
19 Sentyabr

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

15:43
19 Sentyabr

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

15:42
19 Sentyabr

Bazar gününün hava proqnozu açıqlanıb

15:41
19 Sentyabr

Təhlükəsiz və güclü Türk dünyası: Azərbaycanın strateji baxışı

15:13
19 Sentyabr

Dövlət suverenliyimiz milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsidir

14:38
19 Sentyabr

Zəfər salnaməsi: antiterror tədbirlərindən 3 il ötür   

14:36
19 Sentyabr

Enerji, nəqliyyat və ideoloji sabitlik: Türk dünyasının qlobal gücə çevrilmə yolu  

14:05
19 Sentyabr

Azərbaycanın dövlət suverenliyi: Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol

13:58
19 Sentyabr

Ağdərə Qarabağın yaşıl enerji mərkəzinə çevrilir

12:54
19 Sentyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

12:52
19 Sentyabr

Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyası açılıb

12:49
19 Sentyabr

Dövlətimizin suverenlik günü

12:34
19 Sentyabr

Qürur duyuruq ki, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olunub

12:08
19 Sentyabr

Tramp Si Cinpinlə bir neçə razılaşma əldə etməyə ümid edir

11:06
19 Sentyabr

Əziz Ələkbərli: Ermənistan 44 günlük müharibənin dərslərindən qətiyyən nəticə çıxarmayıb

10:59
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!