19 Sentyabr 2026 10:20
464
CƏMİYYƏT
A- A+
İyirmi yaşında qəhrəman oldu

İyirmi yaşında qəhrəman oldu


Yəqin ki, hamı kimi, Fərhad İslam oğlu Ağayev də uşaqlıq illərində, yeniyetmə çağlarında qəhrəman olmağı arzulayıb. Ürəyində özünə dərin yer etmiş bu arzuya çatmaq üçün daim öz üzərində çalışıb. Yorulmaq bilmədən məşq edib, hərbi dərsləri yaxşı oxuyub... Böyüyüb yaşa dolanda Qarabağı erməni işğalçılarından müdafiə etməyə yollanıb. Döyüşlərdə göstərdiyi igidliyə, cəsarətə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Hələ gənc ikən uşaqlıq, yeniyetməlik arzularına çatıb.

Azərbaycanın Milli Qəhrəmanı Fərhad Ağayevin ömrü elə də uzun olmayıb, cəmi 20 il yaşayıb. Qısa, amma gələcək nəsillərə nümunə olacaq şərəf dolu bir ömür yolu keçib. 

 Fərhad İslam oğlu Ağayev 4 avqust 1975-ci ildə Lerik rayonunun Şivlə kəndində anadan olub. Sonralar ailə vəziyyəti ilə əlaqədar Sabirabad rayonunun Əlilənbəyli kəndinə köçüblər. Fərhad 1982-ci ildə böyük sevinc içində Əlilənbəyli kənd orta məktəbinin 1-ci sinfinə gedib. Nizam-intizamı, davranışı ilə başqa şagirdlərdən seçilib. Sanki on il tez ötüb arxada qalıb. Fərhad Ağayev ürəyində, qəlbində min bir arzu ilə 1992-ci ildə orta məktəbi bitirib. Bir il sonra, 1993-cü ilin yanvarında həqiqi hərbi xidmətə çağırılıb.  

Həmin günlərdə erməni işğalçılarına qarşı Qarabağda, eləcə də Ermənistanla sərhəd bölgələrində gərgin döyüşlər gedirdi. Fərhad Ağayev 24 yanvar 1993-cü ildə Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirmək üçün böyük həvəslə ordu sıralarına gedib. Əsgər Fərhad Ağayev Azərbaycan Milli Qvardiyasında xidmətə başlayıb. Xidmətinin elə ilk günlərindən hərbi sirləri dərindən öyrənib. Ağır əməliyyatların getdiyi cəbhə bölgəsində vəziyyətin gərginləşdiyinə görə onları da Qarabağa döyüşməyə göndəriblər. 

Fərhadın ilk döyüşü Füzuli rayonunun Seyidəhmədli kəndi uğrunda olub. O, döyüşdə qəhrəman kimi vuruşub, düşmənə sarsıdıcı zərbələr endirib. Füzuli istiqamətində bir neçə döyüş əməliyyatında iştirak etdikdən sonra onları ağır əməliyyatlar gedən Kəlbəcərə göndəriblər. Fərhad Murovdağ, Ömərdağ, Güzgü adlanan strateji əhəmiyyətə malik yüksəkliklər uğrunda gedən  döyüşlərdə böyük cəsarət göstərib. O, cəbhə bölgəsində olduğu vaxtlarda iştirak etdiyi 27 döyüş əməliyyatında böyük şücaət və igidliklə vuruşub. 

İgid əsgərin komandiri olmuş Azərbaycanın Milli Qəhrəmanı general Fəxrəddin Cəbrayılov Fərhad Ağayevin cəsarətindən söz açaraq deyib: "Fərhadgil 8 əsgər idilər. Hamısı da sərrast atırdılar, güllələri hədəfdən yayınmırdı. Düşmənə qan uddururdular. İşğalçılar onları zərərsizləşdirmək üçün daim izləyirdilər, axtarırdılar. Buna görə də tapşırmışdım ki, həmin əsgərlər çox qabağa getməsinlər. Çünki bu cəsur əsgərlərin elə uzaqdan erməni qəsbkarlarına endirdikləri dəqiq və məhvedici zərbələr düşmən üzərində üstünlüyümüzü təmin edirdi. Fərhad çox cəsarətli əsgər idi. Qarlı-şaxtalı qış günlərinin birində tapşırığı icra edərkən o, dizindən ağır yaralanmış qərargah rəisi mayor Sadilovla azaraq üç gün meşədə ac-susuz qalmışdı. Nəfəsi tükənmək üzrə olan mayor Sadilov ona demişdi ki, məni burada qoy get, özün xilas ol. Onsuz da mənim belə yaralı vəziyyətdə sağ qalmaq şansım yoxdur. Amma Fərhad dediklərinə məhəl qoymayaraq onu köməksiz qoymamışdı. Zabiti azdıqları meşədən sağ-salamat çıxarıb gətirmişdi. Yaxşı xatırlayıram ki, Murov ətrafında gərgin döyüş gedirdi. Vəziyyət olduqca ağır idi. Havadarları düşməni dayanmadan hərbi texnika və silah-sursatla təmin edirdilər. Təəssüf ki, həmin döyüşdə itkilərimiz oldu. Geri çəkiləndə atəş güclü olduğuna görə şəhidlərimizi çıxara bilmədik. Fərhad güllə yağışı altında qorxmadan bir-bir onların üzlərini papaqları ilə örtərək geri qayıtdı. Mən ondan niyə belə etdiyini soruşanda "Qurd-quş üzlərini dağıdıb tanınmaz hala salmasın" cavabını verdi. Gözlərim yaşardı, Fərhadı qucaqlayıb köksümə sıxdım". 

1995-ci il martın 12-dən 13-nə keçən gecə ölkənin ən ucqar bölgəsində - Qazax və Ağstafada Xüsusi Təyinatlı Polis Dəstəsi silaha əl atdı, dövlətçiliyimiz əleyhinə çıxdı. Bu bölgələrdə yerləşən  polis bölmələri tərəfindən dövlət idarələrinə silahlı hücum təşkil edildi. Ağır sınaq günləriydi, qardaş qardaşa güllə atır, qanını axıdırdı. Fərhad Ağayevin xidmət etdiyi taborun şəxsi heyəti bunun qarşısını almaq üçün Ağstafa rayonuna göndərildi. Erməni işğalçılarına qarşı ağır döyüşlərdən sağ çıxmış Fərhad Ağayev 1995-ci il martın 13-də qardaş gülləsindən ağır yaralandı. İki gün sonra, martın 15-də bu yaradan gözlərini əbədi olaraq yumdu. Yaxınlarının, doğmalarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Sabirabad rayonundakı Şəhidlər xiyabanında torpağa tapşırıldı. 

Ulu Öndər Heydər Əliyevin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Fərhad İslam oğlu Ağayev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü.

Xalq qəhrəmanlarının adını həmişə uca tutur, əbədiləşdirir. Bir zamanlar təhsil aldığı orta məktəb indi Fərhad Ağayevin adını daşıyır. Sabirabad və Lerik rayonlarında, eləcə də Əlilənbəyli kənd orta məktəbinin həyətində qəhrəmanın büstü ucaldılıb. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

18:51
19 Sentyabr

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb

18:49
19 Sentyabr

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

18:46
19 Sentyabr

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

16:05
19 Sentyabr

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

16:03
19 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

15:58
19 Sentyabr

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

15:43
19 Sentyabr

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

15:42
19 Sentyabr

Bazar gününün hava proqnozu açıqlanıb

15:41
19 Sentyabr

Təhlükəsiz və güclü Türk dünyası: Azərbaycanın strateji baxışı

15:13
19 Sentyabr

Dövlət suverenliyimiz milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsidir

14:38
19 Sentyabr

Zəfər salnaməsi: antiterror tədbirlərindən 3 il ötür   

14:36
19 Sentyabr

Enerji, nəqliyyat və ideoloji sabitlik: Türk dünyasının qlobal gücə çevrilmə yolu  

14:05
19 Sentyabr

Azərbaycanın dövlət suverenliyi: Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol

13:58
19 Sentyabr

Ağdərə Qarabağın yaşıl enerji mərkəzinə çevrilir

12:54
19 Sentyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

12:52
19 Sentyabr

Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyası açılıb

12:49
19 Sentyabr

Dövlətimizin suverenlik günü

12:34
19 Sentyabr

Qürur duyuruq ki, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olunub

12:08
19 Sentyabr

Tramp Si Cinpinlə bir neçə razılaşma əldə etməyə ümid edir

11:06
19 Sentyabr

Əziz Ələkbərli: Ermənistan 44 günlük müharibənin dərslərindən qətiyyən nəticə çıxarmayıb

10:59
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!