11 Aprel 2025 08:00
2155
SİYASƏT
A- A+
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət

Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət


Azərbaycan xalqı ona yüksəliş və zəfər bəxş edən siyasi kursun ətrafında hər zaman səfərbərdir


ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən  beynəlxalq forumda Prezident İlham Əliyevə ünvanlanan suallardan biri seçkilərlə bağlı oldu. Belarusdan gələn Anatoli Boyaşov ölkəmizdə prezident seçkilərinin ən yüksək sabitlik və siyasi dayanıqlılıq şəraitində keçirildiyini qeyd edərək Azərbaycanda seçki suverenliyinin düsturu ilə maraqlandı. 


Erməni təəssübkeşi olan siyasi dairələr hər zaman iflasa uğrayıblar


Azərbaycandakı hər bir seçki zamanı antiazərbaycançı dairələr müxtəlif məkrli planlar, ssenarilər həyata keçirməyə cəhd ediblər. Forumda bu barədə ətraflı məlumat verən Prezident İlham Əliyev bildirdi ki, bu məqsədlə Qərbin qeyri-hökumət təşkilatları Azərbaycana pullar göndərib, Qərb mediasında anti-Azərbaycan təbliğatı aparılıb. Dövlətimizin başçısının qeyd etdiyi kimi  Prezident Trampın saxta xəbərlər mənbəyi adlandırdığı "Vaşinqton Post", "New York Times" kimi nəşrləri, təbii ki, Fransanın hökumətyönlü "Figaro" və "Le Monde" kimi saxta mediaları elə bir ab-hava yaratmaq istəyirdilər ki, guya Azərbaycanda diktaturadır, demokratik təcrübə yoxdur, insan haqları vəhşicəsinə pozulur. Artıq fəaliyyətini dayandırmış USAID, o cümlədən "Azadlıq Radiosu", "Amerikanın səsi" kimi  radiolar öz fəaliyyətləri ilə Azərbaycanın daxili işlərinə qarışmış, ölkəmizdə siyasi vəziyyətin gərginləşməsinə çalışmışlar.

Lakin Qərbin bütün məkrli cəhdlərinin qarşısı Azərbaycan dövləti tərəfindən vaxtında alınıb. O cümlədən qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşməsində, onlara qrantların verilməsində Azərbaycan qanunlarına əsasən şəffaflıq tam təmin olunub. Qrant adlanan vəsaitlər indi qeydiyyatdan keçirilməlidir. Bu, seçkilərə müdaxilə olunması,  respublikamızda daxili sabitliyin pozulması məqsədilə xaricdən antimilli qeyri-hökümət təşkilatlarına və qurumlara pul köçürülməsinin qarşısını tam alıb.

Əsas məqamlardan biri də odur ki, antiazərbaycançı ünsürlər Azərbaycan cəmiyyətində özlərinə heç vaxt dəstək və ya tərəfdar qazana bilməyiblər. Azərbaycanda keçirilən bütün seçkilər zamanı Qərbin erməni təəssübkeşi olan antiazərbaycançı siyasi dairələrinin fəaliyyəti iflasa uğrayıb. Xalqımız Heydər Əliyev ideyalarının, İlham Əliyev siyasi kursunun ətrafında sıx səfərbər olub. Bu gün növbəti ildönümü tamam olan 2018-ci ilin növbədənkənar prezident seçkilərinin nəticələri də bunu təsdiq edir.


Azad, demokratik və şəffaf seçki


2018-ci il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkiləri Azərbaycanın siyasi tarixinə növbəti demokratik, şəffaf, ədalətli və azad seçkilər kimi düşdü. Bu seçki bir daha  xalqımızın öz taleyinə biganə qalmamasının, gələcək naminə dürüst seçim etməsinin, ən layiqli namizədə səs verməsinin əyani təsdiqi kimi tarixiləşdi. Azərbaycan vətəndaşları respublikamızı inkişaf yoluna çıxarmış siyasətin müəllifinə - İlham Əliyevə səs verməklə ağı qaradan seçməyi bacardığını, ölkənin taleyinə biganə olmadığını göstərdi. Bu tarixi seçim həm də belə bir həqiqətin cəmiyyətdə obyektiv dərkidir ki, Azərbaycanın gələcək tərəqqisi, davamlı inkişafı məhz mövcud siyasi kursun davamlılığının təminatından asılıdır.

Əlbəttə ki, bu seçkilərdə Azərbaycan xalqı həm də ötən dövrdə  Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan möhtəşəm uğurlara istinad etdi. 2003-cü ildən 2018-ci ilədək  Azərbaycan iqtisadiyyatının 3,2 dəfə artması, sənaye potensialının 2,6 dəfə çoxalması, ölkədə qazlaşdırmanın səviyyəsinin 93 faizə çatması, 30 elektrik stansiyası, 4 yeni su anbarı, 7 hava limanı, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi, 43 Olimpiya İdman Kompleksinin inşası, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, Oğuz-Qəbələ-Bakı su xəttinin çəkilməsi, Azərbaycanın kosmik dövlətə çevrilməsi, valyuta ehtiyatlarımızın 45 milyard dollara çatması, iqtisadiyyata 250 milyard dollar sərmayənin yatırılması, 2016-cı ilin Aprel döyüşlərində əldə edilən parlaq hərbi zəfər 2018-ci ilin prezident seçkilərinin siyasi ovqatını müəyyən edən amillər kimi özünü göstərdi. 

2018-ci il aprelin 11-də seçici hüququna malik Azərbaycan vətəndaşları ölkə üzrə 125 seçki dairəsinin 5641 seçki məntəqəsində səs verdilər. Ümimilikdə seçicilərin 74,3 faizi səsvermədə iştirak etdi. Bu çox yüksək göstərici olmaqla Azərbaycan vətəndaşlarının seçkilərə yüksək marağının və onların növbəti dövrdə də öz talelərinə olan çox dolğun münasibətinin göstəricisi idi. 

Səsvermədə iştirak edən seçicilərin 86,02 faizi öz səsini cənab İlham Əliyevə verdi. Lakin bu seçim təkcə ən yeni tariximizin möhtəşəm nailiyyətləri ilə şərtlənmədi. Bu seçim həm də İlham Əliyevin siyasi kursunun Azərbaycanın yeganə nicat yeri olduğunu, milli inkişafda mühüm rol oynadığını növbəti dəfə nümayiş etdirdi. Hər bir vətəndaşın mənafeyi uca tutulmaqla həyata keçirilən bu siyasi kursun böyük ictimai etimada, dəstəyə malik olduğu növbəti dəfə sübuta yetdi.


Ən möhtəşəm nailiyyətlərlə əlamətdar dövr


Eyni zamanda seçkinin nəticələri növbəti illərdə Prezident İlham Əliyevin Azərbaycanın tərəqqi və inkişafına, uğurlu gələcəyinə daha çox töhfələr verəcəyinə olan dərin və səmimi inamın təcəssümü oldu. 2018-ci il aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində İlham Əliyev ölkənin gələcək inkişaf prioritetlərini diqqətə çatdıraraq, islahatların davam etdiriləcəyini bildirdi: "Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar".

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın  2018-ci ildən sonrakı tarixi daha möhtəşəm nailiyyətlərlə əlamətdar oldu.  Bu dövrdə Azərbaycan öz inkişaf yolu ilə inamla irəlilədi, beynəlxalq münasibətlər sistemində yerini daha da möhkəmləndirdi.  "Cənub qaz dəhlizi" kimi nəhəng layihənin icrası başa çatdırıldı, həyata keçirilən sosial və struktur islahatları qarşıya qoyulan inkişaf məqsədlərinin reallaşmasında mühüm rol oynadı.

2018-ci ildən sonrakı dövrün ən böyük və tarixi hadisələri sözsüz ki, 2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, 2023-cü ildə isə ərazilərimizdə erməni separatizminə son qoyulmasıdır. Bununla da Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Dövlət və xalq qarşısındakı ən böyük tarixi missiyasını layiqincə icra edən Prezident İlham Əliyev həm də Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, arzusunu həyata keçirdi.  

Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayır. Dövlətimizin hər bir uğuru, o cümlədən əsas milli ideyamız olan Qarabağ  və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri Azərbaycanın yüksəlişini, Prezident İlham Əliyevin yürütdüyü müstəqil və qətiyyətli siyasət kursunu bütün dünyaya bəyan edir. 


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Bakı Rail-Trans" QSC-nin səhmdarlarının nəzərinə!

00:06
17 May

"Göradil Quşçuluq" ASC-nin səhmdarlarının nəzərinə!

00:06
17 May

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tabeliyində olan gəmilərə quraşdırılacaq olan temperli illuminator şüşəsinin quraşdırılması xidmətlərinin (şüşəsinın sökülüb yenisi ilə əvəz olunması və mal, material daxil) satın alınması məqsədilə açıq tender elan edir

00:05
17 May

Prezident İlham Əliyevin Albaniyaya səfəri başa çatıb

22:45
16 May

Azərbaycan təmsilçiləri “Vindzor Kral Atçılıq Şousu - 2025”də möhtəşəm şou ilə çıxış ediblər  

22:40
16 May

Məhkəmədə beynəlxalq təşkilatların və xarici media qurumlarının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini təsdiqləyən faktlar tədqiq olunub  

20:42
16 May

Üzərində “Türk-Xaqan” yazısı olan VI əsrə aid sikkə tapılıb

19:46
16 May

bp-nin sponsorluğu ilə BDU-da geologiya muzeyi istifadəyə verilib

19:39
16 May

TÜRKPA komissiyasının 12-ci iclasında türk dövlətləri arasında təhsil əməkdaşlığı müzakirə olunub  

19:30
16 May

MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib  

19:28
16 May

Şahdağda qar yağır – FAKTİKİ HAVA

19:26
16 May

Azərbaycan ilə Latviya arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub

19:25
16 May

İstedadlı futbolçuların axtarışı üçün süni zəkadan istifadə ediləcək

19:20
16 May

“Neom” Səudiyyə Ərəbistanının iqlimini dəyişə bilər  

19:15
16 May

Azərbaycan Prezidenti İlham Əliyevlə Albaniyanın Baş nazirinin işçi nahar əsnasında görüşü olub  

18:00
16 May

Xaçmazda özünüməşğulluq proqramı üzrə yaradılmış təsərrüfatlara, reabilitasiya və günərzi qayğı mərkəzlərinə baxış olub  

18:00
16 May

Ukraynanın müdafiə naziri: Kiyev cəbhədə atəşkəs rejiminin tam və qeyd-şərtsiz tətbiqinə hazırdır  

17:58
16 May

“Asiya ölkələri də Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir”

17:50
16 May

Büdcə daxilolmaları: Ödənilən vergilərin 71,5 faizi qeyri-neft-qaz sektorunun payına düşüb  

17:44
16 May

Azərbaycan "Russia Halal Expo 2025" sərgisində təmsil olunur

17:43
16 May

Hərbi vəzifəlilərlə praktiki məşğələlər keçirilir

17:42
16 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!