19 Sentyabr 2026 16:05
585
CƏMİYYƏT
A- A+
“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

Atəş. Əmr. Hərəkət. Yenidən atəş. Xankəndi istiqamətində döyüşün ardıcıllığı belə idi. Bir tapşırıq tamamlanır, ardınca yenisi gəlirdi. 2023-cü il sentyabrın 19-da başlanan döyüşün tempi bir an da səngimirdi. Hər dəqiqə yeni qərar verilir, hər tapşırıq isə yeni məsuliyyət demək idi. 24 saat tamamlanmadan gözlənilən xəbər gəldi: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuşdu. İllərlə gözlənilən tarixi an artıq gerçək idi. Antiterror tədbirləri qısa müddət davam etsə də, 24 saat ərzində elə yüksək tempdə döyüşdük ki, sanki 24 gün davam edən döyüşü 24 saata sığdırdıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş giziri, kəşfiyyatçı Şərafəddin Xankişiyev deyib.

Həmin 24 saatlıq gərginliyin arxasında isə bir günün deyil, illərin döyüş təcrübəsi dayanırdı. Şərafəddin Xankişiyev 23 illik hərbi xidməti ərzində müxtəlif döyüş əməliyyatlarında, xüsusilə Aprel döyüşləri və Vətən müharibəsində iştirak edib, dəfələrlə düşmənin dərinliyində keçirilən döyüş-kəşfiyyat tapşırıqlarında olub. Bu qədər döyüşdən keçən bir hərbçi üçün müharibə artıq sadəcə xidmət deyil, onun həyatının ayrılmaz hissəsinə çevrilmişdi. Lakin bütün bu illərin arxasında dəyişməyən bir gözlənti vardı - Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunacağı gün. “Biz hər an Ali Baş Komandanın əmrini gözləyirdik ki, qalan ərazilərimizi də azad edərək, Azərbaycanın ərazi bütövlüyünü tam təmin edək”, - deyə qəhrəman Azərbaycan hərbçisi bildirir.

2023-cü ildə həmin gözlənti döyüş tapşırığına çevrildi. Ermənistan silahlı qüvvələri birləşmələrinin törətdikləri təxribat və terror aktlarına cavab olaraq, Xankəndi istiqamətində əməliyyat üçün tapşırıq verilmişdi. Əsas döyüşdən yeddi gün əvvəl Ş.Xankişiyev polkovnik-leytenant İdris İsayevlə birlikdə kəşfiyyat tapşırığına yollandı. 32 ildən sonra Xankəndiyə ilk addımı atdılar. Kəşfiyyat zamanı düşmənin onlarla gizli postunun yerini müəyyən etdilər, əldə olunan məlumatları bölmələrə çatdırdılar. Bu məlumatlar az sonra döyüş meydanında öz əhəmiyyətini göstərdi.

Artıq qarşıda yalnız tapşırığın icrası qalırdı. Döyüş başladı. Ş.Xankişiyev düşmənin gücləndirilmiş postlarından birini “Faqot” silahı ilə məhv etdi. 24 saata yaxın davam edən gərgin mübarizənin sonunda isə illərlə gözlənilən xəbər gəldi: “Qələbə xəbəri gələndə özümü saxlaya bilmədim. Kənara çəkilib hönkür-hönkür ağlayıb, sevincdən qışqırırdım. İllərlə çiyin-çiyinə döyüşdüyümüz şəhid qardaşlarımız sanki gözümüzün önündə yenidən canlanmışdı. Elə bilirdik ki, onlar dirilib bizimlə qucaqlaşmağa gəliblər. Bu, həm bizim, həm də onların Zəfəri idi".

Bu göz yaşlarının içində həm döyüşün gərginliyi, həm illərin həsrəti, həm də şəhid silahdaşlarının xatirəsi vardı. Ən əsası isə bu dəfə əldə olunan nəticə əvvəlki döyüşlərdən fərqlənirdi: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuşdu.

Həmin nəticənin böyüklüyü yalnız hərb meydanında deyil, azad edilən torpaqların gələcəyində də görünürdü. İllər əvvəl doğma yurdlarından məcburi köçkün düşmüş insanların öz kəndlərinə və rayonlarına qayıdışının yolu açılırdı. Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanırdı.

Bu mənzərəyə uzanan yol 2023-cü ildə başlamamışdı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi həmin yolun ən böyük mərhələlərindən biri olmuşdu. Ş.Xankişiyevin sözlərinə görə, 2020-ci il Zəfəri şəhidlərin, qazilərin, veteranların və bütün xalqın birliyi və dəstəyi ilə qazanılmışdı.

Lakin mübarizə hələ başa çatmamışdı. Bəzi ərazilər düşmənin nəzarətində qalırdı. Lokal antiterror tədbirləri isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təmin etdi. Ş.Xankişiyev üçün 2020-ci il Zəfəri ilə 2023-cü il antiterror tədbirlərini birləşdirən əsas mənəvi bağ məhz ərazi bütövlüyünün və suverenliyin tam bərpa edilməsi, Qarabağ uğrunda şəhid olanların ruhunun şad edilməsi və illərdir gözlənilən tam qələbəyə çatmaqdır.

Beləliklə, Xankəndi istiqamətində başlayan 23 saat 43 dəqiqəlik döyüş onun 23 illik hərbi xidmət yolunun ən mühüm səhifəsinə çevrildi. İllərlə davam edən mübarizə öz nəticəsini verdi. Əmr yerinə yetirildi, illərdir həsrəti çəkilən torpaqlarda Azərbaycan Bayrağı dalğalandı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

18:51
19 Sentyabr

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb

18:49
19 Sentyabr

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

18:46
19 Sentyabr

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

16:05
19 Sentyabr

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

16:03
19 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

15:58
19 Sentyabr

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

15:43
19 Sentyabr

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

15:42
19 Sentyabr

Bazar gününün hava proqnozu açıqlanıb

15:41
19 Sentyabr

Təhlükəsiz və güclü Türk dünyası: Azərbaycanın strateji baxışı

15:13
19 Sentyabr

Dövlət suverenliyimiz milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsidir

14:38
19 Sentyabr

Zəfər salnaməsi: antiterror tədbirlərindən 3 il ötür   

14:36
19 Sentyabr

Enerji, nəqliyyat və ideoloji sabitlik: Türk dünyasının qlobal gücə çevrilmə yolu  

14:05
19 Sentyabr

Azərbaycanın dövlət suverenliyi: Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol

13:58
19 Sentyabr

Ağdərə Qarabağın yaşıl enerji mərkəzinə çevrilir

12:54
19 Sentyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

12:52
19 Sentyabr

Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyası açılıb

12:49
19 Sentyabr

Dövlətimizin suverenlik günü

12:34
19 Sentyabr

Qürur duyuruq ki, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olunub

12:08
19 Sentyabr

Tramp Si Cinpinlə bir neçə razılaşma əldə etməyə ümid edir

11:06
19 Sentyabr

Əziz Ələkbərli: Ermənistan 44 günlük müharibənin dərslərindən qətiyyən nəticə çıxarmayıb

10:59
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!