19 Sentyabr 2026 12:08
665
SİYASƏT
A- A+
Qürur duyuruq ki, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olunub

Qürur duyuruq ki, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olunub

27 sentyabr 2020-ci ildə ökəmizin ərazi bütövlüyü uğrunda İkinci Qarabağ müharibəsi başladı. Döyüşlərin elə ilk günündən şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında üstünlüyü ələ aldı. Qəsbkarlar şanlı ordumuzun əks-hücumlarının  qarşısını ala bilməyərək geri çəkildi. Uzun illər erməni işğalında qalmış torpaqlarımız bir-birinin ardınca işğaldan azad olundu. Noyabrın 8-də isə musuqi beşiyimiz Şuşa erməni qəsbkarlarından təmizləndi. 44 gün dayanmadan davam edən İkinci Qarabağ müharibəsi qüdrətli, güclü Azərbaycanın gözlənilən tarixi Zəfəri ilə yekunlaşdı. 

Şanlı Azərbaycan Ordusu qəsbkarların üzərində qazandığı qələbələri ilə xalqımızı sevindirdi, düşməndən qat-qat güclü və qüdrətli olduğunu sübut etdi.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi zamanı işğal altın¬da olan 300-ə yaxın yaşayış məntəqəsi azad olundu. Biabırcasına məğlub olan Er¬mənistan ordusu darmadağın olunduğuna görə illərcə əvvəl işğal etdiyi Ağdam, Kəlbəcər və Laçın rayonlarını hərbi əməliyyatlar aparmadan qaytardı. Bu bölgələrdə qanunsuz məskunlaşmış erməniləri Azərbaycan torpaqlarından çıxartdı.  

2020-ci il 10 noyabr üçtərəfli Bəyanatdan sonra Azərbaycan erməni işğalından azad olunmuş tarixi ərazilərində quruculuq və bərpa işlərinə başladı. Təəssüflər olsun ki, hələ də Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və başqa ərazilərdə qalmış Ermənistan silahlı qüvvələrinin bölmələri, həmçinin erməni separatçıları Qarabağda  quruculuq işlərinin aparılmasına təhlükələr yaradır, ağır faciələrlə başa çatan təxribatlar törədirdi. Dağların, dərələrin ətəyindən keçən çöl yollarla yenidən müharibə aparmaq üçün bölgəyə silah-sursat və hərbi texnika aparırdı. Açıq-açığına müharibəyə hazırlaşırdı.  

Atılan bütün bu təxribat xarakterili addımlar bölgədə sabitliyin bərpa olunmasına ciddi maneələr törədir, daim gərginliyi artırırdı. Ən başlıcası isə, düşmən bu hərəkətləri ilə Azərbaycanın tarixi ərazisində dövlət suverenliyinin tam təmin olunmasına əngəl törədirdi. Düşmən üzərində qazanılımış tarixi Zəfərdən sonra qarşıda dayanan ən vacib və zəruri məsələlərdən biri də elə Azərbaycan Respublikasının suverenliyinin bütün ərazisində tam şəkildə təmin edilməsi idi. Nəyin bahasına olursa olsun, suverenliyimiz ölkəmizin bütün ərazisində bərpa olunmalıydı. Bunun üçün ilk növbədə müntəzəm olaraq Qarabağda təxribatlar törədən, vəziyyəti gərginləşdirmək niyyətində olan separatçı qüvvələr bölgədən çıxarılmalıydı.

İkinci Qarabağ müharibəsində ordusu darmadağın edilmiş Ermənistan isə hələ də köhnə fikirlərlə yaşayır, əvvəlki hava ilə nəfəs alırdı. 2023-cü il sentyabrın 2-də Ermənistanın baş naziri Nikol Paşinyan qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin ildönümü ilə əlaqədar təbrik müraciəti ünvanladı. Sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” keçirildi. Bütün bu addımlar Ermənistanın yaxın zamanlarda Azərbaycana qarşı hərbi təxribatlar törədəcəyindən xəbər verirdi.

Antiterror əməliyyatı keçirilən gün və ona qədər ermənilər imkan tapdıqca müxtəlif xarakterli təxribatlar törədirdi. Sentyabrın 19-da ölkəmizin dövlət qurumlarına məxsus iki nəqliyyat erməni qukdur dəstələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda quraşdırılmış minalara düşərək partlaması nəticəsində polis əməkdaşları, mülki vətəndaşlar və hərbi qulluqçular həlak oldu və yaralandı. Üçtərəfli Bəyanatın imzalandığı vaxtdan 2023-cü ilin sentyabrınadək Ermənistan tərəfindən həyata keçirilən bu və ya digər təxribatlar antiterror əməliyyatının keçirilməsini qaçılmaz edirdi. İşğalçıların yeni təxribatlar törədəcəyinə heç bir ölkə, heç bir beynəlxalq təşkilat təminat vermirdi.

Gözləmək, vaxt itirmək olmazdı. Çünki düşmən yeni təxribatlar törədəcəkdi. Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması məqsədilə Ermənistan silahlı qüvvələrinin bölmələrinin, həmçinin erməni separatçılarının tərk-silah edilərək ərazilərimizdən uzaqlaşdırılması, onların hərbi infrastrukturlarının sıradan çıxarılması, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa və quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin, yurdumuzu qoruyan hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək üçün şanlı Azərbaycan Ordusu 19-20 sentyabr 2023-cü ildə Qarabağda lokal xarakterli antiterror əməliyyatı həyata keçirdi. Gözlənildiyi kimi, təxribat törətməyə hazırlaşan erməni qüvvələri ordumuzun qarşısında çox dayana bilmədi.

Müharibəyə hazırlaşan qüvvələrə qarşı antiterror əməliyyatı 2023-cü il sentyabr ayının 19-da, təxminən saat 13:00-da başladı. Bununla bağlı məlumat yayan Mü¬dafiə Nazirliyi bildirdi ki, həyata keçirilən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələ¬ri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Məlumatda o da vurğulanırdı ki, Azər¬baycan Ordusu tərəfindən bu əməliyyatın ge¬dişində mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər zərərsizləşdirilir. 

Antiterror əməliyyatı zamanı  tapşırıqlar mülki əhaliyə və infrastruktura zi¬yan yetirilmədən icra olunmalı  idi. Rəşadətli Azərbay¬can Ordusu bu cür də etdi, dünya hərb tarixində bənzəri olmayan daha bir uğurlu əməliyyat keçirdi. Azərbaycan Prezi-denti, Silahlı Qüvvələrin Müzəfər Ali Baş Komandanı İlham Əliyev də bu antiterror əməliyyatının mülki əhaliyə ziyan vurmadan aparılmasını zəruri sayırdı: “Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələ¬rimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qara¬bağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunma¬lıdır. Göstəriş verilmişdir ki, mülki infrast¬ruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır”.

23 saat 44 dəqiqə ərzində uğurla həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan uzun illərdən bəri Qarabağda məskunlaşmış və kifayət qədər möhkəmlənmiş erməni separatizminə son qoydu. Düşmən üzərində qazanılmış qələbə nəticəsində Qarabağda suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edildi. Bundan sonra Azərbaycan xalqı və dövləti tarixdə misli görünməmiş yeni inkişaf dövrünə qədəm qoydu. Bu gün hamımız qürur duyur və iftixar hissləri keçiririk ki, dövlət suverenliyimiz bərpa olunub. 


Vahid MƏHƏRRƏMOV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

18:51
19 Sentyabr

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb

18:49
19 Sentyabr

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

18:46
19 Sentyabr

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

16:05
19 Sentyabr

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

16:03
19 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

15:58
19 Sentyabr

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

15:43
19 Sentyabr

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

15:42
19 Sentyabr

Bazar gününün hava proqnozu açıqlanıb

15:41
19 Sentyabr

Təhlükəsiz və güclü Türk dünyası: Azərbaycanın strateji baxışı

15:13
19 Sentyabr

Dövlət suverenliyimiz milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsidir

14:38
19 Sentyabr

Zəfər salnaməsi: antiterror tədbirlərindən 3 il ötür   

14:36
19 Sentyabr

Enerji, nəqliyyat və ideoloji sabitlik: Türk dünyasının qlobal gücə çevrilmə yolu  

14:05
19 Sentyabr

Azərbaycanın dövlət suverenliyi: Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol

13:58
19 Sentyabr

Ağdərə Qarabağın yaşıl enerji mərkəzinə çevrilir

12:54
19 Sentyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

12:52
19 Sentyabr

Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyası açılıb

12:49
19 Sentyabr

Dövlətimizin suverenlik günü

12:34
19 Sentyabr

Qürur duyuruq ki, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olunub

12:08
19 Sentyabr

Tramp Si Cinpinlə bir neçə razılaşma əldə etməyə ümid edir

11:06
19 Sentyabr

Əziz Ələkbərli: Ermənistan 44 günlük müharibənin dərslərindən qətiyyən nəticə çıxarmayıb

10:59
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!