21 Sentyabr 2026 11:40
114
CƏMİYYƏT
A- A+
Yeddi il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib – BİRGƏ MƏLUMAT

Yeddi il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib – BİRGƏ MƏLUMAT


Prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb.

Bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib.

Qeyd olunub ki, 2019-cu ilin aprel ayında Cəlilabad rayonunun Göytəpə şəhər sakini Nadir Bahadır oğlu Məmmədovun həmin ilin martında yaşadığı evdən çıxdıqdan sonra geri qayıtmaması barədə rayon polis şöbəsinə müraciət daxil olub.

Müraciət əsasında Nadir Məmmədovun itkin düşməsi ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri araşdırma və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılmış araşdırmanın nəticələri üzrə toplanmış material üzrə Cəlilabad Rayon Prokurorluğunda 2019-cu il avqustun 8-də cinayət işi başlanılıb.

İş üzrə aparılmış ibtidai istintaq zamanı çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri icra olunub, lakin görülmüş tədbirlərə baxmayaraq, həmin dövrədək Nadir Məmmədovun olduğu yeri aşkarlamaq mümkün olmadığından, cinayət işi üzrə icraat sonuncu dəfə 2022-ci il oktyabrın 18-də dayandırılıb.

Sonrakı dövrdə Cəlilabad Rayon Prokurorluğu və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən peşəkarlıqla davam etdirilən koordinasiyalı istintaq və əməliyyat-axtarış tədbirləri, o cümlədən toplanmış sübutların qarşılıqlı və hərtərəfli təhlili nəticəsində Nadir Məmmədovun itkin düşməsinin qəsdən adam öldürmə cinayəti ilə əlaqəli olduğu təsdiqlənib.

İbtidai istintaqla Nadir Məmmədovun əvvəldən tanıdığı 1959-cu il təvəllüdlü Ramiz Dadaş oğlu Ələkbərov tərəfindən ondan qisas almaq məqsədilə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, 2019-cu il aprelin 23-də Nadir Məmmədovun spirtli içkinin təsiri altında olmasından istifadə edən Ramiz Ələkbərov onu Göytəpə şəhəri ərazisində idarə etdiyi avtomobilə əyləşdirərək, Masallı rayonunun Təzə Alvadı kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə aparıb.

Həmin gün təxminən saat 22 radələrində avtomobildə əyləşən Nadir Məmmədovu boğaraq qəsdən öldürən Ramiz Ələkbərov törətdiyi cinayəti gizlətmək məqsədilə onun meyitini həyətyanı sahədə yerləşən istifadəsiz su quyusuna atıb.

2026-cı il sentyabrın 20-də cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəllənin 120.1-ci maddəsinə (qəsdən adamöldürmə) tövsif edilib.

Ramiz Ələkbərov həmin tarixdə cinayət işi üzrə şübhəli şəxs qismində tutulub və müdafiəçisinin iştirakı ilə dindirilərkən ona elan edilmiş ittiham üzrə ifadə verərək cinayətin törədilməsini etiraf edib.

Həmçinin Ramiz Ələkbərovun iştirakı ilə hadisə yerinə baxış keçirilərkən, onun əyani olaraq göstərdiyi istifadəyə yararsız su quyusunda qazıntı işləri aparılıb və qazıntı zamanı insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkar olunaraq götürülüb.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması Baş Prokurorluq tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla, aidiyyəti dövlət qurumları, o cümlədən Daxili İşlər Orqanları ilə birgə kompleks tədbirlər davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb 

11:51
21 Sentyabr

Si Cinpinin ABŞ-yə səfərinin tarixi açıqlanıb

11:50
21 Sentyabr

DSMF: Yanvar-avqust aylarında 1 milyon 100 min şəxsə müavinət və təqaüd ödənilib

11:49
21 Sentyabr

Havanın çirklənməsi hər il dünya iqtisadiyyatına 7,12 trilyon avro ziyan vurur

11:47
21 Sentyabr

Ötən iki gündə 76 cinayətin açılması təmin olunub

11:42
21 Sentyabr

Yeddi il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib – BİRGƏ MƏLUMAT

11:40
21 Sentyabr

Milli Məclisdə xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair ictimai dinləmə keçiriləcək

11:38
21 Sentyabr

Şəhər günlərinin böyük siyasi-mənəvi əhəmiyyəti var  

11:03
21 Sentyabr

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis idarəsinin ƏİK bölüyünün ön əməliyyat bazasında olub  

10:20
21 Sentyabr

Qızıl və gümüş ucuzlaşıb

10:14
21 Sentyabr

Neft ucuzlaşır

10:06
21 Sentyabr

“Kahı” və “kərəviz” yükündə külli miqdarda narkotik vasitə aşkarlanıb  

09:37
21 Sentyabr

Bu gün Beynəlxalq Sülh Günüdür  

09:03
21 Sentyabr

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı

22:34
20 Sentyabr

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

21:37
20 Sentyabr

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

20:57
20 Sentyabr

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub

20:15
20 Sentyabr

Azercell abunəçilərinin nəzərinə

20:11
20 Sentyabr

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib

19:55
20 Sentyabr

Yaponiyada yaşlı əhalinin sayı artır

19:04
20 Sentyabr

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

18:49
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!