16 Sentyabr 2026 08:50
3394
CƏMİYYƏT
A- A+
Azərbaycanın innovasiya vizyonu

Azərbaycanın innovasiya vizyonu


Dünya sürətlə dəyişir. Bir vaxtlar inkişafın əsas göstəricisi təbii sərvətlər, iri sənaye müəssisələri və istehsal gücü hesab olunurdusa, bu gün dövlətlərin rəqabət qabiliyyətini müəyyənləşdirən amillər sırasına bilik, innovasiya, rəqəmsal texnologiyalar və insan kapitalı da daxil olub. Süni intellektdən rəqəmsal dövlət xidmətlərinə, yüksək texnologiyalardan elmi tədqiqatların kommersiyalaşdırılmasına qədər geniş bir sahəni əhatə edən yeni reallıq ölkələr qarşısında mühüm vəzifələr qoyur. Rəqəmsal keçid artıq seçim deyil, zamanın çağırışıdır. Azərbaycan dövləti də bu çağırışa özünün sistemli inkişaf modeli ilə cavab verir.

Son illər ölkəmizdə rəqəmsallaşmanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi təsadüfi deyil. Məqsəd yalnız ayrı-ayrı xidmətləri elektron formata keçirməklə məhdudlaşmır. Rəqəmsal transformasiya dövlət idarəçiliyi və iqtisadiyyatla yanaşı, təhsil, elm, biznes və vətəndaş xidmətləri də daxil olmaqla, cəmiyyətin bir çox sahəsini əhatə edir. Bu baxımdan, sentyabrın 14-də Prezident İlham Əliyevin Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirakı xüsusi əhəmiyyət daşıyır.

"SABAH.city", sadəcə, yeni tikililərdən və müasir infrastruktura malik ərazidən ibarət deyil. Burada əsas ideya elm, təhsil, texnologiya və biznes arasında birbaşa əlaqənin qurulmasıdır. Başqa sözlə, universitet auditoriyasında yaranan ideyanın laboratoriyada tədqiqata, oradan startapa, daha sonra isə real iqtisadi məhsula çevrilməsi üçün vahid ekosistem formalaşdırılır. Bu model Azərbaycanın bilik iqtisadiyyatına keçidini sürətləndirməyə, innovativ düşüncəli yeni nəslin imkanlarını genişləndirməyə hesablanıb.

Layihə ümumilikdə 20 hektar ərazidə icra olunacaq. Birinci mərhələ 5 hektardan çox ərazini və 20 min kvadratmetr tikili sahəsini əhatə edir. Tikinti işlərinə ötən ilin oktyabrında başlanılıb və bir-biri ilə əlaqələndirilmiş dörd korpusdan ibarət kompleks yaradılıb. Şəhərcikdə restoranlar, market, tədbirlər zalı ilə yanaşı, basketbol və futbol meydançaları, iki padel kortu, açıq istirahət zonaları, piyada və velosiped zolaqları, parklanma sahələri də təşkil edilib. Lakin layihənin əsl miqyasını onun fiziki infrastrukturu deyil, burada yaradılan intellektual mühit göstərir. "SABAH.city"də Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mühəndislik, informasiya texnologiyaları və tətbiqi elmlər istiqamətlərində təhsil alan 1500-dən çox tələbəsinin tədrisə və praktiki fəaliyyətə cəlb olunması nəzərdə tutulur. Şəhərcik tam fəaliyyətə başladıqdan sonra gündəlik ziyarətçi sayının təxminən 3 min nəfərə çatacağı gözlənilir.

Burada diqqətçəkən əsas məqamlardan biri tələbənin yalnız nəzəri bilik alan tərəf kimi deyil, innovasiya prosesinin birbaşa iştirakçısı kimi nəzərdə tutulmasıdır. Universitet, laboratoriya, texnologiya şirkəti və startap eyni mühitdə fəaliyyət göstərdikdə təhsillə əmək bazarı arasındakı məsafə də azalır. Gənc mütəxəssis universiteti bitirdikdən sonra ilk dəfə real layihə ilə qarşılaşmır, əksinə, təhsil aldığı dövrdən onun içərisində olur. Bu isə müasir iqtisadiyyatın tələb etdiyi çevik, yaradıcı və texnoloji bacarıqlara malik insan kapitalının yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

"SABAH.city"də üç universitet tərəfindən yaradılan ümumilikdə 13 tədris və tədqiqat laboratoriyası fəaliyyət göstərəcək. Bu laboratoriyalarda süni intellekt, robototexnika, kompüter elmləri, kibertəhlükəsizlik, biotexnologiya, nanobiologiya, nanofizika, kimya, telekommunikasiya və digər prioritet elmi-texnoloji istiqamətlər üzrə tədqiqat və tətbiqi fəaliyyət nəzərdə tutulur. Bununla yanaşı, 12 startapın yerləşdiyi kovorkinq zonası və yerli, beynəlxalq texnologiya şirkətləri, korporativ tədqiqat və inkişaf mərkəzləri, eləcə də innovasiya ekosisteminin digər iştirakçıları üçün 22 ofis sahəsi yaradılıb. Birinci mərhələyə 3 ali təhsil müəssisəsi, 8 texnologiya və innovasiyayönümlü şirkət və 12 startap olmaqla ümumilikdə 23 əsas ekosistem iştirakçısı cəlb edilib.

Şəhərcikdə ASAN Süni İntellekt Mərkəzinin - "ASAN AI Hub"ın yaradılması isə Azərbaycanın rəqəmsal transformasiyasının digər mühüm istiqamətini önə çıxarır. Mərkəzin məqsədi süni intellekt sahəsində innovativ təşəbbüsləri dəstəkləmək, tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada bir araya gətirmək, dövlət, biznes və təhsil müəssisələri arasında əməkdaşlığı gücləndirməkdir. Artıq burada 50 süni intellekt həlli təqdim olunub. Mərkəz ölkədə fəaliyyət göstərən səkkiz universitet, Azərbaycan Milli Elmlər Akademiyası, həmçinin Çinin Sinxua, Böyük Britaniyanın Oksford və Türkiyənin Boğaziçi universitetləri daxil olmaqla xarici tərəfdaşlarla əməkdaşlıq əlaqələri qurub.

İnnovasiyanın iqtisadi nəticəyə çevrilməsi baxımından startapların dəstəklənməsi də xüsusi əhəmiyyət daşıyır. "ASAN xidmət"in "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzindən indiyədək 150 startap yararlanıb, onlardan dördü xarici investorlar tərəfindən satın alınıb. Eyni zamanda "Süni İntellekt Assistent" platforması "ASAN xidmət"in müxtəlif fəaliyyət istiqamətləri barədə məlumatın sürətli və adi söhbət formatında əldə olunmasına, təhlil və proqnozlaşdırmaya imkan yaradır.

Bütün bunlar ölkədə son dövrdə rəqəmsallaşma istiqamətində atılan addımların ümumi məntiqi ilə üst-üstə düşür. Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması rəqəmsal transformasiyanın vahid mərkəzdən əlaqələndirilməsi üçün yeni institusional mexanizm formalaşdırdı. Həmin gün dövlətimizin başçısının sərəncamı ilə "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" da təsdiqləndi. Sənəd müasir texnologiyaların tətbiqinin, yerli istehsal potensialının genişləndirilməsinin, dövlət idarəetməsi və infrastrukturun rəqəmsallaşdırılmasının dayanıqlı və rəqabətqabiliyyətli inkişafın mühüm şərtlərindən biri kimi müəyyənləşdirildiyini göstərir.

Rəqəmsal İnkişaf Şurasına Birinci vitse-prezident Mehriban Əliyevanın sədrlik etməsi bu sahəyə verilən yüksək önəmin göstəricisidir. İyunun 29-da şuranın ilk iclasında Mehriban Əliyeva qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını əhatə edən konkret yol xəritəsinin müəyyənləşdirildiyini vurğulayıb. Birinci vitse-prezidentin qeyd etdiyi kimi, məqsəd yalnız yeni texnologiyaları tətbiq etmək deyil, həm də iqtisadi inkişafa güclü təkan vermək, müasir innovasiya ekosistemi yaratmaq, yerli və xarici investisiyaları cəlb etmək, startapları dəstəkləmək və daha səmərəli dövlət idarəetmə sistemi formalaşdırmaqdır.

Mehriban Əliyevanın "Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir" fikri əslində yeni dövrün mahiyyətini dəqiq ifadə edir. Bu gün süni intellekt iqtisadi üstünlük vasitəsi olmaqla yanaşı, dövlət idarəçiliyindən təhlükəsizliyə qədər çoxsaylı sahələrdə mühüm rol oynayır. Buna görə də Azərbaycanın qarşısında duran məqsəd texnologiyanın sadəcə istifadəçisi olmaq deyil, onun yaradıldığı, inkişaf etdirildiyi və iqtisadi dəyərə çevrildiyi ekosistemi qurmaqdır.

Prezident İlham Əliyevin "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirakı da dövlət səviyyəsində bu istiqamətə verilən diqqətin növbəti ifadəsidir. Azərbaycanın qarşısında duran hədəf artıq yalnız rəqəmsal xidmətlərin sayını artırmaq deyil. Məqsəd rəqəmsal dövlət, innovativ iqtisadiyyat, güclü elmi mühit və rəqabətqabiliyyətli insan kapitalını vahid inkişaf modelində birləşdirməkdir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

18:51
19 Sentyabr

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb

18:49
19 Sentyabr

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

18:46
19 Sentyabr

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

16:05
19 Sentyabr

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

16:03
19 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

15:58
19 Sentyabr

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

15:43
19 Sentyabr

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

15:42
19 Sentyabr

Bazar gününün hava proqnozu açıqlanıb

15:41
19 Sentyabr

Təhlükəsiz və güclü Türk dünyası: Azərbaycanın strateji baxışı

15:13
19 Sentyabr

Dövlət suverenliyimiz milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsidir

14:38
19 Sentyabr

Zəfər salnaməsi: antiterror tədbirlərindən 3 il ötür   

14:36
19 Sentyabr

Enerji, nəqliyyat və ideoloji sabitlik: Türk dünyasının qlobal gücə çevrilmə yolu  

14:05
19 Sentyabr

Azərbaycanın dövlət suverenliyi: Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol

13:58
19 Sentyabr

Ağdərə Qarabağın yaşıl enerji mərkəzinə çevrilir

12:54
19 Sentyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

12:52
19 Sentyabr

Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyası açılıb

12:49
19 Sentyabr

Dövlətimizin suverenlik günü

12:34
19 Sentyabr

Qürur duyuruq ki, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olunub

12:08
19 Sentyabr

Tramp Si Cinpinlə bir neçə razılaşma əldə etməyə ümid edir

11:06
19 Sentyabr

Əziz Ələkbərli: Ermənistan 44 günlük müharibənin dərslərindən qətiyyən nəticə çıxarmayıb

10:59
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!