25 Aprel 2026 08:00
3604
SİYASƏT
A- A+
İlham Əliyevin uzaqgörən strategiyası

İlham Əliyevin uzaqgörən strategiyası


Azərbaycan Qərb və Şərq arasında ən etibarlı bağlantını təmin edən strateji ünvandır


Vətən müharibəsində qazanılan zəfərdən sonra rəsmi Bakının bölgədə və dünya arenasında həlledici qərarlara təsir imkanları xeyli genişləndi. Ölkəmizə yanaşma və beynəlxalq baxış bucağı əhəmiyyətli dərəcədə dəyişdi. Bu gün Azərbaycanla sıx təmaslar qurmağa can atan və strateji əməkdaşlığa üstünlük verən dövlətlərin sayı artmaqdadır. Cənubi Qafqazda yeni geosiyasi şərait formalaşdıran Azərbaycanla əlaqələri keyfiyyətcə daha üst səviyyəyə daşımaqda Baltikyanı ölkələr də olduqca maraqlıdır.

Latviyanın dövlət başçısı Edqars Rinkeviçsin 22 aprel tarixində Bakıya rəsmi səfəri və imzalanan sənədlər bunun təzahürüdür. Bakı və Riqa arasındakı dialoq, sadəcə, iki dövlətin maraqları ilə məhdudlaşmır, bu əməkdaşlıq Cənubi Qafqaz və Baltikyanı regionları bir-birinə bağlayan strateji körpü funksiyasını yerinə yetirir. Latviyanın Avropa İttifaqındakı (Aİ) mövqeyi Azərbaycan-Aİ əlaqələrinin dərinləşməsinə töhfə verir. Həmin günlərdə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycanın qitə üçün enerji və logistika sahələrində əvəzedilməz tərəfdaş olduğunu vurğulamışdı. Brüsselin Azərbaycanla əlaqələri çoxşaxəli platformada inkişaf etdirmək niyyətinin Latviya Prezidentinin səfəri ilə üst-üstə düşməsi prosesin məntiqi davamıdır.

Xatırladaq ki, aprelin 9-da Litvanın Baş naziri İnqa Ruqiniene də Azərbaycana səfər edib və dövlətimizin başçısı İlham Əliyevlə görüşüb. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub. Bu xüsusda Litvanın Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına həmişə dəstək verdiyi vurğulanıb. Litva rəhbərliyinin sülh təşəbbüslərini təqdir etməsi Vilnüsün bu regionda stabil və proqnozlaşdırıla bilən tərəfdaş istədiyini göstərir. Ölkəmizin Qarabağ və Şərqi Zəngəzur bölgələri də Baltikyanı dövlətlər üçün gələcək investisiya meydançası kimi cəlbedicidir. Litva limanlarının Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta dəhliz) inteqrasiyası da müzakirələrin mərkəzindədir. Bu, "Xəzər-Baltik" logistik körpüsünün qurulması deməkdir. 

Baltikyanı ölkələr Avropa İttifaqı daxilində Azərbaycanın enerji və təhlükəsizlik sahəsindəki önəmini anlayan və müdafiə edən tərəf kimi çıxış edirlər. Bu dövlətlər rəsmi Bakının Avropa ilə strateji tərəfdaşlığının aktiv dəstəkçiləridir. Litva, Latviya və Estoniya üçün Azərbaycan hazırda üç mühüm boşluğu doldurur. Birincisi, Rusiyadan enerji idxalını dayandıran bu ölkələr üçün Azərbaycanın artan rolu strateji sığortadır. Baltik ölkələri uzun illərdir ki, enerji asılılığını azaltmaq və təchizat mənbələrini diversifikasiya etmək strategiyası yürüdürlər. Azərbaycanın "Cənub qaz dəhlizi" vasitəsilə Avropanın enerji xəritəsindəki payının artması bu ölkələr üçün Bakını strateji tərəfdaş edir. İkincisi, hərbi və hibrid təhdidlər qarşısında Azərbaycanın suverenliyini qoruması onlar üçün optimal nümunədir. Üçüncüsü isə Qərbin sanksiya tətbiq etdiyi bazarlara alternativ olaraq, Cənubi Qafqaz və onun üzərindən Mərkəzi Asiya bazarlarına çıxış üçün Azərbaycan ən etibarlı qapıdır. 

Qlobal geosiyasi vəziyyət fonunda ənənəvi şimal marşrutlarına alternativ olaraq Orta dəhliz ön plana çıxıb. Baltikyanı ölkələr bu dəhliz vasitəsilə Çin və Mərkəzi Asiyadan gələn yüklərin Avropaya çatdırılmasında Azərbaycanın həlledici qovşaq olduğunu dərk edirlər. Azərbaycanın Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı daxilindəki nüfuzu və fəallığı Baltik ölkələrinə bu geniş coğrafiyalara çıxış üçün siyasi pəncərə təqdim edir. 

Dünyanın enerji böhranı ilə üz-üzə qaldığı bir vaxtda rəsmi Bakının etibarlı təchizatçı kimi çəkisi sürətlə artır. Aİ-nin 10 üzvünün Azərbaycandan mavi yanacaq alması bu etimadın əyani göstəricisidir. Bakıdakı biznes-forumda vurğulandığı kimi, yaxın gələcəkdə boru kəmərləri vasitəsilə Azərbaycan qazını idxal edən Avropa ölkələrinin sayının artması qaçılmazdır. Avropa İttifaqı Azərbaycanı "yaşıl saziş" hədəflərinə çatmaqda mühüm tərəfdaş hesab edir. Ölkəmiz gələcəyin "yaşıl hidrogen" və bərpaolunan enerji mənbəyi kimi də diqqət çəkir. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış "Yaşıl Enerji Dəhlizi" sazişi Xəzərin külək enerjisinin Qara dənizin dibi ilə Avropaya çatdırılmasını nəzərdə tutur. 

Avropa İttifaqı və onun aparıcı üzvlərinin Azərbaycana böyük maraq göstərməsi həm coğrafi zərurətlərə, həm də rəsmi Bakının yürütdüyü balanslı diplomatiyaya əsaslanır. Avropa ölkələri Azərbaycanı Cənubi Qafqazda sabitliyin təminatçısı və regionun iqtisadi mühərriki kimi qəbul edirlər. Bakının yürütdüyü müstəqil xarici siyasət Aİ-yə imkan verir ki, regionda hər hansı dövlətin hegemonluğu olmadan iqtisadi maraqlarını təmin etsin. 

Azərbaycanın strateji qovşaq rolu təkcə Qərb, Avropa deyil, həm də Şərqin böyük gücü Çin və Mərkəzi Asiya respublikaları tərəfindən yüksək qiymətləndirilir. Bu ölkələr üçün Azərbaycan dünya bazarlarına çıxışda "dar boğaz"ları aradan qaldıran ən etibarlı qapıdır. Pekin üçün Azərbaycanın əhəmiyyəti onun nəhəng ticarət layihəsi olan "Bir Kəmər, Bir Yol" layihəsi ilə birbaşa bağlıdır. Çin öz mallarını Avropaya çatdırmaq üçün Rusiyadan və Süveyş kanalından keçən dəniz yollarından asılı olmaq istəmir. Azərbaycanın təşəbbüskarı olduğu Orta dəhliz Çin üçün ən qısa, təhlükəsiz və sanksiyalardan kənar marşrutdur. Çin şirkətləri Azərbaycanın logistik imkanlarına, o cümlədən Ələt Azad İqtisadi Zonasına maraq göstərirlər ki, burada istehsal və qablaşdırma mərkəzləri quraraq məhsullarını daha tez Avropaya çatdırsınlar. 

Azərbaycanın Mərkəzi Asiya dövlətləri Bakını özlərinin "Qərbə açılan qapısı" kimi görürlər. Mərkəzi Asiya ölkələri, xüsusən Qazaxıstan və Özbəkistan öz ixracatını şaxələndirmək üçün Xəzər dənizi və Azərbaycan infrastrukturundan intensiv istifadə etməyə başlayıblar. Mərkəzi Asiyanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında Azərbaycan əvəzedilməz tranzit tərəfdaşdır. Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri Qazaxıstan neftinin daşınmasında aktiv rol oynayır. 

Bakının həlledici qovşaq missiyası Şərqin və Qərbin maraqlarını bir nöqtədə birləşdirərək ölkəmizin diplomatik manevr imkanlarını və iqtisadi qüdrətini əhəmiyyətli dərəcədə artırır. Şübhəsiz, Azərbaycanın mövqelərinin yüksəlməsi Prezident İlham Əliyevin illər öncədən təməlini qoyduğu çoxşaxəli və uzaqgörən strateji kursun məntiqi nəticəsidir. Bu gün bir çox ölkənin həsəd apardığı müstəqil xarici siyasətimiz düzgün qurulmuş iqtisadi özünütəminetmə bazası sayəsində mümkündür. Azərbaycanın əlverişli coğrafi mövqeyini strateji dəyərə çevirmək uzaqgörənlik və siyasi iradə tələb edirdi. İlham Əliyevin təşəbbüsü ilə reallaşan Orta dəhliz layihəsi Azərbaycanı Avrasiyanın əvəzedilməz logistik habına çevirdi. İndi Şərq də, Qərb də Azərbaycanın etibarlı bağlantısı olmadan öz ticarət təhlükəsizliyini tam təsəvvür etmir. Dünya Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji layihənin uğur qazana bilməyəcəyi reallığını qəbul edir. Bu, Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunun və uzaqgörən dövlətçilik strategiyasının xəritədəki silinməz izidir.  


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT xəbərdarlıq edir: Temperatur rekord həddə çata bilər

18:38
03 İyun

Alüminiumun qiyməti son 4 ilin ən yüksək həddinə çatıb

18:26
03 İyun

“Meta”nın süni intellekt botu “İnstagram” hesablarının oğurlanmasına səbəb olub

18:17
03 İyun

Yeni Almaniya vətəndaşlarının əksəriyyəti öz ilkin vətəndaşlığını saxlayır

18:11
03 İyun

“Azərlotereya” ASC 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb

17:57
03 İyun

“Bakı Enerji Həftəsi” mühüm beynəlxalq platformaya çevrilib

17:56
03 İyun

Sərsəng su anbarında təxminən 320 milyon kubmetr su toplanıb

17:41
03 İyun

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib  

17:22
03 İyun

“Europower Enerji”: Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin inteqrasiyasında mühüm rol oynayır  

17:21
03 İyun

Fransada 12 milyon şagirdin zorakılıqdan qorunmasına ehtiyac varmış  

17:18
03 İyun

Ekspert: Azərbaycanın rolu Cənubi Qafqazın strateji əhəmiyyətini artırır

17:09
03 İyun

Fransalı general: Aviasiyamızın formatı lazımi səviyyədə deyil

17:08
03 İyun

Roma Papası XIV Leodan

16:40
03 İyun

İyunun 4-6-da dağlıq və dağətəyi rayonlarda hava şəraiti arabir yağıntılı olacaq – XƏBƏRDARLIQ

16:39
03 İyun

Qərbi Azərbaycana qayıdış beynəlxalq hüquq və yeni reallıqlar müstəvisində - panel müzakirə

16:38
03 İyun

Coğrafiya İnstitutu: Kiçik Qafqazda sürüşmə aktivliyi artıb

16:37
03 İyun

Toxumçuluq sahəsində yeni rəqəmsal yanaşmalar təqdim edilib

16:17
03 İyun

DVX Vətəndaşları saxta vergi ödənişi saytları ilə bağlı xəbərdar edib

16:06
03 İyun

Zəngəzur dəhlizi üzrə işlər Azərbaycan tərəfində yekunlaşmaq üzrədir

16:01
03 İyun

Tramp: Mən olmasaydım, İsrail artıq yox idi

15:44
03 İyun

Bəhreyn ölkəni hədəfə alan raket və PUA-ları zərərsizləşdirib

15:42
03 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!